Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7848/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh2 istirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4630/2022 saylı işi üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu X3rşı X5 24 saylı xx.xx.2011 -ci il tarixli protokol(973 saylı, xx.xx.2011-ci il tarixli məktub) qərarı ilə Cavabdeh2 istifadəsinə verilmiş 200 kv.metr torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş ümumi əmlakları hesab edilməsi, 2/3 hissəsi üzərində onun, 1/3 hissəsi üzərində Cavabdeh2 hüquqlarının müəyyən edilməsi və X5 24 saylı xx.xx.2011 -ci il tarixli qərarı dəyişdirilərək, torpağın 2/3 hissəsinə dair eyni qaydada onun adına qərar verilməsinin X7 həvalə edilməsi barədə iddiası Binəqədi Rayon Məhkəməsinin 2(001)-4630/2022 saylı işi üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddiaçı apellyasiya şikayəti vermişdir. Mülki Kollegiyasının iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 mübahisəli torpaq sahəsini övladlarının mənafeyi nəzərə almaqla bütünlüklə onun adına verəcəyini öhdəlik kimi götürməsi, iddianı özünə aid hissədə etiraf etməsi ilə əlaqədar, iddiadan imtina etdiyini bildirmiş və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kolegiyasının iclasında iştirak edən cavabdeh X10 ərizə ilə müraciət edərək, övladlarının mənafeyi nəzərə alınaraq, mübahisələndirilən torpaq sahəsini bütünlüklə İddiaçı adına keçirəcəyini üzərinə öhdəlik kimi götürməsini, bununla bağlı bütün zəruri sənədləşməni aparacağını, özünə aid hissədə iddianı etiraf etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Bakı şəhəri Binəqədi rayonu X2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməli, Mülki Prosesual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan, iddianın etiraf edilməsinə və apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 263, 264, 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4630/2022 saylı işi üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsindən imtina qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7848/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7848/2022
19.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver