Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7805/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə dair mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1403/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 72 000 manat məbləğində pulun alınaraq ona verilməsi və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə vəsatət ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki işin aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1403/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə vəsatətin rədd edilməsi qərara alınmışdır. Qərardadda yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 31.1, 32.4, 35.1. 45.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki,Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 saylı ünvanda qeydiyyatdadır. İddiaçı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1403/2020 nömrəli qərardadını ləğv edib, əks təqdirdə şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 269.1, 269.2, 269.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, onun qeydiyyatda olduğu ünvan Suraxanı rayonu ərazisində yerləşir. Yaşadığı ev özbaşına tikili olduğuna görə ünvan barədə hər hansı arayış təqdim edə bilmir. Ona görə də hesab edir ki, mülki işə Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Bu işin operativ həll edilməsi baxımından əhəmiyyətlidir, çünki məhkəmədə iştirak etmək üçün Nizami rayonuna gələ bilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1403/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası MPM-nin 33-45-ci maddələrinə əsasən cavabdehin vəsatəti üzrə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, sübut olmayan və düzgün təfsir edilməyən mülahizələr əsasında şikayətin dəlilləri üzrə qeyd edilən prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, apellyasiya instansiyasında hazırki şikayət üzrə qəbul edillən məhkəmə aktından şikayət verilməsi nəzərdə tutulmamış və qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və MPM-in 385, 387, 395--406-cı maddələrini rəhbər tutaraqməhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1403/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7805/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7805/2020
19.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver