Məhkəmə qərarları › İş №2(103)-787/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-787/2022

10.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-787/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-308/2021 saylı, 09 sentyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “hüquqlarının bərpası, maddi və mənəvi ziyan üçün kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının təsdiq edilməsini, SS534579327 AZ ştrix kodlu sifarişli xəbəmamə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılmasına və ödədiyi 60 qəpik məbləğin ona qaytarılmasına, cavabdehdən maddi zərər üçün 20 (iyirmi) manat 76 qəpik dəbbə pulu məbləğinin, cavabdehdən subyektiv hüquqlarının pozulması ilə bağlı mənəvi zərər üçün 416000 (dörd yüz on altı min) manat pul məbləğinin, cavabdehdən obyektiv hüquqlarının pozulması ilə bağlı mənəvi zərər üçün 496000 (dörd yüz doxsan altı min) manat pul məbləğinin, cavabdehdən sağlamlığının pozulması ilə bağlı mənəvi zərər üçün 8000 (səkkiz min) manat pul məbləğinin, ümumilikdə 920021,36 (doqquz yüz iyirmi min iyirmi bir manat otuz altı qəpik) manat pul məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını, SS534579579 AZ ştrix kodlu sifarişli xəbəmamə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılmasını və ödədiyi 60 qəpik məbləğin ona qaytarılmasına, cavabdehdən maddi zərər üçün 21 (iyirmi bir) manat 42 qəpik dəbbə pulu məbləğinin, cavabdehdən xəbərnamənin itirilməsinə görə 6 (altı) manat pul məbləğinin, cavabdehdən subyektiv hüquqlarının pozulması ilə bağlı mənəvi zərər üçün 512000 (beş yüz on iki min) manat pul məbləğinin, cavabdehdən obyektiv hüquqlarının pozulması ilə bağlı mənəvi zərər üçün 496000 (dörd yüz doxsan altı min) manat pul məbləğinin, cavabdehdən sağlamlığının pozulması ilə bağlı mənəvi zərər üçün 8000 (səkkiz min) manat pul məbləğinin, ümumilikdə ******* (bir milyon səkkiz min iyirmi səkkiz) manat pul məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını, cavabdehdən hazırki iddia ərizəsinin hazırlanması ilə bağlı xərclərinin əvəzinin ödənilməsi üçün 57 (əlli yeddi) manat 30 qəpik pul məbləğinin və gələcəkdə məhkəməyə təqdim edəcəyi digər zəruri xərclər üzrə məbləğlərin onun xeyrinə tutulmasına dair, məhkəmə qaydasında tutulacaq pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün, onun xeyrinə dəbbə pulun tutulmasına dair qətnamə çıxarılmasını, kompensasiyaların hesablamalarını beynəlxalq ədalət mühakiməsi sistemində aparılan qaydalar əsasında həyata keçirilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə əlavə edilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, sifarişli xəbərnaməyə aid F.119 kağız formasının blank olduğu, “poçt kartı” anlayışına daxil olduğu və nəticə etibarilə “poçt göndərişi” anlayışına daxil olduğu müəyyən edilir. Üzərində olan məlumatın aktuallığı, yararlığı (keyfiyyəti) itirildiyinə görə sözügedən SS534579327AZ ştrix kodlu, ümumiyyətlə itirildiyinə görə sözügedən SS534579579AZ ştrix kodlu xəbərnamələr qüsurlu poçt göndərişləri sayılırlar. Cavabdehin təqsiri ucbatından baş vermiş deliktin qurbanı olduğunu qətnamədə əks etdirilməsini xahiş edir. Onunla cavabdeh arasında yaranmış öhdəlikhüquq münasibətlərində onun mənafelərinın, hüquqları istehlakçılar üzrə beynəlxalq və milli qanunvericiliklə müdafiə olunur, qorunur - yəni sosial şəxsdir. Cavabdeh də onun hüquqlarını qorumalı imiş. Lakin bunun əvəzinə cavabdeh onun hüquqlarını bilə-bilə tapdalamışdır, üzr istəməmişdir. Cavabdeh tərəfindən göstərilən bu cür davranış tərzini, mənəvi zərərin məbləği hesablanarkən, fərdi xüsusatlar kimi təqdim edir.İddia ərizəsinin 7.İX, 8.1X-cu hissələrində iddia edilir ki, cavabdehin təqsiri ucbatından fiziki və mənəvi sağlamlığıma zərər dəymişdir. Əlavə edir ki, adıçəkilən qeyrimaddi nemətin pozulması qanunvericliklə qorunan xidmətin sağlamlıq üçün təhlükəsiz olmasının təmin olunması hüququnun, sağlamlığın qorunması hüququnun, (sağlamlıqla əlaqədar) təhlükəsiz yaşamaq hüququnun, (sağlamlıqla əlaqədar) şəxsi toxunulmazlıq hüququnun pozulması ilə müşayiət olunmuş və ona təkrarən mənəvi ziyan dəymişdir. Ziyanın əvəzi təqsirli olan Cavabdeh MMC tərəfindən ona ödənilməlidir. d əmsal = 4000 (dörd min) manat; fv əmsal =0,25; i əmsal =2; c əmsal =2, fs əmsal= =0; p əmsal =1,0; hüquq pozuntularının say məcmunu = 4 olduğuna görə gerçək mənəvi ziyan üçün kompensasiyanın miqdarı D =d x fv x i x c x (1-fs) x p x 4= =4000 x 0,25 x 2 x 2 x (1-0) x 1 x 4 = 16000 (on altı min) manat təşkil edir. İddia ərizəsinin 7.1X, 8.İX-cu hissələrində iddia edilir ki, cavabdehin təqsiri ucbatından sağlamlığının pozulması professional əmək qabiliyyətinin zəifləməsinə, çalışdığı iş yerində hər bir xətadan təhlükəli və qeyri-sağlam şəraitin yaranmasına dəlalət etmiş, zəmin yaratmışdır. Əlavə edir ki, bu vəziyyət şüuruna təsir göstərməklə təkrarən mənfi psixoloji reaksiyaya (mənəvi sarsıntıya) səbəb olmuşdur. Yəni təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun mənəvi sarsıntı ilə müşayiət olunan pozulması baş vermişdir. Həmin hüququn pozulması malik olduğu bərabərlik hüququnun, təhlükəsiz yaşamaq hüququnun - 2 dəfə, şəxsi toxunulmazlıq hüququnun - 2 dəfə, sağlamlığın qorunması hüququnun pozulması ilə müşayiət olunmuşdur və ona mənəvi ziyan dəymişdir. Ziyanın əvəzi təqsirli olan Cavabdeh MMC tərəfindən ona ödənilməildir. d əmsal = 4000 (dörd min) manat; fv əmsal =0,25; i əmsal =2; c əmsal =2; fs əmsal =0; p əmsal =1,0; hüquq pozuntularının say məcmunu = 7 olduğuna görə gerçək mənəvi ziyan üçün kompensasiyanın miqdarı İ) =d x fv x i x x c x (l-fs) x p= 4000 x 0,25 x 2 x 2 x (1-0) x 1 x 7= =28000 (iyirmi səkkiz min) manat təşkil edir. Əlavə edir ki, cavabdeh tərəfindən ona maddi və mənəvi ziyanın vurulması, hüquqlarının və malik olduğu qeyrimaddi əmlak nemətlərinin tapdalanması şəxsi toxunulmazlığa olan hüququnun pozulması ilə müşayiət olunmuşdur. Qanunla qorunan malik olduğu hüququnun ümumilikdə 14 dəfə pozulması ilə müşayiət olunmuşdur və ona mənəvi ziyan dəymişdir. Ziyanın əvəzi təqsirli olan Cavabdeh MMC tərəfindən ona ödənilməildir. d əmsal = 4000 (dörd min) manat; fv əmsal = 1,0; i əmsal = 2; c əmsal =2; fs əmsal =0; p əmsal =1,0; hüquq pozuntularının say məcmunu = 14 olduğuna görə gerçək mənəvi ziyan üçün kompensasiyanın miqdarı D=rfx/vx/xcx (lfs)xpx x 14= 4000 x 1,0 x 2 x 2 x (1-0) x 1 x 14= 224000 (iki yüz iyirmi dörd min) manat təşkil edir. 01.04.2021-ci il tarixli məhkəmə iclasında sözügedən xəbəmamələrin ona aid əhəmiyyətlərinin izah edilməsini lazım bilinmişdir. Bununla əlaqədar nəzərə çatdırır ki, xəbərnamələr üzərində olan informasiyalar öz mahiyətinə görə onun üçün hüquqi və istehlak əhəmiyyətlərini daşıymışdılar. Beləki, həmin xəbəmamələrin üzərində olan məlumat öhdəliyin icrasını əks etdirir. Öhdəliklə və qanunvericiliklə müəyyən edilmiş hüquqla yüklənmişdir. Şəxsi tələbatının ödənilməsi üçün qanunvericilikdə təsbit edilmiş istehlakçılara aid hüquqlara uyğun olaraq “Biznesinfo.az” şirkətinin internet reklam səhifəsinə (iddia ərizəsində sənəd 19) müraciət etmişdir. İstehlakçı mənafelərinin bazarda mövcud risklərdən təhlükəsizliyinin gözlənilməsi üçün həmin reklam səhifəsində diqqətini cəlb etmiş “Yadigaroğlu” kommersiya şirkətinin göstərdiyi xidməti haqqında tərəfindən məlumat toplandığı mərhələdə, vergilər departamenti tərəfindən ona verilən arayışda (iddia ərizəsində sənəd 18) olan məlumatla adıçəkilən internet reklam səhifəsində təqdim edilən məlumatın arasında həmin şirkətin poçt ünvanına aid uyğunsuzluq müəyyən edilmişdir. Bu səbəbdən adıçəkilən şəxsin hüquqi qabiliyyətinə dair məlumatın əldə edilməsi məqsədi ilə onun arayışda göstərilən poçt ünvanına və reklam yayan “Biznesinfo.az” şirkətin poçt ünvanına sifarişli-xəbərnaməli məktublar vasitəsilə müvafiq sorğular tərəfindən göndərilmişdir. Məktubların ünvanları üzrə çatdırılıb-çatdırılmaması məsələsi həmin ünvançıların ona məlumat vermək vəzifələrinin əmələ gəlib-gəlməməsi və həmin vəzifələrdən xidmət haqqında məlumat almaq hüququnun irəli gəlib-gəlməməsi üçün şərtdir. Həmin ünvançılar tərəfindən ona cavablar verilməmişdir. Bu halda, məktublara aid xəbərnamələrdə nəzərdə tutulan informasiyanın ona çatdırılmaması nəticəsində iki ay müddətində hər iki sahibkara dair malik olduğu hüquqların həyata keçirilməsi, sahibkarlara aid hüquqi, fəaliyyət növləri üzrə qabiliyyətin müayinə edilməsi, bazarda davranışları barəsində obyektiv rəyin formalaşması, istehlak məqsədlərinin əldə edilməsi mümkünsüz olmuşdur. Yəni Cavabdeh MMC-nin hərəkətsizliyi nəticəsində istehlakçı mənafelərim üçün uyğun olan müddətdə adıçəkilən sahibkarlara aid məlumat əldə edilməsinə, göstərilən xidmətin keyfiyyətinə, təhlükəsizliyinə və sərbəst xidmət seçilməsinə dair Qanunun yuxarıda göstərilən müddəaları ilə ona şamil edilən hüquqları və tələbləri irəli sürmək imkanlarından məhrum olmuşdur, çünki komutasiya tələb etdiyi əsaslara aid qeyri-müəyyənlik əmələ gəlmişdir. Və nəticədə sahibkarların hər biri ilə əlaqədar malik olduğu hüquqlardan faydalana bilməmişdir. Hüquqların, mənəvi sarsıntı ilə müşayiət olunan pozuntusu baş vermişdir. İstehlakçı hüququn, mənəvi sağlamlığının, məlumat azadlığı hüququnun, obyektiv bərabərlik hüququnun 5 dəfə, təhlükəsiz yaşamaq hüququnun - 2 dəfə, şəxsi toxunulmazlıq hüququnun – 5, istehlakçı hüquqlarla və sağlamlıqla əlaqədar - 6 dəfə; sağlamlığın qorunması hüququnun pozulmasını nəzərə almaqla - hər iki xəbərnamə üzrə ayrı-ayrılıqda, yuxarıda qeyd edilən məsələ ilə əlaqədar sadə ehtiyatsızlıqdan 25 hüquq pozuntusu faktı göz qabağındadır. Hüquq pozuntuları nəticəsində ona dəyən mənəvi ziyanın əvəzi təqsirli olan Cavabdeh MMC tərəfindən ona ödənilməlidir. 25 hüquq pozuntusu nəticəsində ona dəyən gerçək mənəvi ziyan üçün kompensasiyanın miqdarı D = d x fv x ı x c x (1-fs) x p x 25 = 4000 x 0,25 x 2 x 2 x (1-0) x 1 x 25 = 100000 (yüz min) manat təşkil edir. Hər iki xəbərnamə üzrə cavabdehin müəyyən edilmiş iş rejimi pozularaq dəyişmişdir. Lakin hadisə haqqında məlumat ona verilməmişdir və müəyyən edilmiş iş rejiminə uyğun gəlməyən iş rejimi tətbiq edilmişdir. Bu əməli malik olduğum daha bir müstəqil qəsdən pozulması faktı kimi qiymətləndirir. Bu hüquq pozuntusu halını iddia ərizəsinin 7.İV və 8.İV hissələrinə əlavə edir. Hüququn pozulması nəticəsində ona dəyən mənəvi ziyanın əvəzi təqsirli olan Cavabdeh MMC tərəfindən ona ödənilməlidir, d əmsal = 4000 (dörd min) manat; fv əmsal = 1,0; i əmsal = 2: c əmsal = 2; fs əmsal = 0; p əmsal =1,0 olduğuna görə gerçək mənəvi ziyan üçün kompensasiyanın miqdarı D =d x fv x x i x c x (1-fs) x p = 4000 x 1,0 x 2 x 2 x (1-0) x 1 = 16000 (on altı min) manat təşkil edir. Xidmət göstərilən müddətdə müəyyən edilmiş iş rejiminin pozulması (dəyişməsi) həmin xidmətin qüsurla yüklənməsinə, yəni keyfiyyətsiz olmasına dəlalət edir. Beləliklə, cavabdehin xəbərnamələr üzrə müəyyən edilmiş iş rejiminin xidmət göstərilən müddətdə pozulmasını (dəyişməsini) və hadisə haqqında onun tərəfindən ona dərhal məlumatın verilməməsini malik olduğu, xidmətin lazımi keyfiyyətdə olmasına hüququn qarşı tərəfin cavabdeh olduğu daha bir müstəqil qəsdən pozulması faktı kimi qiymətləndirir. Bu hüquq pozuntusu halını iddia ərizəsinin 7.İİİ.a) və 8.İİİ. a) hissələrinə əlavə edir. Hüququn pozulması nəticəsində ona dəyən mənəvi ziyanın əvəzi təqsirli olan Cavabdeh MMC tərəfindən ona ödənilməlidir. d əmsal = 4000 (dörd min) manat; fv əmsal = 1,0; i əmsal = 2; c əmsal = 2; fs əmsal = 0; p əmsal =1,0 olduğuna görə gerçək mənəvi ziyan üçün kompensasiyanın miqdarı D = d x fv x i x c x (1-fs) x p = 4000 x 1,0 x 2 x 2 x (1-0) x 1 = 16000 (on altı min) manat təşkil edir. Beləliklə, yuxarıdakı a), b), c), ç), d), e) bəndlərdə gerçək mənəvi ziyan üçün hesablanmış kompensasiya pul məbləğlərinin məcmunu: 16000 + 28000 +224000+ + 100000 + 16000 + 16000 = 400000 (dörd yüz min) manat təşkil edir. Məmin məbləği iddia ərizəsinin 13.(6)-cı hissəsində (səh. 49, 50) və xahiş hissəsinin 2-ci, 3-cü bəndlərində göstərilən gerçək mənəvi ziyan üçün kompensasiyaların yekun məbləğlərinə əlavə edib onları artırıram. Yəni: SS534579327AZ ştrix kodlu xəbərnaməyə aid gerçək mənəvi ziyan üçün kompensasiyanın yekun miqdarı 920000 manat deyil, ******* (bir milyon üç yüz iyirmi min) manat təşkil edir; SS534579579AZ ştrix kodlu xəbərnaməyə aid gerçək mənəvi ziyan üçün kompensasiyanın yekun miqdarı ******* manat deyil, ******* ( bir milyon dörd yüz on altı min) manat təşkil edir. Lakin ümid edirmiş ki, qarşı tərəf məhkəmə prosesində layiqli davranış tərzini nümayiş etdirəcək. Buna görə də, gerçək mənəvi zərər üçün barələrində tələb hüququnu əldə etmək istədiyi kompensasiya məbləğlərini, humanizm göstərərək, tam olmayan miqdarında təqdim etmiş, məhkəməyə yəni miqdarın hesablanması milli (manat) pul vahidi ölçüsü əsasında aparılmışdır. Halbuki, mənəvi zərər üçün kompensasiyalar üzrə Tarif sxemində mənəvi iztirabın dərəcəsinə görə ehtimal olunan zərər üçün kompensasiyanın miqdarının (d əmsal) hesablama ölçüsü kimi İngiltərə funt sterlinq pul vahidi müəyyən edilmişdir. Məhkəmədə cavabdeh prosessual hüquq norması ilə qorunan hüquqlarına etinasızlıq göstərmişdir, məhkəmə prosessinin ləngidilməsi məqsədi ilə müxtəlif hüquqi yollara əl atmışdır, fəaliyyət növü üzrə xüsusi biliklərə malik olduğu halda 01.04.2021-ci il tarixli iclasda məhkəməni çaşdırma məqsədi ilə xəbəmamənin poçt göndərişi anlayışına aid olduğunu inkar etmişdir və s. Həmin hərəkətlər istehlak hüquqlarının cavabdeh tərəfindən pozulmasının təsadüfi hal olmadığından xəbər verir. Buna əsasən cavabdehin vicdanlıq, səmimilik meyarlarına uyğun gələn şəxs kimi sayılması üçün onda əsaslar qalmamışdır. Buna görə də mənəvi ziyan üçün kompensasiyanın tam olan miqdarında, yəni İngiltərə pul vahidi (funt sterlinq) ölçüsü əsasında hesablamasın etməyə haqlıdır. Belə ki, adıçəkilən Tarif sxeminə əsasən mənəvi iztirablar üzrə 9-cu qrupa aid ehtimal olunan zərər üçün kompensasiyanın miqdarı (d əmsal) 4000 (dörd min) İngiltərə funt sterlinqi təşkil etdiyinə görə, 1 (GBP) İngiltərə funt sterlinqin məzənnə ekvivalentini 2,3 (AZN) azərbaycan manatı təşkil etdiyinə görə: SS534579327AZ ştrix kodlu xəbərnaməyə aid gerçək mənəvi zivan üçün kompensasiyanın yekun miqdarı ******* manat deyil, ******* x 2,3 = ******* (üç milyon otuz altı min) manat təşkil edir, SS534579579AZ ştrix kodlu xəbərnaməyə aid gerçək mənəvi zivan üçün kompensasiyanın yekun miqdarı ******* manat deyil, ******* x 2,3 = ******* (üç milyon iki yüz əlli altı min səkkiz yüz) manat təşkil edir. Həmin məbləğləri iddia ərizəsinin 13.(6)-cı hissəsinə (səh. 49, 50) və xahiş hissəsinin 2-ci, 3-cü bəndlərinə pna dəyən gerçək mənəvi zivan üçün kompensasiyaların yekun məbləğləri kimi, aidiyatı üzrə əlavə edir. Yuxarıdakı düzəlişlərə əsasən SS534579327AZ ştrix kodlu xəbərnamə ilə əlaqədar ona dəyən maddi və mənəvi ziyanlar üçün cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdiyi pul vəsaitinin ümumi məbləği 21,36 AZN + ******* AZN = 3036021,36 (üç milyon otuz altı min iyirmi bir) manat (otuz altı) qəpik təşkil edir (düzəliş iddia ərizəsinin xahiş hissəsinin 2-ci bəndinə əlavə edilir), SS534579579AZ ştrix kodlu xəbərnamə ilə əlaqədar ona dəyən maddi və mənəvi ziyanlar üçün cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdiyi pul vəsaitinin ümumi məbləği 28 AZN + ******* AZN = ******* (üç milyon iki yüz əlli altı min səkkiz yüz iyirmi səkkiz) manat təşkil edir (düzəliş iddia ərizəsinin xahiş hissəsinin 3-cü bəndinə əlavə edilir). Karanlin rejiminin tədbiq edilməsi səbəbindən iddia ərizəsinin 20.06.2020-ci il tarixdə məhkəməyə tərəfindən təqdim edilməsi yalnız poçt vasitəsi ilə mümkün olmuşdur. Poçt xidməti üçün tərəfindən 2,50 (iki manat) 50 qəpik pul vəsaiti ödənilmiş (ödənişi təsdiq edən № 291311478-li mədaxil qəbzin surəti 29.09.2020-ci il tarixli vəsatətə əlavə edilmişdir). Mövcud prosessual hüquq normaya görə iddia ərizəsinə əlavə etdiyi sənədlərin sürətlərinin nüsxələrini cavabdehə təqdim etmək məcburiyyətindədir. Həcmi 20 vərəq olan həmin nüsxələrin hazırlanması üçün 80 qəpik pul vəsaiti tərəfindən ödənilmişdir. Ödənişi təsdiq edən №W000039236-li mədaxil qəbzin surətini hazırki müraciətə əlavə edir (sənəd). Beləliklə, yuxarıdakı a)., b). bəndlərində göstərilən məhkəmə xərclərini, dəlil kimi, iddia ərizəsinin 12-ci hissəsinə əlavə edir. Həmin xərcləri əks etdirən məbləğləri, iddia ərizəsinin xahiş hissəsinin 4-cü bəndində göstərilən, cavabdehdən onun xeyrinə məhkəmə xərclərinin əvəzi kimi tutulmasını xahiş etdiyi pul məbləğinə əlavə etməklə həmin məbləği artırır: 2,50 AZN + 0,80 AZN + 57,30 = 60,60 (altmış) manat (altmış) qəpik. Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən göndərilən məktublar vaxtında çatdırılmış, lakin məktubların çatdırılmasına dair xəbərnamə iddiaçıya vaxtında təqdim edilməmişdir. Belə bir hadisənin baş verməsi insan faktorudur. Sistemdə olan nasazlıq nəticəsində xəbarnamə iddiaçıya gec verilmişdir. Bundan başqa iddiaçı xəbərnamənin verilməməsini sağlımlığına vurulan ziyan kimi qələmə verməyə çalışaraq Cavabdeh MMC-dən pul qopartmağa çalışır. Bundan başqa iddiaçının müraciətləri zamanı müraciətinə cavab olaraq bildirilmişdir ki, ““Poçt haqqında” Azərbaycan Respublikasının qanunun 17.1.9-cu maddəsinə əsasən poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının məbləğindən artıq olmamaqla hər gecikdirilən zaman vahidi üçün ödəniş haqqının 10 faizi miqdarında qarşı tərəfə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə tapşırıq verilmişdir. Təkrar müraciəti nəzərə alaraq bir daha bildirilir ki, sözügedən məktublar mövcud qaydaların tələbələrinə uyğun işlənilərək ünvanı üzrə çatdırılmış və məktubların xəbərnamələri müvafiq sənədə imza etdirməklə sistemdə olan texniki problemlə bağlı gecikmə ilə göndəriciyə qaytarılmışdır. Xəbərnamələrin nəzarətkeçid müddətləri üzrə normativlərinə gəldikdə isə şəhərlər və rayon mərkəzlərinin daxilində G+1 (yəni 2 gün), Bakı şəhəri ilə rayon mərkəzləri arasında G+2 (yəni 4 gün) müəyyən edilmişdir”. Qeyd edir ki, xəbərnamələr poçt göndərişi deyil də, əlavə xidmət hesab olunurlar. Texniki nasazlıq olsa da, poçt öz fəaliyyətini davam etdirir. Həmçinin, Cavabdeh nümayəndəsi kimi yaranmış nasazlıq nəticəsində xəbərnamələr iddiaçıya gec çatdırıldığı üçün iddiaçıdan üzr istəyir. Lakin hazırda iddiaçının məqsədi ondan üzr istənilməsi deyil, onun məqsədi cavabdehi ittiham edib ondan pul tələb etməkdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-308/2021 saylı, 09 sentyabr 2021ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətini iddia tələbinin dəlillərinə uyğun əsaslandırmaqla, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-308/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalıdır. İş materialları ilə aşağıdakı sübutlar müəyyən olunur: - Cavabdeh MMC-nin 28.06.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, SS534579327AZ göndəriş nömrəli məktubun Məmmədov Telmana çatdırılması üçün İddiaçı tərəfindən 0,60 manat ödəniş edilmişdir. - SS534579327AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, məktub 02.07.2019-cu il tarixdə X2 çatdırılmışdır. - Cavabdeh MMC-nin 04.07.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, SS**********AZ göndəriş nömrəli məktubun SAYT BİZNESİNFİ.AZ-a çatdırılması üçün İddiaçı tərəfindən 0,60 manat ödəniş edilmişdir. - Cavabdeh MMC-nin 02.09.2019-cu il tarixli teleqramından görünür ki, “GREEN PALACE_BİZNESİNFO-ya ünvanlanmış SS**********AZ saylı məktub 09.07.2019-cu il tarixdə şirkətin əməkdaşı tərəfindən qəbul edilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 16.09.2019- cu il tarixli məktubundan görünür ki, 28.06.2019-cu il tarixdə Şəki şəhərinə göndərdikləri SS534579327AZ ştrix kodlu məktub 01.07.2019-cu il tarixdə mövcud qaydaların tələblərinə uyğun müvafiq sənədə imza etdirməklə ünvanı üzrə çatdırılmışdır. 04.07.2019cu il tarixdə “Green Palace_Sayt Biznesinfo” ünvanına göndərdiyiniz SS534579579Az ştrix kodlu məktub isə 09.07.2019-cu il tarixdə eyni qaydada şirkətin əməkdaşı (Həşimova) tərəfindən qəbul edilmişdir. Hər iki məktubun xəbərnaməsinin gecikdirmə ilə göndəriciyə qaytarılmasına gəldikdə isə bildirirlər ki, sistem üzərindən qeydiyyatlı göndərişlərin işlənməsi ilə əlaqədar istifadə olunan poçt modulunun təkmilləşdirilməsi prossesi zamanı belə hallar baş vermiş və hazırda bu problemlər aradan qaldırılmışdır. Bununla belə, istifadəçilərə göstərilən xidmət zamanı daha da diqqətli olmaları üçün aidiyyəti işçilər bir daha təlimatlandırılmışdır. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış Pretenziya ərizəsindən görünür ki, Cavabdeh MMC-dən pretenziya məktubunu aldıqları andan 30 gün müddətində simvolik kompensassiyalarla bağlı tələbi könüllü qaydada yerinə yetirilmədiyi təqdirdə, qanunvericiliyə uyğun olara məhkəmədə tam məbləğdə olan kompensasiyalar haqqında iddia qaldırmağa haqlıdır. - SS**********AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, məktub 09.12.2019-cu il tarixdə Cavabdeh-yə MMC çatdırılmışdır. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 19.12.2019- cu il tarixli məktubundan görünür ki, məsələ ilə bağlı əvvəlki müraciətlər də araşdırılaraq müvafiq cavab göndərilmişdir. Təkrar müraciət nəzərə alınaraq bir daha bildirirlər ki, 28.06.2019-cu il tarixdə 3 saylı Poçt Filialının 119 saylı poçt şöbəsindən (PŞ) Şəki şəhərinə göndərilmiş SS534579327AZ ştrix kodlu və 04.07.2019-cu il tarixdə həmin PŞdən “X4 Biznesinfo” ünvanına göndərdiyiniz SS534579579AZ ştrix kodlu sifarişli xəbərnaməli məktublar ünvanları üzrə çatdırılsa da, həmin ərəfədə sistem üzərindən poçt modulunda aparılan təkmilləşdirmə işləri ilə əlaqədar müvəqqəti olaraq texniki problemlər yarandığından xəbərnamələrin qeydiyyata alınması mümkün olmadığı üçün həqiqətən SS534579327AZ ştrix kodlu məktubun xəbərnaməsi İddiaçı gecikmə ilə qaytarılmışdır. “X4 Biznesinfo” ünvanına göndərilmiş SS534579579AZ ştrix kodlu məktubun xəbərnaməsi isə naməlum şəraitdə itirildiyindən yuxarıda qeyd olunan texniki problemlərlə əlaqədar “dublikat” xəbərnamənin formalaşdırılması mümkün olmamış və məktubun çatdırılmasına dair ona elektron xəbərnamə (teleqramla) ilə məlumat verilmişdir. Əlavə olaraq bildirirlər ki, “Poçt haqqında Azərbaycan Respublikası Qanunu”nun 17.1.9-cu bəndinin tələblərinə əsasən poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının məbləğindən artıq olmamaq şərtilə hər gecikdirilən zaman vahidi üçün ödəniş haqqının 10 faizi miqdarında təqsirkar şəxsin hesabına göndəriciyə cərimə ödənilir və tələb etdiyiniz təqdirdə icrası təmin olunacaqdır. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 09.12.2019- cu il tarixli məktubuna cavabdan görünür ki, tələblərinin hər-hansı biri 01.02.2020-ci il tarixə qədər könüllü qaydada təmin olunmadığı təqdirdə mübahisənin həll edilməsi məhkəmənin ixtiyarına veriləcəkdir. - SS636569339AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, məktub 30.12.2019-cu il tarixdə Cavabdeh MMC-yə çatdırılmışdır. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 10.01.2020- ci il tarixli məktubundan görünür ki, tərəflərindən göndərilən SS534579327AZ və SS534579579AZ ştrix kodlu məktubların xəbərnaməsinin geri ünvana gecikmə ilə qaytarıldığından kompensasiya tələbinizə dair 26.12.2019-cu il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Təkrar müraciət nəzərə alınaraq bildirirlər ki, “Poçt haqqında Azərbaycan Respublikası Qanunu”nun 17.1.9-cu bəndinin tələblərinə əsasən poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının məbləğindən artıq olmamaq şərtilə hər gecikdirilən zaman vahidi üçün ödəniş haqqının 10 faizi miqdarında qarşı tərəfə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilmişdir. - Şəki MPŞ-nin 11.09.2019-cu il tarixli teleqramından görünür ki, ********** saylı teleqraman cavab olaraq s\məktub SS ********* AZ 30.06.2019-cu il tarixli Cuma kənd X2 verilmişdir. Xəbərnamə geri qaytarılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 05.12.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh MMC vasitəsilə göndərilmiş məktubun çatdırılmasına dair xəbərnamənin İddiaçı gec çatdırılması barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə ünvanlanmış suallara cavab olaraq aşağıdakıları bildirirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi müraciətdə göstərilən Cavabdeh MMC ilə münasibətdə istehlakçı qismində çıxış etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Əlavə olaraq bildirirlər ki, maddi və mənəvi zərər tələbi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edilə bilər. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respulikası Qanununun 14.0.8-ci maddəsinə əsasən müaraciət barədə qəbul edilmiş qərarala razılaşmadığı halda həmin qərardad inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 07.10.2019- cu il tarixli məktubundan görünür ki, təkrar müraciət nəzərə alınaraq, bir daha bildirirlər ki, sözügedən məktublar mövcud qaydaların tələblərinə uyğun işlənilərək ünvanı üzrə çatdırılmış və məktubların xəbərnamələri müvafiq sənədə imza etdirməklə sistemdə olan texniki problemlə bağlı gecikmə ilə göndəriciyə qaytarılmışdır. Xəbərnamələrin nəzarətkeçid müddətləri üzrə normativlərinə gəldikdə isə şəhərlər və rayon mərkəzlərinin daxilində G+1 (yəni 2 gün), Bakı şəhəri ilə rayon mərkəzləri arasında G+2 (yəni 4 gün) müəyyən edilmişdir. - 3 nömrəli X1 18.06.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 3 saylı uşaq stomatoloji poliklinikasında 15.08.1994- cü il tarixdən həkim-stomatoloq vəzifəsində işləyir. - 26 saylı Bakı şəhər poliklinikasının İddiaçı Ambulator kartdan 20.08.2021-ci il tarixli qısa çıxarışdan görünür ki, DS-NSD qarışıq tipli, DS-NSD qarışıq tipli, qanın ümumi analizi HB-120 ql, L-5.3 109. EÇR-6 M/S-DS, bağırsağın qıc olması sindromu, alergik dermativ. İşin qeyd edilən sübutları əsasında birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, SS534579327AZ ştrix kodlu və SS534579579AZ ştrix kodlu sifarişli-xəbərnaməli məktublar ünvan sahiblərinə çatdırıldıqdan sonra onların çatdırılmasına dair xəbarnamə iddiaçıya təqdim edilmədiyi üçün şifahi iradlarını cavabdehə bildirdikdən sonra yazılı iradını 05.09.2019-cu il tarixdə Cavabdeh MMC-yə ünvanlanmış və cavabdeh tərəfindən SS534579327AZ ştrix kodlu məktubun çatdırılmasına dair xəbərnamə 10.09.2019-cu il tarixdə və SS534579579AZ ştrix kodlu məktubun çatdırılmasına dair teleqram isə 02.09.2019-cu il tarixdə iddiaçıya təqdim edilmişdir. Bundan sonra isə iddiaçı tərəfindən cavabdehə Pretenziyalar ünvanlaraq öhdəlikərin lazimi qaydada icra edilməməsi səbəbindən kompensasiya ödənişin edilməsi tələb edilmişdir. Cavabdeh isə xəbarnamələrin təqdim edilməsi ilə bağlı yaranmış gecikmələrinin səbəbi ilə bağlı iddiaçıya məlumat verərək göstərmişdir ki, 28.06.2019-cu il tarixdə 3 saylı Poçt Filialının 119 saylı poçt şöbəsindən (PŞ) Şəki şəhərinə göndərilmiş SS534579327AZ ştrix kodlu və 04.07.2019-cu il tarixdə həmin PŞdən “X4 Biznesinfo” ünvanına göndərilmiş SS534579579AZ ştrix kodlu sifarişli xəbərnaməli məktublar ünvanları üzrə çatdırılsa da, həmin ərəfədə sistem üzərindən poçt modulunda aparılan təkmilləşdirmə işləri ilə əlaqədar müvəqqəti olaraq texniki problemlər yarandığından xəbərnamələrin qeydiyyata alınması mümkün olmadığı üçün həqiqətən SS534579327AZ ştrix kodlu məktubun xəbərnaməsi İddiaçı gecikmə ilə qaytarılmışdır. “X4 Biznesinfo” ünvanına göndərilmiş SS534579579AZ ştrix kodlu məktubun xəbərnaməsi isə naməlum şəraitdə itirildiyindən yuxarıda qeyd olunan texniki problemlərlə əlaqədar “dublikat” xəbərnamənin formalaşdırılması mümkün olmamış və məktubun çatdırılmasına dair ona elektron xəbərnamə (teleqramla) ilə məlumat verilmişdir. Hazırda iddiaçı SS534579327 AZ ştrix kodlu sifarişli xəbəmamə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılmasına və ödədiyi 60 qəpik məbləğin ona qaytarılmasına, cavabdehdən maddi zərər üçün 20 (iyirmi) manat 76 qəpik dəbbə pulu məbləğinin, SS534579579 AZ ştrix kodlu sifarişli xəbəmamə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılmasını və ödədiyi 60 qəpik məbləğin ona qaytarılmasına, cavabdehdən maddi zərər üçün 21 (iyirmi bir) manat 42 qəpik dəbbə pulu məbləğinin, cavabdehdən xəbərnamənin itirilməsinə görə 6 (altı) manat pul məbləğinin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarına münasibətdə hesab etmişdir ki, SS534579327AZ ştrix kodlu və SS534579579AZ ştrix kodlu sifarişlixəbərnaməli məktublar ünvan sahiblərinə vaxtında çatdırılmış, lakin onların çatdırılmasına dair məlumatın gec çatdırılması iddiaçıya xidmət üçün ödənilmiş pulun geri qaytarılması üçün əsas deyil. Cavabdeh tərəfindən göstərilən xidmət məhkəmə tərəfindən keyfiyyətsiz xidmət kimi qiymətləndirilmir. Belə ki, sifarişli xəbərnamələr ünvan sahiblərinə çatdırıldıqdan sonra iddiaçı xəbərnamələrin çatdırılmamasına dair öz iradlarını cavabdehə bildirildikdən qısa müddət ərzində məktubların çatdırılmasına dair xəbərnamə və teleqram iddiaçıya təqdim edilmişdir. Nəticədə, poçt göndərişi tam həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən adı çəkilən xidmət göstərilməsi nəticəsində iddiaçıya maddi zərər dəyməsi halı öz təsdiqini tapmadığından iddia tələbi “SS534579327 AZ ştrix kodlu sifarişli xəbəmamə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılması və ödədiyi 60 qəpik məbləğin ona qaytarılması, cavabdehdən maddi zərər üçün 20 (iyirmi) manat 76 qəpik dəbbə pulu məbləğinin, SS534579579 AZ ştrix kodlu sifarişli xəbəmamə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılması və ödədiyi 60 qəpik məbləğin ona qaytarılması, cavabdehdən maddi zərər üçün 21 (iyirmi bir) manat 42 qəpik dəbbə pulu məbləğinin, cavabdehdən xəbərnamənin itirilməsinə görə 6 (altı) manat pul məbləğinin tutulması” hissəsində rədd edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi bu nəticəni hüquqi cəhətdən “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8, 17.1.9, 21.1, 21.2, 21.3, 21.4-cü maddələri, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” haqqında Qaydaların 1.4.33, 12.1, 12.11-ci maddələri, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü və 5-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin “SS534579579AZ ştrix kodlu xəbərnaməyə aid gerçək mənəvi zivan üçün kompensasiyanın kimi ******* manatın və SS534579327AZ ştrix kodlu xəbərnamə ilə əlaqədar ona dəyən mənəvi ziyanlar üçün cavabdehdən onun xeyrinə ******* manatın tutulması” tutulması ilə bağlı hissəsi təmin edilməməlidir. İddiaçı iddia tələbnin əsaslandırarkən göstərmişdir ki, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməməsi nəticəsində ona məxsus olan xəbərnamə ona vaxtında çatdırılmamış, bunun nəticəsi olaraq onun yaşamaq hüququ, mülkiyyət hüququ, məlumat əldə etmək hüququ, əmtəələrin təhlükəsiz olması hüququ, sağlamlığına və mülkiyyətinə qəsd etməklə təhlükəsiz yaşamaq hüququ və s. subyektiv və obyektiv hüquqları pozulmuş və cavabdehin delikt əməlləri nəticəsində ona mənəvi ziyan dəymiş və iztirablar çəkməsinə səbəb olmuşdur. Lakin qeyd edilənlərlə cavabdeh tərəfindən xəbərnamələrin iddiaçıya vaxtında çatdırılmaması arasında səbəbli əlaqə müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi üş üzrə gəldiyi bu nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1-ci maddələri, həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunan tələblərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və nəticyə tətbiq edilən hüquqi normaları əsaslı hesab edir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, apelyator şikayətini, qətnamənin prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmaması, təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verilməməsi və bununla da hüquqlarının müdafiəsinin təmin olunmaması ilə əsaslandırmışdır. Kollegiya apelyatorun dəlillərini formal əsaslar kimi qiymətləndirir və qeyd edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsaslı hesab edilmir. Birinci instansiya məhkəməsi iddiaçının dəlillərinə, işdə olan sübutlara kifayət qədər aydın və hüquqi qiymət vermis və məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-308/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar