Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-78/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (hüquqi varisi Guliyeva Khumai) Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair 2(008)- 398/2021 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyana görə 5000 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6030 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(008) 398/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyanın əvəzi olaraq 2052 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun, cəmi 2082 manat məbləğində pulun Cavabdeh alınaraq, İddiaçı ödənilməsi, 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6744/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat, mərhum İddiaçı hüquq varisi müəyyən edilənə qədər dayandırılması qərara alınmışdır. Bakı şəhəri Ədliyyə Nazirliyinin 13 iyun 2023-cü il tarixli, 3-16-5/2-11-5073/23 saylı məktubu ilə iddiaçının adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-418/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh 47 saylı MKİS tərəfindən verilmiş 11 iyul 2023cü il tarixli mətkubu təqdim edərək bildirmişdir ki, İddiaçı vəfat etdikdən sonra onun hüquqi varisi anası Guliyeva Khumai olmuşdur. İddiaçı anası xx.xx.2023-cü il ********** nömrəli çıxarışa əsasən mənzili öz adına keçirmişdir. X3 02 dekabr 2022-ci il tarixli etibarnaməyə əsasən bütün işləri İlqarın qardaşı arvadı X2 həvalə etmişdir. Qeyd etdikləri 47 saylı MKİS tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli məktubu ilə də təsdiq edilir. Qeyd olunanlara əsasən İddiaçı hüquqi varisi kimi Guliyeva Khumai işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-418/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayətindən imtina barədə ərizə daxil olmuşdur və bu səbəbdən 22 fevral 2024-cü il tarixli məktubla Məhkəmə Ekspertizası Mərkəzindən mülki işin rəy verilmədən geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2024 cü il tarixli mülki işin rəy verilmədən geri qaytarılması barədə məktubu 12 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-78/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizəni müdafiə edərək mülki iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətindən imtina qəbul edilməli və hazırki apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi istinad edilən maddədə apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə kollegiyası MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı (hüquqi varisi Guliyeva Khumai) Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair 2(008)-398/2021 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyatorun ödədiyi dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (hüquqi varisi Guliyeva Khumai) Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair 2(008)- 398/2021 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunsun və iş üzrə apellyasiya icraatına xitam verilsin. Apellyatorun ödədiyi dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-78/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-78/2024
02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver