Məhkəmə qərarları › İş №2(103)-7847/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7847/2020

26.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7847/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4676/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 68C ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (“Vüsal” kafesi) cavabdehin çıxarılması və 69825 manat ziyanın ondan tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi 1/2 payla iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 68C ünvanda yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh və digər şəxslərin istifadə etməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4676/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizə təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, sənədlərə ilkin baxışı zamanı məhkəmə bu cür tədbirin tətbiq edilməsinin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini müəyyən edə bilməmişdir. Halbuki məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, tətbiq edilməsi xahiş olunan iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. İddiaçının nümayəndəsi vəkil Nümayəndə qərardaddan şikayət verərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4676/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə MM-in 215; MPM-in 267-269; Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iddia tələbindən də göründüyü kimi cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən iddiaçının məlumatı olmadan qanunsuz olaraq restoran kimi istifadə edir,həmin qeyri-yaşayış sahəsinin 1/2 pay hüququ əsasında mülkiyyətçisi məhz İddiaçı olsa da, cavabdehin orada fəaliyyət göstərməsinə iddiaçının heç bir razılığı alınmamışdır. Nəticədə cavabdeh tərəfindən 30 aya yaxın müddətdir ki, iddiaçının mülkiyyətçi hüquqlarını pozaraq ona maddi ziyan vurur və hazırda da, ziyan vurmaqda davam edir. Məhkəmə də ərizəni təmin etməməklə cavabdehə qanunsuz hərəkətlərini, həmin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurmağa davam etdirməsi üçün şərait yaratmış olmuşdur ki, nəticədə iddiaçı məhkəmə prosesinin gedişatında hər ay dəymiş ziyanla bağlı iddia tələbinə dəqiqləşdirmə verməyə məcbur olacaqdır. Bundan əlavə, məhkəmə ərizəni təmin etməməklə gələcəkdə cavabdehin iddiaçıya qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 57 və 58-ci fəsilləri ilə nəzərdə tutulmuş normalara əsasən iddia qaldırması üçün də şərait yaratmış olmuşdur. Digər tərəfdən, cavabdehin iddiaçıya bu gün vurduğu ziyanı ödəmək iqtidarında olmasına belə şübhəmiz olduğu halda, onun qanunsuz fəaliyyətini davam etdirməsi halında ziyanın məbləği daha da böyüyəcək və məhkəmə qətnaməsi əhəmiyyətsiz olacaqdır. Məhkəmənin ilkin olaraq sübutların təqdim edilməməsi və ya azlığı ilə bağlı gəldiyi nəticə ilə də razı deyil. Belə ki, iş materiallarına mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı və cavabdeh tərəfindən həmin sahədə “Vüsal” kafesi kimi fəaliyyət göstərməsi barədə kassa məxaric çekini təqdim etmişlər. İddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək üçün görülən prosessual tədbirdir. Bu isə o zaman zəruri olur ki, həmin tədbirin görülməməsi çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətinləşdirsin və yaxud qeyri-mümkün etsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4676/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4676/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq cavabdeh X2 iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X5 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 77, 88, 157-164, 263-269, 236, 386, 388, 395, 397.2, 398; “İcra haqqında” Qanunun 26 və 45-ci maddələrinə əsasən hesab edir ki, qərardad əsaslandırılmamışdır, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Həbsin əmlak üzərinə qoyulması lüzumsuz məhdudiyyətlərə səbəb olsa da, nisbi tarazlığı qorumaqla əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması və ya sair iddia təmini tədbirinin həyata keçirilməsi gələcəkdə məhkəmə tərəfindən nəzarət etməli olan qətnamənin icrasına və məcburi icra tədbirlərinin həyata keçirilməsinin mümkünlüyünə təminatdır. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi halda cavabdehin iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməkdə haqlıdır, bununla da, müvəqqəti məhdudlaşdırılması ehtimal edilən hüquqları bərpa etmək imkanı saxlanılmaqdadır. Qeyd edilənlər nəzərə alınmaqla (məhkəmə aktlarının icrasına nəzarət səlahiyyətləri baxımından) birinci instansiya məhkəməsi işin hallarını müvafiq araşdırmaqla ərizədə (şikayətdə) tələb edilən və ya başqa təminat tədbirlərindən birini (və ya bir neçəsini) müəyyən etməlidir. Əks (iddia tələbinin təmin və ya qismən təmin edildiyi) təqdirdə mülki icraatın vəzifələrinə zidd sui-istifadəyə və özbaşınalığa şəraitin yaranması istisna edilmir ki, bunu da qanunvericilik yolverilməz hal kimi qəti olaraq qadağan etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263 və 402-ci maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi vəkil Nümayəndəşikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4676/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iddianın təmini tədbiri ərizəsinə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar