Məhkəmə qərarları › İş №2(103)-7867/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7867/2022

22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7867/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Maraqlı şəxsnə qarşı “istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbi üzrə işə baxılmasının ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2022ci il tarixli qərardadına əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə qarşı (Maraqlı şəxs qismində göstərməklə) iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə (məhkəmə) müraciət edərək, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 10 000 manat maddi, 10 000 manat məvi ziyanın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. İşin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı keçirilən iclasda iddiaçı ərizə verərək cavabdeh qismində göstərdiyi Sumqayıt şəhər Polis İdarəsinin Maraqlı şəxs ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə vəsatəti təmin edərək işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi özünün 10 noyabr 2022-ci il tarixli qərardadı ilə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə görə isə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.7-ci maddəsinə əsasən, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Göründüyü kimi iddiaçı, prosessual qanunvericiliyin tələblərinə riayət etməklə həm öz yaşadığı yer, həm də cavabdeh kimi göstərdiyi Sumqayıt şəhər Polis İdarəsinin ünvanı üzrə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə də qanuna uyğun olaraq ərizəni icraata götürmüşdür. Bununla belə iş materiallarından görünür ki, iddiaçı cavabdehin əvəz olunması barədə ərizə verərkən, həm də işin ərazi aidiyyati üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir və bu o deməkdir ki, o, işə öz yaşadığı yerin məhkəməsi tərəfindən baxılması hüququndan istifadə etmək istəməmişdir. Buna görə də kollegiya hesab edir ki, Sumqayıt şəhər Məhkəməsi işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Maraqlı şəxsnə qarşı “istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar