Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7800/2023 28.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı (ləğv prosesində olan "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) "əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılması" tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-yə və Cavabdeh2nə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin likvid və bazar dəyərinin müəyyən olunması və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı oğlu şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin N.789/2- 396 saylı, xx.xx.2007-ci il tarixli icra sənədi üzrə ”Qalib-A” şirkətinin "xxxx" ASC-yə olan borcunun ödənilməsi üçün İddiaçı məxsus olan, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin, hərraca çıxarılması ilə əlaqədar "xxxx" MMCyə göndərilmişdir. "xxxx" MMC-yə göndərilənə qədər qeyd olunan əmlaklara dair heç bir qiymətləndirmə olmamışdır. xx.xx.2005-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən əmlaklara qoyulan qiymətlə xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-də hərraca çıxarılmış, təkrar hərracla 6051 (altı min əlli bir) manata ipotekasaxlayan "xxxx" ASC almışdır. Həmçinin Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsini də eyni, xx.xx.2005-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən əmlaklara qoyulan qiymətlə xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-də hərraca çıxarılmış, təkrar hərracla 6.051 manata ipotekasaxlayan "xxxx" ASC almışdır. Qeyd olunan əmlaklara dair "xxxx" ASC-nin adına çıxarış alınsa da bu günə qədər həmin əmlaklar mənim istifadəmdədir, sözü gedən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evində də hazırda yaşayır. Cavabdeh2 1310 nömrəli, xx.xx.2013-cü il tarixli sifariş məktubuna əsasən əmlakları qiymətləndirmə olmadan hərraca çıxarılaraq onun xəbəri olmadan "xxxx" ASC tərəfindən alınmışdır. Həmin vaxt bu işlə etibarnamə üzrə vəkil və hüquqşünaslar dırnaqarası məşğul olmuş, işinə səhlənkarcasına yanaşmışlar. O, sadə bir kənd sakini olduğundan işin hüququ tərəflərini bilmədiyindən aldanmışdır. Sonradan mötəbər hüquq qurumlarından öyrənmişdir ki, daşınmaz əmlaklarının icra şöbəsi tərəfindən likvid qiymətləndirilməsi ilə bağlı tədbir görülmədiyi üçün onu mübahisələndirmək hüququ vardır. Likvid qiymət barədə heç bir sənəd olmadığından əmlakların likvid qiymətləndirilməsi və hərraca çıxarılması barədə iddia qaldırmaq qərarına gəlmidir. Ümumiyyətlə, məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi?... Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9 A52, 1982); Elə həmin qərarda bir daha göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalarsa” ədalətli tarazlıq prinsipi pozulmuş olur; İqtisadi islahatların yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə pul ödənilməsinə haqq qazandıra bilməz. Onun əmlakları 2005-ci ildə "xxxx" ASC tərəfindən ipotekaya qoyularkən qiymətləndirilmiş, 2013-cü ildə isə 2005-ci ilin qiyməti ilə satılmışdır. Yəni aradan 8 il vaxt keçmiş, bazar qiymətləri dəyişmişdir. Onun evinin bazar dəyəri 2013-cü ildə 9.490 manat yox, 160.000 manat olmuş, həmçinin Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin də bazar dəyəri həmin vaxt 19.000 manat yox, 450.000 manat olmuşdur. Ona görə də qeyd olunan əmlaklarla bağlı 2013-cü il tarixlə qiymətləndirmə aparılmalıdır. Çünki onun qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsində ipoteka əmlaklarının likvid qiyməti müəyyən olunmamışdır. Hərracla bağlı mübahisənin qaldırılması barədə qətnamənin mövcud olması tutma əmlaklarına likvid qiymətin qoyulmasını məhdudlaşdıra bilməz. Məhkəmənin istinad etdiyi əvvəlki mübahisənin adından da göründüyü kimi mübahisə hərrac ilə bağlı olmuşdur. Hazırki mübahisədə likvid qiymətin müəyyən olunması tələbi hərracın nəticələrinə də toxunduğu üçün hərracın nəticələrinin etibarsız sayılması tələbinin qoyulması düzgündür. Göründüyü kimi, məhkəmə düzgün nəticəyə gəlməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadını Bakı şəhəri Səbail Rayon Məhkəməsi nəzərə almamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, "xxxx" ASC ilə “Qalib-A” şirkəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə “Qalib-A” şirkətinin "xxxx" ASC qarşısında yaranmış kredit öhdəliklərinin təminatı olaraq, İddiaçı mülkiyyətində olmaqla Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsini və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evini "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən tərəflər arasında məhkəmə mübaisəsi yaranmış və nəticədə Azərbaycan Respublikası 2 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən “Qalib-A” şirkətinin 53.000 manat borcu üzrə tutmanın qeyd edilən ipoteka predmetlərinə və “Qalib-A” şirkətinin digər əmlaklarına yönəldilməsi və həmin borcun onların hesabına ödənilməsi qət edilmişdir. Eyni zamanda, qətnamədə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin 19.000 manat, Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin isə 9.490 manat məbləğində qiymətləndirildiyi göstərilmişdir. Qeyd edilən qətnamə üzrə xx.xx.2007-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən təşkil edilmiş və keçirilmiş hərracın nəticəsində tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 348 və 349 saylı “Hərracın nəticələri haqqında” Protokollara əsasən həmin əmlaklar müvafiq olaraq 12.113 manat və 6.051 manat məbləğində pula tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bundan sonra bu əmlaklara dair "xxxx" ASC-nin mülkiyyət hüququ 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda da sonuncunun mülkiyyətindədir. İddiaçı bu əmlaklar üzrə müəyyən edilmiş qiymətlərlə razılaşmayaraq, həm bu, həm də digər əsaslarla hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirmiş, lakin bu barədə iddiası hüquqi nəticə etibarı ilə uğursuz olmuşdur. Belə ki, iddiaçının cavabdehə qarşı (yenə də "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə) əmlakların qiymətinin həddindən artıq aşağı olması barədə dəlilləri də özündə əks etdirən “hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1353/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6185/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 749 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bununla belə, "xxxx" ASC-ni üçüncü şəxs qismində işə cəlb etməklə iddiaçı cavabdeh tərəfindən keçirilmiş hərracı, o cümlədən hərracdan satılmış əmlakların qiymətini artıq bir dəfə məhkəmə qaydasında mübahisələndirmiş və həmin müqahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bu da öz növbəsində hazırki iş üzrə icraata xitam verilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını nəzərə alıb, haqlı olaraq hazırki iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən İddiaçı şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7800/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7800/2023
28.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver