Məhkəmə qərarları › İş №2(103)-7883/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7883/2022

06.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7883/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və X5 cavabdeh "xxxx" MMC-yə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi və hərracın nəticələrinin etibarsı hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4588/2021 saylı 28 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş şikayətlərə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X9 cavabdehlər "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC) qarşı “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC (keçmiş adı "X6” MMC) tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək, cavabdeh "xxxx" MMC (keçmiş adı "X6” MMC) tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi və hərracın nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən apellasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1210/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3135/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "Capitals Auction” Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1210/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, icrada dönüş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi icraçılar tərəfindən icra olunmuş və mənzil üçüncü şəxs X4 adına qeydiyyata alınmışdır. Qətnamənin icrasında dönüş edilməli və mülkiyyət əvvəlki vəziyyətinə, yəni onun adına qayıtmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzillə dair X4 adına reyestrdə alınmış qeydin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzillə dair qeyd əvvəlki mülkiyyətçi İddiaçı1 adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeydin bərpa olunması qərara alınmışdır. Həmin qərardaddan üçüncü şəxs tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Üçüncü şəxs şikayətində göstərmişdir ki, iddiaçılar məhkəməyə müraciət edən zaman qeyd edilən mübahisəli əmlak artıq başqa şəxsə satılmış və sonuncunun mülkiyyətinə keçmişdir, belə ki, o, hərrac vasitəsi ilə xx.xx.2020-ci il tarixdə mənzili almış, xx.xx.2021-ci il tarixdə isə mənzili X1. Sonuncu çıxarış almış və hazırda evi təmir etdirərək ailəsi ilə orada yaşayır. Cavabdeh tərəfindən verilmiş şikayət isə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən şikayətində göstərilmişdir ki, iddiaçılar məhkəməyə müraciət edən zaman artıq mənzil başqa şəxsə satılmış və onun mülkiyyətinə keçmişdir. Qeyd edilən əmlakın T.Seyidovun mülkiyyətində keçməsi ilə bağlı birbaşa məhkəmə qərarı olmamışdır, mənzil Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə nəzərdə tutulan pulun T.Seyidova verilməsi ilə əlaqədar hərraca çıxarılaraq borcun əvəzində sonuncunun mülkiyyətinə verilmişdir. Sonuncu xx.xx.2021-ci il tarixdə mənzili X3, sonuncu da çıxarış almışdır və orada yaşayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və “qətnamənin icrasında dönüş edilməsi barədə” İddiaçı1 ərizəsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hərrac Təşkilatının xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzilə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/71 nömrəli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuş, tələbkar X7 tərəfindən həmin mənzil əldə olunmuşdur. İş materillarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-153021/2019-9 saylı sifariş məktubu əsasında "Capitals Auction” MMC ("X6” mMC) tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli xx.xx.2020-ci tarixli Protokolun ləğv edilməsi və həmin hərracın nəticələrinin etibarsız hesab olunması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-4588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzillə dair X4 adına reyestrdə alınmış qeydin ləğv edilməsi və mənzilə dair əvvəlki mülkiyyətçi İddiaçı1 adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeydin bərpa olunması üçün əsas yaradır. Kollegiya qeyd edir ki, məhkəmənin nəticəsi düzgün olmamışdır. İş materiallarından görünür ki, ərizəyə baxılmamışdan öncə üçüncü şəxs məhkəməyə ərizə ünvanlayaraq, mənzili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi ilə X2 bildirmişdir. Birinci instansiya məhkəməsi həmin ərizəyə hər hansı münasibət bildirməmiş və mənzilin həqiqətən digər şəxsə satılıb-satılmaması araşdırılmadan, icrada dönüş edilmişdir. Kollegiya hesab edir ki, qeyd olunan hal araşdırılmalı və nəticəsindən asılı olaraq icrada dönüş barədə ərizəyə baxılaraq nəticəyə gəlinməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı 28 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və “qətnamənin icrasında dönüş edilməsi barədə” İddiaçı1 ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar