Məhkəmə qərarları › İş №2(103)-7894/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7894/2022

07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7894/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(005)-312/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 xeyrinə Cavabdeh 22.350 (iyirmi iki min üç yüz əlli) manat maddi ziyanın və vurulmuş mənəvi ziyana görə isə 10.000 (on min) manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)-312/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2946/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)-312/2022 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(005)-312/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)-312/2022 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)- 312/2022 nömrəli nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, müvafiq qətnamədən şikayət vermə müddətinin buraxılmasını üzürlü hesab edərək, bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(005)-312/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)-312/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. İddiaçı məhkəmənin 12 sentyabr 2022-ci il tarixli, 2(005)- 312/2022 nömrəli qərardadından şikayət təqdim edərək qeyd edilən qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, müddətin bərpasına dair ərizə əsaslandırılmadığı kimi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında da heç bir əsaslandırma aparılmadan ərizə təmin edilmişdir. Cavabdehin hərəkətlərində hüquqdan sui-istifadə halları özünü göstərir, bu usə məhkəmə mübahisəsinin lüzumsuz səbəblərdən uzadılması, süründüməçilik, və yekun məhkəmə aktının icraya yönəlməməsinə prosesinə gətirib çıxarır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(005)- 312/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, mülki iş materiallarından görünüdüyü kimi, cavabdeh tərəfindən apellyasiva şikayəti tərəfə rəsmi qaydada təqdim olunduğu tarixdən 1 (bir) ay müddətində verilsə də, lakin vəkilin order və etibarnaməsi şikayətə əlavə edilməmişdir. Bu səbəbdən apelyasiya şikayəti qeyrimüəyyən hesab edilmişdir. Cavabdeh buraxılmış nöqsanı aradan qaldıraraq təkrar apelyasiya şikayəti verərkən müddəti ötürmüşdür. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, şikayətdə yol verilmiş nöqsanlar aradan qalırıldıqdan sonra apellyasiya şikayətinin verilməsi müddəti üzürlü səbəblərdən ötürülmüşdür. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətində yol verilmiş nöqsanlar ağlabatan müddətdə aradan qaldırıldığı, hüquqdan sui-istifadə hallarına yol verilmədiyi və müddət cavabdehin iradəsindən asılı olmayan səbəblərə görə ötürüldüyündən müddətin ötürülməsi üzürlü hesab edilərək bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 357.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alman) gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(005)-312/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar