Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7851/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(006)-7851/2023 saylı qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış binasının birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında (ünvan 2ündə əldə edilmiş ½ hissəsi ona məxsus olan qeyri-yaşayış binasının birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməsi və özəlləşdirilməsinə dair Cavabdeh1 adına verilmiş **********00-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (vəkili-nümayəndəsi Vəkil3) iddia ərizəsinə qeyd verməklə iddia tələbinin həcmini artıraraq, keçmiş əri Cavabdeh3 mülki işə cavabdeh qismində cəlb edilməsi, ünvan 1 ünvanında (Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, 30) yerləşən və keçmiş əri Cavabdeh3 ilə birgə nikah dövründə əldə edilmiş ½ payı ona məxsus olan qeyri-yaşayış binasının birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməsi və Cavabdeh2 ilə Cavabdeh1 arasında həmin qeyri-yaşayış binasının alqı-satqısına dair bağlanmış əqdlərin (müqavilələrin) etibarsız hesab edilməsinə dair və Cavabdeh1 adına verilmiş **********00-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli,xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2917/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 97 nömrəli sərəncamının və onun əsasında verilmiş digər sənədlərin, icazələrin, müqavilələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair 2-1(112)- 16186/2023 nömrəli iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır Cavabdehlər Cavabdeh2 (vəkili-nümayəndəsi Vəkil2) və Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil1) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2917/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və icraatın təzələnməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2917/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər tərəfindən verilmiş şikayətlər təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətlər eyni məzmunda olmaqla belə əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli icraatın dayandırılması barədə qərardadı qanunsuz və əsassızdır. Halbuki, məhkəmə icraatında olan mülki işin predmetini nəzərə almamışdır. Belə ki, iddiaçının tələbi 2 hissədən ibarətdir: 1. ünvan 1 ünvanında (ünvan 2ündə əldə edilmiş ½ hissəsi ona məxsus olan qeyriyaşayış binasının birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməsi; 2. özəlləşdirilməsinə dair Cavabdeh1 adına verilmiş **********00-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi. Məhkəməyə təqdim olunmuş və dayandırmaya əsas olmuş iddianın predmeti isə aşağıdakılardan ibarətdir: 1. Bakı şəhər İcra Hakimiyyətinin 07.032016-cı il tarixli, 97 saylı Sərəncamının və onun əsasında verilmiş digər sənədlərin ləğv edilməsi; 2. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli, “Tikinti obyektinin istismarına” 97 saylı İcazəsinin ləğv edilməsi; 3. Bakı Şəhər İcra Hakimiyyətinin Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, “Tikinti obyektinin istismarına” Eii-28/22 (S-97/16) saylı İcazəsinin ləğv edilməsi; 4. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış “Hüquqi və Fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2021- ci il tarixli 791 saylı müqavilənin ləğv edilməsi; 5. Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 672133 saylı, **********00-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışın ləğv edilməsi; 6. Cavabdeh2 adma Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 672133 saylı, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışın ləğv edilməsi; 7. Cavabdeh2 ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsinin ləğv edilməsi; 8. Cavabdeh1 adına verilmiş **********00-06301 Reyestr nömrəli, ********** Qeydiyyat nömrəli, xx.xx.2022-ci il Qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi. Göründüyü kimi, hakim öz qərardadını əsaslandırarkən inzibati məhkəməyə təqdim olunan iddianın icraatında olan iddia tələbinin predmeti olan mübahisənin həll olunması üçün müvəqqəti mane olan halların nədən ibarət olmasını qeyd etməmişdir. Məhkəmənin nəzərinə çatdırılmalıdır ki, icraatında olan mülki işdə iddiaçının birinci tələbi - “ünvan 1 ünvanında (ünvan 2ündə əldə edilmiş ½ hissəsi ona məxsus olan qeyri-yaşayış binasının birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməsi” üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. BakıApellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-556/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin 73-cü bəndində qeyd olunur ki, Kollegiya, Təyminə Abdullayevanın (Yusifovanın) “ünvan 4 ünvanında yerləşən 7 mərtəbəli qeyri-yaşayış binasının (otel) ½ hissəsinə payının müəyyən edilməsi” tələbinə Cavabdeh3 tələbi üzrə sərgilədiyi yanaşma kontekstində qiymət verərək qeyd edir ki, həmin ünvanda otel binasının deyil, ümumi sahəsi 232,4 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 adına qeydə alındığı müəyyən edilmişdir (§ 13) və Təyminə Abdullayevanın məhz sözügedən qeyri-yaşayış sahəsinin bölünməsini tələb etmək hüququ vardır. Tələbin 2-ci hissəsi isə ayrıca mübahisə predmetidir və müstəqil olaraq qaldırılmalıdır. İddiaçı İnzibati Məhkəməyə təqdim olunmuş iddia ərizəsinin 8 bəndində tələbinin 2- ci hissəsinin müstəqil olaraq qaldırmışdır. Göründüyü kimi, icraatlar arasında mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmaması asılılığı mövcud deyildir. Məhkəmə araşdırma aparmadan, formal olaraq qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(006)- 7851/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü ildə verilmiş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 97 nömrəli sərəncamının və onun əsasında verilmiş digər sənədlərin, icazələrin, müqavilələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddia ərizəsi xx.xx.2023-cü ildə 2-1(112)-16186/2023 nömrə ilə qeydiyyata alınmışdır, hakim Rüstəm Kərimlinin icraatındadır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 97 nömrəli sərəncamının və onun əsasında verilmiş digər sənədlərin, icazələrin, müqavilələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair 2-1(112)-16186/2023 nömrəli iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki işə baxıla bilməz. Kollegiya məhkəmənin mülki iş üzrə icraatın dayandırılmalı olması ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, qeyd olunan inzibati iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktında ünvan 1 ünvanında (ünvan 5ilmiş sərəncam, onun əsasında verilmiş digər sənədlər, icazələr, bağlanmış müqavilələr və verilmiş çıxarışlar ilə əlaqədar müəyyən edilən faktlar hazırki mülki iş üzrə mübahisənin həll edilməsində preyudisial əhəmiyyət kəsb edəcəkdir. İddia tələbinin iki hissədə ibarət olması ilə bağlı şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehlər (vəkilləri-nümayəndələri) iddiaçının iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə qeydi nəzərə almamışlar. Halbuki, xx.xx.2023-cü ildə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim edilən və xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 icraata qəbul edilməsinə etiraz etmədiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən görünür ki, iddiaçı hazırki mübahisənin predmetini təşkil edən əmlaka dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsızlığını da hazırki icraat çərçivəsində mübahisələndirir. Bakı İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsindən isə görünür ki, iddiaçı həmin müqavilənin bağlanmasına qədər əmlak barəsində qəbul edilmiş bütün inzibati aktların, həmçinin, etibarsızlığı mübahisələndirilən müqavilənin və onun bağlanması ilə verilmiş çıxarışın ləğv edilməsi tələbini irəli sürmüşdür. Etibarsızlığı hazırki icraat çərçivəsində mübahisələndirilən müqaviləyə qədər əmlak barəsində qəbul edilmiş inzibati aktlara, eləcə də, müqaviləyə və onun əsasında verilmiş çıxarışa dair Bakı İnzibati Məhkəməsi tərəfindən müəyyən ediləcək faktlar hazırki işin hərtərəfli və obyektiv qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 97 nömrəli sərəncamının və onun əsasında verilmiş digər sənədlərin, icazələrin, müqavilələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair 2-1(112)-16186/2023 nömrəli iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, hazırki mübahisəyə baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Həmin Məcəllənin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsibarədə məhkəmə qərardad çıxarır; Həmin Məcəllənin 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəməninqərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004cü il tarixli qərarında göstərilmişdir ki, mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirə salınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Belə ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılmasının əsası məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətlər əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(006)-7851/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-7851/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7851/2023
27.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver