Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7826/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(005)-852/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurulmuş zərərə görə kompensasiya kimi (maddi və mənəvi təzminat olaraq) 1 660 000 (bir milyon altı yüz altmış min) ABŞ dolları vəsaitin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1442/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Həmin cinayət əməli ilə baş vermiş qəza, yol-nəqliyyat hadisəsi nəticəsində onun, həyat X14 və digər şəxslərin sağlamlığına ağır zərər vurulmuşdur, onlar əlil olmuş, vəfat edənlər olmuşdur. Ona həyat üçün təhlükəli olan sağlamlığa zərər vurma dərəcəsi müəyyən edilib. Onun aldığı xəsarətlər həyat üçün təhlükəli olan xəsarətlərə aiddir. Hazırda da o, həyat üçün təhlükəli olan xəstəlik və patoloji vəziyyətdədir. Onun sağlamlığına dəyən və bundan irəli gələn zərərlərin ödənilməsini məhkum X3 atası Cavabdeh2 və onun şirkəti - qəza törədən avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC şirkəti öz üzərinə götürmüşdür. Lakin onlar öz öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmənin sözügedən hökmü ilə müəyyən edilmişdir ki, X6 03 avqust 2017-ci il tarixində saat 21:23 idarə edtiyi ‘‘Gardenia” MMC-yə məxsus “Mersedes G63 Brabus" markalı **-PP-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində, yolun Rəssamlar Akademiyasının qarşısında olan hissəsinə çatanda yola hərəkəti qaydalarını pozmuş, avtomobili 120 km/saat sürətlə idarə edərkən yanlış manevr edərək digər nəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə avtomobili idarəetmə nəzarətini itirdiyindən avtomobil yolun sol tərəfindən sağ tərəfinə istiqamətlənərək beton yol ayrıcını aşıb köməkçi yola çıxmış, idarə olunmaz vəziyyətdə hərəkətini davam etdirib səki ilə hərəkətdə olan piyadalar X7, Türkiyə respublikasının vətəndaşları İddiaçı və Muttalib Tekişi vurmuş, sonra H.Əliyev prospekti 79/2 savl binanın fasadına çırpılaraq yolun əks istiqamətinə çevrilərək yanmış və bununla da avtomobildə olan sərnişin X12 və piyada X4 həyat üçün təhlükəli olan sağlamlıqlarına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan ölümlərinə, digər piyadalar Söngül Tekişin və Muttalib Tekişin sağlamlıqlarına ehtiyatsızlıqdan ağır zərər vurulmasına səbəb olmuşdur. O, həyat yoldaşı Muttalib Tekiş və 3 övladları ilə birlikdə ailəlikçə qəza hadisəsisnə qədər uzun müddət idi iki Azərbaycanda yaşayırdılar. X14 işləri Azərbaycanda olduğu üçiin onlar da Bakı şəhəri, Nərimanov rayonunda, Naxçıvan MR nümayəndəliyi ilə üzbəüz binada ailəliklə yaşayırdılar. O, isə sosial və humanitar yardım fəaliyyətləri ilə məşğul olurdu. 03.08.2017-ci il tarixdə saat 21:20 radələrində X36 ilə birlikdə H.Əliyev prospekti 79/2 saylı binanın qabağındakı səki ilə hərəkət edərkən qəflətən avtomobil toqquşması səsi eşitdi, əri ilə birlikdə səs gələn tərəfə dönüb baxarkən üzərilərinə sürətlə bir avtomobilin gəldiyini gördü, qaçmağa çalışsalar da macal tapa bilmədilər və avtomobil onları vurdu. Onlar ağır bədən xəsarətləri aldılar və o, şikəst oldu, ikisi də əlil oldu. Həmin vaxtdan o, davamlı olaraq xəstəxanalarda qalır, müalicə olunur, əmək qabiliyyətini itirmiş, ağır xəsarətlərlə yaşamaqdadır, başqasının köməyi olmadan öz həyat fəaliyyətini davam etdirmək imkanından məhrumdur. Hazırda o, özü-özünü təmin etmək, başqasının köməyi olmadan gündəlik həyat üçün öhdəliklərini və vəzifələrini yerinə yetirmək iqtidarında deyildir. Sözügedən məhkəmə hökmündə də göstərildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X16-Təcrübi və Tədris Birliyinin 18 avqust 2017-ci il tarixli, 761 saylı rəyindən görünür ki, İddiaçı bədəni üzərində "onurğa beynin zədələnməsi və aşağı ətrafların hissiyat pozğunluğu ilə müşayiət olunan 1-ci bel fəqərəsinin cisminin parçalanmış, çoxqəlpəli sınığı, burun sümüyünün yerdəyişən sınığı, təpə-ənsə nahiyəsinin və sağ əlin 1 barmağınının ovuc səthinin əzilmiş, cırılmış yaraları, hər iki göz ətrafının şişkinli hematoması, sağ saidin hematoması və sıyrılmış yarası, sol saidin sıyrığı, sağ budun şişkinliyi və yumşaq toxumaların əzilməsi” xəsarətləri vardır, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti 03.08.2017-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. X36 də buna bənzər bədən xəsarətləri almış və onun da xəsarətləri dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cavabdeh1 MMC tərəfindən verilmiş məktub bəyanata əsasən həmin MMC-yə məxsus avtomobilin törətdiyi qəza nəticəsində xəsarət almış Türkiyə Respublikasının vətəndaşları Muttalib Tekiş və İddiaçı Azərbaycanda müalicəsi, Azərbaycandan Türkiyəyə nəql edilməsi, Türkiyə Respublikasının Ankara və Adana şəhərlərində müalicə olunmaları, onların uşaqlarının yola salınması və uşaqların təhsili ilə bağlı ümumilikdə 189983 manat "Gardenia” MMC tərəfindən ödənilmiş, bundan sonra da yaranacaq müalicə xərcləri və digər tələbləri ödəniləcəkdir. Cavabdeh1 MMC”-nin ona və ərinə ünvanlanmış 05 dekabr 2017-ci il tarixli məktubdunda bir daha bəyan etmişdir ki, indiyədək və bundan sonra da müalicənin davam etdirilməsi və bütün əlaqədar tələb olunan xərcləri ödəyəcəyini öz öhdəsinə götürür. 08.12.2017-ci il tarixində qəza törədən X3 atası Cavabdeh2 ona dəyən maddi və mənəvi zərərin əvəzi kimi əlavə olaraq 18.12.2017-ci il tarixində 265000 (iki yüz altmış beş min) ABŞ dolları ödəyəcəyini təəhhüd etmiş, gələcəkdə də yaranacaq bütün müalicə və baxım xərclərinin ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 öhdəliyinə əməl etməmişdir. Dəfələrlə ona şifahi və yazılı xəbərdarlıq edərək vədinə əməl etməsi tələb olunmuşdur. Lakin o, öhdəliyinə əməl etməmişdir. Buna görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh2 18.12.2017-ci il tarixində ödəməyi öhdəsinə götürdüyü 265000 ABŞ dolları məbləğ ayrıca və əlavə olaraq ödənilir. Yəni həmin məblğdən həmin tarixə qədər olan xərclər çıxılmamalıdır. Bunu Cavabdeh2 18.12.2017-ci il tarixli əqddə açıq aydın bəyan etmişdir. İlk növbədə o, bu öhdəliyinin dərhal icra edilməsini tələb edir. Əlavə olaraq həmin tarixdən sonra və davam edən zərər və ziyanını tələb etməkdə haqlıdır. Cavabdehlər bütün olanları, baş verənləri, onun və ərinin mülaicə və baxım məsrəflərini, üzərlərinə götürdükləri öhdəliklərini, vədlərini ehtiraf etsələr də, ödənişdən yayınırlar. O, həyat və fəaliyyət qabiliyətini böyük ölçüdə itirmiş, ona 80% əlillik dərəcəsi verilib, bu Azərbaycandakı 1 qrup əlillik dərəcəsi ilə uyğun gəlir. Onun gəliri yoxdur, qazanc əldə elmək imkanından da məhrumdur. Həmçinin əri də bundan məhrum olmuşdur. Onlar buna görə övladlarına da baxmaq imkanından məhrumdurlar. Onlar özlərinin və övladlarının insan sağlamlığının və həyat fəaliyyətinin normal səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərlə təmin etmək imkanından məhrumdurlar, üstəlik sağlamlıqlarının pozulması, aldıqları ağır xəsarətlərlə bağlı xüsusi qulluq, müalicə, müayinə və əlavə tibbi xidmətlərə ehtiyacı vardır. Başqsının köməyi və xidməti üçün, eləcə də müxtəlif tibbi xidmətlər üçün xeyli haqq ödəməli olur. Türkiyə Respublikası Səhiyyə nazirliyi Adana Çukurova X9 X31 əllillik tibbi komissiyasının rəyinə əsasən onun əlillik faizi 80 %. qismi asılılıq və pareplaegiya+əməliyyat olunmuş bel fəqərəsinin sınığı+ümumi sidik inkontinası müəyyən edilmişdir. Ayrıca davamlı olaraq fizioterapiya və reabilitasiya xidmətləri almalı olduğu təsdiq olunub. Yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına vurulmuş xəsarət nəticəsində onun, müalicəyə, müayinələrə, tibbi xidmətlərə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə və digər əlaqədar məsrəflər üçün indiyə kimi 200 000 (iki yüz min) ABŞ dolları miqdarından çox xərci çıxıb. Bundan əlavə hazırda onun hər ay baxım və müalicə üçün ən az 4000 (dörd min) ABŞ dolları xərcləri olur. O, başqasının qulluğu və baxımı ilə həyatını davam etdirir. Hətta iş o yerdədir ki, ona bir yox, bir neçə nəfər qulluq etməli olur. Ona qulluq edən şəxslər də əmək və vaxtının çox hissəsini ona sərf etməli olduğundan onlara aylıq haqq ödəməli olur. Onun qazancı yoxdur, sağlamlığına vurulmuş ağır xəsarət nəticəsində bundan sonra da işləmək və qazanc əldə etmək imkanı yoxdur, həmçinin əri də onunla eyni vəziyyətdədir, onların gəlirləri yoxdur, üstəlik müalicə və baxım məsrəfləri vardır, övladlarının xərcləri vardır. O və əri ailələrinin və özlərinin yaşayışı və dolanışığını təmin etmək iqtidarından məhrum olmuşdurlar. Onun indiyə kimi 200 000 (iki yüz min) ABŞ dolları vəsaitdən çox xərcləri olmuşdur, bundan sonra da hər ay ən az 4000 (dörd min) ABŞ dolları müalicəyə, qidalanmaya, dava-dərman alınmasına, müxtəlif tibbi xidmətlərə, başqasının qulluğuna və sair həyatının davam etdirilməsi üçün zəruri olan xərclərə ehtiyacı vardır. Bunu isə onun qazanmağı mümkün deyildir. Buna görə də cavabdehlər bu xərcləri ödəməlidirlər və ödəməyi də öz öhdələrinə götürüblər. İnsan ömrünün ortalama 70 il olduğunu nəzərə alınsa bundan sonra 20-25 il müddətində onun aylıq xərclərinin, məsrəflərin ödənilməsi zəruridir. Minimum olaraq hesablasalar bundan sonrakı 20 il müddətində aylıq 4000 dollar vəsaitə (12 x 4000 = 48 000, 48 000 x 20 = 960 000) ehtiyacı nəzərə alınsa bu 960 000 dollar edər. Əvvəlki 200 000 də əlavə edilsə 1 160 000 ABŞ Dolları vəsait edər. Ən az 500 000 ABŞ dolları da mənəvi zərər əlavə etsəq ümumilikdə minimum 1 660 000 ABŞ dolları vəsait ödənilməlidir. Bu əlbəttə ki, onun həyatının və xoşbəxtliyinin dəyəri deyildir. Onun həyat və xoşbəxtliyi qiymətsizdir. Lakin qarşı tərəfin də maddi durumunu nəzərə alaraq ən az olmaqla hesablama apararkən uğradıqları maddi və mənəvi zərərin əvəzi kimi minimum bu qədər məbləğin ödənilməsi məqsədəuyğun və ağlabatandır. Beləliklə, cavabdehlər ona vurulan maddi və mənəvi zərərin əvəzində minimum miqdarda kompensasiya kimi ******* (bir milyon altı yüz altmış min) ABŞ dolları ödəməlidirlər. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, sağlamlığıma vurulmuş zərərə görə kompensasiya kimi maddi zərərə görə ******* ABŞ dolları (bir milyon əlli min) və 993932 Türkiyə Lirəsi (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki), mənəvi zərərə görə 500000 ABŞ dolları (beş yüz min) olmaqla ümumilikdə 1550 000 ABŞ dolları (bir milyon beş yüz əlli min), 993932 Türkiyə Lirəsi (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki) və 22000 avro (iyirmi iki min) vəsaitin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq iddia tələblərimi dəqiqləşdirməklə onun həcmini artıraraq iddiasını aşağıdakı kimi dəyişdirmək qərarına gəlmişdir. Belə ki, hesablamalar nəticəsində müəyyən olunur ki, cavabdehlər sağlamlığıma vurulmuş zərərə görə iddiaçıya aşağıda miqdarda pul vəsaitlərini ödəməlidirlər (ödəməli olduqları halda indiyə kimi ödəməmişlər): 1) 75 000 USD - 08.12.2017-ci il tarixli təəhütnamə üzrə ödənilməli olan qalıq məbləğ; 2) 635 000 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək fızioterapeya, nevrofiziologiya və s. reabilitasiya xidmətləri, eləcə də digər tibbi xidmətlər üçün ödənilmiş məbləğ; 3) 16 146 TL - zəruri tibbi avadanlıq və cihazlar (Qlobus Premium 400 Portativ Dijital masaj/ems/tens cihazı - 2789,90 TL, Oxycyccle kond. Vesosipedi - 990 TL, təkərli oturacaq və digər - 13 360 TL) üçün ödənilmiş məbləğ; 4) 180 000 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək başqasının qulluğu və köməkliyi üçün ödənilmiş məbləğ; 5) 85 750 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək tibbi xidmət mərkəzlərinə gediş gəliş üçün sürücü və nəqliyyat xidmətləri xərci; 6) 3412 TL - aviabilet xərcləri (məhkəmədə iştirak edəcək nümayəndəyə aviabilet üçün ödənilən məbləği; 7) 22 000 EUR - nevro tronik ayaq biləyi sensorlu xüsusi hazırlanmış yürümə cihazı;8) Ödənilmiş vəsaitlər üzrə müvafiq faizlər; qeyd olunanlar indiyə kimi tərəfindən ödənilmiş olan xərclərdir. Bunlardan əlavə bundan sonra müayinə və müalicəsinin, eləcə də tibbi xidmətlərin davam etdirilməsi, habelə həyatının davam etdirilməsi üçün zəruri olan 960 000 USD və mənəvi zərərə görə kompensasiya kimi 500 000 USD vəsait də ayrıca ödənilməlidir. Beləliklə ona ümumilikdə 75 000 USD + 15 000 USD (75 000 USD üçün illik 5 faiz olmaqla 2017-2021 -ci illər üçün faizlər) + 960 000 + 500 000 USD + 920 308 Türk Lirəsi (635 000 + 16 146 + 180 000+85 750+3412 = 920 308) + 73 624 Türk Lirəsi (920 308 T1 üçün illik 8 faiz olmaqla faizlər) və 22 000 avro ödənilməlidir. Yekun olaraq ona ümumilkdə 1550 000 (bir milyon beş yüz əlli min USD) ABŞ dolları, 993 932 (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki TL) Türkiyə Lirəsi, 22 000 (iyirmi iki min EUR) avro ödənilməlidir. Bunlardan əlavə o və azyaşlı övladları zəruri psixoloji müalicə almışlar və almaqda davam edir. Müvafiq psixoloji müalicə, tədavi, dərman müalicəsi, psixatriya yardımı (seansları) və məsləhətləri üçün ödəniş etməli olurlar. O, həyat yoldaşı Muttalib Tekişlə 21.08.2001-ci il tarixdə nikaha daxil olmuşdur və birgə nikahdan 09.12.2002-ci il təvəllüdlü Mislina Tekiş, 26.04.2004-cii il təvəllüdlü X29 və 02.07.2013-cü il tarixli Mekselina Tekiş adlı övladları dünyaya gəlmişdir. O, sağlamlığını itirdiyi vaxt onların 4, 13, 15 yaşı vardı. Onların azyaşlı uşaq kimi ana qayğısına ehtiyacları olduğu halda, birdən birə analarını (həm də atalarını) sağlamlığı pozulmuş şikəst, əlil olmuş vəziyyətdə gördülər. Böyük şök və stress yaşadılar. Ciddi psixoloji travmalar aldılar. Onlar davamlı olaraq onu şikəst, əlil arabasında görürlər, onun xəstəxanada və evdə dəhşətli ağrı və izdirab çəkdiyinin şahidi olurlar, müşahidə edirlər, hər şey onların gözləri qarşısında baş verir. Onlara, xüsusilə azyaşlı Mekselinaya ayrıca bir baxıcı tutmalı oldular. Azyaşlı uşaqların özlərinin ana qayğısına ehtityacları olduğu halda sağlamlığı pozulmuş və əlil olmuş analarını hər gün görmələri, həm onlar üçün, həm də onun üçün çox ağır, böyük mənəvi iztirab olmuşdur. Baş verənlər nəticəsində ailəsi və uşaqları ilə bərabər davamlı olaraq stress və depressiayaya məruz qalırlar. Həkimlər (həkim-psixiatrlar) məsləhət görüblər ki, dərmanlara müalicə kifayət deyildir, kurativ müalicə kimi psixiatriya, psixoterapiya, psixosomatika və müəyyən edilən direktiv və təlimatlara uyğun olaraq psixodinamik və psixoanalitik psixoterapiyanın yerinə yetirilməsi vacib hesab olunur. Qeyd olunan psixatriya xidmətləri ödənişli və bahalı tibbi xidmətləridir. Onlar ailəlikcə bu xidmətləri almalıdırlar. Psixiatr həkimlər bildirmişlər ki, onlar davamlı olaraq, “psixi vəziyyətin müayinəsi, diaqnostikası, müalicəsi və profilaktikasını, psixo-sosial reabilitasiyanı da özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım” almalıdırlar. Cavabdeh2 ilə 08.12.2017-ci il tarixində aralarında olan razılaşmaya görə o, övladı Allahverdiyev Nailin cinayət əməli nəticəsində həmin tarixədək və ondan sonra ona dəymiş zərər və ziyanı, həmçinin tibbi xidmət və əlaqədar bütün xərcləri ödəməyi öhdəsinə götürmüş, bundan başqa və qeyd olunanlara əlavə olaraq 18.12.2017-ci il tarixinədək ona 310 000 ABŞ dolları da ayrıca kompensasiya olaraq ödəyəcəyini öhdəsinə götürmüş, o isə 18.12.2017-ci il tarixinədək onun oğlu, təqsirləndiirlən Allahverdiyev Naildən şikayət etməmək barədə ərizə yazaraq məhkəməyə göndərməklə onun cəzasının yüngülləşdirməsinə köməklik edəcəkdir. Bu məzmunda qarşılıqlı olaraq razılığa gəlmişdirlər. Razılaşmalarından sonra 08.12.2017-ci il tarixində Cavabdeh2 ona 45000 USD verdi və bildirdi ki, həmin məbləği beh olaraq verir, 18.12.2017-ci il tarixinədək də qalan 265 000 USD pulu ödəyəcək. Buna dair notarial qaydada təsdiqli əqd yazaraq ona verdi, o da X2 şikayətçi olmadığına dair notarial qaydada təsdiq olunmaqla ərizə imzalayıb ona verdi. Beləcə razılaşmalarını bu şəkildə rəsmiləşdirmiş oldular. Bundan sonra Cavabdeh2 13.12.2017-ci il tarixində ona 265 000 USD deyil 190 000 USD ödədi, qalıq vəsaiti ödəmədi. Beləliklə Cavabdeh2 əlavə və ayrıca ödəməyi təəhhüd etdiyi 265 000 USD puldan ona 190 000 USD ödəmiş oldu, qalan 75 000 USD indiyə kimi ona ödənilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda guya həmin vəsaiti ödəməsi barədə mülahizə və sənədlər doğru deyildir. Həmin etirazda qeyd olunan 45 000 USD, yuxarıda qeyd etdiyi 18.12.2017-ci il tarixdə ona verilən 45 000 ABŞ dollarıdır, bundan başqa ona 45 000 USD ödənilməmişdir, etirazda qeyd olunanlar yalnışdır, ona bir dəfə 45000 USD ödənilmiş o, da buna dair qəbz yazıb vermişdir. Sonra həmin məbləği o bank hesabına qoymuşdur. Cavabdehlər isə bank hesabından çıxarışı göstərməklə guya həm ona nəğd qaydada 45000 USD vermiş, həm də ayrıca bank hesabına 45000 USD qoymuş olduğunu iddia edir ki, bu yalandır. Beləliklə cavabdehin ona ayrıca olaraq ödəyəcəyini təəhhüd etdiyi 265000 USD puldan sadəcə 190 000 USD ödədiyi doğrudur, bunun xaricində bəyan edilənlər yalandır. Odur ki, əqddə ona vəd edilən 265 000 USD vəsaitdən çıxılmalı olan məbləğ 190 000 USD-dir, bundan başqa hər hansı məbləğ ondan çıxıla bilməz, çünki, yuxarıda qeyd etdiyi kimi, 310 000 USD məbləğdən 45 000 ona verdikdən sonra qalan 265000 USD üçün cavabdeh əqd imzalamışdır, əks təqdirdə cavabdeh əqddə 220 000 USD rəqəmini qeyd edərdi. Beləliklə cavabdeh E. Allahverdiyev 08.12.2017-ci il tarixli əqdlə ona 75 000 USD borclu qalmışdır. Həqiqət budur, bundan başqa deyilənlər yalandır, ona görə də heç bir şəkildə öz təsdiqini tapa bilməz. Cavabdehlər hər ikisi öhdəlik götürərək ona dəymiş və dəyəcək olan bütün zərər və ziyanı, bütün müalicə və müayinə xərclərini, qulluq xərclərini, bütün tibbi xərcləri və digər xərcləri ödəyəcəklərini vəd etmişlər. Buna dair birtərəfli əqdlər imzalamışlar. Odur ki, cavabdehlər öz öhdəliklərini vicdanla icra etməlidirlər. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(005)-852/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən və Cavabdeh2 sağlamlığa vurulmuş maddi zərərə görə 35 000 ABŞ dolları, 920 308 TL və 22000 avro vəsait (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulması, iddia tələbləri qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbləri təmin edilməyən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya icraatı qaydasında ləğv edilməli və həmin hissələrdə də iddia tələbinin tam həcmdə təmin edilməsinə dair yeni qətnamə qəbııl olunmalıdır. Belə ki. işə baxan birinci instansiya iddia tələbinin 75.000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində qismən əsaslı hesab edərək cavabdehlərdən 35.000 ABŞ dolları pulun tutulmasını qanuni və əsaslı hesab edərkən qətnamədə qeyd etmişdir ki, 11 dekabr 2017-ci il tarixində İddiaçı nümayəndəsi, yəni əri Miitalib Tekişə nəğd şəkildə 40.000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Daha sonra məhkəmə bu vəsaitin İddiaçı deyil məhz onun əri Miitalib Tekişə onun sağlamlığına vurulmuş zərərin əvəzi kimi ödənilməsi ilə bağlı mülahizələri ilə razılaşmamış və hesab etmişdir ki, bu vəsait cavabdehlərin İddiaçı ödəməli olduqları 75.000 ABŞ dollarının hissəsi kimi ödənilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini 55.000 ABŞ dolları məbləğində təmin etmişdir. İş materiallarında olan sənədlərdən, o cümlədən işdə olan 11.12.2017-ci il tarixli qəbzin təsdiq olunmuş surətindən görünür ki, X8 40.000 ABŞ dollarının Mütalib Tekişə ödəmişdir. İşin mübahisəsiz halıdır ki, X18 Tekişlə birlikdə yol nəqliyyat qəzası zamaııı ağır xəsarət almışdır. Mütalib Tekişində müayinə və müalicə xərlərinin ödənilməsini cavabdehlər öz öhdəsinə götürmüşdür. Sözügedən 40.000 ABŞ dolları 11.12.2017-ci il tarixində Mütalib Tekişə ödənilərkən onun adına İddiaçı tərələfindən heç bir vəkalətııamə verilməmişdir və o, bu pulu özünün müalicəsinin xərclərinin əvəzi kimi almışdır. Hesab edirlər ki, işə baxan birinci instansiya məhkəməsi Mütalib Tekişə 11 dekabr 2017-ci il tarixli qəbz əsasında ödənilmiş 40.000 ABŞ dollarının cavabdehlərinin İddiaçı ödəməli olduqları 75.000 ABŞ dollarının bir hissəsi olması qənaətinə gələrkən səhvə yol vermişdir. Nəzərə alınmalıdır ki, sözügedən qəbzin məzmunundan da görünür ki, qeyd edilən vəsait Mütalib Tekişə verilmişdir və həmin vəsait məhz Mütalib Tekişin sağlamlığına vurulmuş zərərin əvəzi kimi ona ödənilmişdir. İsə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini mənəvi zərərə aid hissədə də tam təmin etməyərkən də səhvə yol vermiş vo bu hissədə iddia tələbinin təmiıı edilməməsinin səbəbini onunla əlaqələndiımişdir ki, yol nəqliyyat hadisəsi Nail Allahverdiyev tərəfindən törədilmiş və bıı lıadisə noticəsində törədilən hüquqa zidd əməlin (sağlamlığa vurulmuş ziyanın) törədilməsində cavabdehlərin birbaşa təqsiri olmamışdır. O hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə yanlışdır. Məhkəmə iddia tələbinin 960.000 ABŞ dolları məbləğində olan hissəsini də təmir etməməklə yanlış dəlillərə əsaslanmışdır. Belə ki, Songııl Tekişin bundan sonra da müalicə alması işin mübahisəsiz halıdır. Hesab edir ki, məhkəmə işdə olan sübutlara istinadən İddiaçı bundan sonrakı müalicəsi üçün vəsaitin də tutulması da təmin etməli olduğu halda iddia tələbini bu hissədə tamamilə təmin eiməməklə yanlış nəticəyə gəlmşdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin məntiqinə görə, tərəflərin qarşılıqlı razılığı ilə pul vəsaitlərinin bir hissəsinin nağd, digər hissəsinin köçürmə yolu ilə ödənilməsi “məntiqsizdir. Halbuki, həmin məbləğlərin ödənilməsinə dair məhkəməyə müvafiq təsdiqedici sənədlər təqdim edilmişdir. Cavabdeh2 tərəfindən X33 vasitəsi ilə Songül Tekisin həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45 000 ABS dolları köçürülmüşdür. Məhkəmə, iddiaçının heç nə ilə sübut edə bilmədiyi absurd dəlilini - guya, həmin pul vəsaitinin onun yaxınları tərəfindən ödənilməsi barədə dəlilini əsas götürməklə, qeyd edilən pul vəsaitinin də cavabdeh tərəfindən ödənilmədiyi (ödənilməsini sübut edə bilmədiyi) nəticəsinə gəlmişdir. Halbuki, həmin pul vəsaiti Adana şəhərində Cavabdeh2 tərəfindən Türkiyə Respublikasının vəkili Gürşad Karacanın yanında “İş Bankası”nın şöbəsində Songül Tckişin hesabına ödənilmişdir. İddiaçı guya, pul vəsaitlərinin onun qohumları tərəfindən onun hesabına ödənilməsi “dəlili” tamamilə əsassızdır. Belə ki, bu halda məxfi sayılan bank əməliyyatları məlumatı Cavabdeh2 necə ola bilərdi? Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi sənəddən həmin pul vəsaitinin kim tərəfindən ödənildiyini sübut edən heç bir məlumat yoxdur. Əgər iddiaçı pul vəsaitlərinin onun qohumları tərəfindən ödənilməsini bildirirsə, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməlidir. Əgər məhkəmə, pul vəsaitlərinin Cavabdeh2 tərəfindən ödənilməsinə şübhə ilə yanaşırsa, bu halda həmin məluriatı Türkiyə Respublikasının İş Bankasına sorğu (məhkəmə tapşırığı) verməklə əldə edə bilərdi. Belə ki, həmin məlumatların cavabdeh tərəfindən əldə edilməsi mümkün deyil. İddiaçı pul vəsaitinin onun qohumları tərəfindən ödənilməsi barədə etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı hesabına 45 000 ABŞ dolları daxil olmasına dair bank çıxarışına sonradan əl yazısı ilə “Bayram Topal” sözlərini yazıb naməlum şəxsə imza etdirməklə, həmin ödənişin onun tərəfindən həyata keçirildiyinə dair sübut kimi sırımağa çalışır. Halbuki, həmin çıxarışda Bayram Topala aid heç bir məlumat (soyadı, adı) kompüter yazısı ilə daxil edilməmişdir. Bank hesabı iddiaçının özünün adına olduğu üçün həmin əməliyyata dair bütün müfəssəl məlumatları yalnız o özü bankdan tələb edib məhkəməyə təqdim edə bilərdi. Lakin öz bankından bunu tələb etməmişdir. Məhkəmə, həmin sübutların tələb edilməsinə dair vəsatətini də təmin etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı 45 000 ABŞ dollarının ona ümumiyyətlə ödənilməydini yox, məhz cavabdeh tərəfindən deyil, öz qohumları tərəfindən ödənildiyini bildirir. Belə olan halda, pul vəsaitlərinin qohumları tərəfindən ödənildiyini sübut etmə yükü məhz iddiaçıya aid edilməli idi. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri- müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifavətedici olmamasına və isin faktiki hallarının müəvvən edilməməsinə istinadən qərarın çıxarılmasından vayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdeh2 tərəfindən X37 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 13.12.2017-ci il tarixdə 190000 ABŞ dolları köçürülmüşdür ki, bu ödəniş də iddiaçı tərəfindən etiraf edilir. Göründüyü kimi, 08.12.2017-ci il tarixli zəmanətin (Taahhütnamenin) 265000 ABŞ dolları ödəmək barədə öhdəliyi artıqlaması ilə, yəni, 275000 ABŞ dolları ödənilməklə (45000-r40000+190000=275 000) yerinə yetirilmişdir. Şərh edilənlər 35 000 ABŞ dolları pulun tutulması hissəsində məhkəmə qətnaməsinin tamamilə əsassız və qanunsuz olduğunu təsdiq'edir. 2) Məhkəmə, iddianın Cavabdehdən “zəruri tibbi avadanlıqların alınması və s. üçün ödənildiyi iddia edilən 920308 TL və 22000 avro məbləği barədə hissəsini təmin etmək üçün belə “əsaslandırma” verir ki: “iş materiallarında olan çəkilmiş xərclərə dair qəbzləri əsas götürərək hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 920 308 TL və 22 000 avro (dəqiqləşdirmə ərizəsi üzrə 2,3,4,5,6,7-ci bəndlərdəki xərclər) pulun tutulması hissəsində əsaslıdır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, iddiaçı özünün iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında “digər sənədlər” adı ilə, tarixi, nömrəsi, dəqiq adı, əsli, surəti və ya notarial təsdiq olunmuş surəti olduğu bilinməyən, həmçinin neçə səhifədən ibarət olduğu da naməlum olan bir neçə sənədin adı sadalanmış, həmin siyahının sonunda isə “və s.” ifadəsi işlədilmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi “sübutların” əksəriyyəti, özü də iddia tələbinin əsasını təşkil edən sənədlər kimi istinad edilən qəbzlər və arayışlar Türk dilində olduğu halda, onların heç birinin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi əlavə edilməmişdir. İddiaçı yalnız tərcümə bürosunun tərcüməçisinin imzası olan tərcüməni təqdim etmişdir. Göründüyü kimi, iddianı təmin etmək üçün istinad etdiyi sənədlər Mülki Prosessual Məcəllənin tələbləri baxımından sübut kimi qəbul edilə və ya onlara istinad edilə bilməzdi. Bundan əlavə, guya, iddiaçı tərəfindən 22 000 avro ödənilməsinin təsdiqi kimi “Ankara Teknik” X19 Protcz-Ortez Hazırlama və Tətbiqi Mərkəzinin 05.07.2019-cu il tarixli arayışına istinad edən məhkəmə nəzərə almamışdır ki, pul vəsaitlərinin ödənilməsi arayışla deyil, müvafiq ödənişi təsdiq edən ciddi hesabat blankınm əsli və ya notarial qaydada təsdiq edilmiş surəti ilə sübut edilə bilərdi. Belə sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, məhkəmə, mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyini tətbiq etsə də, ödəniş sənədləri ilə bağlı tələblərə riayət olunmadığının fərqinə varmamış, həmçinin həmin arayışın Türkiyə Respublikasında da ciddi hesabat blankı kimi ödənişi təsdiq edən sübut olmadığının fərqinə varmamışdır. Göründüyü kimi, məhkəmə, iddianın bu hissəsini də təmin etməkdə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmənin tutulmasını qət etdiyi digər məbləğlər- guya, iddiaçının 180 000 TL, 365 000 TL və digər məbləğlərin ödənilməsini “təsdiq edən” “X20” və “Tahsilat makbuzu” adlanan sənədlərə də mötəbər sübut kimi istinad etməsi əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, həmin sənədlər notarial qaydada təsdiq edilməmiş, sənədlərin özlərinin etibarlığı isə, yumasaq desək, şübhə doğurur. Qeyd edilən sənədlər də ödənişi təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, “X21” adlanan sənəddə Türkiyə qanunlarına əsasən, həmin ölkənin Maliyyə nazirliyinin tələblərinə uyğun olaraq xüsusi mətbəələrdə çap olunmalı, seriyası, nömrəsi, verilmə tarixi, sənədi verən sahibkarın qeydiyyata alındığı ərazinin kodu (il kodu) göstərilməli, Maliyyə nazirliyi möhürü (damğası) əks olunmalıdır. İddiaçının təqdim etdiyi sənədlərdə isə bu rekvizitlər yoxdur. Bundan əlavə, həmin sənədlərdən də açıq-aşkar görünür ki, tarixləri müxtəlif göstərilsə də. onların hamısı eyni qələmlə bir dəfəyə yazılmışdır. Həqiqi “X22”-nun nümunələri hazırki şikayətə əlavə edilir. Bundan əlavə, məhkəməyə sonrakı müalicə və digər xərclər barədə təqdim edilmiş sənədlərin faktiki olaraq saxta sənədlər olmasına, ən azından sübut kimi istinad edilə bilməyən sənəd olmasına əhəmiyyət verilməmişdir. Belə ki, 26.02.2021-ci tarixdə iddiaçınır. nümayəndəsi və vəkili tərəfindən şəxsi kabinetə iki sənəd yüklənmişdir-85 750 TL məbləğinə 28.02.2021-ci il tarixli “X22” adlanan sənəd və 180 000 TL məbləğinə 28.02.2021-ci il tarixli “Tahsialt makbuzu” adlanan sənəd. Göründüyü kimi, iddiaçı öz əsassız tələblərini “sübut etmək” üçün hətta sənədlərin saxtalaşıdırlmasından da çəkinməmişdir. 28.02.2021-ci il tarixdə verildiyi göstərilən sənədlərin 26.02.2021-ci ildə məhkəməyə təqdim edilməsi (şəxsi kabinet vasitəsi ilə yüklənməsi) də bunu təsdiq edir. Məhkəmə, yumsaq desək, bu uyğunsuzluqlarla bağlı belə “əsaslandırma” vermişdir ki, sənədin tarixinin iki gün sonrakı tarix kimi göstərilməsi, məhkəmə iclasının 28.02.2021-ci il tarixdə olması və xərclərin həmin tarixədək hesablanması ilə əlaqədar olmuşdur. Lakin həmin sənədlərdən aydın görünür ki, yazılmış tarixlər xidmətlərin hansı tarixə kimi olmasını deyil, məhz sənədinin özünün tərtib edilmə tarixini göstərir. Hazırkı işdə məhkəmə, iddiaçının verdiyi faktlara (sübutlara) uyğun hüququ verməmişdir. Məhkəmə, ödənişi təsdiq edən sənəd məlumatları və rekvizitləri olmayan məktub, arayış, “X22” və “Tahsialt makbuzu” adlanan sənədlərə istinad etməklə cavabdehlərdən külli miqdar pul vəsaiti tutulmasını qət etməklə, nəticə etibarı ilə Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarındakı hüquqi mövqelərə zidd olan qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, qeyd edilən Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, işin materiallarında və apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1442/2017 saylı, 18.12.2017-ci il tarixli hökmünün surətinə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirlki bilinməsi və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mehrum edilməklə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. - Qanuni qüvvəsini almış hökmlə müəyyən edilmişdir ki, X6 03 avqust 2017-ci il tarixində saat 21:23 idarə edtiyi ‘‘Gardenia” MMC-yə məxsus “Mersedes G63 Brabus" markalı **-PP-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində, yolun Rəssamlar Akademiyasının qarşısında olan hissəsinə çatanda yola hərəkəti qaydalarını pozmuş, avtomobili 120 km/saat sürətlə idarə edərkən yanlış manevr edərək digər nəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə avtomobili idarəetmə nəzarətini itirdiyindən avtomobil yolun sol tərəfindən sağ tərəfinə istiqamətlənərək beton yol ayrıcını aşıb köməkçi yola çıxmış, idarə olunmaz vəziyyətdə hərəkətini davam etdirib səki ilə hərəkətdə olan piyadalar X7, Türkiyə respublikasının vətəndaşları İddiaçı və Muttalib Tekişi vurmuş, sonra H.Əliyev prospekti 79/2 savl binanın fasadına çırpılanıq yolun eks istiqamətinə çevrilərək yanmış və bununla da avtomobildə olan sərnişin X12 və piyada X4 həyat üçün təhlükəli olan sağlamlıqlarına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan ölümlərinə, digər piyadalar Söngül Tekişin və Muttalib Tekişin sağlamlıqlarına ehtiyatsızlıqdan ağır zərər vurulmasına səbəb olmuşdur. - Hökmdə əksini tapan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X16-Təcrübi və Tədris Birliyinin 18 avqust 2017-ci il tarixli, 761 saylı rəyindən görünür ki, İddiaçı bədəni üzərində "onurğa beynin zədələnməsi və aşağı ətrafların hissivat pozğunluğu ilə müşayiət olunan 1-ci bel fəqərəsinin cisminin parçalanmış, çoxqəlpəli sınığı, burun sümüyünün yerdəyişən sınığı, təpə-ənsə nahiyəsinin və sağ əlin 1 barmağınının ovuc səthinin əzilmiş-cırılmış yaraları, hər iki göz ətrafının şişkinli hematoması, sağ saidin hematoması və sıyrılmış yarası, sol saidin sıyrığı, sağ budun şişkinliyi və yumşaq toxumaların əzilməsi” xəsarətləri vardır, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti 03.08.2017-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. X36 də buna bənzər bədən xəsarətləri almış və onun da xəsarətləri dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. - 08.12.20-17-ci il tarixli Adana 11 saylı notariusu tərəfindən təsdiq edilmiş X10 öhdəlik ərizəsində göstərilmişdir ki, «03.08.2017-ci ildə Bakıda anadan olmuş, X1 maşınla meydana gələn və Muttalib Tekiş ilə İddiaçı xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərər çəkmiş şəxslərə əvvəlcə çəkdiyim xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında İddiaçı-ə 18.12.2017-ci ildə 265.000,00 dollar (iki yüz altmış beş min Amerika Dolları) əlavə ödəyəcəyimi bildirir və bundan əlavə İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyimi bəyan edir və öhdəliyimə götürürəm» - Muttalib Tekiş, İddiaçı və vəkillləri Vəkil1 Cavabdeh1 MMC-yə ünvanlandığı 16.11.2020-ci il tarixli pretenziya məktubunda göstərilmişdir ki, «sizə xəbərdarlıq edərək diqqətinizə çatdırırıq ki, siz Muttalib Tekiş və İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzini ödəməyi öhdənizə götürməyinizə baxmayaraq vurulmuş zərəri ödəməkdən yayımınsınız. Odur ki, dərhal sağlamlığımıza vurulmuş zərəri tam olaraq ödəməyiniz sizdən tələb olunur. Cavabdeh1 MMC 05 dekabr 2017-ci il tarixli əqdlə, Cavabdeh2 isə 08 dekabr 2017-ci il tarixli əqdlə onlara dəymiş zərərin ödənilməsini təəhhüd etmişlər, vəd edərək öhdələrinə götürmüşlər ki, sağlamlığımızın pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanımızı təzmin edəcəklər. Lakin siz sözügedən öhdəliyinizə və vədlərinizə xilaf çıxaraq bizim sağlamlığımızın pozulması ilə bağlı meydana çıxan və ondan irəli gəlmiş zərərləri ödəməkdən yayımınsınız. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq elməyimizə baxmayaıq siz öhdəliyinizi yerinə yetirmirsiniz. Tərəfimizdən 08 fevral 2019-cu il tarixli Türkiyə Respublikası onbirinci Noterliyi vasitəsilə notariat qaydasında da sizə pretenziya (ihtarmamə, xəbərdarlıq, tələbnamə) göndərilmiş, lakin buna da cavab verməmisiniz. Buna görə də sizə son dəfə xəbərdarlıq (tələbnamə, ihtar) edirik. Əks təqdirdə tərəfimizdən Məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097, 1108, 1117-1119 maddələrinə və digər qanunvericilik müddəalarına, habelə tərəfinizdən imzalanmış yuxarıda qeyd olunan əqdlərə əsasən siz bizim sağlamlığımıza vurulmuş zərərin əvəzini tam şəkildə ödəməyə borclusunuz. Qeyd olunanları nəzərə alaraq dərhal öhdəliyinzi yerinə yetirməniz sizdən tələb olunur.» - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, X6 Cavabdeh1 MMC-yə məxsus “Mersedes G63” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinib və nəticədə Muttalib Tekiş və İddiaçı ağır xəsarət yetirilmişdir. - Türkiyə Respublikası Səhiyyə Nazirliyi Adana Çukurova X9 X31 Əllilik Tibbi Komissiyasının 12.03.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı müayinəsindən sonra əlillik tibbi komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Diaqnozlar: Pareplaegiya+əməliyyat olunmuş bel fəqərəsinin sınığı+ümumi sidik intoksikasiyası; Əlillik faizi : 80% (səksən): Asılılığın qiymətləndirilməsi: qismi asılılıq. - Türkiyə Respublikası Səhiyyə Nazirliyi Adana Çukurova X9 X31 Əllilik Tibbi komissiyasının 18.06.2019-cu il tarixli rəyindən görünür ki, Muttalip Tekişin müayinəsindən sonra əlillik tibbi komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Diaqnozlar: HT+yüngül restruktiv pozğunluq+əməliyyat olunmuş sol dizdə medial kollateral bağların yaralanması; Əlillik faizi: 37 % (otuz yeddi); Asılılığın qiymətləndirilməsi: 1 sərbəst. - Cavabdeh1 MMC tərəfindən Muttalib Tekişə və İddiaçı ünvanlanmış 05.12.2017-ci il tarixli məktubundan görünür ki, sonunculara Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında müalicə olunmaları ilə bağlı bu günədək yaranmış xərclər ödənilmişdir. Rəsmi olaraq bildirilir ki, Cavabdeh1 MMC onların müalicəsinin davam etdirilməsi və bununla əlaqədar zəruri olraq bütün sonrakı xərclərin də əvəzini ödəmək öhdəliyini daşıyır və bu öhdəliyi vaxtı-vaxtında və lazımınca yerinə yetirəcəkdir. - Türkiyə Respublikası Adana 11 saylı notariat kontorunda tərtib edilmiş 08.12.2017-ci il tarixli yazılı imtinanın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 03.08.2017-ci il tarixində Azərbaycanda/Bakı şəhərində düşdüyü avtomobil qəzası ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qaldırılmış 1(101)-1442/2017 nömrəli cinayət işində təqsirləndirilən şəxs X2 şikayətçi olmadığını, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, yuxarıda haqqında danışdığı cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təminat hüququnda imtina etdiyini bildirir. - 08.12.2017-ci il tarixli Adana 11 saylı notariusu tərəfindən təsdiq edilmiş X10 öhdəlik ərizəsindən görünür ki, 03.08.2017-ci ildə Bakıda anadan olmuş, X1 maşınla meydana gələn və Muttalib Tekiş ilə İddiaçı xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərər çəkmiş şəxslərə əvvəlcə çəkilən xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında İddiaçı 18.12.2017-ci ildə 265.000,00 dollar (iki yüz altmış beş min Amerika Dolları) əlavə ödəyəcəyini bildirir və bundan əlavə İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyini bəyan edir və öhdəliyinə götürür. - 08.12.2017-ci il tarixli qəbzin təsdiq edilmiş surətindən görünür ki, X3 atası Cavabdeh2 İddiaçı 45000 USD təhvil verdi. - 11.12.2017-ci il tarixli qəbzin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 40000 USD vəsaiti Muttalib Tekişə təhvil verdi. 28.02.2021-ci il tarixli müstəqil peşə fakturasının təsdiq edilmiş surətindən görünür ki, 01.02.2019-cu il tarixdən 28.02.2021-ci il tarixdək ödənən nəqliyyat vasitəsinin xidmət haqqı ilə bağlı göstərilən xidmətə görə İddiaçı ümumi ödəniş 85750 TL təşkil edir. - 28.02.2021-ci il tarixli qəbzindən görünür ki, 25 aylıq fiziki müalicə prosesi əsnasında İddiaçı adlı xəstəyə elektroterapiya nevroloji reabilitasiya, neyrofizyoloji məşqlər, hərəkət diapazonu, idman gəzinti məşqləri, tarazlıq koordinasiya məşqləri, robotik reabilitasiyatətbiq edildi. Bu ödəniş qəbzi 18.02.2019-28.02.2021-ci il tarixlərini əhatə edir. Ümumi ödəniş 635.000 TL (altı yüz otuz beş min türk lirəsi) təşkil edir. - Şefkat Xəstəyə nəzarət/qulluq xidmətlərinə dair 28.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1 fevral 2019-cu ildən 28 fevral 2021-ci ilədək xəstənin bütün gündəlik və gecə ehtiyacları üçün xəstəyə göstərilən xidmət üzrə ümumi ödəniş qəbzidir. İddiaçı göstərilən xidmətlə bağlı 18000 TL (yüz səksən min türk lirəsi) vəsaiti ödəmişdir. - 04.06.2020-ci il tarixli Təqdim edilən malların siyahısından görünür ki, İddiaçı 13360.00 TL dəyərində olan mallar istifadə etməsi üçün təqdim edilmişdir. - X11 aidiyyəti orqana ünvanlandığı 10.02.2021-ci il tarixli məktubundan görünür ki, 28.08.2017-ci ildə klinikamıza müraciət edən, **********6 T.C.kimlik nömrəli və 5718 protokol nömrəli, İddiaçı adlı xəstənin həm alt, həm də üst ekstremitələrində taqətsizlik və yeriməkdə çətinlik var, təxminən 6 ay əvvəl bir maşın vurması ilə nəticələnən yol qəzasından sonra belində sınıq əmələ gəlib, əməliyyat olunan ayaqlarda taqətsizlik yaranıb, nəticədə yeriyə bilməyib; parapleji inkişaf etmiş beyin cərrahiyyəsinin reabilitasiya müayinəsi tövsiyə olunmuş, hər iki alt-üst ekstremitələrdə hərəkətsizlik, taqətsizlik və yeriməkdə çətinlik müşahidə edildi. Xəstə yerimə koordinasiya məşqləri və reabilitasiyası üçün klinikaya müraciət etdi. Brunnstrom müayinəsində: hər iki alt ekstremitedə əzələ gücləri 1+/5,ayaqlarda 1-/5, DTR(dərin tendon refleksləri)-lər canlı, Spastisite ++/++, babinski ikitərəfli qismən əlaqəsi olmayan Tonus hər iki diz və bud ətrafında, ashword 2-3, Serebellar testlər test edilmədi. Hər iki alt ekstremitələrdə distalda üstünlük təşkil edən əzələ atrofıyası mövcud olan xəstə əlil arabasında gəzdirilir. Xəstəyə; elektroterapiya + nevroloji reabilitasiya + neyrofızioloji məşqlər + oynaq hərəkəti +yerimə hərəkətləri + tarazlıq və koordinasiya məşqləri + robotik reabilitasiya (Locomat) müalicələri tətbiq olundu. Xəstə ümumilikdə 534 gün ərzində 30 günlük dövrlərdə stasionar reabilitasiya proqramına aparıldı. Xəstə ilk gəldikdə oturma və ayaqda durma tarazlığı olmayan əlil arabası ilə gəzdirilən xəstə 534 günlük müalicə müddətinin sonunda bir çox ortezlər-walker (ortez-yeridənlərin) və fizioterapevtlərin köməyi ilə qısa məsafədə yeriməyə başladı. 01.08.2019 tarixində xəstənin fiziki müayinəsində: Texniki müayinədə brunnstrom hər iki alt ekstremitedə əzələ gücləri 3+/5 ayaqlarda 3-/5 gücündə DTR(dərin tendon refleksləri)-lər canlı. Spaslite ++/++ babinski ikitərəfli qismən əlaqəsi olmayan tonus hər iki diz və bud ətrafında ashword 1-2, xəstədə serebellar testlərində qismən yaxşılaşma olsa da, qeyd olunan yerimə- koordinasiya pozuntusu vardır. Hər iki alt ekstremitələrdə distalda qismən üstünlük təşkil edən atrofıya mövcuddur, (xəstə ilk dəfə gəldiyindən bəri qismən yaxşılaşma vardır). Xəstə hər iki alt ekstremitələrdə ortezlər-walkerin (ortez-yeridənlərin) köməyi ilə qısa məsafəni gəzə bilir. Müalicə dövründə xəstədə qismən yaxşılaşma müşahidə edildi. Xəstənin yaxşılaşması və sonrakı müalicəsi üçün xəstəni 1 ildən 2 ilə qədər bir müddətə reabilitasiya proqramına aparmaq (ən azı 6 ay xəstəxanaya yerləşdirmək) lazımdır. - Azərbaycan dilinə tərcümə edilmiş X39 və Dış Ticarət İrsaliyeli Fakturadan görünür ki, Globus Premium 400 X23/EMS/Tens Cihazı 4 kanal üçün 2580.46 TL (iki min səksən türk lirəsi qırx altı kürüş) ödənilmişdir. - Azərbaycan dilinə tərcümə edilmiş İntersport e-arxiv fakturasından görünür ki, Oxyxycle kond. Velosiped üçün 990 TL (doqquz yüz doxsan türk lirəsi) ödəniş edilmişdir. - Azərbaycan dilinə tərcümə edilmiş X19 Protez-Ortez Hazırlama və Tətbiqi Mərkəzinin 05.07.2019-cu il tarixli arayışından görünür ki, mərkəzə müraciət edən xəstənin vəziyyətinin qiymətləndirilməsi nəticəsində fərdi istehsal sensorlu neyro tronik ayaq biləyi uzunb gəzinti cihazı çatdırılma mərhələsində idi və 22000 avro ödənişi alındı. - Elektron biletin çıxarışından görünür ki, Muttalib Tekiş səhhəti ilə əlaqədar hava nəqliyyatı vasitəsilə etdiyi səfərlərə toplam 3412 TL ödəmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 08.12.2017-ci il tarixdə bağlanmış «Öhdəlik ərizəsi» üzrə ödənilməli olan 265.000 ABŞ dolları məbləğindən iddiaçının etiraf etdiyi kimi 190.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı qalıq qalmış 75.000 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb edir. Cavabdeh isə X37 vasitəsilə 45.000 ABŞ dolları və iddiaçının nümayəndəsi M.Tekişə imza etdirilməklə 40.000 ABŞ dolları məbləğində vəsaitin verildiyini qeyd edir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarından göründüyü kimi, mübahisəli 45.000 ABŞ dolları vəsaitin cavabdeh tərəfindən X32 ödənilməsi müəyyən edilmir, belə ki, nağd şəkildə ödənilmiş 45 000 ABŞ dolları qəbzin tarixindən və X24 əldə edilmiş qəbzin tarixlərindən məlum olur ki, hər iki qəbzin ödəniş tarixi eyni günə (08.12.2017-ci il) təsadüf edir. Aydın məsələdir ki, öhdəlik üzrə vəsait ödəyərkən cavabdehin eyni gündə həm nağd şəkildə həm də bank vasitəsilə ödəniş etməsi məntiqsizdir. Digər tərəfdən 11.12.2017-ci il tarixdə iddiaçının nümayəndəsi M.Tekişə nağd şəkildə 40 000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. İddiaçı həmin məbləğin ödənilməsini etiraf etsə də, onun iddiaçıya dəymiş zərərin əvəzi olaraq deyil, məhz iddiaçının ərinin sağlamlığına vurulmuş zərərin əvəzi kimi ödənildiyini bildirir. Məhkəmə iddiaçının bu mülahizəsi ilə razılaşmayaraq, cavabdehin etirazı kimi istinad etdiyi dəlillərlə isə razılaşaraq hesab etmişdir ki, cavabdehlərin iddiaçının qarşısında hər hansı öhdəlik götürməsi istisna olunur. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbinin 75 000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində qismən əsaslı hesab edərək, cavabdehlərdən 35 000 ABŞ dolları pulun tutulması qanuni və ədalətli hesab etmişdir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehlərdən iddiaçının xeyrinə 920 308 TL və 22 000 avro (dəqiqləşdirmə ərizəsi üzrə 2,3,4,5,6,7-ci bəndlərdəki xərclər) pulun tutulması hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçının ödənilmiş vəsaitlərə görə müvafiq faizlərin tutulmasını əsassız hesab etməsini isə onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan faizlərin ödənilməsini cavabdehlər tərəfindən ödənilməli olduğunu bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Göstərilən nəticələrə gələn birinci instansiya məhkəməsinin mövqeyinə görə, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış Öhdəlik ərizəsi üzrə qalıq qalmış borc məbləği ilə bağlı məsələyə qiymət verilməlidir. Odur ki, öhdəlik münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. İşin materiallarından görünür ki, tərəflər arasında 08.12.2017-ci il tarixdə bağlanmış «Öhdəlik ərizəsi» üzrə ödənilməli olan 265000 ABŞ dolları məbləğindən iddiaçının etiraf etdiyi kimi 190000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırki iş üzrə iddiaçı qalıq qalmış 75000 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb etmiş, cavabdeh isə iddianın bu hissəsinə etirazının əsası kimi X37 vasitəsilə 45000 ABŞ dolları və iddiaçının nümayəndəsi M.Tekişə imza etdirilməklə 40000 ABŞ dolları məbləğində vəsaitin verilməsinə istinad edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öhdəlik münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkünlüyünə istinad etməklə ilk növbədə tərəflər arasında bağlanmış «Öhdəlik ərizəsi» üzrə qalıq qalmış borc məbləği ilə bağlı məsələyə qiymət verilməli olması qənaətinə gəlsə də, iddianın bu hissəsi üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki,cavabdeh tərəfindən 2019-cu ilin yanvar ayına qədər mütamadi olaraq iddiaçının bütün xərcləri qarşılanmışdır. Belə ki, iddiaçı işin bu hallarını inkar etməmiş və qeyd edilən, yəni təxminən yarım milyon TL-yə qədər xərclər həqiqətən də cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh2 tərəfindən X37 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 13.12.2017-ci il tarixdə 190000 ABŞ dolları köçürülmüşdür ki, bu ödəniş də iddiaçı tərəfindən etiraf edilir. Həmçinin Cavabdeh2 tərəfindən X37 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45 000 ABS dolları köçürülmüşdür. İşin materiallarından daha sonra görünür ki, 11.12.2017-ci il tarixdə iddiaçının nümayəndəsi M.Tekişə nağd şəkildə 40 000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. İddiaçı həmin məbləğin ödənilməsini də etiraf etmişdir. Birinci instansiya məhkəməsinin nağd şəkildə ödənilmiş 45000 ABŞ dolları qəbzin tarixindən və X24 əldə edilmiş qəbzin tarixlərindən hər iki qəbzin ödəniş tarixinin eyni günə (08.12.2017-ci il) təsadüf etməsi ilə əlaqədar öhdəlik üzrə vəsait ödəyərkən cavabdehin eyni gündə həm nağd şəkildə həm də bank vasitəsilə ödəniş etməsinin məntiqsiz olması qənaəti ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçının qarşısında hər hansı öhdəlik götürməsi istisna olunmasını qeyd etməklə yanaşı cavabdehdən 35000 ABŞ dolları pulun tutulması nəticəsinə gələrkən Cavabdeh2 tərəfindən X38 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45000 ABS dolları köçürülməsinə və iddiaçının da özünün etiraf etdiyi 11.12.2017-ci il tarixdə iddiaçının nümayəndəsi M.Tekişə nağd şəkildə 40000 ABŞ dolları məbləğində vəsait ödənilməsinə diqqət yetirməyərək, cavabdehin iddianın qeyd olunan hissəsinin tam əsassız olmasına dair irəli sürdüyü dəlillərə düzgün hüquqi qiymət verməməklə əsassız olaraq göstərilən nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının “zəruri tibbi avandanlıqların alınması və s. üçün ödənilmiş 920 308 TL məbləğinin də cavabdehdən tutulmalı olması nəticəsi ilə də razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099, 1114.1, 1118.1, 1118.2,324.1, 324.5, 329.2, 331.1, 334.1, 334.2-ci maddələrinə istinadla qeyd edilən hissə üzrə göstərilən nəticəyə gəlsə də, bu nəticənin hüquqi əsaslandırmasını göstərməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi 920 308 TL məbləğinin də cavabdehdən tutulmalı olmasına əsas olan sübutların mötəbərliyinə hüquqi qiymət verməmişdir. İşin materiallarından görünür ki, iddiaçı cavabdehlər tərəfindən ödəməli olduqları halda indiyə kimi ödənilməmiş sözügedən məbləğin əsası kimi aşağıdakı xərclərə istinad etmişdir: - 635 000 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixiııədək fızioterapeya, nevrofiziologiya və s. reabilitasiya xidmətləri, eləcə də digər tibbi xidmətlər üçün ödənilmiş məbləğ; - 16 146 TL - zəruri tibbi avadanlıq və cihazlar (Qlobus Premium 400 Portativ Dijital masaj/ems/tens cihazı - 2789,90 TL, Oxycyccle kond. Vesosipedi - 990 TL, təkərli oturacaq və digər - 13 360 TL) üçün ödənilmiş məbləğ; - 180 000 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək başqasının qulluğu və köməkliyi üçün ödənilmiş məbləğ; - 85750 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək tibbi xidmət mərkəzlərinə gediş- gəliş üçün sürücü və nəqliyyat xidmətləri xərci; - 3412 TL - aviabilet xərcləri (məhkəmədə iştirak edəcək nümayəndəyə aviabilet üçün ödənilən məbləğ. İddiaçı tərəf bu xərclərin ödənilməli olmasını həmçinin də Cavabdeh2 08 dekabr 2017-ci il tarixli əqdlə üzərinə götürdüyü öhdəliklərlə əlaqələndirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə cavabdehlərin üzərlərinə götürdükləri öhdəliklərinə 2019-cu ilin yanvar ayınadək həmin tarixədək iddiaçının müalicə və qulluq xərclərini qarşılamalarına qiymət verməyərək əlavə olaraq cavabdehdən 920 308 TL məbləğinin də cavabdehlərdən tutulmalı olması nəticəsini qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Belə ki, iddiaçı tərəf sözügedən məbləğlə bağlı 08.12.2017-ci il tarixli Adana 11 saylı notariusu tərəfindən təsdiq edilmiş X10 öhdəlik ərizəsində İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyini bəyan etməsi və öhdəliyinə götürməsinə dair öhdəlik ərizəsinə istinad etsə də, çəkilmiş və çəkilməli olan xərcələrin təsdiqi olan mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. İşin materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında “digər sənədlər” adı ilə, tarixi, nömrəsi, dəqiq adı, əsli, surəti və ya notarial təsdiq olunmuş surəti olduğu bilinməyən, həmçinin neçə səhifədən ibarət olduğu da naməlum olan bir neçə sənədin adı sadalanmış, həmin siyahının sonunda isə “və s.” ifadəsi işlədilmişdir. Cavabdeh tərəf həm də sənədlərin özlərinin etibarlığı ilə bağlı əlavə olaraq göstərmişdir ki, qeyd edilən sənədlər də ödənişi təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, “X22” adlanan sənəddə Türkiyə qanunlarına əsasən, həmin ölkənin Maliyyə Nazirliyinin tələblərinə uyğun olaraq xüsusi mətbəələrdə çap olunmalı, seriyası, nömrəsi, verilmə tarixi, sənədi verən sahibkarın qeydiyyata alındığı ərazinin kodu (il kodu) göstərilməmişdir, həmçinin maliyyə nazirliyi möhürü (damğası) əks olunmalıdır. İddiaçının təqdim etdiyi sənədlərdə isə bu rekvizitlər yoxdur. İddiaçı tərəf cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə bağlı göstərmişdir ki, xidmətlər göstərilməsi ilə bağlı tərtib edilən sənədlərdə KDV (əlavə dəyər vergisi) ödənilmədiyindən bunlar Türkiyə Qanunvericiliyində təsdiq edilmiş maliyyə sənədlərinə uyğun deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən sənədlər kimi istinad edilən qəbzlər və arayışlar Türk dilində olduğu halda, onların heç birinin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi əlavə edilməmiş, iddiaçı yalnız tərcümə bürosunun tərcüməçisinin imzası olan tərcüməni təqdim etmişdir ki, bunlar da iddianın göstərilən hissələri üzrə əsaslı və mötəbər sübut növləri kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Kolleiya daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tələbinin 75000 ABŞ dolları və 920308 TL məbləğinin cavabdehlərdən tutulmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Lakin göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 iddiaçının xeyrinə 22000 avro tutulmalı olmasına dair nəticəsi düzgün olmuşdur. Belə ki, işin materiallarından görünür ki, iddiaçı tərəfindən 22000 avro ödənilməsinin təsdiqi kimi “Ankara Teknik” X19 Protez-Ortez Hazırlama və Tətbiqi Mərkəzinin 05.07.2019-cu il tarixli arayışına istinad edilmişdir. Cavabdeh tərəfin həmin məbləğin arayışla deyil, müvafiq ödənişi təsdiq edən ciddi hesabat blankının əsli və ya notarial qaydada təsdiq edilmiş surəti ilə sübut edilə bilməsi ilə bağlı etirazına kollegiya qiymət verərək hesab edir ki, iddiaçı tərəf məhz nevrotronik ayaq biləyi sensorlu xüsusi hazırlanmış yürümə cihazının alınması üçün təqdim edilmiş arayışda göstərilən qiymətə istinad edilmişdir. Başqa sözlə, iddiaçı tərəf həmin cihazı almaq iqtidarında olmadığı üçün hazırki tələblə müraciət etmiş və alınacaq cihazın dəyərini əks etdirən müvafiq sənədi təqdim etmişdir. Kollegiya hesab edir ki, 03 avqust 2017-ci il tarixində baş vermiş yol qəza hadisəsi nəticəsində İddiaçı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması məhkəmədə tədqiq olunan sübutlarla - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) - 1442/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli hökmü, Türkiyə Respublikası Səhiyyə nazirliyi Adana Çukurova X9 X31 əllillik tibbi komissiyasının rəyi, “Algomed” Xəstəxanası tərəfindən verilən 10.02.2021-ci il tarixli tbbi arayışla və digər sübutlarla təsdiqlənir. “Algomed Xəstəxanası” tərəfindən verilən 10.02.2021-ci il tarixli tbbi arayışda həmçinin qeyd olunmuşdur ki, iddiaçı Söngül Tekiş indiyədək ümumilikdə 534 gün ərzində 30 günlük dövrlərdə stasionar reabilitasiya proqramına aparıldı, xəstəyə elektroterapiya, nevroloji reabilitasiya, neyrofızioloji məşqlər, oynaq hərəkəti, yerimə hərəkətləri, tarazlıq və koordinasiya məşqləri, robotik reabilitasiya (Lokomat) müalicələri tətbiq olunmuş, ilk gəldikdə oturma və ayaqda durma tarazlığı olmayan, əlil arabası ilə gəzdirilən xəstə 534 günlük müalicə müddətinin sonunda bir çox ortezlərvalker və fizioterapevtlərin köməyi ilə qısa məsafədə yeriməyə başlamışdır. Lakin müalicənin müsbət nəticələrinə baxmayaraq iddiaçı hələ də hər iki ekstremitələrdə distalda üstünlük təşkil edən əzələ atrofıyası mövcud olduğundan əlil arabasında gəzdirilməkdədir və qeyd olunan mülaicə xidmətlərinin davam etdirilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 hazırki vaxta kimi iddiaçıya yuxarıda sadalanan işin halları üzrə müəyyən məbləğlər ödənilməsi faktı mövcud olmaqla yanaşı, onun iddiaçı qarşısında öhdəlik daşıyıcıyıcısı olmasına baxmayaraq iddiaçının hazırki sağlıq durumu (hərəkət məhdudluğu) onun qəza nəticəsində malik olduğu yaşam tərzindən mərhum olmaqla fərqli bir yaşam tərzinə düşməsi və hazırki həyatının davam etdirilməsinə ciddi təsir göstərə biləcək sözügedən cihazın alınması üçün tələb olunan 22000 Avro vəsaitin ödənilməsi ilə bağlı Cavabdeh2 qarşı iddiası əsaslıdır. Belə ki Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə pul tutulmalı olmasına dair nəticələri düzgün olmamışdır Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 MMC iddiaçı qarşısında heç bir formada öhdəlik götürməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin sözügedən Cavabdeh1 MMC-yə qarşı iddianı qismən təmin etdiyi hissələr də əsasssız olduğundan ləğv edilməlidir Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər əsassız olmaqla iddianın Cavabdeh2 22000 avro tələbi istisna olmaqla iddia tələblərinin tam əsaslı olması nəticəsinə gəlməsinə əsas vermir. Belə ki, iddiaçı yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 sağlamlığa vurulmuş maddi zərərə görə 22000 avro məbləğinin tutulması hissəsi istisna olmasına iddianın digər hissələrinin əsaslı olmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir….Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X25rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan tələbin Cavabdeh2 22000 Avro məbləğinin tutulması hissəsi istisna olmaqla iddianın təmin edilən hissələri üzrə qərar qəbul edərkən səhv nəticəyə, iddianın təmin edilməyən hissələri üzrə isə maddi və prosessul hüquq normalarını düzgün tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).. Azərbaycan Respublikasının MPM-nin: - 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. - 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(005)-852/2021 saylı qətnaməsi qismən, Cavabdeh1 MMC-dən və Cavabdeh2 sağlamlığa vurulmuş maddi zərərə görə 35000 ABŞ dolları, 920308 TL (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulması, eləcə də Cavabdeh1 MMC-22000 Avro tutulması hissələrində ləğv edilsin. Həmin hissələrdə iddia tələbləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(005)-852/2021 saylı qətnaməsi “Cavabdeh2 22000 avro vəsait (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7826/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7826/2021
23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver