Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-780/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət komitəsinə qarşı müsadirə edilmiş dini kitabların qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər: dini kitabların qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X15 üzrə Dövlət komitəsinə qarşı dini kitabların qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(009)-3229/2010 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. 14 iyun 2007-ci il tarixdə Ucar şəhərindəki evində icazəsiz dini yığıncaq keçirdiyinə görə Polis şöbəsi tərəfindən həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 299.0.2-ci maddəsi ilə (dini yığıncaqlar, yürüşlər, dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulması) cərimə olunmuşdur.
2. Eyni zamanda ərizəçinin evindən dini məzmunlu kitablar götürülmüş, ekspertiza olunması üçün Azərbaycan Respublikası X15 üzrə Dövlət komitəsinə verilmişdir.
3. Azərbaycan Respublikası X15 üzrə Dövlət komitəsinin İddiaçı ünvanlanmış 30 dekabr 2007-ci il tarixli, DK-09 saylı məktubunda bildirilmişdir ki, Ucar rayon Polis şöbəsinin əməkdaşlarının ona məxsus ünvandan götürdüyü “Risale-i Nur” kitabları komitənin əməkdaşları tərəfindən araşdırılır.
4. Azərbaycan Respublikası X15 üzrə Dövlət komitəsinin ekspertizaya təqdim olunmuş dini ədəbiyyat nümunələri haqqında rəyinə əsasən İddiaçı götürülmüş kitabların (“Risale-i Nur” külliyatına aid “Sözlər”, “Asayi-Musa”, “Barla lahikası”, “Məktubat”, “Tarixçəi- Həyat”, “X13”, “Ləmalar”, “Əmirdağ lahikası”, “Kastamonu lahikası”, “Mühakimat”, “İşarətül İcaz”, “Məsnəvi-i Nuriyə”, “İman və küfür müvazinələri” kitabları) təriqətçiliyin təbliği, dini qruplaşmaların yaradılması məqsədi daşıdığı nəzərə alınaraq, onların ölkə ərazisində yayılması məqsədəuyğun sayılmamışdır.
5. Azərbaycan Respublikası X15 üzrə Dövlət komitəsi tərəfindən iddiaçıya ünvanlnmış 08 aprel 2010-cu il tarixli məktubunda bildirilmişdir ki, “Risale-i Nur” külliyatına aid kitabların ölkədə yayılmasını məqsədə uyğun hesab etmir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X15 üzrə Dövlət komitəsi tərəfindən qanunsuz və əsassız olaraq müsadirə edilmiş dini kitabların qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 14 iyul 2007-ci il tarixdə Ucar rayon polis şöbəsinin işçilərinin və Şəki-Şirvan zonası üzrə Dini Komitəniin nümayəndəsi Nizami Məmmədovun iştirakı ilə onun xüsusi mülkü olan mənzilindən oxuduğu “Risale-i Nur” külliyatına aid “Sözlər”, “Asayi-Musa”, “Barla lahikası”, “Məktubat”, “Tarixçəi-Həyat”, “X13”, “Ləmalar”, “Əmirdağ lahikası”, “Kastamonu lahikası”, “Mühakimat”, “İşarətül İcaz”, “Məsnəvi-i Nuriyə”, “İman və küfür müvazinələri” kitabları araşdırılması üçün götürülmüşdür. Kitablarımın geri qaytarılması barədə yazdığı müraciətə cavab olaraq X15 üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun 30 dekabr 2007-ci il tarixli məktubunda kitablarının Komitənin mütəxəsisləri tərəfindən araşdırılıb nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən araşdırılmaq məqsədi ilə götürülmüş kitabları qaytarılmır. Cavabdeh tərəfindən 08 aprel 2010-cu il tarixli cavab məktubu ilə dini məzmunlu “Risalei-Nur” adlı kitabların ölkəmizdə yayılmasını əsassız olaraq məqsədəuyğun hesab etmədiklərini bildirmişlər. Cavabdehin məktublarından da göründüyü kimi mənfi rəy sözü gedən kitabların, əldə edilməsinə və istifadə edilməsinə deyil, yalnız yayılmasına aiddir və əsasızdır. “Risalei-Nur” kitablarının əldə edilməsinin, istifadə edilməsinin, saxlanılmasının, yayılmasının qadağa olunması barədə hər hansı bir orqanın və ya məhkəmənin qərarı olmamışdır. Sadəcə bir təşkilatın bu kitabların qadağan olunmasının deyil, yalnız yayılmasının məqsədə uyğun olmaması barədə rəyi vardır. Bu rəy onun kitablarının müsadirə olunmasına əsas ola bilməz. Mənzilindən müsadirə olunan kitablar onun mülkiyyətindədir. Həmin kitabları Bakı şəhərində kitab mağazasından almış, yalnız şəxsi ehtiyacları üçün istifadə etmişdir və yaymaq fikrində olmamışdır. Bundan başqa, Komitə 03 avqust 2006-cı il tarixdə “Risale-i Nur” toplusu ilə bağlı araşdırma aparmış və belə nəticəyə gəlmişdir ki, bu topludan olan kitablar dinlə bağlı mövcud vəziyyətə heç bir mənfi təsir göstərmir və sərbəst şəkildə yayıla bilər. Eyni zamanda, 2007-ci ildə o, dini ədəbiyyatın qeyri-qanuni yolla yayılmasına görə deyil, icazəsiz dini toplantı keçirməsi barədə inzibati məsuliyyətə cəlb olunmuşdur. Buna görə həmin proseslər də kitabların götürülməsi üçün hüquqi əsas ola bilməzdi.
8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş dini ədəbiyyatın Azərbaycan Respublikası ərazisinə idxalına qadağa qoyulmasına dair Komitə tərəfindən verilmiş rəy tam əsaslıdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər. İddia predmeti olan dini təyinatlı ədəbiyyatlara dair Dövlət Komitəsinin qəbul etdiyi rəylər müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və birbirinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması məqsədini daşıyır. İddia ərizəsində adları çəkilən ədəbiyyatların dinşünaslıq ekspertizası nəticəsində müəyyən edilmişdir ki, kitablar təriqətçilik mövqeyindən yazılmış və buna görə də onların ölkə ərazisində yayılması məqsədəuyğun sayılmamışdır. Belə ki, kitablarda “nurçuluq” təriqətinin banisi Səid Nursi fenomeni yaradılır, bu şəxsin həyat və fəaliyyəti gənclərə təbliğ olunur. Bu cür təbliğat ölkədə növcud olan dini tolerantlıq ənənələrinə ziddir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(009)- 3229/2010 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni olnula əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X15 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 9.2-ci maddəsinə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına və yayılmasına Dövlət Komitəsinin nəzarət etmək və dini qurumların və müvafiq dövlət orqanlarının müraciətlərinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq vermək hüququ vardır. Cavabdeh dini təyinatlı ədəbiyyatın, dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına və yayılmasına nəzarət edən bir orqan kimi X5 müraciətində nəzərdə tutulan kitabların məzmunun yoxlamış, həmin kitabların təriqəçiliyin təbliği, dini qruplaşmanın yaradılması məqsədi daşıdığı nəzərə alınaraq, onların ölkə ərazisində yayılmasını məqsədə uyğun saymayaraq dini ədəbiyyat nümünələri haqqında rəy qəbul etmişdir. Bu barədə iddiaçıya 08 aprel 2010-cu il tarixli məktubda məlumat verilmişdir. Buna görədə məhkəmə bu barədə rəyi nəzərə alaraq həmin kitabların ölkə ərazisində yayılmasının cavabdeh tərəfindən məqsədə uyğun sayılmasının cavabdeh tərəfindən məqsədə uyğun sayılmasını düzgün hesab edir.
11. Məhkəmə gəldiyi nəticəni həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 297.1-ci və “Azərbaycan Respublikasının X15 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin həmin vaxtkı redaksiyasına əsasən 9.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2011-ci il tarixli, 2(103)-1386/2011 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
14. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, ləğv edilib, yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2011-ci il tarixli, 2(102)-2812/2011 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, insan hüquqlarının bir qismi kimi əqidənin ifadə edilməsi, öz dininə və baxışlarına etiqad etmək azadlığı hüququ da mütləq hüquq deyildir və məhdudlaşdırılmasına yol verilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 9-cu maddəsində ifadəsini tapmış hüququn məhdudlaşdırılması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ona dəlalət edir ki, dövlət zəruri hallarda müəyyən nəhdudiyyəti müəyyən etmək hüququna və qiymətləndirmə sərbəstliyinə malikdir. “Mannusakis və başqaları Yunanıstana qarşı” iş üzrə qərarında İnsan Hüquqları izrə Avropa Məhkəməsi maddədə qeyd olunan məhdudiyyətlərin həyata keçirilməsinin 5 üsul və qaydasınının müəyyən edilməsində iştirakçı dövlətlərin qiymətləndirmə sərbəstliyinə malik olmasını vurğulamışdır. “Otto- Preminger-İnstitut Avstriyaya qarşı” iş üzrə qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, “Dövlət hüquqauyğun olaraq müəyyən davranış ormalarına, o cümlədən digər şəxslərin fikir, vicdan, din azadlığına hörmətlə uzlaşmayan informasiya və ideyaların yayılmasına qarşı tədbirlərin qəbul edilməsini zəruri hesab edə bilər”. Qeyd olunanlar ona dəlalət edir ki, təriqətçiliyin təbliği, dini qruplar arasında ziddiyyət yaradan dini ədəbiyyatın yayılmasının qarşısının alınması milli qanunvericiliyə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya zidd hesab edilə bilməz.
İNSAN HÜQUQLARİ ÜZRƏ AVROPA MƏHKƏMƏSİNDƏ İCRAAT
17. İddiaçı şikayətlə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək, Ali Məhkəmə Mülki Kollegiyasının 24 avqust 2011-ci il tarixli, 2(102)-2812/2011 nömrəli qərarının “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 9-cu və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
18. İddiaçı bildirmişdir ki, sözügedən dini ədəbiyyatın özbaşına müsadirə olunması onun Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətdən dinc şəkildə istifadə etmək hüququnun pozuntusunu və Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulmuş dini etiqad azadlığı hüququna qanunsuz müdaxilə təşkil edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məmmədov Azərbaycana qarşı” işi 03 dekabr 2020-ci il tarixli qərarı ilə “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinin və Konvensiyanın 9-cu maddəsinin pozuntusu tanınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətinə müdaxilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından qanuni hesab edilə bilməz. Bu nəticə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli arazlığın olub-olmamasını müəyyən etməyi lazımsız edir. Belə ki, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir.
20. Qərarın əsaslarına görə, ərizəçinin kitablarının müsadirə olunması və hakimiyyət orqanları tərəfindən saxlanılması Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına açıq müdaxilə təşkil edib. Bu müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsinə əsasən “mülkiyyətdən məhrumetmə” hesab olunur. Müdaxilənin 1 saylı Protokolun 1-ci maddəsi baxımından əsaslı hesab olunması üçün üç şərtə cavab verməlidir: müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə uyğun olaraq həyata keçirilməlidir ki, bu da milli hakimiyyət orqanlarının hər hansı özbaşına hərəkətini istisna edir, ictimai maraqlara uyğun” olmalıdır və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli balans gözlənilməlidir (bax: Xalikova Azərbaycana qarşı, №42883/11, 135, 22 oktyabr 2015-ci il). Birinci şərtə gəlincə, yəni hər hansı mülkiyyətdən məhrumetmə “qanunla nəzərdə tutulmuş şərtlərə uyğun olmalıdır” (bax: G.İ.E.M. S.R.L. və digərləri İtalyaya qarşı №1828/06 və digər 2, 292, 28 iyun 2018-ci il), məhkəmə bir daha bildirir ki, 1 saylı Protokolun 1-ci maddəsində qeyd olunan “qanun” anlayışı bütünlüklə Konvensiyada əks olunan eyni anlayışı əks etdirir (bax: G.İ.E.M. S.R.L. və digərləri, və Gu(ä X2rşı, № 33751/05, § 42, 5 aprel 2016-cı il). Bu konsepsiya, ilk növbədə, mübahisə edilən tədbirlərin daxili qanunvericilikdə əsasının olmasını tələb edir. O, həmçinin sözügedən qanunun keyfiyyətinə istinad edir, yəni həmin qanunun aidiyyəti şəxslər üçün əlçatan olmasını, dəqiq və gözlənilən olmasını tələb edir (bax: Beyeler İtaliyaya qarşı, № 33202/96, İ109, AİHM 2000-İ və X1rşı, № 5876/15, § 56, 9 oktyabr ',018-ci il). Bundan başqa, demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi konvensiyanın bütün maddələrinə xasdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın əldə edilməsi məsələsi isə yalnız sözügedən müdaxilənin qanunilik tələbinə uyğun gəldiyi və özbaşına olmadığı hallarda aktuallıq qazanır (bax: Rafiq Əliyev Azərbaycana qarşı, № 45875/06, § 119, 6 dekabr 2011- il və Fedulov Rusiyaya qarşı, № 53068/08, § 75, 8 oktyabr 2019-cu il). Məhkəmə qeyd etmişdir ki, ərizəçi ilk növbədə sözügedən müsadirənin qanunsuz olmasından şikayət etmişdir. Belə ki, ərizəçi törətdiyi xətaya görə təqsirli bilinərək inzibati cərimə olunmasına baxmayaraq, həmin vaxt qüvvədə olan qanunun özündə belə bir cəza nəzərdə tutulmadığından onun əmlakının müsadirəsi haqqında qərar verilməmişdir. Üstəlik, bu kitablar onun yaşayış yerindən müsadirə edilənə qədər, nə də ondan sonra məhkəmələr onun əmlakından məhrum edilməsinə dair rəsmi qərar qəbul etməmişlər. Belə ki, bu konkret halda belə müdaxiləyə icazə verilib-verilmədiyini və müdaxilənin həmin vaxt qüvvədə olan Azərbaycan qanunvericiliyinə əsasən “qanuniliyi”ni müəyyən etmək lazımdır. Məhkəmə qeyd etmişdir ki, Konstitusiyanın mülkiyyət hüququnu ehtiva edən 29-cu maddəsinin İV bəndinə əsasən, əmlakdan məhrumetmə yalnız məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. İnzibati Xətalar Məcəlləsinin 27.2-ci maddəsində bu tələb daha da genişləndirilərək inzibati icraat zamanı müsadirəyə qərar vermək səlahiyyətinin yalnız hakimlərə məxsus olmasını nəzərdə tutur (bax, 17 və 20-ci bəndlər). Məhkəmə daha sonra qeyd edir ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsi və Əsasnamənin 9.2-ci bəndi Komitəyə dini ədəbiyyatın yayılmasına nəzarət etmək və icazə vermək səlahiyyəti vermişdir, lakin həmin səlahiyyətlər bu cür ədəbiyyatdan fiziki şəxslərin istifadəsinə münasibətdə verilməmişdir (bax, 18-19-cu bəndlər). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə sözügedən müdaxiləyə haqq qazandırmaq üçün daxili məhkəmələr tərəfindən verilən səbəblərin müvafiq və yetərli olduğu qəbul edilə bilməz. Daxili məhkəmələr ərizəçinin kitablarının müsadirə olunmasının ilk növbədə qanunvericiliyin tələblərinə zidd olaraq, yəni heç bir məhkəmə qərarı olmadan həyata keçirilməsi barədə arqumentlərinə münasibət bildirməmişlər. Həmçinin məhkəmələr qanunvericiliyin hər hansı şərhini verməyə cəhd göstərməmişlər və ya ərizəçinin əmlakından məhrum edilməsinə tətbiq oluna bilən dəqiq və gözlənilən şəkildə şərh edilə bilən hər hansı mövcud və ya əlçatan olan məhkəmə təcrübəsinə istinad etməmişlər. Əksinə, məhkəmələr öz qərarlarında Komitənin sözügedən kitabları ərizəçiyə qaytarmaqdan imtinasının qanuniliyini yoxlamaqla kifayətlənmişlər. Belə ki, onlar öz qərarlarını Komitənin Əsasnaməsinin 9.2-ci maddəsinə istinad etməklə və müsadirə edilən kitabların ərizəçi ərəfindən yayılmasının qarşısının alınmasının zəruriliyini qeyd etməklə əsaslandırmışlar, Qaununla belə, həm yerli məhkəmələr, həm də Hökumət Məhkəmə qarşısında təqdimatlarında Əsasnamənin 9.2-ci maddəsinin dini ədəbiyyatın yayılmasına görə məsuliyyəti heç bir məhkəmə prosesində və ya başqa bir şəkildə yoxlanılmamış və ya müəyyən edilməmiş, fiziki şəxs olan ərizəçiyə münasibətdə necə tətbiq oluna biləcəyinə dair heç bir izah verməmişlər. Məhkəmə bu qənaətə gəlmişdir ki, ərizəçinin mülkiyyətinə müdaxilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından qanuni hesab edilə bilməz. Bu nəticə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyi lazımsız edir. Belə ki, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci Maddəsinin pozuntusu baş vermişdir. Konvensiyanın 9-cu maddəsinin tətbiqi ilə bağlı məhkəmə qeyd etmişdir ki, dini etiqad azadlığı ilk növbədə fərdi düşüncə və vicdan məsələsidir. Koifvensiyanın 9-cu maddəsinin birinci bəndində göstərilən hüququn bu aspekti, yəni hər hansı bir dini inanca sahib olmaq və dini və ya inancı dəyişdirmək hüququ mütləq və şərtsizdir. Bununla belə, daha sonra 9-cu maddənin 1-ci bəndində göstərildiyi kimi, dini etiqad azadlığı, həm öz əqidəsini tək və şəxsi şəkildə ifadə etmək azadlığını, həm də başqaları ilə birlikdə və ictimai yerlərdə etiqad etmək azadlığını əhatə edir. Dini inancın təzahürü ibadət, təlim, təcrübə və ayin formasında ola bilər (bax: Kokkinakis Yunanıstana qarşı, 25 may 1993-cü il, § 31, A seriyası № 260 A və .eyla Şahin Türkiyəyə qarşı, § 105). Bir şəxsin öz dini etiqadının təzahürü başqalarına təsir edə bildiyinə görə, Konvensiya tərtib edilərkən dini etiqad azadlığının bu aspekti 9-cu naddənin 2-ci bəndində müəyyən edilmiş qaydada daha dəqiq təsnifləndirilmişdir. 9-cu naddənin 2-ci bəndində müəyyən edilmişdir ki, şəxsin din və ya əqidəsini ifadə etmək azadlığına qoyulan hər hansı məhdudiyyət qanunla müəyyən edilməli və demokratik cəmiyyətdə burada qeyd olunan qanuni məqsədlərdən bir və ya bir neçəsinə nail olunması içün zəruri olmalıdır (bax: Eweida və başqaları Birləşmiş Krallığa qarşı, № 48420/10, § 80, AİHM 2013). Məhkəmə qeyd etmişdir ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsində, Əsasnamənin 9.2-ci bəndində Komitəyə dini icmalarla bağlı dini ədəbiyyatla əlaqədar müxtəlif aspektlərə nəzarət etmək hüququ verilsə də, Qanunun 22-ci maddəsində fiziki şəxslərin sərbəst şəkildə dini ədəbiyyat əldə etmək və ondan istifadə etmək hüquqları açıq şəkildə təsbit edilib. Bu baxımdan, yerli məhkəmələrin Əsasnamənin 9.2-ci maddəsinin ərizəçinin işinə tətbiqi ilə bağlı hər hansı hüquqi qiymət verməməsi ilə bağlı ərizəçinin fiziki şəxs olmasının və heç vaxt dini ədəbiyyatın yayılması ilə məşğul olmamasının qeyd olunduğu öz nəticələrinə istinad edir. Yuxarıdakı mülahizələr Məhkəmənin mübahisələndirilən müdaxilənin Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndi baxımından “qanunla nəzərdə tutulmadığı” qənaətinə gəlməsi üçün kifayətdir. Bu nəticəyə gəldikdən sonra Məhkəmənin 9-cu maddənin 2-ci bəndinin digər tələblərinə (qanuni məqsəd və müdaxilənin zəruriliyi) əməl olunub-olunmadığını araşdırmasına ehtiyac yoxdur.
ALİ MƏHKƏMƏNİN PLENUMDA İCRAAT
21. Ali Məhkəmənin Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 13(102)-2(a)/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X15 üzrə Dövlət komitəsinə qarşı qanunsuz və əsassız olaraq müsadirə edilmiş dini kitabların qaytarılması barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2011-ci il tarixli, 2(102)-2812/2011 nömrəli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2011-ci il tarixli, 2(103)-1386/2011 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
22. Ali Məhkəmənin Plenumu qərarını aşağıdakı kimi əsaslandırmışdır: - 51. İşin halları ilə müəyyən edilir ki, iddiaçı 2007-ci il 14 iyul tarixində evində icazəsiz dini yığıncaq keçirməsinə görə Polis Şöbəsi tərəfindən həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 299.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmiş, həmçinin onun evindən dini məzmunlu kitablar götürülmüş və kitablar ekspertiza olunması üçün X15 üzrə Dövlət Komitəsinə verilmişdir. İddiaçı ondan götürülmüş kitabların qaytarılması barədə müraciət etmiş, lakin ona götürülmüş kitabların ölkədə yayılmasının məqsədəuyğun hesab edilməməsi əsası ilə qaytarılmasından imtina edilmişdir. - 52. Qeyd olunmalıdır ki, iddiada qeyd olunan kitablar iddiaçının mülkiyyətidir. - 53. Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnu ehtiva edən 29-cu maddəsinin İV hissəsinə görə əmlakdan məhrumetmə yalnız məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. - 54. Baxılan iş üzrə iddiaçıdan bəhs olunan dini məzmunlu kitabların götürülməsi və müsadirə edilməsi barədə məhkəmə qərarı yoxdur. İddiaçının kitablarının müsadirə olunması və saxlanması onun mülkiyyət hüquqlarına müdaxilə təşkil edib. Müdaxilənin 1 saylı Protokolun 1-ci maddəsi baxımından əsaslı hesab olunması üçün üç şərtə cavab verməlidir: müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməlidir ki, bu da milli hakimiyyət orqanlarının hər hansı özbaşına hərəkətini istisna edir; “ictimai maraqlara uyğun” olmalıdır və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli balans gözlənilməlidir. - 55. İşə baxmış məhkəmələr kitabların müsadirə olunması haqqında məhkəmə qərarının olmaması barədə iddiaçının dəlillərinə qiymət verməmiş, öz qərarlarında Komitənin sözügedən kitabları ərizəçiyə qaytarmaqdan imtinasının qanuniliyini yoxlamaqla kifayətlənmişlər. Belə ki, məhkəmlər öz qərarlarını Komitənin Əsasnaməsinin 9.2-ci naddəsinə istinad etməklə və müsadirə edilən kitabların ərizəçi tərəfindən yayılmasının qarşısının alınmasının zəruriliyini qeyd etməklə əsaslandırmışlar. Bununla belə, məhkəmələr tərəfindən Əsasnamənin 9.2-ci maddəsinin dini ədəbiyyatın yayılmasına görə məsuliyyəti heç oir məhkəmə prosesində və ya başqa bir şəkildə yoxlanılmamış və ya müəyyən edilməmiş, fiziki şəxs olan ərizəçiyə münasibətdə necə tətbiq oluna biləcəyinə dair heç bir izahat verilməmişdir. - 56. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. - 57. “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinə və Əsasnamənin 9.2-ci bəndinə istinadla iddianın təmin olunmaması əsasızdır. Həm Qanunun 22-ci maddəsində, həm də Əsasnamənin 9.2-ci bəndində Komitəyə dini icmalarla bağlı dini ədəbiyyatla əlaqədar müxtəlif aspektlərə nəzarət etmək hüququ verilsə də, Qanunun 22-ci maddəsində fiziki şəxslərin sərbəst şəkildə dini ədəbiyyat əldə etmək və ondan istifadə etmək hüquqları açıq şəkildə təsbit edilib. - 58. Yuxarıda qeyd olunduğu kimi, iş üzrə MPM-in 431-4.3, 431-4.3-cü maddələrinə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin kassasiya və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müraciət etmək hüququnu pozan məhkəmə aktlarına dair qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər) qərar qəbul edir. - 59. İşə yenidən baxacaq apellyasiya İnstansiyası Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında qeyd olunan pozuntularla bağlı, iddianın əsası kimi istinad edilən, həmin halların təsdiq olunması üçün təqdim edilən sübutlar, cavabdeh tərəfin irəli sürdüyü dəlillərlə bağlı əsaslandırılmış hüquqi dəyərləndirmə aparmalı, gəldiyi nəticəni əsaslandırmalı, hansı sübutları qəbul etdiyini, hansıları qəbul etmədiyini, təqdim edilmiş sübutların qərar qəbul edilməsi üçün kifayət edib-etməməsi ilə bağlı öz qərarında aydın fikir bildirməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Şikayətin dəlillərinə görə, iş materiallarından və qətnamədən göründüyü kimi, Azərbaycan Respublikası X15 üzrə Dövlət Komitəsinin sədrinin 23 may 2003-cü il tarixdə Eldəniz Hacıyevə, 27 sentyabr 2004-cü il tarixdə Vasif Quliyevə, İlqar Hüseynova və İslam Qəhramanova ünvanladığı məktublarda “ Risale-i Nur” küllüyatına daxil olan ədəbiyyatın ölkəyə gətirilməsi bu günə qədər qadağan edilməyib. Eyni məzmunlu ona məxsus kitabların nə üçün Dini Komitə tərəfindən qadağan olunduğu bəlli deyil. Məhkəmə qətnamə qəbul edərkən yalnız X15 üzrə Dövlət Komitəsinin ekspertizə rəyinə əsaslanmışdır. Keçirilmiş ekspertiza heç bir çəkişmə prinsipinə və işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmadan keçirilmiş, hətta gəlinən nəticə belə əsasladırılmamış, bununla da Mülki Prosessual Məcəllənin tələbləri kobud şəkildə pozulmuşdur. İş materiallarında olan ekspert rəyinə baxanda aydın olur ki, rəy verən şəxs məhkəməyə yalan məlumat vermiş, məhkəmə də həmin yanlış rəyə əsasən yanlış qənaətə gələrək qətnamə çıxarıb. Həmin rəydə kitabların məzmunu haqda hətta ümumi verilən məlumatda belə yanlış bir fikirin olduğunu sübüt edəcək bir cümlə belə olmadığı halda rəydə təriqəçilik və cəmiyyətçilik baxımından kitabların qadağan olunduğu bildirilir. Məhkəmə qətnaməsində “Azərbaycan Reaspublikası X15 üzrə Dövlət Komitəsi haqqında” əsasnamənin 9.2-ci maddəsinə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyalara dair qadağananedici hərəkətləri və bu hərəkətlərin nədən ibarət olması qeyd edilməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı apellyasiya şikayətinə uyğun izahat verib, onun təmin olunmasını məhkəmədən xahiş etdi.
22. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, mübahisə obyekti olan kitabların yayılmasının məqsədəuyğun olmadığını bildirdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 18. İ. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir; Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Maddə 48. İ. Hər kəsin vicdan azadlığı vardır; Maddə 48. İİ. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır;
24. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya: Maddə 9.
1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir;
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və yadigər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.
25. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair 1 nömrəli Protokol: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
27. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər; Maddə 22. Vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər;
28. “Azərbaycan Respublikasının X15 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamə: Maddə 7. Komitənin vəzifələri aşağıdakılardır: 7.8. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi; 7.9-6. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına və yayılmasına nəzarət edilməsi, o cümlədən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına, habelə onların satışı üçün ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq verilməsi;
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən qətnamə ləğv edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməlidir.
32. Belə ki, birinci instansiya məhkəməsi sadəcə “Azərbaycan Respublikasının X15 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin hazırkı mübahisə yarandığı zaman qüvvədə olmuş 9.2-ci maddəsinə istinadla iddianı təmin etmiş, iddiaçının iddiasının əsası kimi təqdim etdiyi hallar, həmin halların təsdiq olunması üçün təqdim edilən sübutlar, cavabdehin irəli sürdüyü dəlillərlə bağlı əsaslandırma aparmış, iş üzrə təqdim edilmiş sübutların kifayətliliyi barədə aydın nəticəyə gəlməmişdir.
33. Ali Məhkəmənin Plenumunun qərarında qeyd olunan mövqeyə uyğun olaraq iddianın əsası kimi istinad edilən hallar, həmin halların təsdiq olunması üçün təqdim edilən sübutlar aşabıdakı qaydada araşdırılmışdır.
34. İşdən müəyyən edilir ki, hazırkı iddianın əsasını cavabdeh tərəfindən götürülmüş iddiaçıya məxsus “Risale-i Nur” külliyatına aid kitabların qaytarılması təşkil edir. Bu kitabların iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mülkiyyətin toxunulmazlığı, mülkiyyətin qanunla qorunması, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsi konstitusion təminatdır.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hazırkı iş üzrə qərarındakı hüquqi mövqe çərçivəsində, mülkiyyət hüququnu və dini etiqad azadlığını tənzimləyən daxili qanunvericilik normalarının hazırkı mübahisəyə tətbiqi nəticəsində qeyd edilməlidir ki, iddiaçıya məxsus sözügedən kitabların müsadirə edilməsi o halda qanuni sayıla bilərdi ki, 1) bu kitabların müsadirəsinin qanunçuluğu təmin etməsi, başqa şəxslərin və hüquq və azadlıqlarının müdafiəsi, yaxud ictimai qayda və ictimai əxlaqın qorunması zərurətindən irəli gəldiyi dəqiq müəyyənləşdirilsin; 2) bu əmlakların müsadirə edilməsi barədə məhkəmə qərarı mövcud olsun.
36. Hazırkı işdə isə qeyd edilən konteksdə yoxlama aparılmamış, kitabların müsadirə edilməsi barədə məhkəmə qərarı isə ümumiyyətlə mövcud olmamışdır.
37. Cavabdeh tərəfin etirazın əsası kimi istinad edilən yeganə hüquqi əsas “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.
38. Məhkəmə kollegiyası etirazın bu əsasına münasibətdə qeyd edir ki, həmin əsasın mövcud olması üçün cavabdeh tərəfindən məhkəməyə iddianın predmeti olan dini kitabların iddiaçı tərəfindən yayılmasını təsdiq edən sübut təqdim olunmamışdır. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi bu halın mövcud olduğu təqdirdə belə kitabların müsadirə edilməsi barədə məhkəmə qərarının mövcud deyilsə, cavabdehin hərəkətləri istər “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyətin toxunulmazlığı prinsipi ilə ziddiyyət təşkil edir.
39. İddiaçıya məxsus kitabların məhkəmə qərarı olmadan müsadirə olunması və saxlanması onun mülkiyyət hüquqlarına müdaxilədir və bu müdaxilənin 1 saylı Protokolun 1-ci maddəsi baxımından əsaslı hesab olunması üçün heç bir şərt mövcud deyildir. Yəni, bu müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun olaraq həyata keçirilməmişdir, ictimai maraqlara uyğunsuzluq mövcud deyildir və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli balans gözlənilməmişdir.
40. Cavabdeh tərəfindən iddiaya etirazın əsası kimi digər dəlil irəli sürülmədyindən və sübut təqdim olunmadığından digər xüsusatlarla bağlı araşdırma aparmağa zərurət yoxdur.
41. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri razılaşmaqla, qeyd edir ki, iddiaçıya məxsus kitabların müsadirəsi qanunsuz olmuş, iddiaçı cavabdehin qanunsuz sahibliyində olan öz əmlakını geri tələb etməkdə haqlı olmuşdur.
42. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin olunmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(009)- 3229/2010 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(009)- 3229/2010 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası X15 üzrə Dövlət Komitəsinə qarşı dini kitabların qaytarılması tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus “Risale-i Nur” külliyatına aid 10 ədəd “Sözlər”, 2 ədəd “Asayi-Musa”, 1 ədəd “Barla lahikası”, 1 ədəd “Məktubat”, 1 ədəd “Tarixçəi-Həyat”, 1 ədəd “X13”, 2 ədəd “Ləmalar”, 1 ədəd “Əmirdağ lahikası”, 1 ədəd “Kastamonu lahikası”, 1 ədəd “Mühakimat”, 1 ədəd “İşarətül İcaz”, 1 ədəd “Məsnəvi-i Nuriyə”, 1 ədəd “İman və küfür müvazinələri” kitabları Azərbaycan Respublikası X15 üzrə Dövlət komitəsi tərəfindən İddiaçı qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 3 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası X15 üzrə Dövlət komitəsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev