Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7860/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdeh Y.Quliyevanın nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-989/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə və X2 qarşı “addan-ada keçirilməyə dair müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 24 dekabr 2015-ci il tarixdə verdiyi etibarnaməni 11 fevral 2016-cı il tarixdə ləğv etdikdən sonra onun ləğv edilmiş etibarnaməni "xxxx" MMC-yə təqdim edərək iddiaçının səlahiyyətli nümayəndəsi qismində çıxış etməklə 23.08.2017-ci il tarixdə ***-***-**-** nömrədə və 29.05.2018-ci il tarixdə isə ***-***-**-** və ***-***-**-** nömrələrdə addan-ada keçirmə qaydasında apardığı əmiliyyatların (nömrələrin başqa şəxsin adına keçirilməsi) qanunsuz olduğundan etibarsız hesab edilməsi və ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrinə abunəçi kimi iddiaçının istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-989/21) iddia təmin olunmuşdur. Cavabdeh X4 apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ***-***-**-**; ***-***-**-** və ***-***-**-** nömrələrindən addan-ada keçirmə əməliyyatlarını 24.12.2015-ci il tarixdə 8 saylı CÇM-də cəza çəkərkən ona verdiyi etibarnamə əsasında həyata keçirmişdir. Halbuki, məhkəməyə təqdim etdiyi 11.06.2016-cı il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisənin rəhbərliyinin adına yazdığı ərizədən və CÇM vasitəsi ilə 16.02.2016-cı il tarixli Yeganə Quliyevaya göndərdiyi bildirişdən məlum olur ki, 14 fevral 2015-ci il tarixdə Yeganə Quliyevaya verdiyi etibarnaməni 11.06.2016-cı il tarixdə ləğv etmişdir. Bu fakt Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidovun məhkəmə sorğusuna cavab olaraq məhkəməyə göndərdiyi 23.02.2021-ci il tarixli məktubu ilə də bir daha təsdiq olunur. Beləliklə, məlum olur ki, Yeganə Quliyeva iddiaçının 24.12.2015-ci il tarixdə 8 saylı CÇM-də cəza çəkərkən ona verdiyi etibarnaməni ləğv etdikdən sonra, ləğv edilmiş etibarnamə ilə iddiaçının istifadəsində olan ***-***-**-**; ***-***-**-** və ***-***-**-** nömrələrə dair iddiaçının adına olan abunə müqavilələrini ləğv edərək həmin nömrələri öz adına keçirmişdir. Hesab edir ki, Yeganə Quliyevanın iddiaçının adından ona verilmiş və sonradan ləğv edilmiş etibarnamə ilə həmin etibarnamə ləğv edildikdən sonra iddiaçının istifadəsində olan nömrələrlə bağlı apardığı əməliyyatlar etibarsız hesab edilərək ləğv edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, etibarnaməyə əsasən "xxxx" qeyd olunan nömrələrlə bağlı əməliyyat aparıb. Bu nömrələr dövlətin mülkiyyətindədir. Onlar sadəcə həmin nömrələri abunəçinin istifadəsinə verir. İddiaçı tərəfindən Quliyeva Yeganəyə verilmiş etibarnaməyə əsasən "xxxx" həmin nömrəni Yeganə Quliyeva ilə müqavilə bağlayıb və onun istifadəsinə verib. Məlumat üçün qeyd etmişdir ki, bu etibarnamənin ləğvi barədə "xxxx" MMC-yə heç bir rəsmi sənəd daxil olmayıb. Nömrələr iddiaçının adından qeydiyyatdan çıxarıldığı üçün hər hansı bir şəxsin istifadəsində olmamışdır. Buna görə də, "xxxx" MMC tərəfindən mobil telefon nömrələri Quliyeva Yeganəyə satılmışdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı özü nömrələri Yeganə xanıma verib və deyib ki, öz adına, digərlərini isə uşaqların adına keçirsin. Eyni zamanda sonra geri almayacağını da bildirib. Həmin etibarnamə ilə xanım 6 ay müddətində heç bir iş görməyib. İş üzrə halları müəyyən etmək üçün cəzaçəkmə müəssisəsinə sorğu verilməlidir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Y.Quliyeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası ƏN PX-dən müvafiq məlumatların əldə edilməsi üçün sorğu verilməsinə dair vəsatət verilsə də, həmin vəsatət təmin edilməmişdir. Mübahisə olunan etibarnamənin həmin vaxt ləğv olunmasına əsla inanmır. Əgər hesab etsə ki, bu etibarnamə onu etibar edən İddiaçı tərəfindən ləğv edilmişdir, o zaman bu barədə bildiriş PX tərəfindən ona göndərilmədiyi üçün o, etibarnamənin ləğv edilməsindən məlumatsız olmuşdur. Bu səbəbdən də 6 ay, 1 və ya 2 ilə yaxın müddət keçməsinə baxmayaraq etibarnamə üzrə etibar edən adından hərəkətlər etmişdir. Əgər sözügedən etibarnamə üzrə onun niyyəti keçmiş həyat yoldaşının əmlaklarını ələ keçirmək olsaydı, onlara dair hərəkətləri mübahisəli etibarnamə üzrə eyni gündə və ya yaxın tarixlərdə etmiş olardı, lakin etdiyi hərəkətlərin zamanlarına diqqət yetirilsə, bu niyyətin olmadığı açıq görünür. O, etibarnamənin ləğv edildiyi iddia edilən tarixlərdə iddiaçının həyat yoldaşı olmuşdur, onun cəza çəkdiyi müddətlərdə cəzaçəkmə müəssisəsinə mütəmadi olaraq onun yanına ailəsi və ya tək olaraq getmişdir, onun tərəfindən etibarnamə ləğv edilməsindən sonrakı müddətlərdə dəfələrlə onun yanında olmuş, eyni zamanda cəzaçəkmə müəssisəsindən çıxdığı gündən ona qarşı iddia qaldırılan günə qədər İddiaçı tərəfindən etibarnamənin ləğv edilməsi barədə ona söz deyilməmişdir. PX-in məktubunda ona bu barədə bildiriş göndərilməsi qeyd edilsə də, həmin bildirişin hansı ünvana göndərilməsi və ona çatdırılması, onun və ya başqa kimsə tərəfindən qəbul edilməsi, yaxud çatmaması barədə məlumat verilməmişdir. Qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının tələbi ləğv edilmiş etibarnamə əsasında "xxxx" MMC-də 23.08.2017-ci il tarixdə ***-***-**-** nömrədə və 29.05.2018-ci il tarixdə isə ***-***-**-** və ***-***-**-** nömrələrdə addan-ada keçirmə qaydasında aparılmış əmiliyyatların (nömrələrin başqa şəxsin adına keçirilməsi) etibarsız hesab edilməsi və həmin telefon nömrələrinə abunəçi kimi iddiaçının istifadə hüququnun bərpa edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı sayaraq təmin etmiş və qeyd etmişdir ki, iddiaçı etibarnaməni verdikdən sonra onu ləğv etmiş, bu barədə bildirişi cəzaçəkmə müəssiəsi vasitəsiylə öz həyat yoldaşı Quliyeva Yeganəyə göndərmiş, Y.Quliyeva isə buna baxmayaraq müvafiq səlahiyyəti olmadan iddiaçıya məxsus nömrələri öz adına rəsmiləşdirmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Penitensiar Xidmətin 15 fevral 2021-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 23 fevral 2021-ci il tarixli məktubunda qeyd edilir ki, Bakı istintaq təcridxanasından cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş İddiaçı şəxsi işinə baxış keçirilmiş, sonuncu tərəfindən vətəndaş X2 verilmiş 24.12.2015-ci il tarixli etibarnamə, Müalicə müəssisəsinin rəisinə ünvanlanmış 11.02.2016-cı il tarixli ərizə və vətəndaş X2 göndərilmiş, jurnalların, katotekaların və bağlanmış işlərin uçotu jurnalında iş 172, cild 1 nömrəsi ilə qeydiyyatdan keçmiş, göndərilən qeyri-məxfi sənədlərin qeydiyyatı jurnalında 16.02.2016-cı il tarixli, 17/35-249 nömrə ilə qeydiyyata alınaraq şəxsi işə əlavə olunmuş künc ştamplı bildirişin surəti müəyyən edilmişdir. Eyni cavab məktubuna əlavə edilmiş 24 dekabr 2015-ci il tarixli etibarnamənin təsdiq edilmiş surətinə əsasən görünür ki, İddiaçı etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan həyat yoldaşı X2 (AZE № 08990530 seriyalı) harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq iddiaçının bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq satmaq, hədiyyə qəbul etmək, hədiyyə vermək və ya bağışlamaq, dəyişmək, əmlak ipotekası (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üz haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan teleqrafdan bütün əsaslar üzrə iddiaçıya çatan əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesab üzərində sərəncam verməyi, poçt, teleqram, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ ictimai təşkilatlarda iddiaçının adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilməli bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ icarə vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. 11 fevral 2016-cı il tarixli bildirişə əsasən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi, Ədliyyə polkovnik leytenantı Elgiz İsmayılovdan 24 dekabr 2015-ci il tarixdə həyat yoldaşı X2 verdiyi etibarnaməninin ləğv edilməsi üçün zəruri tədbirlər görülməsini xahiş etmişdir. Bildiriş 11 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi, Ədliyyə polkovnik leytenantı İsmayılov Elgiz tərəfindən qəbul edilmişdir. 29 may 2018-ci il tarixli abunə müqaviləsinə əsasən müəyyən edilir ki, ***-***-**-** mobil telefon nömrəsinin cavabdeh X1 istifadəsinə verilməsinə dair müqavilə bağlanmış və İddiaçı adından X1 adına keçirilmişdir. 29 may 2018-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, ***-***-**-** mobil telefon nömrəsi İddiaçı adından X1 adına keçirilmiş keçirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq iddianı təmin etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362, 365, 366-cı və s. maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir; 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər; 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Apellyasiya şikayətinin əsas dəlilləri işin tam, hərtərəfli araşdırılmaması və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, etibarnamənin ləğvi ilə bağlı bildirişin qeydiyyatdan keçibkeçmədiniyi aydınlaşdırmaq məqsədilə penitensiar xidmətə sorğu göndərilməməsi və s. barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işə baxan hakim tərəfindən Penitensiar Xidmətə müvafiq sorğu göndərilmiş və sorğuya əsasən etibarnamənin, ərizənin və bildirişin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir (i.v.68, 84-87). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi bildirişin qeydiyyatdan keçdiyi jurnalla bağlı eyni məzmunlu vəsatəti apellyasiya baxışı zamanı da vermiş, lakin məhkəmə kollegiyası vəsatəti əsassız sayaraq təmin etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən cavabdeh tərəfindən Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbinin də pozulduğunu nəzərə alır. Həmin maddəyə görə təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Beləliklə, cavabdeh apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7860/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7860/2021
13.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver