Məhkəmə qərarları › İş №2(103)-7854/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7854/2021

26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7854/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı, Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müştərək qaydada pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1669/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müştərək qaydada pulun tutulması” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" BOKT-dan 06.09.2019-cu il tarixdə 41700 manat məbləğində kredit götürmüşdür. Kredit götürdükdən sonra həmin kredit təşkilatının kredit şöbəsinin baş mütəxəssisi Cavabdeh1 dostu kimi özünü təqdim edən Cavabdeh2 ondan 8000 manat pul almış və Cavabdeh1 çatdıracağını bildirmişdir. Cavabdeh2 təklifindən şübhələnən zaman onu Cavabdeh1la danışdırmış və Zaurla danışdıqdan sonra sağollaşaraq telefonu qapatmışdır. Bütün bunlar onun dostu X1 yanında baş vermişdir. Sonradan Cavabdeh2 verdiyi 8000 manat pulun talehi ilə maraqlananda, Cavabdeh2 Zaurla əlaqə saxlamasını məsləhət görmüşdür. Həmin gündən onun cavabdehlərlə mübahisəsi başlamışdır. Cavabdehlər onun telefonlarına cavab vermir və məsələni bir birlərinin üstünə atırdılar. Onları 25 may 2020- ci ildə təsadüfən bir yerdə görmüş və onun zənglərinə niya cavab vermədiyini soruşmuşdur. Sonuncular ondan narahat olmamasını və tezliklə ona köməklik edilərək pulunu qaytaracaqlarını bildirmişlər. Cavabdeh1 pulu onun qaytaracağını təkidlə bildirərək onu inandırmışdır. Günlər, aylar keçdikdən sonra yenə də həmin aqibəti yaşamış və telefonlarına cavab ala bilməmişdir. Bundan sonra çıxış yolunu hüquq- Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1669/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 8000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi, yəni cavabdehlərdən müştərək qaydada əsas pul vəsaitinin 5750 manatını Cavabdeh1, 2250 manatını isə Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, cavabdehlərdən müştərək qaydada əsas pul vəsaitimin 5750 manatını Cavabdeh1, 2250 manatını isə ondan müştərək qaydada tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə "xxxx" BOKT-nın məsul vəzifə sahibi olan Cavabdeh1 ələ keçirdiyi pulun məhz ondan tutulmasına dair deyil, Cavabdeh2 ilə birlikdə, müştərək qaydada hər iki cavabdehlərdən 8030 manat pulumun tutulmasına dair qətnamə qəbul etməmiş, yalnız Cavabdeh2 həmin məbləğin tam olaraq tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsi ilə kifayətlənmişdir. İddiaçı hesab edir ki, tələb etdiyi pul məbləği hər iki cavabdehdən tutulmalıdır. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında Cavabdeh1 dəfələrlə hansı şəraitdə, hansı məkanda pulu verdiyini söyləməsinə baxmayaraq, bu, məhkəmənin diqqətini çəkməmiş və bu əsas amil öz hüquqi qiymətini ala bilməmişdir. Məhkəmə iclasının audio və ya video vasitəsilə çəkilişlərin aparılmasına dair məlumatlar düzgün olsa onda məhkəmə tərəfindən edilən bütün qanunsuzluqlar, ədalətsizliklər aradan qaldırılar. Məhkəmənin müştərək sözünü anlamaması da maraq döğurur. Çünki "xxxx" BOKT-nın məsul əməkdaşı Cavabdeh1 müdafiə edərək havadarlıq göstərməsi və sonda əsassız, qanunsuz, qərəzli qətnamə qəbul etməklə guya vəzifəsinin öhdəsindən gəlmişdir. Əsl həqiqətdə isə məsul vəzifə sahibi olan və həmin məbləğin çox hissəsini ələ keçirən Cavabdeh1 deyil, digər cavabdeh olan və heç bir yerdə işləməyən ondan 8030 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özünün apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehapellyator məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, 06 sentyabr 2019-cu il tarixdə "xxxx" BOKT ASC və İddiaçı arasında istehlak krediti müqaviləsi bağlanmış, sonuncuya 36 ay müddətində 42000 manat kredit verilmişdir. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsindən verilmiş sorğu əsasında əldə edilmiş materiallardan görünür ki, Cavabdeh2 polisdə verdiyi izahatında İddiaçı 06.09.2019-cu il tarixdə 8000 manat məbləğində pul almışdır və deyilən vaxta pulu qaytara bilməmişdir. Pulun əsas hissəsini Cavabdeh1 vermişdir və bu günə kimi də ala bilməmişdir. Pulu alan kimi tam şəkildə qaytaracağına söz vermişdir. Cavabdeh1 isə polisdə verdiyi izahatında İddiaçı ərizədə qeyd etdiklərinin yalan olduğu və onu 1 il əvvəl kredit verilərkən tanıdığını və krediti ödəmədiyi üçün məhkəməyə müraciət etdiklərini bildirmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı ilə cavabdehlər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması müəyyən edilmir. Belə ki, cavabdehlərdən Cavabdeh1 ümumiyyətlə nə iddiaçıdan, nə də digər cavabdehdən pul aldığını qəbul etmir. İddiaçı isə istinad etdiyi hallara dair sübut təqdim edə bilmir. Digər Cavabdeh2 isə iddiaçıdan 8000 manat pul aldığını, lakin həmin pulun borc kimi deyil komissiya kimi verildiyini bildirir. Həmin puldan isə 5750 manatını Cavabdeh1 ötürdüyünü qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, 8000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Bu hal Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsindən əldə edilmiş materiallar ilə və cavabdehin öz izahatı ilə təsdiqlənir. Lakin, Cavabdeh2 həmin pul vəsaitindən 5750 manat məbləğində pul vəsaitinin Cavabdeh1 verilməsinə istinad etsə də, həmin hal məhkəmədə öz təsdiqini tapmamış və cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, mübahisəli pul vəsaitinin və ya onun hər-hansı hissəsini Cavabdeh1 verilməsi halı apellyatorlar tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşıyır və apellyatorların subyektiv mülahizələrinə əsaslanır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorların dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1669/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar