Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-782/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri Səbail RİH, Mədəniyyət Nazirliyi və Fövqəladə Hallar Nazirliyi, 5 saylı MKİS və DƏDKR Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, X1, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri Səbail RİH, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi tələbinə dair” ilkin, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı (5 saylı MKİS və 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi və payların naturada bölünməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-80/2023 nömrəli 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 22 avqust 2001-ci il tarixli fərdi yaşayış fonduna daxil olan Özəlləşdirilmiş mənzilin texniki pasportuna əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 68 mənzil 19un sahibi X3muşdur.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 68, mənzil 19 Yeni qaydalarla: AZ 1000, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.8 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
3. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 5 saylı MKİS-in arayışında qeyd olunur ki, Cavabdeh1 (xx.xx.1940-cı il təvəllüdlü) həqiqətən 1967-ci il tarixdən bu günədək Nizami küçəsi 68 saylı evin 19 saylı mənzilində qeydiyyatdadır və Nizami küçəsi 68 saylı evin 19 saylı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışı əsasında qızı Cavabdeh2 mülkiyyətindədir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanı xx.xx.2001-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır, lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 2V-212 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanı Səbail Rayon İcra Hakimiyyətinin 137 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına, keçmiş 26 Bakı Komissarı Rayonu İcra Hakimiyyətinin 1072 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına, Forma 2 arayışına və razılıq ərizələrinə əsasən xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
5. Beləliklə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 68 saylı evin ümumi sahəsi 86 kv.m olan 4 otaqlı sıxlaşdırılmış 23/21 nömrəli mənzil İddiaçı, ümumi sahəsi 65,8 kv.m olan 2 otaq və 1 mətbəx-dəhlizdən ibarət 19 nömrəli mənzil isə Cavabdeh2ın mülkiyyətindədir. Mənzilin dəhlizi, mətbəxi və sanitar qovşağı ümumi istifadədədir.
6. Cavabdeh1 digər Cavabdeh2 anasıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 68 saylı evin, 23/21 nömrəli mənzilə dair dəhlizdə maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi, qanunsuz tikilmiş qapının, dolabların cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması və həmin dəhlizdə qanunsuz yerləşdirilmiş qaz sobasının, soyuducunun, paltaryuyan, qabyuyan maşınlarının və səsli kameranın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Eyni zamanda Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nizami küçəsi 68 ünvanda yerləşən ümumi birgə istifadədə olan dəhlizdə cavabdeh tərəfindən yerləşdirilmiş bütün əşyaların dəhlizdən götürülməsi, cavabdeh və onunla birgə, mülkiyyətində olan 4 otaqdan V 23/21 saylı mənzillərdə yaşayan üçüncü şəxslərə ümumi istifadədə olan dəhlizə hər hansı bir əşya yerləşdirilərək gediş-gəlişə və ümumi istifadəyə mane olmanın qadağan edilməsi, ünvan 5 ünvanda yerləşən birgə istifadədə olan dəhlizdə quraşdırılmış, evlərinə girişçıxışı bilavasitə qeydə alan sərbəst yaşamaq kimi konstitusion hüquqlarını pozan kameranın cavabdeh tərəfindən sökülməsi vəzifəsinin onun üzərinə qoyulması, ünvan 6 ünvanda birgə istifadədə olan 6 mənzildən ibarət yaşayış sahəsinin, eləcə də ümumi birgə istifadədə olan qeyri-yaşayış olan sahələrin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, uzun illərdir ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin, 23/21 nömrəli 4 otaqdan ibarət mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər ilə onun mənzilinin girişi ümumidir. Dəhliz, mətbəx, hamam və s. ümumi istifadələrindədir. Cavabdeh1 mütəmadi olaraq onunla və qızları ilə mübahisələr edir, onları nalayiq söyüşlərlə təhqir edir. Cavabdeh1 söyüş və təhqirlərindən qızı Mariya psixoloji sarsıntı keçirmişdir. Cavabdehlər ümumi istifadədə olan dəhlizi uzun illərdir ki, pərdə ilə örtülü saxlayaraq pəncərədən dəhlizə gələn gün işığının qarşısını tamamilə almışdır. Bu səbəbdən dəhliz daim qaranlıq olduğundan ümumi istifadədə olan mətbəx, hamam və s. istifadə etmək üçün həmin qaranlıq dəhlizdən keçmək məcburiyyətindədirlər. Bundan əlavə cavabdehlər bu yaxınlarda qanunsuz olaraq həmin dəhlizdə qaz sobası, soyuducu, paltaryuyan, qabyuyan və müxtəlif şkaflar quraşdırmışlar. Cavabdehlər orada yemək bişirəndə qoxu hər yerə yayılır. Halbuki, sözügedən dəhliz ümumi istifadədədir. Cavabdeh1 həmin dəhlizin ona aid olduğunu və həmin əşyaları çıxarmayacağını bildirmişdir. Qeyd edilənlərdən əlavə cavabdehlər qanunsuz olaraq dəhlizin həmin hissəsinə qapı qoyaraq orada tikinti işləri aparmışlar. Ümumi istifadədə olan dəhlizdən tam istifadə edə bilmədiyi üçün bir mülkiyyətçi kimi onun konstitusion hüquqları pozulur. Cavabdehlər ümumi istifadədə olan dəhlizə səsli kamera quraşdırmışlar. Cavabdehlər dəhlizə səsli kamera yerləşdirdiyindən onun və ailə üzvlərinin konstitusion hüquqları kobudcasına pozulmuşdur.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanda birgə istifadədə olan 18, 19, 20, 21, 22, 23 saylı mənzillər mövcuddur. 19 və 20 saylı mənzillər onların, 19, 21, 22, 23 saylı mənzillər isə cavabdehin istifadəsindədir. Cavabdehin adına 21/23 sayla, onların adına isə 19 saylı mənzillər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İstifadə olunan sahənin 2 ayrıca giriş və çıxışı vardır və ümumi istifadədə dəhliz, hamam, mətbəx və s. sahələr vardır. İllərdir ki, cavabdehlə aralarında mübahisə vardır və hazırda cavabdeh onlara qarşı ümumi istifadədə hesab etdiyi sahə üzrə iddia qaldırıb, halbuki dəhliz onların mülkiyyətindədir. Hazırda paylı mülkiyyətdə və ümumi istifadədə olan yaşayış və qeyri-yaşayış sahələrinin naturada bölgüsü tələbi ortaya çıxmışdır. ünvan 2 ünvanı xx.xx.2001-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 2V-212 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanı Səbail Rayon İcra Hakimiyyətinin 137 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına, keçmiş 26 Bakı Komissarı Rayonu İcra Hakimiyyətinin 1072 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına, Forma 2 arayışına və razılıq ərizələrinə əsasən xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına əmlak aşkar edilməmişdir. İddiaçı məhkəmə prosesi gedişində öz mənzilində olan əşyaları birgə istifadədə olan dəhlizə çıxarmaqla istifadəni məhdudlaşdırıb, mənzillərinə yaxın olan dəhlizin giriş yolunda paltaryuyan, şkaf, soyuducu, qapılarının ağzında böyük taxta dolab, digər giriş-çıxışa gedən yolda dolab, məişət avadanlıqları, eləcə də dəhlizdə onların evinin girişinə keçid hissədə səsli kamera quraşdırmışdır.
11. 11.08.2023-cü il tarixli 10/3658 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Republikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri **********48-05101-093056 nömrəli Cavabdeh2 adına verilmiş texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 2.0 kv.metr olan dəhliz-mətbəx qeyd edilmiş, İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində isə mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla yaşayış sahəsi 85.7 kv.metr, köməkçi sahələr isə ümumi olmaqla qeyd edilmişdir. Mənzillərin texniki pasporta uyğun bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq, İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla cəmi yaşayış sahəsi 85.7 kv.metr sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadə də olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh2 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 12.0 kv.metr olan dəhliz-mətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla bölgünün İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə uyğun qaydada təcrid şəkildə naturada bölünməsi texniki cəhətdən mümkündür.
12. Məhkəmə tərəfindən keçirilmiş yerli baxışda Səbail rayonu, ünvan 7 ünvanda olan zaman ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçılara məxsus olan mənzillərin ardıcıl deyil, qarışıq şəkildə olduğu müəyyən olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən quraşdırılan kameranın əhatə dairəsinə ilkin iddia üzrə iddiaçıya məxsus mənzilin giriş qapısı düşür, lakin mənzilin içi görünmür. Cavabdeh2 tərəfindən əşyalar mülkiyyətinə daxil olan sahəyə yerləşdirilmişdir. Cavabdeh2 tərəfindən dəhlizin həmin sahəsinə yarımçıq plastik qapı qoyulmuşdur.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 oktyabr 2023-cü il tarixli 2(009)-80/2023 nömrəli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) ilkin iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında quraşdırılmış kameranın Cavabdeh2 tərəfindən sökülməsi, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 30 manatının Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında ümumi istifadədə olan dəhlizdən əşyaların İddiaçı tərəfindən götürülməsi və bir daha onun tərəfindən əşyaların ümumi istifadədə olan sahəyə yerləşdirilməsinin qadağan edilməsi, ünvan 3 ünvanında quraşdırılmış kameranın İddiaçı tərəfindən sökülməsi, İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla, cəmi yaşayış sahəsi 85.7 kv.metr sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadə də olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh2 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 12.0 kv.metr olan dəhlizmətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla naturada bölünməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 80 manatının İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 50 manatın 40 manatının İddiaçı, 10 manatının Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə iddiaçının mübahisələndirdiyi dəhliz qarşılıqlı iddia üzrə iddiaçının çıxarış və texniki pasportla mülkiyyətində olduğundan özünə məxsus sahədə yerləşdirilmiş qaz sobası, soyuducu, paltaryuyan, qabyuyan maşın çıxarıla bilməz. Quraşdırılmış tavana qədər üstü açıq olan yarımçıq plastik qapı Cavabdeh2 mülkiyyətlərində olan ərazini ümumi istifadədə olan dəhlizdən ayırdığından sökülə bilməz. İddiaçı tərəfindən ümumi istifadədə olan dəhlizdə yerləşdirilmiş bütün əşyalar götürülməli və bir daha onun tərəfindən əşyaların ümumi istifadədə olan sahəyə yerləşdirilməsi qadağan edilməlidir. Hər iki tərəfin quraşdırdığı kamera sökülməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 32, Mülki Məcəllənin 152.1, 157.4, 170.2, 220.1, 220.2, 220.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, ilkin iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilən hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 5 saylı binanın ümumi girişi və çıxışı olan 19, 20, saylı mənzillərinin mülkiyyət, istifadə və ya sərəncam hüququ ilə kimə məxsus olması, o cümlədən iddiaçı və cavabdehlərə aidiyyətinin müəyyən edilməsi üçün DƏDRX Bakı şəhər İdarəsinə sorğu verilməli və həmin mənzillərə çıxarışların verilməsi üçün əsas olan sənədlər (İcra orqnından sərəncam, ya qərar) əldə olunmalı idi. Mənzillərin hazırki hüquqi statusu barədə yazılı məlumat alınması üçün sorğu göndərilməmiş, bununla da biri-birinə ziddiyyət təşkil edən hallara qiymət verilmişdir. Onun kamerası ancaq giriş qapısına yönəlmişdir, çünki evdə azyaşlı balaca nəvələri qalır, cavabdehlərin evinə isə müxtəlif kişilər gelib gedirlər, uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin kamera yalnız öz otaqlarına və ümumi giriş qapısına yönədilmişdir. Cavabdehlərin isə kamera sırf dəhlizə yönəlib, hansı ki, həmin dəhlizdən hamı ümumi istifadə edir, bundan başqa mətbəx və qızının otağı yerləşən hissəyə, bir sözlə həmin hissələrdə nəzarət kamerası istifadə olunur. Bundan başqa, qarşı tərəfin, cavabdehlərin mübahisələndirilən, hazırda onlar tərəfdən qapı qoyulan zəbt olunan və vaxtı ilə ümumi istifadədə olan əraziyə dair hər hansı bir sənəd olmadığına əmindir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
20. Cavabdeh2ın nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
34. Göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, ümumi sahəsi 85,7 kv.m olan 4 otaqlı sıxlaşdırılmış 23/21 nömrəli mənzil İddiaçı, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, ümumi sahəsi 53,8 kv.m olan 2 otaq və sahəsi 12 kv.m olan 1 mətbəx-dəhlizdən ibarət 19 nömrəli mənzil isə Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir.
35. Apellyasiya icraatında keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, hər iki mənzilə həm ümumi həyətdən, həm də Nizami küçəsindəki blokdan giriş-çıxış qapısı var və hər iki qapı qıfıllıdır, kənar şəxslərin sərbəst giriş-çıxışı mümkün deyildir. Həyətdən giriş qapısı ilə üzbəüz ümumi istifadədə olan tualet, mətbəx, hamam yerləşir. Mətbəxdə hər iki tərəfin qaz sobası və qabyuyanı var, həmçinin hamamda hər birinə aid qaz sobası quraşdırılıb, yəni həmin sahələr real olaraq ümumi istifadədədir.
36. Həmçinin müəyyən olundu ki, ümumi istifadədə olan dəhlizdə Cavabdeh2 tərəfindən hər hansı maneə yaradılmamışdır. Ümumi istifadədə olan dəhlizdə iddiaçı tərəfindən müəyyən əşyalar (tumbalar, nərdivan, paltaryuyan maşın və s.) qoyulmuşdur. 12 kv.m olan mətbəx-dəhliz Cavabdeh2ın mülkiyyətində olmaqla, yalnız özü tərəfindən istifadə olunur və məişət avadanlıqları yerləşdirilmişdir. Həmin sahəyə yüngül konstruksiyalı arakəsmə quraşdırılmışdır.
37. Göründüyü kimi ilkin iddiaçının ümumi istifadədə olduğunu hesab edərək mübahisələndirdiyi sahəsi 12 kv.m olan dəhliz əslində ümumi istifadədə deyil, çıxarış və texniki pasporta əsasən cavabdeh N.Edvadrsın mülkiyyətindədir. Belə olan halda həmin dəhlizə münasibətdə irəli sürülmüş tələblərin təmin edilməsi yolverilməzdir. Məhkəmə haqlı olaraq həmin hissələrdə iddia tələbini təmin etməmişdir.
38. Əksinə yerli baxış zamanı müəyyən edilmişdir ki, ümumi istifadədə olan dəhlizə İddiaçı özü tərəfindən müəyyən əşyalar yerləşdirilmişdir. Qarşılıqlı iddiaçı da haqlı olaraq həmin əşyaların çıxarılmasını tələb etmişdir.
39. Eyni zamanda məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, hər iki tərəfin quraşdırdığı kamera sökülməlidir.
40. Qarşılıqlı iddia tələbinin ünvan 6 ünvanda birgə istifadədə olan 6 mənzildən ibarət yaşayış sahəsinin, eləcə də ümumi birgə istifadədə olan qeyri-yaşayış sahələrin naturada bölünməsi hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi əsassızdır.
41. Məhkəmə tərəfindən keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli evin İddiaçı mülkiyyətindəki ümumi sahəsi 85.7 kv.m olan yaşayış otaqları, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadədə olmaqla onun istifadəsində qalmaqla; Cavabdeh2ın mülkiyyətindəki ümumi sahəsi 65,8 kv.m olan 2 otaq və 1 mətbəx-dəhliz, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla onun istifadəsində qalmaqla naturada ayrılması texniki cəhətdən mümkündür.
42. Göründüyü kimi, ekspert tərəfindən təklif olunan naturada bölgü varinatı əslində heç bir bölgüyə xidmət etmir, çünki yaşayış və köməkçi sahələr onsuz da tərəflərin göstərilən qaydada istifadəsindədir. Yəni, tərəflər mülkiyyətlərində olan sahələrdən fərdi, ümumi istifadədə olan sahələrdən isə birgə istifadə edirlər. Belə olan vəziyyətdə hansı bölgünün aparıldığı aydın olmur.
43. Ekspert rəyi olmadan da müəyyən edilir ki, ümumi sahəsi 85,7 kv.m olan 4 otaqlı sıxlaşdırılmış 23/21 nömrəli mənzil iddiaçının, ümumi sahəsi 65,8 kv.m olan 2 otaq və 1 mətbəx-dəhlizdən ibarət 19 nömrəli mənzil isə Cavabdeh2ın mülkiyyətindədir, tərəflərin hər birinin çıxarış üzrə ünvanları da ayrıdır. Hamam, ayaqyolu, dəhliz isə tərəflərin hər ikisinin ümumi istifadəsindədir, həmin sahələrə onların mülkiyyət hüquqları qeydə alınmamışdır. Tərəflərin mülkiyyətinə aid olmayan, ümumi istifadədə olan sahələrin isə naturada bölünməsi mümkün deyildir.
44. Belə olan halda məhkəmənin bu hissədə iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə əsassız olmuşdur.
45. Məhkəmə xərclərinə aid hissədə qətnamə dəyişdirilməklə, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia, qarşılıqlı idddia və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları isə tərəflərin özlərinə aid edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-80/2023 nömrəli iş üzrə 05 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən - İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla, cəmi yaşayış sahəsi 85.7 kv.metr sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadə də olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh2 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 12.0 kv.metr olan dəhlizmətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla naturada bölünməsi hissəsində ləğv edilsin və həmin hissədə qarşılıqlı iddia tələbi rədd edilsin. Məhkəmə xərclərinə aid hissədə qətnamə dəyişdirilməklə, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İlkin və qarşılıqlı iddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.