Məhkəmə qərarları › İş №2(103)-7853/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7853/2020

09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7853/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3739/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil Qurbanov Malik Hakim oğlu tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 15000 manat məbləğində pul vəsaiti alınması və İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir, Cavabdeh nümayəndəsi vəkil Qurbanov Malik Hakim oğlu qətnamədən apellyasiya şikayəti vermişdir (səh.82). Məhkəmə kollegiyası müəyyən etmişdir ki: xx.xx.2018-ci il tarixli qətnamənin surəti Cavabdeh iddia ərizəsində göstərilən ünvana (ünvan 1 rəsmi qaydada göndərilmiş, ehtimalən xx.xx.2018-ci il tarixdə xəbərnaməyə imza etməklə almışdır (səh. 42-43, 63); qətnamə icraya yönəldilmişdir(səh. 64-73), xx.xx.2020-ci il tarixdə cavabdeh ərizə verərək qətnamənin surətinin verilməsini xahiş etmiş, qətnamə xx.xx.2020-ci il tarixdə yenidən göndərilmiş (səh.74-77), cavabdehin nümayəndəsi vəkil M.Qurbanov məktubla müraciət edərək qətnamənin cavabdehin anası tərəfindən iyul ayında alındığını, cavabdehə xx.xx.2020-ci il tarixdə məlumat verrdiyini göstərmiş, xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi vəkil M.Qurbanov məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini təkrar almışdır (səh.81), prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir. Həmçinin diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayətinin tələb hissəsində iş materiallarında olmayan xx.xx.2018-ci il tarixli qətnamənin ləğv edilməsi xahiş edilmişdir (səh.83). Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin2, 9, 128-137, 357, 360, 361- 366 və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3739/2018 saylı işi üzrəxx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil Qurbanov Malik Hakim oğlu tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar