Məhkəmə qərarları › İş №2(103)-789/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-789/2022

02.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-789/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli, 2(005)-2962/2013 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov “Cavabdeh və partnyorları” vəkil bürosunun vəkili Cavabdeh barəsində 2(009)316/13 saylı 14.02.2013-cü il tarixli məktubla Rəyasət Heyətinə müraciət edərək, X10 X32 qarşı “nikahın pozulması, uşaqlardan birinin iddiaçının yanında qalması” tələbinə dair mülki iş üzrə 12.02.2013-cü il il saat 15:30-a təyin olunmuş məhkəmə prosesi keçirilərkən, iddiaçının prosesdə iştirak edən nümayəndəsi K.Məmmədov sənədlər təqdim edərək bu sənədlərin iddiaçının yanında saxlanılması xahiş edilən azyaşlı uşağın Moskva şəhərində müalicəsi və anasının himayəsində qalmasının zəruriliyini əsaslandırılan sübutlar olduğunu bildirmişdir. Cavabdeh İ.Əliyev isə uşağın Moskvada həkim müayinəsindən keçirildiyi göstərilən tarixdə faktiki olaraq onun yanında olduğunu bildirərək sözügedən sənədlərin saxtalığını iddia etmiş və bu məsələnin araşdırılmasını xahiş etmişdir. İ.Əlyevin nikahın pozulmasına etiraz etdiyini nəzərə almaqla, ər-arvadın (iddiaçı və cavabdehin) barışmaları üçün 3 ay müddət müəyyən etməklə, hakim məhkəmə prosesini 13.05.2013-cü il tarixə təxirə salmış, eyni zamanda, tərəflərin birgə nikahından olan 07.10.2003-cü il təvəllüdlü Əmirin 2012-ci ilin dekabr ayı ərzində Azərbaycan Respublikasından kənara aparılıb-aparılmadığının müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına sorğu veriləcəyini, habelə, həmin uşağın valideynlərdən kimin yanında saxlanılmasının məqsədəuyğunluğu ilə bağlı rəy tərtib etməsi üçün iş materiallarının Səbail rayon icra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndəriləcəyini elan edərək, həmin tarixdəki məhkəmə iclasını yekunlaşdırmışdır. Saat təxminən 16:20 radələrində qəfildən məhkəmə prosesində iştirak edən işçisi ilə birlikdə hakimin iş otağına icazəsiz daxil olan vəkil Cavabdeh, “prosesdə iştirak edən işçisinin səhv etdiyini”, “həmin sənədləri ondan icazəsiz məhkəməyə təqdim etdiyini”, “onların saxta olmadığını və həqiqiliyinin araşdırılmasına ehtiyac qalmadığını” bildirərək və “hakimə olan xoş münasibətini nəzərə alaraq” bu sənədlərin geri qaytarılmasını tələb etmişdir. Hakim ona bunun mümkün olmadığını, çünki məhkəmə iclasının başa çatdığını və işdə iştirak edən şəxsin həmin sənədlərin saxtalığı iddiasını irəli sürdüyü üçün məhkəmənin bunu araşdırmaq vəzifəsini daşıdığını, məhkəməyə bilərəkdən saxta sənəd təqdim edilmişdirsə bunun məhkəmənin nüfuzu ilə bilavasitə əlaqəli olduğunu və şəxsi münasibətləri işi ilə eyniləşdirmədiyini və eyni zamanda, əgər bu sənədlər saxta deyildirsə, onların araşdırılmasından çəkinməyə də ehtiyac olmadığını və iddianı əsaslandıran sənədlər qismində təqdim edildiyi üçün iş materiallarında qalmalı olduğunu izah etmişdir. Bunu eşitdikdən sonra Cavabdeh birdən səsini yüksəldərək qışqırmağa, “sən kimsən ki, səndən qorxum, sən dünənki uşaqsan”, “mənimlə oyun oynama, sənin başına oyun açaram”, “kimə arxayın olub mənim işimdə problem yaradırsan”, “sənədin saxtalığını araşdırmaq sənin işin deyil, hətta saxta olsa belə neynəyə bilərsən ki”, “qanunsuz qərarlarınla insanları cəzalandırmaqla məşğulsan”, “sən bir dələduzsan, dələduzluq edirsən, sənə imkan verməyəcəm işləyəsən, səni işdən qovduracam” və s. kimi ifadələrlə hakimə hədə-qorxu gəlməyə, həmçinin onu təhqir etməyə başlamışdır. Bundan sonra hakim icra məmurlarını dəvət edərək, onun iş otağından kənarlaşdırılmasını xahiş etmiş, icra məmurları gəldikdən sonra da Cavabdeh eyni hədələri səsləndirmiş, sonra onun otaqdan çıxarılmasına nail olmuşlar. Bununla belə, Cavabdeh məhkəmə binasından çıxmasından bir neçə dəqiqə sonra müxtəlif elektron informasiya portallarında yalan və böhtan xarakterli məlumatlar yayılmış, hakimin guya onu təhqir etməsi, baxılan mübahisə bitdiyi halda sənədləri ona qaytarmaması, ondan qisas alması, iş otağının qapısını bağlayıb çıxmasına imkan verməməsi kimi heç bir əsası olmayan məlumatlar yerləşdirilmişdir. Halbuki, məhkəmə iclas katiblərinin, icra məmurlarının və mühafizəçi polis serjantının şahidi olduqları bu xoşagəlməz hadisə hakimin yuxarıda əks etdirdiyi şəkildə baş vermişdir. Hakim hesab etmişdir ki, qanunvericiliyin müəyyənləşdirdiyi qaydalarla deyil, hədə-qorxu gəlmək və şantaj yolu ilə fəaliyyət göstərməyi çalışma üslubu olaraq mənimsəyən Cavabdeh, etdiyi hərəkətlərlə bağlı barəsində tədbir görülə biləcəyindən ehtiyatlanaraq özünün qanunsuz hərəkətinə qanunilik görüntüsü verməyə çalışmışdır. Hakim, eyni zamanda, məktubda göstərmişdir ki, peşəkar vəkil olduğunu iddia edən Cavabdeh, hakimin otağına zorla girməsinin qanunsuz olduğunu, ümumiyyətlə hakimlərin şəxslərin qəbulunu həyata keçirmədiklərini dərk etmədən belə hərəkətə yol verdiyini öz açıqlamalarında etiraf edir, həmçinin məhkəməyə təqdim olunan sənədlərin hansı hallarda geri qaytarılmalı olduğunu bilmədiyini nümayiş etdirməklə peşəkarlığını şübhə altına alır. Hakimin məktubunda bildirilir ki, Cavabdeh bitdiyini iddia etdiyi mübahisə nəinki yekunlaşmamışdır, əksinə, mübahisə tərəfi olan şəxs məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hədələndiyini, surəti onda olan sözügedən sənədləri qaytarmazsa “problemlə üzləşəcəyi” ilə qorxudulduğunu, buna baxmayaraq həmin sənədlərin saxta olub-olmadığının araşdırılmasını tələb etmişdir. Hakim bir məsələni də qeyd etməyi vacib hesab etmişdir ki, Vəkillər Kollegiyasının üzvü olan Cavabdeh onun sədrlik etdiyi sözügedən məhkəmə prosesində ümumiyyətlə iştirak etmədiyi və vəkil orderini təqdim etmədiyi halda göstərilən hərəkətlərə yol vermiş, məhkəmə prosesində iştirak edən işçisinin təqdim etdiyi sənədlərin geri qaytarılmasını tələb edərkən, həmin nümayəndə ilə birlikdə özünün də etibarnamə əsasında səlahiyyətli olduğuna istinad etmişdir. Hakim məktubda qeyd edir ki, hakim adına layiq görüldüyü ilk gündən bu adın ucalığını, ədalət mühakiməsinin nüfuzunu, hakimin şərəf və ləyaqətini qorumağa çalışmış və məhz bu prinsipləri qorumağa çalışması, onu Rəyasət Heyətinə müraciət etməyə vadar etmişdir. Hakim hesab etmişdir ki, iş otağına icazəsiz daxil olaraq onu təhdid və təhqir edən, sonra isə həmin otağı “xüsusi açarla təchiz edilmiş, qapısı bayırdan açıla bilməyən, 40-cı illərin NKVD rəhbərinin otağı” kimi qələmə verməyə çalışan Cavabdeh, tamamilə uydurma və həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Səbail rayon Məhkəməsinin inzibati binasında 12 fevral 2013-cü il tarixdə Səbail rayon İcra Şöbəsinin rəis müavini vəzifəsini icra edən Arif İmanov, Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru Emil Hadıyev, Səbail rayon İcra Şöbəsinin icra məmuru Elçin Əmirov, Səbail rayon Məhkəməsinin məsləhətçisi Elvin Nəsibov, Səbail rayon Məhkəməsinin böyük mütəxəssisi Cəbrayıl Məmmədli və Mühafizə xidmətinin növbətçisi polis serjantı Vüqar Nəcəfovun imzaları ilə akt tərtib edilmişdir. Vəkillərin İntizam Komissiyasının 11 aprel 2013-cü il tarixli iclas Protokolundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun vəkil Cavabdeh hərəkətlərinə dair müraciəti üzrə hazırlanmış rəy layihəsinin müzakirəsi zamanı vəkil Cavabdeh məsələ ilə bağlı münasibətini bildirdikdən sonra verilmiş suallara cavabında öz hərəkətlərini qanuni hesab etdiyini, Komissiya üzvlərinin cavab vermək niyyətinin olmadığını, İntizam Komissiyasının üzvlərinin hamısının qul olduğunu, onlar kimi vicdansız olmadığını, Komissiya üzvlərinin hamısının vicdanını itirdiyini, onların məsələni obyektiv araşdıracağına inanmadığını, nə istəyirlərsə etmələrini, heç kimdən qorxmadığını, onların vəkilliyi bu günə qoymalarını, onların rüşvətxor olduqlarını, uşaq kimi onu sorğu-sual edə bilməyəcəklərini göstərmişdir. Azərbaycan Respublikası Vəkillər X11 08 may 2013-cü il i tarixli 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, vəkil Cavabdeh barəsində İntizam Komissiyasının rəyini nəzərə alaraq və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin Vİİİ hissəsinin tələblərini rəhbər tutaraq, Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə minənədək icraatında olan işlərin başa çatdırılmasına icazə verilməklə fəaliyyətinin dayandırılması, eləcə də, Cavabdeh “Cavabdeh və partnyorları” vəkil bürosunun rəhbəri kimi fəaliyyətinin dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası İntizam Komissiyasının rəyində qeyd olunur ki, Cavabdeh vəkil kimi tapşırığı rəsmiləşdirmədən, hüquqi yardım göstərməyi öhdəsinə götürmüş və məsələ ilə bağlı məsləhətlər vermiş, yəni həmin iş üzrə hüquqi yardım göstərməklə məşğul olmuşdur. Eyni zamanda, Cavabdeh işin aparılmasını, müraciət etmiş şəxsə hüquqi yardım göstərilməsini vəkil statusu olmayan şəxsə həvalə etmişdir. Araşdırma zamanı həm də təsdiq edilmişdir ki, vəkil Cavabdeh icazəsiz hakim Elnur Həsənovun xidməti otağına daxil olmuş, məhkəmə prosesində sənədlərin səhvən təqdim edildiyini bildirmiş, həmin sənədlərin geri qaytarılmasını tələb etmiş, hakim Elnur Həsənov bunun mümkün olmadığını, çünki məhkəmə iclasının yekunlaşdığını və işdə iştirak edən şəxsin həmin sənədlərin saxtalığı iddiasını irəli sürdüyü üçün, məhkəmənin bunu araşdırmaq vəzifəsini daşıdığını ona izah etmiş, bunu eşidən Cavabdeh isə icra məmurlarının yanında kobud sözlərlə hakim Elnur Həsənovu təhqir etmiş, qışqıraraq ona hədə-qorxu gəlmiş, hakimi işdən qoyduracağını bildirmişdir. Cavabdeh bu hərəkətləri məhkəmə icraatına qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Vəkillərin İntizam Komissiyasının 14.09.2011-ci il tarixli rəyinin surətindən görünür ki, Komissiya Cavabdeh “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü, 4-cü və 9-cu maddələrinin 1-ci hissəsinin, 14-cü, 16-cı maddəsinin 1-ci hissəsinin vəkilin “qanunun tələblərini icra etməli olması” ilə bağlı hissəsinin, 17-ci maddəsinin 1-ci hissəsinin və 18-ci maddəsinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-1-ci maddəsinin tələblərini pozduğunu müəyyən edərək, Cavabdeh barəsində toplanmış materialların və rəyin Azərbaycan Respublikası Vəkillər X8 təqdim edilməsini qərara almışdır. Azərbaycan Respublikası Vəkillər X11 03 noyabr 2011-ci il tarixli 18 saylı iclas protokolundan çıxarışdan məlum olur ki, Cavabdeh töhmət verilməsi qərara alınmış və ona yol verdiyi qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi tapşırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Vəkillər X12 Cavabdeh qarşı “Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməyə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov “Cavabdeh və partnyorları” vəkil bürosunun vəkili Cavabdeh barəsində 2(009)316/13 saylı 14.02.2013-cü il tarixli məktubla Rəyasət Heyətinə müraciət etmişdir. Məktubda göstərilir ki, X10 X32 qarşı “nikahın pozulması, uşaqlardan birinin iddiaçının yanında qalması” tələbinə dair mülki iş üzrə 12.02.2013-cü il il saat 15:30-a təyin olunmuş məhkəmə prosesi keçirilərkən, iddiaçının prosesdə iştirak edən nümayəndəsi K. Məmmədov sənədlər təqdim edərək bu sənədlərin iddiaçının yanında saxlanılması xahiş edilən azyaşlı uşağın Moskva şəhərində müalicəsi və anasının himayəsində qalmasının zəruriliyini əsaslandırılan sübutlar olduğunu bildirmişdir. Cavabdeh İ.Əliyev isə uşağın Moskvada həkim müayinəsindən keçirildiyi göstərilən tarixdə faktiki olaraq onun yanında olduğunu bildirərək sözügedən sənədlərin saxtalığını iddia etmiş və bu məsələnin araşdırılmasını xahiş etmişdir. İ.Əlyevin nikahın pozulmasına etiraz etdiyini nəzərə almaqla, ər-arvadın (iddiaçı və cavabdehin) barışmaları üçün 3 ay müddət müəyyən etməklə, hakim məhkəmə prosesini 13.05.2013-cü il tarixə təxirə salmış, eyni zamanda, tərəflərin birgə nikahından olan 07.10.2003-cü il təvəllüdlü Əmirin 2012-ci ilin dekabr ayı ərzində Azərbaycan Respublikasından kənara aparılıb-aparılmadığının müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına sorğu veriləcəyini, habelə, həmin uşağın valideynlərdən kimin yanında saxlanılmasının məqsədəuyğunluğu ilə bağlı rəy tərtib etməsi üçün iş materiallarının Səbail rayon icra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndəriləcəyini elan edərək, həmin tarixdəki məhkəmə iclasını yekunlaşdırmışdır. Saat təxminən 16:20 radələrində qəfildən məhkəmə prosesində iştirak edən işçisi ilə birlikdə hakimin iş otağına icazəsiz daxil olan vəkil Cavabdeh, “prosesdə iştirak edən işçisinin səhv etdiyini”, “həmin sənədləri ondan icazəsiz məhkəməyə təqdim etdiyini”, “onların saxta olmadığını və həqiqiliyinin araşdırılmasına ehtiyac qalmadığını” bildirərək və “hakimə olan xoş münasibətini nəzərə alaraq” bu sənədlərin geri qaytarılmasını tələb etmişdir. Hakim ona bunun mümkün olmadığını, çünki məhkəmə iclasının başa çatdığını və işdə iştirak edən şəxsin həmin sənədlərin saxtalığı iddiasını irəli sürdüyü üçün məhkəmənin bunu araşdırmaq vəzifəsini daşıdığını, məhkəməyə bilərəkdən saxta sənəd təqdim edilmişdirsə bunun məhkəmənin nüfuzu ilə bilavasitə əlaqəli olduğunu və şəxsi münasibətləri işi ilə eyniləşdirmədiyini və eyni zamanda, əgər bu sənədlər saxta deyildirsə, onların araşdırılmasından çəkinməyə də ehtiyac olmadığını və iddianı əsaslandıran sənədlər qismində təqdim edildiyi üçün iş materiallarında qalmalı olduğunu izah etmişdir. Bunu eşitdikdən sonra Cavabdeh birdən səsini yüksəldərək qışqırmağa, “sən kimsən ki, səndən qorxum, sən dünənki uşaqsan”, “mənimlə oyun oynama, sənin başına oyun açaram”, “kimə arxayın olub mənim işimdə problem yaradırsan”, “sənədin saxtalığını araşdırmaq sənin işin deyil, hətta saxta olsa belə neynəyə bilərsən ki”, “qanunsuz qərarlarınla insanları cəzalandırmaqla məşğulsan”, “sən bir dələduzsan, dələduzluq edirsən, sənə imkan verməyəcəm işləyəsən, səni işdən qovduracam” və s. kimi ifadələrlə hakimə hədə-qorxu gəlməyə, həmçinin onu təhqir etməyə başlamışdır. Bundan sonra hakim icra məmurlarını dəvət edərək, onun iş otağından kənarlaşdırılmasını xahiş etmiş, icra məmurları gəldikdən sonra da Cavabdeh eyni hədələri səsləndirmiş, sonra onun otaqdan çıxarılmasına nail olmuşlar. Bununla belə, Cavabdeh məhkəmə binasından çıxmasından bir neçə dəqiqə sonra müxtəlif elektron informasiya portallarında yalan və böhtan xarakterli məlumatlar yayılmış, hakimin guya onu təhqir etməsi, baxılan mübahisə bitdiyi halda sənədləri ona qaytarmaması, ondan qisas alması, iş otağının qapısını bağlayıb çıxmasına imkan verməməsi kimi heç bir əsası olmayan məlumatlar yerləşdirilmişdir. Halbuki, məhkəmə iclas katiblərinin, icra məmurlarının və mühafizəçi polis serjantının şahidi olduqları bu xoşagəlməz hadisə hakimin yuxarıda əks etdirdiyi şəkildə baş vermişdir. Hakim hesab etmişdir ki, qanunvericiliyin müəyyənləşdirdiyi qaydalarla deyil, hədə-qorxu gəlmək və şantaj yolu ilə fəaliyyət göstərməyi çalışma üslubu olaraq mənimsəyən Cavabdeh, etdiyi hərəkətlərlə bağlı barəsində tədbir görülə biləcəyindən ehtiyatlanaraq özünün qanunsuz hərəkətinə qanunilik görüntüsü verməyə çalışmışdır. Hakim, eyni zamanda, məktubda göstərmişdir ki, peşəkar vəkil olduğunu iddia edən Cavabdeh, hakimin otağına zorla girməsinin qanunsuz olduğunu, ümumiyyətlə hakimlərin şəxslərin qəbulunu həyata keçirmədiklərini dərk etmədən belə hərəkətə yol verdiyini öz açıqlamalarında etiraf edir, həmçinin məhkəməyə təqdim olunan sənədlərin hansı hallarda geri qaytarılmalı olduğunu bilmədiyini nümayiş etdirməklə peşəkarlığını şübhə altına alır. Hakimin məktubunda bildirilir ki, Cavabdeh bitdiyini iddia etdiyi mübahisə nəinki yekunlaşmamışdır, əksinə, mübahisə tərəfi olan şəxs məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hədələndiyini, surəti onda olan sözügedən sənədləri qaytarmazsa “problemlə üzləşəcəyi” ilə qorxudulduğunu, buna baxmayaraq həmin sənədlərin saxta olub-olmadığının araşdırılmasını tələb etmişdir. Hakim bir məsələni də qeyd etməyi vacib hesab etmişdir ki, Vəkillər Kollegiyasının üzvü olan Cavabdeh onun sədrlik etdiyi sözügedən məhkəmə prosesində ümumiyyətlə iştirak etmədiyi və vəkil orderini təqdim etmədiyi halda göstərilən hərəkətlərə yol vermiş, məhkəmə prosesində iştirak edən işçisinin təqdim etdiyi sənədlərin geri qaytarılmasını tələb edərkən, həmin nümayəndə ilə birlikdə özünün də etibarnamə əsasında səlahiyyətli olduğuna istinad etmişdir. Hakim məktubda qeyd edir ki, hakim adına layiq görüldüyü ilk gündən bu adın ucalığını, ədalət mühakiməsinin nüfuzunu, hakimin şərəf və ləyaqətini qorumağa çalışmış və məhz bu prinsipləri qorumağa çalışması, onu Rəyasət Heyətinə müraciət etməyə vadar etmişdir. Hakim hesab etmişdir ki, iş otağına icazəsiz daxil olaraq onu təhdid və təhqir edən, sonra isə həmin otağı “xüsusi açarla təchiz edilmiş, qapısı bayırdan açıla bilməyən, 40-cı illərin NKVD rəhbərinin otağı” kimi qələmə verməyə çalışan Cavabdeh, tamamilə uydurma və həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdir. Rəyasət Heyəti onu da qeyd etməyi vacib hesab edir ki, vəkil Cavabdeh bundan əvvəl də dəfələrlə qanun pozuntularına yol verib. Belə ki, o, Azərbaycan Respublikası Vəkilliyi haqqında Əsasnamənin (həmin vaxt qüvvədə olan) 10-cu maddəsinin sonuncu bəndini kobud surətdə pozduğuna, yəni Vəkillik fəaliyyəti ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, bununla əlaqədar aparılan yoxlama zamanı qanuni göstərişlərə tabe olmayaraq izahat verməkdən imtina edib yoxlamaya maneçilik törətməklə intizamsızlığa yol verdiyinə, bununla da həmin Əsasnamənin 15-ci maddəsinin 1-ci bəndinin 1-ci cümləsinin tələbini kobud surətdə pozduğuna görə Vəkillər X11 18.03.1999-cu il tarixli Qərarına əsasən Vəkillər Kollegiyası üzvlüyündən xaric edilmişdir. Lakin o, 03.06.2005-ci il tarixdə yenidən Vəkillər Kollegiyası üzvlüyünə qəbul edildikdən sonra da bu hərəkətlərini davam etdirmiş və bir neçə xəbərdarlıqdan sonra Cavabdeh barəsində Rəyasət Heyətinə daxil olmuş Bayramxan Kərimovun müraciəti araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmiş və Komissiyanın Cavabdeh barəsində tərtib etdiyi rəy nəzərə alınaraq Vəkillər X11 03 noyabr 2011-ci il tarixli Qərarı ilə Cavabdeh töhmət verilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli, 2(005)-2962/2013 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vəkil Cavabdeh tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsinin, “Vəkillər və vəkillik fəaliyyəti haqında“ Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİİ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin 1,2 və 3-cü bəndlərinin, 17-ci maddəsinin İ hissəsinin, eləcə də “Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin” 1.2 və 9-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iş üzrə təqdim olunmuş sübutlar və araşdırma zamanı müəyyən edilmiş hallar iddiaçı Azərbaycan Respublikası Vəkillər X6 irəli sürdüyü dəlillərin əsaslı olduğunu təsdiq edir və Cavabdeh tərəfindən yol verilmiş pozuntular onun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan "Cavabdeh və Partnyorları" Vəkil Bürosu ilə X20 arasında bağlanmış 12 dekabr 2012-ci il tarixli 239-11 saylı müqaviləyə əsasən o həmin sifarişçinin hüquqlarının müdafiəsi öhdəliklərini öz üzərinə götürmüşdür. Həmin müqavilə əsasında o 12 dekabr 2012-ci il tarixli 000679 saylı vəkil orderi ilə təmin edilmiş və həmin orderi təqdim etməklə F.N.Əliyevanın hüquqlarını müdafiə edən vəkil kimi mülki işə qoşulmuşdur. Bu halın mövcudluğu onu təsdiq edir ki, Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsənov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə 14.02.2013cü il tarixli 2(009)316/13 saylı müraciətində həqiqətə uyğun olmayan məlumatları qeyd etmişdir (guya onun həmin mülki işdə vəkil səlahiyyəti olmamış, yəni nə müqavilə, nə də ki, vəkil orderi olmamışdır). Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasının 11.04.2013cü il tarixli rəyi onun "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİİ hissəsinin, "Cavabdeh və Partnyorları" Vəkil Bürosunun qeydiyyatdan keçmiş Nizamnaməsinin 3.8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozduğu ilə bağlı göstərilənlər (yəni vəkil kimi həmin tapşırığı müqavilə ilə rəsmilləşdirmədən hərəkət etmişdir) obyektivliyi əks etdirmir və araşdırmanın qərəzliliyini təsdiq edir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli qətnaməsi bu hissədə də əsassızdır, çünki məhkəmə prosessual hüquq normalarına əməl etməyərək sübutları düzgün qiymətləndirməmiş və ümumiyyətlə mötəbər sübutlara biganə yanaşmışdır. Bundan başqa, hadisə baş verdiyi gün, 12.02.2013-cü il tarixdə saat təxminən 16:20-də Səbail Rayon Məhkəməsinin inzibati binasına daxil olduqda, giriş qapısında duran mühafizəçi polis serjantı Vüqar Nəcəfov iş icraatında olan hakim Elnur Həsənova zəng etmiş, onun gəldiyini bildirmiş, hakim öz razılığını verdikdən sonra o iddiaçının nümayəndəsi K.N.Məmmədovla əvvəlcə katibinin otağına, daha sonra isə hakim Elnur Həsənov içəridən öz otağının qapısını açdıqdan sonra, hakimin otağına daxil olmuşuq. Hakim Elnur Həsənovun otağına daxil olduqda, hakimin stolunun qarşısında bir tərəfdən o, digər tərəfdən isə nümayəndə K.N.Məmmədov əyləşmiş və o hakimə anlaşılmazlıq olduğunu, tərəflər arasında barışıq layihəsi mövcud olduğunu, bu barışığın həyata keçməsi üçün köməklik göstərilməsini və sənədlərin qaytarılması üçün prosesin təzələnməsini xahiş etmişdir. Bunu bildirdikdən sonra, hakim qəfildən onu saxta sənəd təqdim etməkdə ittiham etməyə, səsini qaldırmağa, təhqir etməyə və hədələməyə başlamış, o isə bunun təxribat olduğunu anlayaraq işçisi ilə otaqdan çıxmağa çalışmışdır. İşçisi K.N.Məmmədov qapını açmağa çalışsa da, aça bilməmiş, hakim Elnur Həsənov isə qapıya güc verməməyi, qapının yalnız onun istəyi ilə (yəni yanında olan düyməni sıxmaqla) açılacağını bildirmişdir. Hakim Elnur Həsənov dərhal mühafizəçini və icra məmurlarını çağırmış və onlara "bunları bayıra atın, məni təhqir etdiyini, vurmaq istədiyini aktlaşdırın" demişdir. Hazırki iş üzrə Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında 12.02.2013-cü il tarixdə məlum hadisə vaxtı onunla bir yerdə, hakim Elnur Həsənovun iş otağında olmuş "xxxx" Hüquq Firmasının əməkdaşı X16 şahid qismində dindirilməsi barədə 19.08.2013-cü il tarixli vəsatət versə də, hakim əsassız yerə həmin şahidi dindirməkdən imtina etmiş, nəticədə birtərəfli mövqe nümayiş etdirmişdir. Səbail rayon İcra Şöbəsinin rəis müavini vəzifəsini icra edən Arif İmanov, böyük icra məmuru Emil Hadıyev, icra məmuru Elçin Əmirov, Səbail rayon Məhkəməsinin məsləhətçisi Elvin Nəsibov, böyük mütəxəssisi Cəbrayıl Məmmədli, mühafizə xidmətinin növbətçisi polis serjantı X40 rayon Məhkəməsinin inzibati binasında 12 fevral 2013-cü il tarixdə akt tərtib edərək qeyd etmişlər ki, guya o, hakim Elnur Həsənovun iş otağına icazəsiz daxil olmuş, onunla mübahisə edərək onu təhqir etmiş və ona hədə-qorxu gəlmişdir. Aktda qeyd olunanları həmçinin Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsənov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə ünvanladığı 14.02.2013-cü il tarixli 2(009)316/13 saylı müraciətində də göstərmişdir. Akta nəzər saldıqda belə məlum olur ki, icra məmurları həmin vaxt giriş qapısında onun gələcəyini gözləmiş, daha sonra onu hakimin otağına qədər müşayiət etmiş, hakimin otağında baş verənləri əvvəldən axıradək seyr etmiş və daha sonra bu hadisələri aktda əks etdirmişlər. Göründüyü kimi, aktda qeyd olunanlar həqiqəti əks etdirmir, ən azından ona görə ki, bu akt ağlabatanlıq və obyektivlik prinsiplərinə ziddir. Əksər məhkəmələrdə, xüsusilə də Səbail Rayon Məhkəməsində hakimlərin iş otağına icazəsiz keçmək mümkün deyil, çünki həmin otaqlar binanın ikinci mərtəbəsində yerləşməkdən əlavə, binanın giriş qapısında mühafizəçi-polis dayanır və məhz onun məruzəsindən sonra hakimin otağına keçməyə icazə verilir. Aktda göstərilənlər isə həqiqətə uyğun deyil. O, məhz polisin və hakimin özünün icazəsi ilə hərəkət etmişdir. İcra məmurlarının da aktda göstərdikləri həqiqətə uyğun deyil. İcra məmurları onların hakimlə olan söhbətinin sonunda gəlmişlər, həmin anda isə o sakitcə dayanıb hakimin əməllərinə baxmışdır. Əgər həqiqətən də mühafizəçi-polisin dediyi kimi, o polisdən icazəsiz içəri, hakimin otağına keçmiş olsaydı, onda polisin həmin otağında quraşdırılmış videokamera məlumatları da 12.02.2013-cü il tarixli akta əlavə olunardı. Lakin bu videogörüntülər məqsədli şəkildə araşdırma materiallarına əlavə edilməmişdir, çünki hadisə onun dediyi kimi baş vermişdir. Bütün bunlara baxmayaraq, növbəti prosesdə iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi hadisənin baş verdiyi gün, yəni 12.02.2013-cü il tarixdə Səbail Rayon Məhkəməsinin inzibati binasında quraşdırılmış videokameralarda qeyd olunmuş görüntülərin əldə edilməsi barədə vəsatət vermiş və məhkəmə bu vəsatəti təmin etmişdir. Lakin cavab olaraq Səbail Rayon Məhkəməsinin iş materiallarında olan müvafiq məktubu ilə bildirilmişdir ki, sorğu edilən videogörüntülərin təqdim edilməsi mümkün deyil, çünki videokameraların qeyd etdiyi görüntülər cəmi 5 gün ərzində saxlanılır. Bundan əlavə, məhkəmə iddia ərizəsini təmin etməklə iddiaçının irəli sürdüyü tələbinin haqlı və əsaslı olduğu qənaətinə gəlmişdir. İddia ərizəsində qeyd olunur ki, guya o vəkil sirrini pozmuş, yəni rəhbərlik etdiyi Vəkil Bürosu ilə təsisçisi olduğu "xxxx" hüquq firması eyni ünvanda olan iş otaqlarında yerləşdiyindən, büronun vəkilləri hüquq firmasının vəkil statusu olmayan işçiləri ilə bir yerdə fəaliyyət göstərirlər ki, bu da vəkil sirrinin yayılmasına şərait yaradır. Məhkəmənin qeyri-obyektivliyi və birtərəfliliyi qətnamənin əsaslandırıcı hissəsində sadaladığı sübutlardan da görünür. Vəkillər X12 göstərilən ünvanda vəkillik qurumunun təsis edilməsini "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununun tələbinə uyğun hesab etmişdir. "Cavabdeh və Partnyorları" Vəkil Bürosu təsis edilərkən qonşu ünvanda - ünvan 1 neçə ildir ki, "xxxx" Hüquq Firması fəaliyyət göstərirdi. Yəni, hazırda onun xaric edilmə məsələsini qaldırmış Vəkillər Kollegiyasının həmin Rəyasət Heyəti göstərilən ünvanda vəkillik qurumunun təsis edilməsini "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununun tələbinə uyğun hesab etmiş, hazırda isə belə bir bəhanə gətirir ki, guya həmin ünvanda vəkillik qurumunun təsis edilməsi və fəaliyyət göstərməsi qanun pozuntusudur. Ən əsası isə, "xxxx" Hüquq Firması ünvan 2 ünvanında fəaliyyət göstərir, "Cavabdeh və Partnyorları" Vəkil Bürosu isə ünvan 3 ünvanda deyil, fərqli sahələrdə fəaliyyət göstərirlər. Məhz bu səbəbdən o zaman Vəkillər X12 bu məsələ ilə bağlı özünün müsbət rəyini vermişdir. Bütün yuxarıda qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsilə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hazırki qətnaməsi ilə onun İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində, 10-cu və 14-cü maddələrində nəzərdə tutulan hüquqları pozulmuş, məhkəmənin qətnaməsi ədalətli olmamış, işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün tərəfindən verilən bütün vəsatətləri məhkəmə rədd etmişdir. Höküməti və onun ayrı-ayrı orqanlarını təndiq etdiyinə, fikirlərini azad ifadə etdiyinə görə işdən azad edilməklə təqibə məruz qalmışdır. Bundan başqa, o, hükümətə tənqidçi mövqeyində olduğundan, hükmətin yüksən vəzifəli məmurlarının qanunsuz əməllləri barədə fikirlərini söylədiyindən ayrıseçkiliyin qurbanına çevrilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatına və apellyasiya şikayətində qeyd edilənlərə uyğun eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2013-cü il tarixli, 2(103)- 5972/2013 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2962/2013 saylı iş üzrə 10 sentyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, vəkil Cavabdeh “Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsinin, “Vəkillər və vəkillik fəaliyyəti haqında“ Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİİ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin 1,2 və 3-cü bəndlərinin, 17-ci maddəsinin İ hissəsinin, eləcə də “Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin” 1.2 və 9-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2013-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2014-cü il tarixli, 2(102)-1349/2014 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 noyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə obyektiv nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq yuxarıda göstərilən 12.02.2013-cü il tarixli aktı tərtib etmiş şəxsləri və cavabdehin hadisənin şahidi olmasını göstərdiyi Kənan Məmmədovu dindirməmiş, nəticədə həmin aktda göstərilənlərin həqiqətə uyğun olub-olmaması aydınlaşdırılmamış qalmışdır. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədə isə iddiaçının əsas götürdüyü, cavabdehin isə onun nümayəndəsi və vəkilinin izahatlarında və vəsatətlərində göstərdikləri əsaslarla mübahisələndirdikləri qeyd olunan aktın tərtib olunma yeri və tarixi, onu tərtib etmiş şəxslərin vəzifəsi, adı və soyadı göstərilməklə kifayətlənilmiş, bununla da prosessual qanunun yuxarıda sadalanan normalarının tələbləri pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Hazırki iş üzrə ikinci apelyasiya baxışında Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyul 2014-cü il tarixli, 2(103)-3405/2014 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2962/2013 saylı iş üzrə 10 sentyabr 2013-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin qərarında şərh edilən göstərişlər üzrə qeyd etmişdir ki, Vəkilləri kollegiyasının üzvü Cavabdeh 12 fevral 2013-cü il tarixdə, artıq təxirə salındığı elan edilən, yəni icraatı davam etdirilən mülki işlə əlaqədar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun xidməti otağına, "xxxx" Hüquq Firmasının direktoru K.N.Məmmədovla daxil olaraq hakimdən ona təqdim edilmiş sənədləri qaytarmağı, mülki işin baxılmasının təzələnməsini tələb etmiş və aralarında barışığın olacağını bildirmişdir. Bu zaman hakim Elnur Həsənov ona bunun mümkün olmadığını, məhkəmə iclasının başa çatdığını və işdə iştirak edən şəxsin həmin sənədlərin saxtalığı iddiasını irəli sürdüyü üçün məhkəmənin bunu araşdırmaq vəzifəsini daşıdığını, məhkəməyə bilərəkdən saxta sənəd təqdim edilmişdirsə bunun məhkəmənin nüfuzu ilə bilavasitə əlaqəli olduğunu və şəxsi münasibətləri işi ilə eyniləşdirmədiyini, bu sənədin iş materiallarında qalmalı olduğunu izah etdikdə, Cavabdeh hakimlə kobud danışmağa, onu hədələməyə başlamışdır. İcra məmurları müdaxilə etdikdən sonra Cavabdeh hakimin xidməti otağını tərk etmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə görə, Cavabdeh apellyasiya şikayətində, daha sonra isə kollegiya iclasında 12 fevral 2013-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun otağına onun özünün razılığı ilə daxil olduğunu, əks təqdirdə bunun mümkün olmadığını, hakim Elnur Həsənovun onunla yüksək səslə danışdığını bildirsə də, hakimin xidməti otağına hakimin icraatında olan işlə əlaqədar Cavabdeh hər hansı bir əsasla daxil olması və bununla əlaqədar mübahisə etməsi özü-özlüyündə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Cavabdeh və mülki iş üzrə tərəf olan F.Əliyevanın etibarnamə əsasında təmsil edən K.N.Məmmədov həmin məsələ ilə bağlı müraciətlərini yalnız qanunvericiliklə qadağan edilməyən tərzdə və yalnız bu işlə əlaqədar keçiriləcək məhkəmə iclaslarında təqdim etməli idilər. Cavabdeh hakimin xidməti otağına daxil olması və onunla mübahisə etməsi özünün izahatı ilə də təsdiq olunduğundan bunun hakimin razılığı ilə baş verməsi, sonuncunun qapını açdıqdan sonra onun otağına daxil olması, bu anların müşahidə kamerası vasitəsi ilə izlənməsinin mümkün olması barədə dəlilləri əhəmiyyətsiz edir, eyni zamanda Cavabdeh bu dəlilləri hər hansı bir sübutla təsdiq edilmir. Əksinə Cavabdeh kollegiya iclasında verdiyi ifadəsində hakim Elnur Həsənovun onunla yüksək səslə danışdığına cavab olaraq onunla yüksək səslə danışdığını, hətta ona “qələt edərsən” ifadəsini işlətdiyini təsdiq etmişdir. Bütün bunlar, Cavabdeh tərəfindən “Məhkəmələr və hakimlər haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunların müvafiq tələblərinin pozulduğuna dəlalət edir. Bundan başqa, Cavabdeh izahatı və şahid K.N.Məmmədovun ifadəsi ilə təsdiq olunur ki, Cavabdeh ona hüquqlarının müdafiəsi üçün müraciət etmiş şəxsə hüquqi yardım göstərilməsini vəkil statusu olmayan şəxsə həvalə etmişdir. Eyni zamanda təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh təsis və rəhbərlik etdiyi "xxxx" hüquq firmasının yerləşdiyi eyni ünvanda olan iş otaqlarında “Cavabdeh və partnyorları” vəkil bürosunu təsis etmiş, nəticədə də firmanın vəkil statusu olmayan işçiləri, büronun Vəkillər Kollegiyasının üzvləri olan vəkilləri ilə bir yerdə fəaliyyət göstərirlər. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2014-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2014-cü il tarixli, 2(102)-4356/2014 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsini dəyişdirmədən saxlamaqla haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsində icraat A.lsmayılov Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 03 dekabr 2014-cü il tarixli qərarının İnsan Hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin İ bəndinin tələblərinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 12.03.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh qarşı iddia tələbinə baxarkən məhkəmələr tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin tələbləri pozulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, məhkəmə müşahidə etmişdir ki, AVK İntizam Komissiyasının rəylərinə əsaslanan yerli məhkəmələr üç səbəbə görə ərizəçinin vəkilləkdən xaric etmək qərarına gəlib: (i) ərizəçi müştəriyə göstərdiyi hüquqi xidməti sənədləşdirməyib; (ii) "Visa" və "Cavabdeh və Partnyorları" hüquq şirkətləri eyni ünvanda yerləşirdi; və (iii) ərizəçi məhkəməyə təqdim edilmiş sənədlərin geri qaytarılmasını tələb etmək üçün qanunsuz olaraq hakimin iş otağına daxil olub, hakimi təhqir edib və hədələyib. Lakin Məhkəmə hesab edir ki, yerli məhkəmə prosesi zamanı ərizəçi işinin nəticəsi üçün həlledici olan və sübutlarla dəstəklənən arqumentlər irəli sürsə də, yerli məhkəmələr bu arqumentlərə cavab verə bilməyib. Xüsusilə, Məhkəmə qeyd edir ki, ərizəçi müştəriyə (F.A.) göstərilən hüquqi xidməti sənədləşdirdiyini sübut edən dəlil gətirib. İşin materiallarından görünür ki, ərizəçi ilə müştəri və eləcə də "Visa" hüquq firması ilə müştəri arasında müqavilələr var. Müştərinin 12 dekabr 2012-ci ildə ərizəçi və K.M.-yə verdiyi etibarnamədə məhkəmədə onu təmsil etmək hüququnu təsdiq edib. Üstəlik, ərizəçinin müştərini təsmil etdiyini təsdiq edən 000679 nömrəli order də verilib. Ancaq yerli məhkəmələrin qərarlarında bu sənədlərə heç bir qiymət verilməyib. Yerli məhkəmələr "Visa" və "Cavabdeh və Partnyorları" hüquq firmalarının eyni binada yerləşmələrinə baxamayaraq, eyni ünvanda olmamasına və bu faktın AVK-nın özü tərəfindən verilmiş sənədlərdə öz əksini tapmasına cavab verə bilməyib. Məhkəmə 12 fevral 2013-cü il tarixli aktın hakimin şikayətini dəstəkləyən yeganə sübut olduğunu müəyyən edir. Ancaq hadisənin yeganə şahidi olmasına baxmayaraq, ərizəçinin təkrar müraciətləri və işin Ali Məhkəmə tərəfindən apellyasiya məhkəməsinə göndərilməsindən sonra Bakı Apelyasiya Məhkəməsi tərəfindən dinlənilən K.M. ərizəçinin hadisə ilə bağlı versiyasını təsdiqləyən sübutlar təqdim etsə də, yerli məhkəmələr onun bu ifadəsinə əhəmiyyət verməyib. Xüsusilə, apellyasiya məhkəməsi ərizəçi ilə işləməsi səbəbindən K.M.-in ifadəsinin niyə etibarsız hesab etdiyi, lakin hakimlə birlikdə işləyən və 12 fevral 2013-cü il tarixli aktı imzalayanların verdiyi ifadələri niyə etibarlı hesab etdiyini lazımınca izah edə bilməyib. Eyni zamanda Məhkəmə qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsi öz qərarında aktı imzalamış altı şəxsdən niyə yalnız üçünü dinlədiyinə aydınlıq gətirməyib. Yuxarıda səsləndirilən mülahizələrə əsaslanan Məhkəmə hesab edir ki, yerli məhkəmələr qərarlarını kifayət qədər əsaslandıra bilməməklə 6-cı maddənin 1-ci bəndinin tələbini icra etməyiblər. Belə ki, yerli məhkəmələr ərizəçinin işinin nəticəsi üçün həlledici olan arqumentlərinə cavab verməyiblər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 oktyabr 2021-ci il tarixli, 13(102)- 1(a)/2021 saylı qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vəkillər X6 Cavabdeh qarşı “Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi” barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.12.2014-cü il tarixli, 2(102)-4356/2014 nömrəli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.07.2014-cü il tarixli, 2(103)- 3405/2014 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərara əsasən, işə yenidən baxacaq apellyasiya instansiyası Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında qeyd olunan pozuntularla bağlı, iddianın əsası kimi istinad edilən hallar, həmin halların təsdiq olunması üçün təqdim edilən sübutlar, cavabdeh tərəfin irəli sürdüyü dəlillərlə bağlı əsaslandırılmış hüquqi dəyərləndirmə aparmalı, gəldiyi nəticəni əsaslandırmalı, hansı sübutları qəbul etməsini, hansıları qəbul etmədiyini, təqdim edilmiş sübutların qərar qəbul edilməsi üçün kifayət edib-etməməsi ilə bağlı öz qərarında aydın fikir bildirməlidir. Nəzərə almaq lazımdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında qeyd olunan pozuntular, işdə olan və məhkəmələr tərəfindən tədqiq edilən sübutlarla bağlı (şahid ifadələri, hüquq firmalarının bir ünvanda yerləşməsi ilə bağlı sübutlar, müştəriyə hüquqi yardımın göstərilməsinin sənədləşdirilməsi ilə bağlı sübutlar) məhkəmələrin öz qərarlarında kifayət qədər əsaslandırma aparılmaması ilə əlaqədar aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları və şahid ifadələri Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X27 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman "xxxx" Hüquq Firmasında baş direktor vəzifəsində çalışır. X26 Rayon Məhkəməsində etibarnamə əsasında təmsil etmişdir. Həmin işlə bağlı zəruri sənədləri hakim Elnur Həsənova və 1 nüsxəsini də cavabdehə verdikdən sonra, cavabdeh sənədin saxta olduğunu bildirmiş və demişdir ki, uşaq həmin vaxt onun yanında olmuşdur. Hakim Elnur Həsənov bildirmişdir ki, sənədi araşdırmaq üçün DSX-yə sorğu verəcək, buna cavab olaraq buna ehtiyacın olmadığını söyləmişdir. Cavabdeh ona söyləmişdir ki, onların arasında barışıq olmalı idi, lakin onlar buna əməl etməmişlər. Məhkəmə prosesi başa çatdıqdan sonra o, Cavabdeh zəng etmiş, Cavabdeh da bildirmişdir ki, ona barışıq barədə deməyi unudub və hazırda məhkəməyə gəlir. Bundan sonra o, cavabdeh İlqar müəllimdən üzr istəmiş və demişdir ki, “siz burada, mən burada, Aslan müəllim də gəlsin, gedək hakimə müraciət edək prosesi təzələsin”. O polisdən hakimə zəng etməyi və onun otağına qalxmaları üçün icazə almasını istəmiş, polis hakimə zəng etmiş və demişdir ki, hakim bir azdan onları qəbul edəcək. Cavabdeh gəldikdən sonra, onunla birlikdə hakimin otağına qalxmışlar. Əvvəl katibin otağına daxil olmuş, katib hakimə zəng etdikdən sonra qapının kilidinin səsi gəlmiş, qapı açılmış və onlar hakimin otağına daxil olmuşlar. Onlar məhkəmə baxışının təzələnməsini hakimdən xahiş etdikdə, hakim yüksək səslə bildirmişdir ki, məsələ ilə bağlı prokurorluğa xəbər verəcək, Cavabdeh hakimə “hara istəyirsən şikayət et” cavabını vermişdir. Cavabdeh hakimə otaqdan çıxmaq istədiyini bildirdikdən sonra, qapıya yaxın olduğu üçün o özü qapını açmağa cəhd etmiş, hakim bildirmişdir ki, “qapı oradan açılmır, sizi bayıra atdıracam”. Sonra hakim icra məmurlarına zəng etmiş və icraçılar gələndən sonra qapını düymə vasitəsilə açmışdır. İcraçılar otağa daxil olanda, hakim icraçılara onları bayıra atmağı və akt tərtib etməyi tapşırmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X33 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman Səbail rayon İcra şöbəsinin rəis müavini vəzifəsində işləmişdir, hazırda Quba rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində işləyir, o işləyən vaxt Araz Hüseynov icra şöbəsinin rəisi işləyirdi. Məhkəmənin girişindən icra şöbəsinin otağına kimi dəqiq bilir ki, bir ədəd kamera var idi. Hakimin otağı pilləkanla qalxanda sol tərəfdə olan otaq idi, birinci otağında katib, köməkçiləri və işçiləri otururdu, işçilərin otağından keçib hakimin otağına getmək olurdu, girəndə solda hakimin otağı idi. Hakim Elnur Həsənov tək otururdu. O, 2007-ci ildən icra şöbəsində işləyir, lakin gürcüstanlı hakimin həmin məhkəmədə işlədiyin eşitməmişdir, Elnur Həsənovun sonradan kimlə eyni otaqda oturduğunu bilmir. Hakimin otağına girişin düymə ilə olduğun görməmişdir. Qapı dəyişdirilməsindən xəbəri olmamışdır. Hadisə baş verəndə xidməti otağında olmuş, polis əməkdaşı isə 1-ci mərtəbədə otururdu, polis əməkdaşı icra şöbəsinin rəisinə Elnur Həsənovun otağında səsküyün olduğunu bildirmiş, ona da rəis göstəriş vermişdir ki, hakimin otağına yaxınlaşsınlar. İcra məmurları Hadıyev Emil və Əmirov Elçin hakimin otağına, sonra da özü həmin otağa getmişdir. Əməkdaşlar otağa birinci daxil olmuş, sonra da o özü daxil olmuşdur. O, otağa daxil olarkən səsküyün olduğunu görmüşdür. Otağa girəndə görmüşdür ki, Cavabdeh təzyiqlə Elnur müəllimin üzərinə qışqırırdı və acılayırdı. Həmin ifadələrin məzmunu yadına deyil. Sonra onu (Cavabdeh) xidməti otağı tərk eləməyə dəvət etmiş, oradan da icra şöbəsinin rəisinin otağına dəvət etmişdirlər. Cavabdeh öncə, icra şöbəsinin rəisi Araz müəllim, sonra da məhkəmənin sədri ilə görüşmüşdür. Aktın kimin tərtib etdiyi yadında deyil. Şahidin ifadəsi zamanı tərtib olunan akt sədrlik edən hakim tərəfindən elan edilmiş, ifadəsi alınan şahid aktda qeyd edilən ifadələri eşitdiyini təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X29 ifadəsində bildirmişdir ki, hazırda Abşeron Rayon İcra şöbəsinin rəisi vəzifəsində işləyir. Pilləkanla qalxanda sola döndükdə sağ divardakı otaq Elnur Həsənovun otağı idi, girişdən həmin otağadək neçə ədəd nəzarət kamerasının olduğunu xatırlamır. Məhkəmənin mühafizəçisi Vüqar, rəisə hakimin otağında səsküyün olmağı barədə məlumat vermiş, onlara da bu barədə ya polis məlumat vermiş, ya da rəis göstəriş vermişdir, dəqiq xatırlamır. Onlara məlumat gəlmişdir ki, hakimin otağında səs küy var. Onlar otağa daxil olarkən, “səni işdən qovduracam” ifadəsinin işləndiyini eşitmişdir. Onlar Cavabdeh otağı tərk etməyə dəvət edəndə qışqıra-qışqıra danışaraq, onlara birlikdə icra şöbəsinin rəisinin otağına gəlmişdir. İcra məmurlarının dəvətinə tabesizliyi və ya hər hansı təzyiqi olmamışdır. Lakin, koridorda qışqırdığını eşitmişdir. Cavabdeh koridorda telefonla danışdığını xatırlamır. Elnur Həsənovun otağına girişin düymə ilə olduğunu təsdiq etməmiş, həmçinin qapının dəyişdirilməsi də yadında deyildir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X37 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman Səbail rayon İcra şöbəsinin icra məmuru vəzifəsində işləmişdir. hazırda Vəkillər Kollegiyasının üzvüdür. Hadisədən xeyli müddət keçmişdir. Hadisə oldu, lakin onlar akt tərtib etmək istəmirdilər, çünki icra məmurları mülki işlərə yalnız hakimin göstərişi ilə cəlb olunurlar. Hadisə qutardıqdan sonra icra şöbəsinin rəisi Araz müəllim demişdir ki, “Elnur müəllimlə danışın akt tərtib edək”. O, Elnur müəllimin yanına getmiş, o bildirmişdi ki, “belə şeylər olur. Gündə yüz dəfə belə proseslər olur niyə kimisə incidək. Lazım deyil akt”. Bir neçə saat sonra isə icra şöbəsinin rəisi onu təkrar çağıraraq, Cavabdeh onun Səbail Rayon Məhkəməsində döyülməsi ilə bağlı saytlarda xəbərlərin dərc edildiyini bildirdi. Ondan sonra akt tərtib edilmişdir. Aktda yazılanları təsdiq edir. Hakimin otağının qabağında səs-küy var idi. İfadələr dəqiq yadında deyil. Cavabdeh hakimin otağına girdiyin görməmiş, o gələndə Cavabdeh hakimin otağında olmamışdır. Cavabdehla Elnun Həsənovun katiblərin otağında, yəni hakimin qəbul otağında mübahisə etdiklərini görmüşdür. Hakimə nalayiq ifadələr işləndiyini təsdiq etmiş, lakin ifadələrin məzmununu xatırlamamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X34 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman və hazırda da Səbail Rayon Məhkəməsinin mühafizə postunda polis serjantıdır. 12 fevral 2013-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilənləri təsdiq edir. Hadisə ilə bağlı onu xatırlayır ki, hakim Elnur Həsənov məhkəmə iclas zalından çıxdıqdan sonra iş otağına qalxmışdır. Bundan sonra, ona Cavabdeh köməkçisi Kənan Məmmədov müraciət edərək hansısa sənədi təqdim etməklə hakimlə görüşmək istədiyini bildirmişdir. O, isə hakimin iş otağına qəbulun mümkün olmadığını bildirmişdir. Bundan sonra K.Məmmədov və prosesdə tərəf olan kişi ona bildirmişlər ki, onlar məhkəmə iclas zalında Cavabdeh gözləmək istəyirlər və bundan sonra zala keçmişdirlər. Sonra Cavabdeh gəlmişdir. Cavabdeh pilləkanın bir neçə pilləsini qalxandan sonra o, Cavabdeh bildirmişdir ki, hakim qəbula icazə vermir. Bundan sonra Cavabdeh və digərləri iclas zalına keçmişlər. İş gününün sonu olduğu üçün, o məhkəmənin binasının məhbusların gətirildiyi arxa qapısını bağlamağa getmiş, qayıtdıqda isə həmin şəxslərin zalda olmadıqlarını görmüşdür. Daha sonra isə ikinci mərtəbədə səs-küyün olduğunu eşitmiş, ikinci mərtəbəyə qalxdıqda Cavabdeh yüksək səsli ifadələr səsləndirərək hakimin iş otağından çıxdığını görmüşdür. İfadələrin məzmunu dəqiq yadında deyildir. Daha sonra Cavabdeh İcra məmurlarının müşayiəti ilə icra şöbəsinin rəisinin otağına getmişdir. Hakimin otağına girişin düymə ilə olduğunu və hadisədən sonra hakimin qapısının dəyişdirildiyini görməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman Səbail Rayon Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmişdir, həmin hadisə ilə bağlı tərtib edilmiş 12 fevral 2013-cü tarixli akta qeyd edilənləri təsdiq edir. O, Elnur Həsənovun qəbul otağında olmuşdur. Cavabdeh köməkçisi ilə birlikdə Elnur Həsənovun otağına keçdikdən bir müddət sonra otaqda səs-küy olmuş, Cavabdeh hakim Elnur Həsənovun ünvanında yüksək səslə ifadələr işlədərək otaqdan çıxmışdır. İfadələrin dəqiq məzmunu yadında olmasa da, hansısa sənədin saxtalığı ilə bağlı olduğunu dəqiq xatırlayır. Daha sonra icra məmurları gəlmiş və onlarla birlikdə otaqdan çıxıb getmişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının: - 6-cı maddəsinin İ bəndinə əsasən (ədalətli məhkəmə araşdırması hüququ) hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Mülki Prosessual Məcəllənin - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun - 9-cu maddəsinə əsasən hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun - 16-cı maddəsinin tələbinə görə peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir; mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır; vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir; vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir. - 17-ci maddəsinin İ hissəsinə əsasən vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir. - 22-ci maddəsinin İ hissəsində göstərilir ki, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. - 22-ci maddəsinin İİ hissəsinə əsasən vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər X12 tərəfindən intizam məsuliyyətinə cəlb edilir. - 22-ci maddəsinin Vİİİ hissəsinin tələbinə əsasən vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər X12 məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. - 23-cü maddəsinin İ hissəsinin tələbinə görə “Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə” vəkilin fəaliyyətinə xitam verilə bilər. - 23-cü maddəsinin İİ hissəsinin tələbinə əsasən vəkillərin fəaliyyətinə Vəkillər X6 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin (köhnə redaksiyada) - 1.2-ci maddəsinə əsasən hər bir vəkil qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. - 9-cu maddəsinin tələbinə əsasən vəkil bütün şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbrli olmalıdır. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin (yeni redaksiyada) - 1.2-ci maddəsinə əsasən hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. - 2.8-ci maddəsinə əsasən mədəni davranış - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin (üçüncü baxış) mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq, X10 X32 qarşı «nikahın pozulması və s. tələbinə dair» Səbail rayon məhkəməsinin 2(009)-316/13 saylı mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2962/2013 saylı iş üzrə 10 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Vəkillər X12 Cavabdeh qarşı “Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməyə dair” iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və apellyasiya baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Vəkillər Kollegiyası İntizam Komissiyasının rəyindən görünür ki, Cavabdeh vəkil kimi tapşırığı rəsmiləşdirmədən, hüquqi yardım göstərməyi öhdəsinə götürmüş və məsələ ilə bağlı məsləhətlər vermiş, yəni həmin iş üzrə hüquqi yardım göstərməklə məşğul olmuşdur. Eyni zamanda, Cavabdeh işin aparılmasını, müraciət etmiş şəxsə hüquqi yardım göstərilməsini vəkil statusu olmayan şəxsə həvalə etmişdir. Araşdırma zamanı həm də təsdiq edilmişdir ki, vəkil Cavabdeh icazəsiz hakim Elnur Həsənovun xidməti otağına daxil olmuş, məhkəmə prosesində sənədlərin səhvən təqdim edildiyini bildirmiş, həmin sənədlərin geri qaytarılmasını tələb etmiş, hakim Elnur Həsənov bunun mümkün olmadığını, çünki məhkəmə iclasının yekunlaşdığını və işdə iştirak edən şəxsin həmin sənədlərin saxtalığı iddiasını irəli sürdüyü üçün, məhkəmənin bunu araşdırmaq vəzifəsini daşıdığını ona izah etmiş, bunu eşidən Cavabdeh isə icra məmurlarının yanında kobud sözlərlə hakim Elnur Həsənovu təhqir etmiş, qışqıraraq ona hədə-qorxu gəlmiş, hakimi işdən qovduracağını bildirmişdir. Cavabdeh bu hərəkətləri məhkəmə icraatına qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. - Vəkillərin İntizam Komissiyasının 11 aprel 2013-cü il tarixli iclas Protokolundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun vəkil Cavabdeh hərəkətlərinə dair müraciəti üzrə hazırlanmış rəy layihəsinin müzakirəsi zamanı vəkil Cavabdeh məsələ ilə bağlı münasibətini bildirdikdən sonra verilmiş sullara cavabında öz hərəkətlərini qanuni hesab etdiyini, Komissiya üzvlərinin suallarına cavab vermək niyyətinin olmadığını, İntizam Komissiyasının üzvlərinin hamısının qul olduğunu, onlar kimi vicdansız olmadığını, Komissiya üzvlərinin hamısının vicdanını itirdiyini, onların məsələni obyektiv araşdıracağına inanmadığını, nə istəyirlərsə etmələrini, heç kimdən qorxmadığını, onların vəkilliyi bu günə qoymalarını, onların rüşvətxor olduqlarını, uşaq kimi onu sorğu-sual edə bilməyəcəklərini göstərmişdir. - Azərbaycan Respublikası Vəkillər X11 08 may 2013-cü il tarixli 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, vəkil Cavabdeh barəsində İntizam Komissiyasının rəyini nəzərə alaraq və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin Vİİİ hissəsinin tələblərini rəhbər tutaraq, Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə minənədək icraatında olan işlərin başa çatdırılmasına icazə verilməklə fəaliyyətinin dayandırılması, eləcə də Cavabdeh “Cavabdeh və partnyorları” vəkil bürosunun rəhbəri kimi fəaliyyətinin dayandırlması qərara alınmışdır. - Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə ünvanladığı 2(009)316/13 saylı 14.02.2013-cü il tarixli məktubdan görünür ki, hakim E. Həsənov A. İsmayılovun hərəkətlərinin araşdırlmasını və müvafiq hüquqi qiymət verilməsini xahiş etmişdir. - 12 fevral 2013-cü il tarixli aktdan görünür ki, həmin akt Bakı şəhəri Səbail rayon Məhkəməsinin inzibati binasında 12 fevarl 2013-cü il tarixdə saat 17:50 radələrində tərtib edilmiş və Səbail rayon İcra Şöbəsinin rəis müavini vəzifəsini icra edən Arif İmanov, Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru Emil Hadıyev, Səbail rayon İcra Şöbəsinin icra məmuru Elçin Əmirov, Səbail rayon Məhkəməsinin məsləhətçisi Elvin Nəsibov, Səbail rayon Məhkəməsinin böyük mütəxəssisi Cəbrayıl Məmmədli və Mühafizə xidmətinin növbətçisi polis serjantı Vüqar Nəcəfovun imzaları ilə təsdiq edilmişdir. - Vəkil Cavabdeh 04.03.2013-cü il tarixli izahatından görünür ki, A. İsmayılov Vəkillər Kollegiyası İntizam Komissiyasının sədri A. Rəsulova araşdırılan məsələ ilə bağlı yazılı izahat vermişdir. - Azərbaycan Republikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin 14 dekabr 2012-ci il tarixli Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" hüquq Firması (VÖEN: **********) 17 may 2006-cı il tarixdə qeydiyyata alınmışdır, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 58, mənzil 1, təsisçisi Cavabdeh və 14.12.2012-ci il tarixdə isə qanuni təmsilçisi X27 olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumata əsasən isə hazırda qanuni təmsilçisi Cavabdehdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya qurumlarının və təhsil müəssisələrinin 06.02.2013-cü il tarixli, 11/202 saylı Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “Cavabdeh və partnyorları” vəkil bürosu 29.06.2006-cı il tarixdə qeydiyyata alınmışdır, hüquqi ünvanı Bakı şəhəri, Nizami küçəsi ev 58, mənzil 4/6, hazırkı qanuni təmsilçisi isə Cavabdehdur. - 12 dekabr 2012-ci il tarixli hüquqi xidmət göstərilməsi haqqında 357/1 saylı Müqavilədən görünür ki, X20 ilə ”VİZA” hüquq firması arasında müqavilə bağlanmışdır. - 12 dekabr 2012-ci il tarixli Müqavilənin və həmin tarixli orderin surətlərindən görünür ki, sifarişçi X21 ilə “Cavabdeh və partnyorları” vəkil bürosunun vəkli Cavabdeh arasında müqavilə bağlanmış və müvafiq order verilmişdir. - Cavabdeh Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova ünvanladığı 12 fevral 2013-cü il tarixli ərizədən görünür ki, Cavabdeh 12 fevral 2013cü il tarixdə saat 16:30 radələrində Səbail Rayon Məhkəməsindəki hakimi Elnur Həsənovun iş otağının qapısını bağlayaraq, iradəsinə zidd olaraq onu iş otağında saxlamış və onu qanunsuz olaraq azadlıqdan məhrum etmiş, bu müddət ərzində isə onun şərəf və ləyaqətini alçaldaraq onu təhqir etmiş və hədələmiş Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun müvafiq məsuliyyətə cəlb edilməsi üçün qanunamüvafiq tədbirlər görülməsinə dair göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Məhkəmə-X30 böyük məsləhətçisi Zahid Məmmədovun Cavabdeh ünvanladığı 1/3-9-24/4 saylı, 13 may 2013-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi E.Həsənov barədə Ədliyyə Nazirliyindən və Baş Prokurorluqdan daxil olmuş habelə Cavabdeh Məhkəmə-Hüquq Şurasına ünvanladığı müraciətlərə baxıldığı qeyd edilərək, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsinə əsasən hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına təsir və müdaxilə edilməsinin yolverilməz olduğu bildirilmiş, həmçinin ərizələrdəki hakim E. Həsənov barəsindəki xüsusatların araşdırıldığı və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının müəyyən edilmədiyi göstərilmişdir. - Azərbaycan Respublikası Vəkillər X11 18.03.1999-cu il tarixli 2 saylı iclas Protokolundan Çıxarışa əsasən məlum olur ki, Cavabdeh qanuna zidd fəaliyyəti barədə yoxlama materialları və arayış nəzərə alınaraq, A. Z. İsmayılov Azərbaycan Respublikası Vəkilliyi haqqında Əsasnamənin 10-cu maddəsinin sonuncu bəndini kobud surətdə pozduğuna, yəni Vəkillik fəaliyyəti ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, bununla əlaqədar aparılan yoxlama zamanı qanuni göstərişlərə tabe olmayaraq izahat verməkdən imtina edib yoxlamaya maneçilik törətməklə intizamsızlığa yol verdiyinə, bununla da həmin Əsasnamənin 15-ci maddəsinin 1-ci bəndinin 1-ci cümləsinin tələbini kobud surətdə pozduğuna görə, haqqında intizam işi qaldırılaraq Vəkillik haqqında Əsasnamənin 12-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi qərara alınmışdır. - Vəkillər X11 03.06.2005-ci il tarixli 17 saylı iclas Protokolundan Çıxarışdan görünür ki, Cavabdeh Ziyyədin oğlunun Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsi və fəaliyyət göstərməsi üçün 1 saylı hüquq məsləhətxanasına göndərilməsi qərara alınmışdır. - Vəkillər X11 09.03.2007-ci il tarixli 05 saylı iclas Protokolundan Çıxarışdan məlum olur ki, Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında fəaliyyət göstərmiş Cavabdeh “Cavabdeh və partnyorları” vəkil bürosunun təsisçisi olması ilə əlaqədar həmin məsləhətxanada vəkillik fəaliyyətinə 01 dekabr 2006-cı il tarixdən xitam verilməsi qərara alınmışdır. - Bayramxan Kərimovun "xxxx" hüquq firmasının direktoruna yazdığı ərizənin surətindən görünür ki, B. Kərimov 14 fevarl 2011-ci ildə firma ilə müqavilə bağladığını və 500 manat pul ödədiyini, hazırda hüquq xidmətindən imtina etdiyini və ona məxsus sənədlərin, eləcə də ödədiyi 500 manatın geri qaytarılmasını xahiş etmişdir. - X13 Vəkillərin İntizam Komissiyasına verdiyi izahatın və X13 və Fərəh Tofiq qızı X19 sədrinə yazdıqları ərizənin surətlərindən görünür ki, B.Kərimov Cavabdeh özbaşınalığı, qeyri-etik hərəkətləri, qarşı tərəflə əlaqəyə girməsi, arvadının yanında onu söyməsi, yalan vədlər, boş sözlərlə pulunu ələ keçirməsi, heç bir iş görməməsi, işi başqa vəkilə tapşırması, pulunu qaytarmaması nəticəsində hüquqlarının pozulduğunu qeyd edərək Cavabdeh barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. - Cavabdeh Rəyasət Heyətinə ünvanladığı 30 iyun 2011-ci il tarixli izahatın surətindən görünür ki, Cavabdeh X13 şikayəti ilə bağlı yazılı izahat vermişdir. - 04 fevral 2011-ci il tarixli hüquqi xidmət göstərilməsi haqqında 282 saylı Müqavilədən və ”VİZA” hüquq firmasının 18 aprel 2011-ci il tarixli mədaxil orderinin qəbzinin surətindən görünür ki, X24 ilə ”VİZA” hüquq firması arasında müqavilə bağlanmış və B.R.Kərimov "xxxx" hüquq firmasına 200 (iki yüz) manat pul ödəmişdir. - Vəkillərin İntizam Komissiyasının 14.09.2011-ci il tarixli rəyinin surətindən görünür ki, Komissiya Cavabdeh “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü, 4-cü və 9-cu maddələrinin 1-ci hissəsinin, 14-cü, 16-cı maddəsinin 1-ci hissəsinin vəkilin “qanunun tələblərini icra etməli olması” ilə bağlı hissəsinin, 17-ci maddəsinin 1-ci hissəsinin və 18-ci maddəsinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-1-ci maddəsinin tələblərini pozduğunu müəyyən edərək, Cavabdeh barəsində toplanmış materialların və rəyin Azərbaycan Respublikası Vəkillər X8 təqdim edilməsini qərara almışdır. - Azərbaycan Respublikası Vəkillər X11 03 noyabr 2011-ci il tarixli 18 saylı iclas protokolundan çıxarışdan məlum olur ki, Cavabdeh töhmət verilməsi qərara alınmış və ona yol verdiyi qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi tapşırılmışdır. - Vəkillər X11 sədr müavini X28 və Vəkillərin İntizam Komissiyasının üzvü X9 tərtib etdikləri arayışdan görünür ki, adıçəkilən şəxslər Azərbaycan Respublikası Vəkillər X11 16 sentyabr 2011ci il tarixli qərarına uyğun olaraq 05 oktybar 2011-ci il tarixdə saat 14.00 radələrində hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 58-də yerləşən “Cavabdeh və partnyorları” vəkil bürosunda olmuşlar və araşdırma zamanı müəyyən edilmişdir ki, həmin ünvanda vəkil bürosunun yerləşdiyini əks etdirən heç bir yazı lövhəsi yoxdur. Binanın Mərdanov qardaşları küçəsi hissəsində "xxxx" Hüquq firması yazılan giriş yerindən 2-ci mərtəbəyə qalxdıqda orada da vəkil bürosunun yerləşdiyini əks etdirən lövhəyə rast gəlinməmişdir. İkinci mərtəbənin "xxxx" Hüquq firması yazısı həkk olunan qapısından daxil olarkən məlum olmuşdur ki, “Cavabdeh və partnyorları” vəkillik qurumunun vəkilləri və "xxxx" hüquq firmasının işçiləri eyni otaqlarda qarşılıqlı şəkildə fəliyyət göstərirlər. “Cavabdeh və partnyorları” vəkillik bürosunun və "xxxx" hüquq firmasının yerləşdiyi otaqlar bir-birindən təcrid olunmamışdır. - Səbail rayon məhkəməsinin 2(009)-316/13 saylı mülki iş materiallarından görünür ki, 17 dekabr 2012-ci il tarixdə iddiaçı X10 cavabdeh X32 «nikahın pozulması və s. tələbinə dair» iddia ərizəsi məhkəmənin icraatına daxil olmuşdur. İddia ərizəsi nümayəndə iddiaçının nümayəndəsi Kənan Məmmədov tərəfindən imzalanmışdır. İddia ərizəsinə qoşmada nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə olunmuş, X20 tərəfindən Cavabdeh və Kənan Məmmədova etibarnamə verilmişdir. İş materiallarına order əlavə edilməmişdir. 12 fevral 2013-cü il tarixdə mülki iş üzrə baxış iclası keçirilmiş, həmin tarixdən məhkəmə tərəfindən ər-arvadın barışması üçün 3 (üç) ay vaxt verilmiş və məhkəmə iclası 13 may 2013-cü il tarixə təxirə salınmışdır. Eyni zamanda, uşaqların yaşayış yerinin müəyyən edilməsi üçün qərardad qəbul edilmiş və qərardadın icrası Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmuşdur. Rəy daxil olduqdan sonra mülki iş üzrə icraat təzələnmiş və 13 may 2013-cü il tarixdə qətnamə qəbul edilmişdir. Həmin mülki iş üzrə iddiaçı tərəfindən Cavabdeh etibarnamə verilsə də, o, heç bir məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə təqdim olunmuş sübutlar və araşdırma zamanı müəyyən edilmiş hallar iddiaçı Azərbaycan Respublikası Vəkillər X6 irəli sürdüyü dəlillərin əsaslı olduğunu təsdiq edir və Cavabdeh tərəfindən yol verilmiş pozuntular onun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə onun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi üçün tam əsas verməmişdir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmağı üçün AR Vəkillər Kollegiyasının 08.05.2013-cü il tarixli Qərarı üç aşağıdakı əsaslara söykənir:

1. Cavabdeh 12.02.2013-cü il tarixdə saat 16:20 radələrində icazəsiz şəkildə, qeyri- qanuni olaraq Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun iş otağına daxil olmuş, onu hədələmiş, təhqir etmiş və mübahisə yaratmışdır;

2. Aslan X4 ilə vəkil kimi hüquqi yardım haqqında müqavilə bağlamadan, ona hüquqi yardım göstərmiş və ya bu işi vəkil olmayan şəxsə - "xxxx" Hüquq Firmasının işçisi Kənan Məmmədova tapşırmışdır;

3. Cavabdeh vəkil sirrini pozmuş, yəni rəhbərlik etdiyi Vəkil Bürosu ilə təsisçisi olduğu "xxxx" Hüquq Firması eyni ünvanda olan iş otaqlarında yerləşdiyindən, Büronun vəkilləri Hüquq Firmasının vəkil statusu olmayan işçiləri ilə bir yerdə fəaliyyət göstərirlər ki, bu da vəkil sirrinin yayılmasına şərait yaradır.” Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində istinad etdiyi Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmağı üçün Vəkillər Kollegiyasının 08.05.2013-cü il tarixli Qərarında istinad edilən hər üç əsas üzrə gəldiyi nəticələrin əsaslığı və qanuniliyinə ayrılıqda hüquqi qiymət verilməlidir.

1. Cavabdeh 12.02.2013-cü il tarixdə saat 16:20 radələrində icazəsiz şəkildə, qeyri- qanuni olaraq Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun iş otağına daxil olması üzrə: Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə iddia tələbinin və Avropa İnsan Hüquqları Məhkəməsinin 12.03.2020-ci il tarixli qərarının, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarında qeyd olunan pozuntu ilə bağlı, iddianın əsası kimi istinad edilən hallar, həmin halların təsdiq olunması üçün təqdim edilən sübutlar, cavabdeh tərəfin irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək ərizəçinin məhkəməyə təqdim edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmək üçün Cavabdeh hakimin otağına daxil olmasının qanuniliyinə və bu hal mövcud olduğu halda onun hakimi təhqir və təhdid edib-etməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon məhkəməsinin 2(009)-316/13 saylı iddiaçı X10 cavabdeh X32 qarşı «nikahın pozulması və s. tələbinə dair» mülki iş materiallarından görünür ki, 12.12.2012-ci il tarixli etibarnaməyə əsasən həmin iş üzrə iddiaçı X5 İsmayılova və Kənan Məmmədova Azərbaycan Respublikasının bütün məhkəmə və s. orqanlarında ona aid olan işləri aparmağı və onu təmsil etməyi ilə əlaqədar 2 il müddətinə etibarnamə vermişdir. Həmçinin qeyd edilən mülki iş materiallarından görünür ki, A.X1 hüquq yardım göstərməsi ilə bağlı 12.12.2012-ci il tarixli orderi işə əlavə edilməmiş və o vəkil, eyni zamanda nümayəndə olaraq həmin iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh Vəkillərin İntizam Komissiyasının 11 aprel 2013-cü il tarixli iclas Protokolundan, Vəkillərin İntizam Komissiyasının müvafiq rəyindən, eləcə də Cavabdeh həmin komissiyanın sədri A.Rəsulova yazdığı izahatdan da görünür ki, Cavabdeh işi rəhbərlik etdiyi firmanın işçisi Kənana tapşırdığını, öznün isə məsləhətləri ilə ona kömək etdiyini, özünün və Kənanın F.Əliyevanın nümayəndəsi kimi məhkəmədə onu təmsil etdiklərini qeyd etmişdir. Beləliklə də, araşdırma zamanı iddiaçı X10 cavabdeh X32 qarşı «nikahın pozulması və s. tələbinə dair» Səbail rayon məhkəməsinin 2(009)-316/13 saylı mülki iş üzrə keçirilən məhkəmə iclaslarında iddiaçının hüquqlarını yalnız X16 təmsil etməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli hallarından biri 12.02.2013-cü il tarixdə qeyd edilən mülki iş üzrə məhkəmə iclası yekunlaşandan sonra saat təxminən 16:20 radələrində Cavabdeh qəfildən həmin məhkəmə prosesində iştirak edən işçisi ilə birlikdə hakimin iş otağına daxil olması və orada baş verən proseslər olmuşdur. Belə ki, Cavabdeh izahatlarında və şikayətlərində qeyd edilən tarixdə və saatda hakimin otağına polis vasitəsilə icazə alaraq məhkəmə prosesində iştirak edən işçisi ilə birlikdə daxil olmasını etiraf edərək hakimə “prosesdə iştirak edən işçisinin səhv etdiyini”, “ işçisinin həmin sənədləri ondan icazəsiz məhkəməyə təqdim etdiyini”, “onların saxta olmadığını və həqiqiliyinin araşdırılmasına ehtiyac qalmadığını” bildirərək və “hakimə olan xoş münasibətini nəzərə alaraq” bu sənədlərin geri qaytarılmasını tələb etməsini göstərmişdir. Lakin hakim E.Həsənovun Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanladığı məktubda Cavabdeh bu sözlərindən sonra hakimin ona bunun mümkün olmadığını, çünki məhkəmə iclasının başa çatdığını və işdə iştirak edən şəxsin həmin sənədlərin saxtalığı iddiasını irəli sürdüyü üçün məhkəmənin bunu araşdırmaq vəzifəsini daşıdığını, məhkəməyə bilərəkdən saxta sənəd təqdim edilmişdirsə bunun məhkəmənin nüfuzu ilə bilavasitə əlaqəli olduğunu və şəxsi münasibətləri işi ilə eyniləşdirmədiyini və eyni zamanda, əgər bu sənədlər saxta deyildirsə, onların araşdırılmasından çəkinməyə də ehtiyac olmadığını və iddianı əsaslandıran sənədlər qismində təqdim edildiyi üçün iş materiallarında qalmalı olduğunu izah etməsini, bunu eşitdikdən sonra Cavabdeh birdən səsini yüksəldərək qışqırmağa, “sən kimsən ki, səndən qorxum, sən dünənki uşaqsan”, “mənimlə oyun oynama, sənin başına oyun açaram”, “kimə arxayın olub mənim işimdə problem yaradırsan”, “sənədin saxtalığını araşdırmaq sənin işin deyil, hətta saxta olsa belə neynəyə bilərsən ki”, “qanunsuz qərarlarınla insanları cəzalandırmaqla məşğulsan”, “sən bir dələduzsan, dələduzluq edirsən, sənə imkan verməyəcəm işləyəsən, səni işdən qovduracam” və s. kimi ifadələrlə hakimə hədə-qorxu gəlməsini, həmçinin onu təhqir etməyə başlamasını, bundan sonra hakimin icra məmurlarını dəvət edərək, onun iş otağından kənarlaşdırılmasını xahiş etməsini, icra məmurları gəldikdən sonra da Cavabdeh eyni hədələri səsləndirməsini, sonra onun otaqdan çıxarılmasına nail olmasını göstərmişdir. İşin materiallarından görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə ünvanladığı 2(009)-316/13 saylı 14.02.2013-cü il tarixli məktubla müraciət edərək Cavabdeh hərəkətlərinin araşdırlmasını və müvafiq hüquqi qiymət verilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. İlk növbədə məhkəmə kollegiyası hadisə vaxtı məhkəmənin inzibati binasının giriş qapısında duran mühafizəçi polis serjantı, şahid Vüqar Nəcəfovun ifadəsinə diqqət yetirilməsini zəruri sayır. Belə ki, Cavabdeh izahatlarında və bütün şikayətlərində sözügedən şahidin hakim Elnur Həsənova zəng etməsini, onun gəldiyini bildirməsini, hakimin öz razılığını verdikdən sonra onun iddiaçının nümayəndəsi K.N.Məmmədovla əvvəlcə katibinin otağına, daha sonra isə hakim Elnur Həsənovun içəridən öz otağının qapısını açdıqdan sonra, hakimin otağına daxil olmasını göstərsə də, şahid bu halların mövcudluğu təkzib etmiş, ifadəsində Cavabdeh həqiqətən ona hakimin yanına getmək istədiyini bildirməsini təsdiq etmiş, lakin buna icazə olmadığını bildirmişdir. İş gününün sonu olduğu üçün, o məhkəmənin binasının məhbusların gətirildiyi arxa qapısını bağlamağa getmiş, qayıtdıqda isə həmin şəxslərin zalda olmadıqlarını görmüşdür. Daha sonra isə ikinci mərtəbədə səs-küyün olduğunu eşitmiş, ikinci mərtəbəyə qalxdıqda Cavabdeh yüksək səsli ifadələr səsləndirərək hakimin iş otağından çıxdığını görmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə dindirilmiş bu şahid ifadəsi iş üzrə dindirilmiş digər şahid ifadələrinin (icra məmurları və məhkəmə işçiləri) ifadələri ilə də öz təsdiqini tapmaqla uzlaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə vermiş icra məmurları və məhkəmə işçiləri demək olar ki, eyni məzmunlu ifadələri ilə baş vermiş hadisə zamanı yaranan səs-küylə, həmçinin də hakimin dəvəti ilə hadisə yerinə gələn icra məmurları ifadələrində hakimin Cavabdeh onun otağından kənarlaşdırılmasını xahiş etməsini, onlar gəldikdən sonra da Cavabdeh hakimin ünvanına olan səsləndirdiyi hədələri eşitmələrini, sonra onun otaqdan çıxarılmasına nail olmalarını göstərmişlər. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən şahidlər ifadələrində verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün onları obyektiv məlumatlar kimi dəyərləndirir. Belə ki, onlar hakim E.Həsənovla Cavabdeh arasında olan hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Göstərilən hallar qeyd edilən şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə dindirilmiş şahid ifadələri (K.Məmmədovun ifadəsi istisna olmaqla) ərizəçinin məhkəməyə təqdim edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmək üçün Cavabdeh hakimin otağına daxil olmasını, eləcə də bu daxil olma ilə yanaşı onun hakimi təhdid etməsinin qanunsuzluğunun təsdiq edən sübut növləri kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının K.Məmmədovun ifadəsinə isə hüquqi qiymət verərək onu sübut növü kimi qiymətləndirilməli olmaması ilə bağlı mövqeyini onunla izah edir ki, Cavabdeh kollegiyanın iclasında onun izahatı və sözügedən şahidin ifadəsindən məlum olmuşdur ki, sonuncu cavabehin işçisi olmaqla yanaşı, həmçinin də aralarında qohumluq münasibəti də mövcuddur. (bacısı oğludur) Belə olan halda məhkəmə kollegiyası K.Məmmədovun ifadəsini qohumu Cavabdeh maraq və mənafeyinə uyğun verilən ifadə kimi qiymətləndirərək onun işin nəticəsində maraqlı olması ilə yanaşı, hesab edir ki, bu ifadəsində göstərilənlər işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini də tapmamışdır. Digər şahid ifadələrinin məzmunundan da aydın görünür ki, Cavabdeh hakim E.Həsənova qarşı qanunsuz hərəkətləri məhz onun yanında olan K.Məmmədovun iştirakı ilə baş vermişdir. Belə ki, icra məmurları tərəfindən məhz onların hakim otağından çıxarılmaları təmin olunmuşdur. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh məhkəməyə təqdim edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmək üçün hakimin otağına daxil olmasının qanunsuz şəkildə olması və hakimi təhdid etməsi işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Bununla da Cavabdeh tərəfindən hakim E.Həsənova qarşı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə tələblərinə riayət edilməməklə vəkil etikası normalarını pozmuşdur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun «Vəkil etikası» adlanan 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Həmin Qanunun 22-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Məhkəmə hesab edir ki, Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun iş otağının qapısını bağlayaraq, Cavabdeh iradəsinə zidd olaraq onu iş otağında saxlaması və onu qanunsuz olaraq azadlıqdan məhrum etməsi, bu müddət ərzində isə onun şərəf və ləyaqətini alçaldaraq onu təhqir etməklə hədələməsinə dair onun izahatlarını özü-özlüyündə onun iddianın bu hissəsinə etdiyi etirazının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə bu dəlillə bağlı eyni zamanda qeyd edir ki, işin materiallarından görünür ki, Cavabdeh bu məzmunlu şikayəti üzrə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən hakim E. Həsənov barəsindəki xüsusatlar araşdırılmış və araşdırma zamanı intizam məsuliyyətinə cəlb edilmə əsaslarının müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh iddianın qeyd edilən hissəsi üzrə etirazının əsası kimi istinad etdiyi dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, onun 12.02.2012-cü ildə hakimin otağına qanunsuz daxil olma ilə müşayiət olunan hərəkətləri həm də onun hakimdən tələb etdiyi halların özünün də qanunsuzluğuna hüquqi qiymət verilməlidir. Belə ki, əvvəla Cavabdeh iddiaçı X10 cavabdeh X32 qarşı «nikahın pozulması və s. tələbinə dair» Səbail rayon məhkəməsinin 2(009)-316/13 saylı mülki iş üzrə iş materiallarında olan adına etibarnamə olmasına baxmayaraq vəkil orderinin olmaması və keçirilən məhkəmə iclaslarında onun iştirak etməməsi işin mübahisəsiz halıdır. Bundan əlavə, Cavabdeh nümayəndə olmaqla yanaşı, hüquqşünas ixtisasına malik olmaqla vəkil peşəsinin sahibi olması onun mövcud qanunvericilik normalarının tələbləri ilə tam və ətraflı məlumatlı olmasının peşəkar vəkil olmasının göstəricisidir. Başqa sözlə, kollegiyanın qənaətinə görə əgər Cavabdeh nümayəndəsi olduğu şəxsin işi üzrə işçinin (digər nümayəndənin) səhvi ücbatından sənədlərin məhkəməyə səhvən təqdim olunması, bir sözlə anlaşılmazlıq olduğunu, tərəflər arasında barışıq layihəsi mövcud olduğunu, bu barışığın həyata keçməsi üçün köməklik göstərilməsi üçün ən azından bu halları qeyd etməklə təmsil etdiyi şəxsin ya özünün adından, ya da öz adından iddia tələbindən imtina edilməsi və yaxud iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə iddianın baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsi ilə bağlı müraciət etmək kimi hüquqlarından istifadə edə bilərdi. Belə olan halda hakim tərəflərə fikirləşib barışmaq üçün qanunvericiliklə məyyən edilmiş vaxt verməsinə baxmayaraq qeyd edilən hallarla bağlı təqdim edilmiş ərizəyə də məhz qanunvericiliyin tələbi üzrə müvafiq hüquqi qiymət vermədiyi halda hakimin qərardadından və ya bununla əlaqədar yol verə biləcəyi digər prosessual hərəkətlərindən aidiyyatı üzrə şikayət vermə kimi hüquqlardan yararlana bilərdi. Lakin kollegiyanın qənaətinə görə Cavabdeh prosessual qanunvericilikdə nəzərdə tutulmuş bu hüquqlarından istifadə etməməklə hakimin otağına daxil olmaqla yuxarıda sadalanan hərəkətlər etməsi kimi hərəkətləri qeyri-peşəkarcasına edilmiş hərəkətlər kimi qiymətləndilirir və bu hal “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələbləri baxımından vəkilin barəsindən intizam icraatının başlanmasının və araşdırmanın nəticəsi olaraq intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, uzun illər vəkillik fəaliyyəti ilə məşğul olmuş Cavabdeh yuxarıda sadalanan və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasının rəyində qeyd edilən hakimin otağına icazəsiz daxil olması onun barəsində Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə əlaqədar iddia qaldırması kimi intizam tədbiri görülməsi üçün yetərli olmamışdır. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 6-cı hissəsinə əsasən İntizam Komissiyasının rəyi əsasında Vəkillər X12 tərəfindən vəkilə irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması kimi intizam tənbehlərindən biri tətbiq edilə bilər.

2. Aslan X3 ilə vəkil kimi hüquqi yardım haqqında müqavilə bağlamadan, ona hüquqi yardım göstərmiş və ya bu işi vəkil olmayan şəxsə - "xxxx" Hüquq Firmasının işçisi Kənan Məmmədova tapşırması; İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh hakimin otatına daxil olma kimi hərəkəti qanunsuz olsa da, daxil olaraq barəsində hakimə bildirdiyi mülki iş üzrə hüquqi bağlılığı olmuşdur. Bu hüquqi bağlılıq onun qeyd edilən mülki iş materiallarında olan 12.12.2012-ci il tarixli etibarnamənin və hazırki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etdiyi, onun təsis və rəhbərlik etdiyi “Cavabdeh və partnyorları» Vəkil Bürosu ilə X20 arasında bağlanmış 12.12.2012-ci il tarixli 239-11 saylı müqavilənin və həmin tarixli 000679 saylı vəkil orderinin surətləri ilə təsdiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin 12.03.2020-ci il tarixli qərarının, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarında ərizəçinin müştəriyə göstərilən hüquqi xidməti sənədləşdirə bilməməsi ilə bağlı göstərişinin araşdırımasına dair göstərişinə əməl edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Səbail rayon məhkəməsinə orderi təqdim etməsə də, faktiki olaraq həmin orderin yazılmasına əsas olmuş onunla X20 arasında müvafiq müqavilə bağlanması və nümayəndəliklə bağlı etibarnamə verməsi faktları mövcuddur. Bu hal Aslan X1 işi ilə bağlı ona göstərilən hüquqi yardımla bağlı sənədləşdirə bilməməsinə dair dəlilləri tam təkzib edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, vəkil olmayan şəxs - "xxxx" Hüquq Firmasının işçisi Kənan Məmmədovun etibarnamə əsasında X14 hüquqi xidmət göstərilməsi faktı həmin dövr üçün qanunsuz fəaliyyət olmayaraq həmin vaxt qüvvədə olan MPM-nin tələblərinə uyğun olmuş, Səbail rayon məhkəməsində işə baxılan zaman o səlahiyyətli nümayəndə kimi işə buraxılmış və iddiaçının nümayəndəsi kimi xidmətini həyata keçirmişdir. Başqa sözlə məhkəmə kollegiyası həmin vaxt qüvvədə olan MPM-nin tələbləri baxımından hesab edir ki, Aslan X2 hüquqi yardım göstərməsi üçün bu işi vəkil olmayan şəxsə - "xxxx" Hüquq Firmasının işçisi Kənan Məmmədova tapşırmasında hər hansı qanun pozuntusuna yol verilməmişdir.

3. Cavabdeh vəkil sirrini pozması Məhkəmə kollegiyası iddia tələbinin əsaslandırılmasında istinad olunan digər bir halla, yəni firmanın vəkil statusu olmayan işçilərinin Vəkillər Kollegiyasının üzvləri olan vəkilləri ilə bir yerdə fəaliyyət göstərməsinin və bu halın da vəkillik sirrinin, yəni “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 17-ci maddəsinin pozulması kimi qiymətləndirilməli olması ilə bağlı qeyd edir ki, sözügedən normanın: İ. hissəsinə əsasən vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir. İİ. Peşə vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaqın sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız prokurorun və yaxud müstəntiqin icazəsi ilə ola bilər. İİİ. İbtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında təqsirli olan vəkillər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İV. Müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq vəkilə məlum olmuş hallar barədə o, şahid kimi çağırıla və dindirilə bilməz. Vəkil göstərilən hallar barədə izahat verməməli və ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır. V. Vəkil sirrini təşkil edən məlumatlar vəkilin hüquqi yardım göstərdiyi cinayət, mülki və inzibati işlər üzrə, həmçinin həmin vəkilin iştirakı ilə aparılan məhkəmə prosesində sübut kimi qiymətləndirilə bilməz. Vİ. Bu maddənin İV və V hissələrində vəkillər üçün nəzərdə tutulmuş təminatlardan başqa digər təminatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir. İddia tələbinin bu hissəsi üzrə, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin 12.03.2020ci il tarixli qərarının, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarında "xxxx" və “Cavabdeh və Partnyorları” hüquq firmaları eyni ünvanda yerləşməsi ilə bağlı araşdırmanın aparılması ilə əlaqədar müvafiq göstərişlərinə əsasən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh eyni zamanda, təsis və rəhbərlik etdiyi "xxxx" hüquq firmasının hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 58, mənzil 1, “Cavabdeh və partnyorları” vəkil bürosunun hüquqi ünvanı ünvan 10ı müxtəlifdir. İddiaçı tərəf iki müxtəlif hüquqi şəxsin eyni binada yerləşməsinə və giriş qapılarının ayrı olmasına baxmayaraq firmanın vəkil statusu olmayan işçilərinin Vəkillər Kollegiyasının üzvləri olan vəkilləri ilə bir yerdə fəaliyyət göstərməsinin vəkil sirrinin yuxarıda istnnad olunan normanın tələbləri baxımından hansı qaydada pozulmasının əsaslarını göstərə bilməmişdir. Həmçinin, iddiaçı tərəf cavabdeh tərəfindən vəkil sirrinin qorunmaması ilə yanahı iki müxtəlif hüquqi şəxsin bir binada yerləşməsi faktının hüquqi yardım göstərilən X10 qanunla qorunan hansı hüquqlarının pozulmasında ifadə olunmasını da sübut etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı tələbinin bu hissəsi üzrə də öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin iddia tələblərinin əsası kimi Cavabdeh Vəkillər X11 18.03.1999-cu il tarixli Qərarına əsasən Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsinə lakin onun 03.06.2005-ci il tarixdə yenidən Vəkillər Kollegiyası üzvlüyünə qəbul edildikdən sonra da bu hərəkətlərini davam etdirməklə və bir neçə xəbərdarlıqdan sonra barəsində Rəyasət Heyətinə daxil olmuş Bayramxan Kərimovun müraciətinin araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsinə, Komissiyanın Cavabdeh barəsində tərtib etdiyi rəy nəzərə alınaraq Vəkillər X11 03 noyabr 2011-ci il tarixli Qərarı ilə Cavabdeh töhmət verilməsinə dair dəlillərinə də qiymət verərək hesab edir ki, sadalanan hallar da sonuncunun barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsinə dair iddia ilə məhkəməyə müraciət edilməsi üçün tam əsas ola bilməzdi. Belə ki, sadalanan hallardan birinci üzrə iddiaçı onun 1999cu ildən üzvlükdən xaric edəndən sonra təkrar 2005-ci ildə yenidən üzvlüyə qəbul etmiş, ikinci üzrə isə daxil olmuş şikayət üzrə isə ona müvafiq intizam tənbehi verilmişdir. Qaldırılan iddia üzrə əsaslandırma isə həmin hallar üzrə olmamaqla hazırki işin predmeti ilə hər hansı formada hüquqi bağlılığı muüəyyən edilmədiyindən kollegiya bu dəlilləri əsassız sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iddia tələblərinə ümumilikdə qiymət verərək hesab edir ki, Cavabdeh hakimin otağına daxil olmasının qanunsuz şəkildə olması və hakimi təhdid etməsi kimi əməllərinin mövcudluğu öz təsdiqini tapsa da, bu hal onun barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsinə dair iddia ilə məhkəməyə müraciət edilməsi üçün deyil, barəsində digər intizam tənbehinin görülməsi üçün əsas idi. Çünki, iddiaçının tələbinin digər hissələri üzrə apardığı araşdırma zamanı müəyyən etdiyi hallar yəni, Cavabdeh müştəriyə göstərilən hüquqi xidməti sənədləşdirə bilməməsi ilə "xxxx" və “Cavabdeh və Partnyorları” hüquq firmaları eyni ünvanda yerləşməsi ilə vəkillik sirrinin pozulması faktları öz təsdiqini tapmamışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına tam uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və cavabdehin apellyasiya şikayəti təmin edilməli və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2962/2013 saylı iş üzrə 10 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar