Məhkəmə qərarları › İş №2(103)-7829/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7829/2021

22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7829/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh2, Cavabdeh1 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab olunması, avtomobilin hərrac yolu ilə satılması, hərracdan əldə edilmiş pulun borca yönəldilməsi və artıq qalan vəsaitin cavabdehə qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh1 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab olunması, avtomobilin hərrac yolu ilə satılması, hərracdan əldə edilmiş pulun borca yönəldilməsi və artıq qalan vəsaitin cavabdehə qaytarılması” tələblərinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 16 aprel 2021-ci il il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, məhkəmənin 16 aprel 2021-ci il tarixli qətnaməsi 22 aprel 2021-ci il tarixdə tərəflərə, o cümlədən iddiaçıya göndərilmiş, işin 67-ci səhifəsində olan poçt xəbərnaməsinə görə 28.04.2021-ci il tarixdə ona çatdırılmış, 04.06.2021-ci il tarixdə iddiaçı məhkəməyə müraciət ünvanlayaraq qeydiyyatda olduğu yerdə yaşamadığını bildirməklə qətnamənin ona verilməsini xahiş etmiş, həmin tarixdə qətnamə ona təqdim olunmuş, 06.07.2021-ci il tarixdə isə onun apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iş materiallarında qətnamənin iddiaçının qeydiyyatda olduğu ünvana 28.04.2021-ci il tarixdə çatdırıldığını təsdiq edən sübut vardır və belə olan halda onun qətnamədən şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət verilmədən, müddət ötürülməmişdirsə buna münasibət bildirilmədən apellyasiyanı mümkün hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh2, Cavabdeh1 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab olunması, avtomobilin hərrac yolu ilə satılması, hərracdan əldə edilmiş pulun borca yönəldilməsi və artıq qalan vəsaitin cavabdehə qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar