Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-788/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X9 və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri 28 avqust 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, həm də digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(009)-61/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçılar iddia edir ki, məhkəmə qətnamələrinə əsasən iddiaçılara 15.700 manat pul borcu olan X10 icra sənədini icra etmir və bunun məsuliyyətindən yayınmaq üçün özünə məxsus 1,64 hektar torpaq sahəsini əsl dəyərindən baha qiymətə-15.700 manata iddiaçılara təklif edərək belə görüntü yaratmaq istəyir ki, guya o, icra sənədinin icrasından yayınmır. 2.Torpaq sahəsini qəbul etməkdən imtina edən iddiaçılar Ucar rayonu, Qəzyan kəndində yerləşən X6 məxsus ümumi sahəsi 1,64 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair “X14” MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəyi və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ı əsassız hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X9 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsini xahiş etmişlər. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, bir nəfər onlara borclu olan şəxs 2005-2007-ci illər ərzində 5 ədəd qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən onlara 15.700 manat pul ödəməlidir. Lakin bundan xeyli müddət keçməsinə baxmayaraq, o, həmin pulu onlara ödəməmişdir. 2015-ci ilin iyul ayında isə onların çoxsaylı müraciətlərindən sonra o, inzibati məsuliyyətə cəlb olunmuş və onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Daha sonra həmin şəxs cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrə əl atmışdır. Belə ki, onun anası Ucar rayonunun Qazyan kəndində yerləşən pay torpaq sahəsini alaraq, oğluna bağışlamışdır. Bundan sonra onlara borclu olan həmin şəxs 1,64 hektar torpaq sahəsinə görə öz adına xx.xx.2015-ci il tarixdə çıxarış almışdır. Cəmi 1 aydan sonra isə həmin torpaq cavabdehlər tərəfindən qiymətləndirilmiş və faktiki olaraq 300 manata alınmış torpaq sahəsinə bir cavabdeh tərəfindən 16.000, digəri tərəfindən isə 16.400 manat qiymət qoyulmuşdur. Bundan sonra həmin torpaq 15.700 manata onlara təklif edilmiş və onlar da əlbəttə ki, bunu qəbul etməmişlər. Beləliklə, belə görüntü yaradılmışdır ki, onlara borclu olan şəxs qətnamələrin icrasında qərəzli deyildir və bununla da o, cinayət məsuliyyətindən canını qurtarmışdır. Bundan sonra onların vəkili Rasim Vəliyev vasitəsi ilə DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə 3 dəfə sorğu vermişlər və onlara məlum olmuşdur ki, həmin torpaq sahəsinin bazar qiyməti həm 2015-2016-cı illərdə, həm də xx.xx.2018-ci illərdə bazar qiyməti hektarı 800 manat olmuşdur. Bundan başqa, onların Ucar rayon İcra və probasiya şöbəsinə etdiyi müraciət əsasında həmin şöbə müvafiq dövlət orqanına sorğu vermiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi şöbəyə cavab vermişdir ki, Ucar rayonunun Qazyan kəndində yerləşən 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2015-2016-cı illərdə və bu günə olan bazar qiyməti təxminən 800 manat məbləğindədir. Odur ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsini xahiş etmişlər. 5.3-cü şəxs qismində X9 məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, iddianı qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir hüquqlarını pozmur. Həmin hesabatlarla iddiaçılar İddiaçı1 və İddiaçı2 əmlakları deyil, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 məxsus əmlak qiymətləndirilmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatları mübahisələndirmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq subyektiv hüquqa malik deyillər. Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlardan görünür ki, X6 məxsus 1,64 ha torpaq sahəsinə 16000-16400 manat qiymət qoyulmuşdur. Rəydə əmlakın təsviri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, torpaq sahəsinə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bununla da bazar qiyməti müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə baxışı zamanı belə hal müəyyən edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin əsaslandırarkən, iddianın hüquqi əsası kimi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna istinad etmişlər. Qeyd etməyi vacib bilir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərinimüəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Belə ki, həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Həmin qiymətləndirmə hesabatları yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. Göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatları mübahisələndirmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq subyektiv hüquqa malik deyillər. "M.Bağırovun şikayəti üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraat başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici məhkəmə icraçısı tərəfindən dəvət olunur. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak qanunla dövriyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən və əmlakın növlərindən asılı olamayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Yuxarıda sadalanan qanunverciliyin tələbinə əsasən onun qətnamə ilə ödənilməli olan pulu birdəfəlik iddiaçılar İddiaçı1 və İddiaçı2 ödəmək imkanı və yetərli pul vəsaiti olmadığına görə və tələb onun mülkiyyətində olan 1.64 hektar torpaq sahəsinə yönəlməli olduğuna görə o könüllü olaraq həmin torpaq sahəsini tələbkarlara təklif etmişdir. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalı, əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunmalı, tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra vərəqəsi isə icra sənədini vermiş məhkəməyə qaytarılmalıdır. Hazırda isə tələbkarlar onun mülkiyyətində olan 1,64 ha torpaq sahəsini nə qəbul etmirlər, nədəki həmin torpaq sahəsindən imtina etmirlər. Əsassız olaraq və heç bir subyektiv hüquqa malik olmadıqları halda qiymətləndiricinin hesabatını məhkəmə qaydasında mübahisələndirirlər. Odur ki, göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. 6.Bakı şəhər Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 sentyabr 2023-cü il tarixli, 2(009)-61/2023 saylı qətnaməsi ilə (hakim-Mədinə Bağırova) iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. 7.İş materiallarında olan Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan görünür ki, X6 məxsus olan Ucar rayonu, Qəzyan kəndində yerləşən 1,64 ha pay torpaq sahəsinin baxış keçirildiyi günə qiyməti 16400 manat təşkil edir. 8.İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2320/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə tikinti tikinti-texniki ekspertizası üzrə Cavabdeh2 MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18- 363/16 saylı rəyindən görünür ki, Ucar rayonu, Qəzyan kəndində yerləşən 1.64 hektar (164 sot) torpaq sahəsinin bazar dəyəri 16 000,0 manat müəyyən edilmişdir. 9.İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Ucar rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 1,64 ha torpaq sahəsinin bir hektarının 2015-2016-cı illərdə və bü günə olan bazar dəyəri təxminən 800 manat məbləğindədir. 10.İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən vəkil Rasim Vəliyevə ünvanlanmış xx.xx.2016-cı il tarixli cavab məktubundan görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 1,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin keyfiyyət qrupu 3-4 olmaqla bir hektarının alğı-satqı dəyəri 2015- 2016-cı illərdə 800 manat civarında dəyişmişdir. 11.İş materiallarında olan Ucar rayonnotariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X4 mülkiyyət hüququ üzrə ona məxsus olan Ucar rayonu Qazyan kəndində yerləşən ümumi sahəsi 1,64 ha olan torpaq sahəsini X7 bağışlamışdır. 12.İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2320/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MMC-nə qarşı əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın ləğvi və yeni qiymətləndirmə tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. 13.İş materiallarında olan məhkəmə torpaqşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/6237 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 2015-2016-cı illərə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Ucar rayonu Qəzyan kəndində yerləşən X6 məxsus ümumi sahəsi 1,64 ha torpaq sahəsinin müqavilə bağlandığı tarixdə olan bazar qiymətinə uyğun, yəni torpaq sahəsinin 2015-2016-cı il tarixlərinə bazar qiymətləri müəyyən etmək mümkün olmamışdır. 14.İş materiallarında olan Ucar Rayon İcra və probasiya Şöbəsinin məhkəmənin sorğusuna 425 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1MK984 saylı icra sənədinə əsasən borclu X2 cəmi 40 000 000 manat (köhnə) alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. 2. Ucar rayon Məhkəməsinin 2-2 saylı, xx.xx.2006-cı il tarixli icra sənədinə əsasən borclu X2 6000 manat pul alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. 3. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 1MK4616/06 saylı icra sənədinə əsasən borclu X2 200 manat pul alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. 4. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-177/2008 saylı, xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən borclu X3 500 manat, mənəvi ziyana görə 500 manat pul tutulub tələbkar İddiaçı2 verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2008-ci il tarixdə icraata daxil oolmuş, qanunla müəyyən olunmuş qaydada icra tədbrləri görülmüş, aidiyatı orqanlara müvafiq sorğular verilmiş, cavablara əsasən borcluda tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. 5. Ucar Rayon Məhkəməsinin 2(063)-191/2007 saylı, xx.xx.2007-cı il tarixli icra sənədinə əsasən borclu X2 5000 manat pul alınıb, tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılaraq xx.xx.2015-ci il tarixdə onun mülkiyyətində Ucar rayonu Qazyan kəndində 1,64 ha torpaq sahəsi aşkar edilmiş, icra sənədinin icrasının təmini və məcburi icra tədbiri olaraq həmən torpaq sahəsinə həbsin qoyulması barədə təqdimatla Ucar Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 8(063)-108/201 sayiı, xx.xx.2015-ci il tarixli qərardadı ilə qeyd edilən torpaq sahəsinə həbs qoyulmuşdur. Qeyd edilən torpaq sahəsi Cavabdeh1 MMC-nin 15-998 saylı hesabatına əsasən 16400 manat məbləğində qiymətləndirilmişdir. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53-ci maddəsinin tələblərinə əsasən borc əvəzinə tələbkara xx.xx.2015-ci il tarixdə təklif edilmiş, lakin tələbkar bundan imtina etmişdir. Həmən əmlak barəsində qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-yə hərrac vasitəsi ilə satılması üçün sifariş verilmiş, hərrac keçirilmiş, lakin alıcı olmadığı üçün əmlak satılmamışdır. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-ci maddəsinin tələblərinə əsasən tələbkara xx.xx.2016-cı ildə yenidən təklif edilmiş, lakin tələbkar xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən bundan imtina edərək icra sənədinin icraatını dayandırılmasını bildirmişdir. Ucar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(063)-60/2016 saylı qərardadına əsasən icra sənədləri üzrə icraat dayandırılmışdır. 15.Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, hesab etmişdir ki, adı çəkilən daşınmaz əmlakın Cavabdeh2 MMC tərəfindən müəyyənləşdirilmiş qiyməti (müvafiq olaraq 16000 manat) ilə Cavabdeh1 MMC tərəfindən müəyyənləşdirilmiş (yəni 16400 manat) qiymət arasında böyük fərq olmadığından iddianın təmin olunması və Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin mübahisələndirilən qiymətləndirmə hesabatlarının ləğv edilməsi üçün hüquqi əsas yoxdur. 16.Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 3-cü şəxs X9 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəsi müddət ötürülmədiyindən tətbiq edilməməlidir. 17.İddiaçının tələbi təmin edilmədiyi üçün məhkəmə hesab etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat, eləcə də ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir 18.Məhkəmə öz mövqeyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5, 7, 8 və 9-cu; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 88 və 216-220-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim ümumiyyətlə onunla qərəzli olmuş, 2 dəfə onun iddia ərizənə baxmaq istəməmiş, buna görə də apellyasiya məhkəməsində 2 dəfə qərardadı ləğv olunmuşdur. İddiaçı bütün bunlara görə 2 dəfə ona etiraz versə də, etirazı təmin olunmamış və həmin etirazların təmin edilməməsi barədə ona heç bir qərar göndərilməmişdir. Bundan başqa o, məhkəmə baxışında üzürlü səbəblərdən iştirak edə bilmədiyi üçün iclasın iki həftə təxirə salınması barədə məhkəməyə teleqram göndərsə də, hakim onun iştirakı olmadan işə baxıb, qətnamə çıxarmışdır. Halbuki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək “hiportaniya xəstəliyi İİİ mərhələ çox yüksək risq” diaqnozu ilə müalicədə olmuş və bu barədə müvafiq tibbi arayışı vardır. Onu da göstərmək istəyir ki, məhkəmə prosesində digər tərəflər də iştirak etməmişdirlər. Lakin yekunda məhkəmənin 7 sentyabr 2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilməsinə baxmayaraq, ekspert 5 aydan sonra xx.xx.2023-cü il tarixdə rəy vermiş, hakim bu qanun pozuntusuna heç bir reaksiya verməmiş, ekspert faktiki olaraq heç bir rəy vermədiyi halda ondan 50 manat məbləğində ekspertiza xərcinin dəyərinin tutulması haqqında qərar çıxarmışdır. Bunlar da onu bir daha təsdiq edir ki, hakim iddiaçı ilə qərəzli olmuşdur. Qanundan da göründüyü kimi qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Burdan belə aydın olur ki, qiymətləndirmənin nəticələri haqqında hesabatlar ləğv edilməyəcəyi təqdirdə verilmiş həmin hesabatlar həqiqi sayılacaq və icra məmuru əmlakı yenidən qiymətləndirsə belə əvvəlki həmin qeyri-dəqiq hesabatlar dəqiq sayılmalı olacaq. Halbuki, cavabdehlərin ekspertiza ilə məşğul olması üçün xüsusi lisenziyaları olmamış və buna görə də onların verdiyi rəylər ekspert rəyi hesab oluna bilməz. Bundan başqa cavabdehlər özəl müəssələrdir və onların heç bir məsuliyyətləri yoxdur. Əgər Ucar Rayon İcra Şöbəsi rəyin verilməsi üçün daha məsuliyyətli orqana, məsələn, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə müraciət etsəydi, daha əsaslı rəy ala bilərdi. Onu da bildirmək istəyir ki, onun növbəti müraciətlərindən sonra vəkilii və İcra və Probasiya şöbəsi həmin dövlət orqanına müraciətlər etmişvə əsaslı rəylər almışdırlar. Məhkəmə isədövlət orqanın verdiyi rəyi deyil, özəl, məsuliyyətsiz və öz marağını güdən “mütəxəssisin” rəyini nəzərə almışdır. Qanundan göründüyü kimi məhkəmənin qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Lakin məhkəmə ekspert qiymətləndirilməsini təyin etsə də, sualları yarımçıq qoymuş və qeyd edilən torpaq sahəsininhazırki bazar qiyməti barədə ekspert qarşısında sual qoymamışdır. Halbuki, iddiaçı hal-hazırda da həmin torpaq sahəsini qəbul etməmiş və həmin sualın qoyulmasına bu gün də ehtiyac vardır. Lakin qiymətləndirici ehtiyac olmasına baxmayaraq bu hüququndan istifadə etməmiş və yekunda onun qanunla qorunan maraqlarına ziyan vurmuşdur. Belə ki, iş üzrə qəbul edilmiş 2(009)- 1738/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardaddan da göründüyü kimi məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxaraq izah etdi ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2320/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Ucar rayonu Qəzyan kəndində yerləşən 1.64 ha torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi Cavabdeh2 MMC-yəhəvalə edilmişdir. Biz torpaq sahəsinə baxmaq üçün tərəflərdən torpaq sahəsinin koordinatlarını istəmiş, lakin tərəflər tərəfindən heç bir sənəd onlara təqdim olunmadığı və tərəflər yerli baxışda iştirak etmədikləri üçün həmin kəndə getsələr də, torpağın yerini müəyyən edə bilməmişlər, ona görə də, rəyi həmin ərazi üzrə torpaqların orta bazar qiyməti üzrə müəyyən etdilər. İş üzrə yenidən ekspertiza keçirilməsinə etiraz etmir. Digər cavabdeh olan Cavabdeh1 MMC-nin hesabatından da görünür ki, ona yalnız sifariş məktubu və məhkəmələrin icra vərəqləri təqdim edilmişdir. Yəni, torpağın sənədləri qiymətləndiriciyə təqdim edilməmişdir. Belə olan halda onun xx.xx.2015-ci il tarixdə torpağa baxış keçirməsi də inandırıcı görünmür. İddiaçı baxışda iştirak etməmişdir. Sənəd olmadan da baxışda iştirak etməyin heç bir əhəmiyyəti ola bilməz. Belə ki, sənəd olmadan heç kim zəmanət verə bilməz ki, qiymətləndiriciyə göstərilən torpaq sahəsi məhz həmin torpaq sahəsidir. İş materiallarında olan məhkəmə torpaqşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/6237saylı,xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 2015-2016-cı illərə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Ucar rayonu Qəzyan kəndində yerləşən X6 məxsus ümumi sahəsi 1,64 ha torpaq sahəsinin müqavilə bağlandığı tarixdə olan bazar qiymətinə uyğun, yəni torpaq sahəsinin 2015-2016-cı il tarixlərinə bazar qiymətləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə də həmin rəyi əsas götürərək, iddianı rədd etmişdir. Yəni, ekspertin rəyi məhkəmə üçün məcburi olmuş və məhkəmə iş ürzrə təkrar ekspertiza aparılması məsələsini müzakirə etməmişdir. Halbuki, heç təkrar ekspertizaya da ehtiyac olmamışdır. Belə ki, məhkəmə DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin cavablarına əsasən də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edə bilərdi. Bundan başqa qeyd edir ki, 2(009)-1738/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadla ekspertizanın aparılması Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsə də, ekspertiza Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə aparılmamışdır. Halbuki, ekspertiza Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə aparılsaydı ekspert konkret rəy verə bilərdi. Belə ki, qeyd edilən xidmətdə torpaq sahəsinin 2015-2016-cı il tarixlərinə bazar qiymətləri barədə məlumatlar ola bilərdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında iddiaçı, həm də digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətlərini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 23.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC-nin nümayəndələri, üçüncü şəxslər X9 və Ucar rayon İcra Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin və 3-cü şəxslərin iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 25.Maddə 7.Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. 26.Maddə 8.Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 27.Maddə 9.Qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 31.Maddələr 385.1.2, 385.1.4.Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 33.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. 35.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1MK984 saylı icra sənədinə əsasən borclu X2 cəmi 40 000 000 manat (köhnə) alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. Ucar rayon Məhkəməsinin 2-2 saylı, xx.xx.2006-cı il tarixli icra sənədinə əsasən borclu X2 6000 manat pul alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 1MK4616/06 saylı icra sənədinə əsasən borclu X2 200 manat pul alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-177/2008 saylı, xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən borclu X3 500 manat, mənəvi ziyana görə 500 manat pul tutulub tələbkar İddiaçı2 verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2008-ci il tarixdə icraata daxil olmuş, qanunla müəyyən olunmuş qaydada icra tədbirləri görülmüş, aidiyyatı orqanlara müvafiq sorğular verilmiş, cavablara əsasən borcluda tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-191/2007 saylı, xx.xx.2007-cı il tarixli icra sənədinə əsasən borclu X2 5000 manat pul alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılaraq xx.xx.2015-ci il tarixdə onun mülkiyyətində Ucar rayonu Qazyan kəndində 1.64 ha torpaq sahəsi aşkar edilmiş, icra sənədinin icrasının təmini və məcburi icra tədbiri olaraq həmən torpaq sahəsinə həbsin qoyulması barədə təqdimatla Ucar Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 8(063)-108/201 sayiı, xx.xx.2015-ci il tarixli qərardadı ilə qeyd edilən torpaq sahəsinə həbs qoyulmuşdur. Qeyd edilən torpaq sahəsi Cavabdeh1 MMC-nin 15-998 saylı hesabatına əsasən 16400 manat məbləğində qiymətləndirilmişdir. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53-ci maddəsinin tələblərinə əsasən borc əvəzinə tələbkara xx.xx.2015-ci il tarixdə təklif edilmiş, lakin tələbkar bundan imtina etmişdir. Həmən əmlak barəsində qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-yə hərrac vasitəsi ilə satılması üçün sifariş verilmiş, hərrac keçirilmiş, lakin alıcı olmadığı üçün əmlak satılmamışdır. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-ci maddəsinin tələblərinə əsasən tələbkara xx.xx.2016-cı ildə yenidən təklif edilmiş, lakin tələbkar xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən bundan imtina edərək icra sənədinin icraatını dayandırılmasını bildirmişdir. Ucar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(063)-60/2016 saylı qərardadına əsasən icra sənədləri üzrə icraat dayandırılmışdır. 36.Cavabdeh1 MMC-nin 15-998 saylı hesabatından başqa Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2320/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə tikinti tikinti-texniki ekspertizası üzrə Cavabdeh2 MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18- 363/16 saylı rəyi ilə Ucar rayonu, Qəzyan kəndində yerləşən 1.64 hektar (164 sot) torpaq sahəsinin bazar dəyəri 16 000,0 manat müəyyən edilmişdir. 37.İddiaçılar iddia edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələrinə əsasən iddiaçılara 15.700 manat pul borcu olan X10 icra sənədini icra etmir və bunun məsuliyyətindən yayınmaq üçün yuxarıda qeyd olunan 1.64 hektar torpaq sahəsini 15.700 manata iddiaçılara təklif edilməsinə nail olaraq icra sənədinin icrasından yayınmadığını göstərməyə çalışır. 38.İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Ucar rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən Ucar rayonu Qəzyan kəndində yerləşən 1,64 ha torpaq sahəsinin bir hektarının 2015-2016-cı illərdə və bü günə olan bazar dəyəri təxminən 800 manat olmasına istinad edərək ona təklif edilən torpaq sahəsini qəbul etməkdən imtina etmiş və Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 39.Mübahisə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə”№ 02/2021 saylı, 24 noyabr 2021-ci il tarixli birgə qərardadına əsasən əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır. Girov predmeti olan qiymətli kağızlara münasibətdə də Mülki Məcəllənin 1078-23-cü maddəsi və maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda əmlakın girov müqaviləsində göstərilən qiymətlə, müqavilədə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızların nominal dəyər ilə satışa çıxarılması nəzərdə tutulduğu nəzərə alınmalıdır. (29-cu bənd) 40.Qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. (31-ci bənd) 41.Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. (32.ci bənd) 42.İş materiallarından görünür ki, Ucar rayon İcra şöbəsinin məktubu ilə mübahisələndirilən torpaq sahəsinin "xxxx" MMC-yə hərrac vasitəsi ilə satılması üçün sifariş verilmiş, hərrac keçirilmiş, lakin alıcı olmadığı üçün əmlak satılmamışdır. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-ci maddəsinin tələblərinə əsasən tələbkara xx.xx.2016-cı ildə yenidən təklif edilmiş, lakin tələbkar xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən bundan imtina edərək icra sənədinin icraatını dayandırılmasını bildirmişdir. 43.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Ucar rayonu Qəzyan kəndində yerləşən borclu X7 məxsus torpaq sahəsi barəsində artıq hərrac keçirildiyindən iddiaçılar həmin əmlakın ilkin (başlanğıc) satış qiymətini məhkəmə qaydasında mübahisələndirməkdə haqlı olmuşdur. 44.Birinci instansiya məhkəmənin 07 sentyabr 2022-ci il tarixli iclasında (video görüntü) cavabdeh “X14” MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, qiymətləndirmə prosesində o iştirak etmişdir, torpaq sahəsinə baxış keçirmək üçün tərəflərə məlumat vermişdir, lakin tərəflər torpaq səhinin keçilməz olduğunu bildirərək qiymətləndirmə prosesində iştirak etməkdən imtina etmişlər, qiymətləndirmə üçün tərəflərdən kadastr planı istəmiş, Qəzyan ərazisi böyük bir ərazidir, onun gilli, çınqıllı, münbit hissəsi də var, böyük bir ərazidir, onlar o ərazini qiymətləndirmək üçün tərəflərdən koordinatları istədilər, çünki ola bilər çay kənarına, quraqlıq bir əraziyə və ya bataqlıq əraziyə düşə bilər ki, bütün bunlar qiymətə təsir göstərir. Koordinatlar təqdim olunmadığına görə onlar orta qiymət müəyyənləşdirdilər, hektarını təxmini 10000 manata qiymətləndirdilər, baxış keçirdilər, lakin o ərazi böyük olduğundan və konkret koordinatlar olmadığından ümumi baxış keçirdilər, konkret koordinatlar olsa idi və yaxud hər iki tərəf də iştirak edərək təsdiq etsə idi ki, doğurdan da sözügedən torpaq sahəsi bu ərazidir, heç koordinat da olmasa idi, o da onlara əsas verərdi ki, onlar da konkret yanaşardılar, lakin tərəflər iştirak etmədiyinə görə, koordinatlar da olmadığına görə onlar orta qiymət müəyyənləşdirmişdir. 45.Beləliklə “X14” MMC-nin nümayəndəsinin izahatından müəyyən olunur ki, rəy tərtib olunarkən mübahisəli əraziyə-Ucar rayonu Qəzyan kəndində yerləşən X6 məxsus ümumi sahəsi 1,64 ha torpaq sahəsinə baxış keçirilməmiş, ümumi Qəzyan kəndi ərazisinə baxış keçirilərək orta qiymət müəyyən edilmişdir. 46.Mübahisəli torpaq sahəsinin qiymətləndirilməsinə dair digər rəydən-Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan isə mübahisələndirilən torpaq sahəsinə baxışın keçirilib-keçirilmədiyi, ümumiyətlə torpaq sahəsinin dəyərinin qiymətləndirmənin aparıldığı tarixə 16400 manat olmasının əsaslandırılması müəyyən olunmur. 47.Mübahisəli hesabatda isə qiymətləndirmə obyektinin foto və ya videomateriallar ilə hər hansı təsvirinə yer verilməmiş, hesabatda qiymətləndirmə üzrə yanaşma və metodların adları sadalanmaqla anlayışları izah olunmuş, lakin, qiymətləndirmə aparılarkən bu metod və yanaşmaların istifadəsi əsaslandırılmamışdır. 48.Digər tərəfdən işə baxılmanın apellyasiya mərhələsində mübahisəli torpaq sahəsinin 2015- 2016-cı illər üçün bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilsə də ekspert rəyi əldə etmək mümkün olmamışdır. 49.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2024-cü il tarixli, №3-16-16/2-9/917.10/964 saylı məktubuna əsasən iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizalarının aparılmasından imtina edilmiş, məktuba əlavə edilmiş məlumata əsasən imtinanın əsası kimi göstərilmişdir ki, 2015- 2016-cı illərdə Mərkəzdə torpaq sahələrinin qiymətləndirilməsinə dair tətdiqat aparılmadığını, həmin illərə dair torpaq sahələrinin qiymətlərinə dair baza malumatlarının mövcud olmadığını nəzərə alaraq Ucar rayonu, Qəzyan kəndində yerləşən 1,64 ha torpaq sahəsinin 2015-2016-cı illər üçün bazar dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. 50.Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən əldə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, **********31 reyestr nömrəli çıxarışla X5 mülkiyyətinə verilmiş, Ucar rayonu, Qəzyan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,64 ha torpaq sahəsinin 1 (bir) hektarının 2015-2016-cı illərə olan bazar dəyəri Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 800 (səkkiz yüz) manat məbləğində qiymətləndirimişdir. 51.Beləliklə, göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən rəylərlə, apellyasiya mərhələsində əldə edilmiş rəy arasında əhəmiyyətli dərəcədə fərq vardır. 52.Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18- 363/16 saylı rəyi və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ı tərtib olunarkən qanunvericiliyin tələblərinə riayyət edilməyərək mübahisəli torpaq sahəsinə baxış keçirilmədiyindən, qiymətləndirmə obyektinin foto və ya videomateriallar ilə hər hansı təsvirinə yer verilmədiyindən, habelə, qiymətləndirmə aparılarkən qiymətləndirmə üzrə yanaşma və metodların istifadəsi üzrə ümumiyyətlə əsaslandırılma aparılmadığından mübahsiələndirilən rəy və hesabat mötəbər hesab edilə bilməz. 53.Digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən göründüyü kimi mübahisəli 1.64 ha torpaq sahəsinin 1 (bir) hektarının 2015-2016-cı illərə olan bazar dəyəri 800 manat olmaqla, həmin rəydə torpaq sahəsinin dəqiq kordinatları baza məlumatları əsasında müəyyən edilməklə, müvafiq sxem tərtib edilmişdir. Həmin rəydə müəyyən edilən torpaq sahəsinin bazar dəyəri, mübahisələndirilən rəy və hesabatla müəyyən edilən qiymətlə əhəmiyyətli dərəcədə fərqlənir. 54.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edərək qeyd edir ki, “X14” MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəy və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” qanunvericiliyin tələblərinə cavab vermədiyindən ləğv edilməlidir. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddanın rədd edilməsi üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 56.Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(009)-61/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, “X14” MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəyi və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ı ləğv edilməlidir. 57.Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə”№ 02/2021 saylı, 24 noyabr 2021-ci il tarixli birgə qərardadına əsasən iddiaçının hərracı mübahisələndirmədən “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ın ləğvini məhkəmə qaydasında müstəqil mübahisələndirmək hüququ vardır. 58.Kollegiya iddia müddətinin tətbiq olunması ilə bağlı üçüncü şəxsin ərizəsinə münasibətdə qeyd edir ki, hazırki halda iddiaçılar tərəfindən iddia müddəti ötürülməmişdir. 59.Mülki Məcəllənin 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.20ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 60.“R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. 61.“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. 62.Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 63.Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 64.Hazırki halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. 65.Kollegiya həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq, tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 66.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(009)-61/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. “X14” MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəyi və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ı ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-788/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-788/2024
28.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver