Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7906/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Hacıəli oğlunun, Cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 3307/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı X4 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixdə şəxsi avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsində yerləşən Milli Elmlər Akademiyasının əsas binasına yaxınlaşarkən həmin ərazidə mühafizə fəaliyyəti həyata keçirən “xxxxxxxxxxxxx” MMC-nin əməkdaşı açıq vəziyyətdə olan şlaqbaumu qəfildən aşağı endirərək avtomobilinin ön şüşəsini çatlatmış, sol qapı dirəyini isə bir qədər əzməklə cızmışdır. Zərərin ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının prezidentinə ünvanladığı yazılı müraciətə “xxxxxxxxxxxxx” MMC-nin direktorunun imzası ilə verilmiş cavab məktubunda onun əməkdaşının bu məsələdə təqsiri olmadığı, əməkdaş tərəfindən onun buraxılış vəsiqəsini yoxlamaq üçün şlaqbaum endirildiyi zaman onun (özünün) şlaqbauma toxunduğu bildirilmişdir. MMC-nin direktoru ilə aralarında baş tutmuş telefon danışığı zamanı bildirmişdir ki, 25 ildən artıq bir müddətdir ki, akademiyaya gəlibgedir, istər əvvəllər, istərsə son illərdə mühafizə “xxxx” MMC-yə həvalə olunduqdan sonra ona heç bir buraxılış vəsiqəsi təqdim edilməmişdir. Ümumiyyətlə, onu hər gün gördükləri səbəbindən “xxxx” MMC-nin əməkdaşları ondan və onun kimi müntəzəm olaraq hər gün həmin şlaqbaumu keçən çoxsaylı digər əməkdaşlardan buraxılış, filan tələb etmirlər. Akademiyanın həyətinə girişdə qoyulmuş birinci şlaqbauma gəldikdə isə, o şlaqbaum ümumiyyətlə heç zaman bağlanmır, daima açıq vəziyyətdədir. Bu səbəbdən onun şlaqbauma toxunduğuna görə maşının ön şüşəsinin qırıldığı barədə “xxxx” MMC-nin direktorunun bildirdikləri tamamilə əsassız olmaqla, sırf özünümüdafiə xarakteri daşıyır. Əgər, şlaqbauma özü toxunsa idi, maşınının ön şüşəsinin ən yuxarı hissəsi çatlamazdı, ya qabaq panel, yaxud ön kapot əzilərdi, çünki yerdən 80-100 santimetr yüksəklikdə duran şlaqbaum, maşının 150-160 santimetr yüksəklikdə olan qabaq şüşəsini qıra bilməzdi. Bu hal, iddia ərizəsinə əlavə etdiyim videogörüntülərlə asanlıqla müəyyən edilə bilər. Videogörüntüdə şlaqbaumun təmir edilməsi üçün hissələrinin sökülərək yerə qoyulduğu, yəni nasaz vəziyyətdə olduğu öz əksini tapmışdır. Məhkəməyə müraciət etməmişdən öncə cavabdeh tərəfə xx xxxxxx 2019-cu il tarixdə, dəymiş zərərin ödənilinəsi ilə əlaqədar pretenziya göndərsə də, heç bir cavab almamışdır. Məsələ ilə əlaqədar “xxxxxxxxxxxxx” MMC-nin direktoruna təkrarən zəng edərək bildirmişdir ki, MMC cari ildə müştəriləri ilə toplam dəyəri 551.760 manat olan 19 müqavilə imzalamışdır və bu səbəbdən ona dəymiş kiçik zərərin ödənilməsi şirkət üçün maliyyə çətinliyi yaratmamalıdır və daha qəbul ediləndir. “xxxxxxxxxxxxx” MMC-nin direktoru isə kinayə ilə, “pretenziyaya ehtiyac yoxdur, get, birbaşa məhkəməyə ver” cavabını vermişdir. “xxxxxxxxxxxxx” MMC-nin yararsız şlaqbaumu və bacarıqsız əməkdaşının səhlənkarlığı üzündən ona dəymiş 200 manat zərər məbləğinin, haqlı tələbinə şirkət direktorunun göstərdiyi etinasızlığa və kinayəli cavabına görə məruz qaldığı mənəvi zərərin əvəzi kimi daha 200 manatın, həmçinin tərəfindən ödənilmiş 20 manat məbləğində rüsum məbləğinin, ümumilikdə 420 manatın “xxxxxxxxxxxxx” MMC-dən onun nəfinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 3307/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, maddi ziyana görə 848 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq, İddiaçı ödənilnəsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia qiymətinə uyğun olaraq dövlət rüsumu qismində 10 manat məbləğində pulun Cavabdehndən alınıb, dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3307/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, məntiqi olaraq başa düşülməlidir ki, şlaqbaum hər hansı bir əraziyə ona görə quraşdırılır ki, əraziyə daxil olmaq istəyən avtomaşının hərəkətinə nəzarət edilsin, onların əraziyə daxil olmaq hüququ araşdırılsın. Bunun üçün mühafizəçi şlaqbaumu bağlı vəziyyətdə saxlayır, avtomaşının əraziyə daxil olmaq hüququnun olub-olmamasını araşdırır və bundan sonra şlaqbaumu açıb sürücüyə “hərəkətə başla” (daxil ol) işarəsini verir. Sürücü də öz növbəsində hərəkətə başlamazdan əvvəl hərəkətə başlamaq üçün tam əminliyini müəyyən etdikdən sonra hərəkətə başlayır və bu qayda mütəmadi olaraq təkrar edilir. Göründüyü kimi İddiaçı tələb olunan qaydaya əməl etməmiş, əksinə olaraq onu kobudcasına pozmuş, yəni şlaqbaumu tam açıq olmasını gözləmədən hərəkətə başlayıb, şlaqbaumu zədələmiş və beləliklə də, mühafizə xidmətinin normal aparılmasını pozmuş, əlavə olaraq mühafizəçini söyüb təhqir etmiş, şlaqbauma yetirdiyi zədəyə görə mühafizə xidmətinə 180 manat maddi ziyan vurmuşdur, hansı ki bu məbləğ ondan MMC-nin xeyrinə tutulmalıdır. Belə ki, növbədə olan mühafizəçi məhkəmə prosesində bütün bunları söyləsə də, hakim ona düzgün qiymət verməmişdir.Daha sonra İddiaçı 1-ci iddiasında avtomaşına dəymiş ziyanın məbləğini 200 manat göstərdiyi halda, (bu qiymət özü də şişirdilmiş qiymətdir) sonradan qanunsuz olaraq MMC-nin fəaliyyıti ilə əlaqədar “kəşfiyyat” aparıb onun 19 müqavilə bağlamaqla, 551.760 manat əldə etməsi nəticəsinə gəlib, maddi ehtiyacını ödəmək üçün böyük imkan tapması fikrinə gələrək , ziyanın məbləğini 848 manata artırmış, +200 manat mənəvi ziyan 20 manat dövlət rüsumu, cəmi iddia isə 1068 manat tələb etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan həm uydurma iddiaları sübut kimi qiymətləndirmişdir. Qətnamədə görünmür ki, həmin məbləğdəki ziyan avtomaşının hansı hissələrinin zədələnməsi nəticəsində əmələ gəlmişdir, hansı ki ilk iddiada avtomaşının qabağ şüşəsinin çatlaması, sol qapı dirəyinin isə bir qədər əzilməklə cızılması göstərilmişdir. Necə ola bilər ki , həmin zədələrin bərpası üçün bu qədər xərc tələb edilsin. Məhkəmə məlum olmayan səbəbdən İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli iddia ərizəsini nəzərə almamışdır, hansı ki həmin iddia ərizəsində avtomaşının ön şüşəsinin çatlaması, sol qapı dirəyinin isə bir qədər əzilməklə cızılması göstərilmişdir və buna görə də məhkəmədən onun xeyrinə 420 manatın tutulmasını xahiş etmişdir. Göründüyü kimi xx.xx.2019-cu il tarixdə hadisə baş vermiş, ilkin iddia ərizəsi isə 2 aydan sonra yəni, xx.xx.2019-cu il tarixdə verilmiş, ziyanın 420 manat olması göstərilsə də, hadisədən 3 ay sonra yəni xx xxxxxx 2019-cu il tarixdə başqa bir arayış təqdim edərək ziyanın 1068 manat olmasını göstərmişdir. Lakin məhkəmə bu ziddiyəti xüsusatlara qanuni qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, apelyasiya şikayətinə yazılı etiraz təqdim edərək apelyasiya şikayətinin təmin lunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Elektron informasiya sistemindən çıxarışdan görünür ki, ** RT *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin sahibi İddiaçıdur; İş materiallarında olan “Hyundai Avto Azərbaycan” Servis Departamenti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli AA039542 nömrəli aktdan görünür ki, ** RT *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilə ilkin texniki baxış keçirilmiş, avtomobilin dəyişdirilməli ehtiyat hissələrinin dəyəri 698 manat, dəmirçi haqqı 100 manat olmaqla, cəmi 798 manat xərc müəyyən edilmişdir; İş materiallarında olan “Hyundai Avto Azərbaycan” Servis Departamenti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məlumatdan və ödəniş qəbzindən görünür ki, ** RT *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilə texniki baxış keçirilərək ziyanın qiymətləndirilməsi üçün 50 manat pul ödənilmişdir; İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli 09 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı xx xxxx 2019-cıı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasına daxil olmuş müraciətinə Milli Elmlər Akademiyasında baxılmışdır. Milli Elmlər Akademiyasının Akademiya şəhərciyində təhlükəsizliyin təmin olunması məqsədilə Cavabdeh MMC arasında müqavilə bağlanmışdır. Qeyd edilən hadisə və işçi Cavabdeh MMC-yə aid mühafizə postunda olduğu üçün məktub MMC-yə göndərilmişdir. Məsələnin araşdırılması məqsədi ilə mühafizəçi X1 izahatı alınmış, İ.Hüseynov bildirmişdir ki, hadisə vaxtı qeyd edilən nəqliyyat vasitəsindən əvvəl mühafizə postuna yaxınlaşan nəqliyyat vasitəsinin buraxılışı yoxlanılmış, şlaqbauma qaldırılaraq nəqliyyat vasitəsi buraxılmış və şlaqbumanın endirilməsi əməliyyatı aparılmış, bu zaman həmin vətəndaş mühafizə postuna yaxınlaşmadan, icazəsinin olub-olmaması araşdırılmadan şlaqbaumanın enmə əməliyyatı zamanı icazəsiz daxil olmaq istəmiş, bu zaman şlaqbaumaya toxunmuşdur. Qeyd edilənlər nəzərə alınaraq, bildirilir ki, mühafizəçi İ.Hüseynov vəzifə təlimatı üzrə öz işini aparmışdır; İş materiallarında olan İddiaçı xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, o, Cavabdeh MMC-yə müraciət edərək xx xxxx 2019-cu il tarixdə şəxsi avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsində yerləşən Milli Elmlər Akademiyasının əsas binasına yaxınlaşarkən MMC-nin əməkdaşının açıq vəziyyətdə olan şlaqbaumu qəfildən aşağı endirərək avtomobilinin ön şüşəsini çatlatdığını, sağ qapı dirəyini isə bir qədər əzməklə cızdığını bildirmiş, ona dəymiş zərərin ödənilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini, əlavə xərcləri də tələb edəcəyini izah etmişdir; İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsini ilk dəfə verərkən 20 manat dövlət rüsumu ödəmişdir; İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli 04 nömrəli əmrindən çıxarışdan görünür ki, X4 həmin tarixdən MMC-də mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir; İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası (Sifarişçi) ilə Cavabdeh MMC (İcraçı) arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 15 nömrəli müqavilənin surətindən görünür ki, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Bakı şəhəri H.Cavid prospektində yerləşən AMEA-nın Akademiya şəhərciyinin mühafizə xidmətlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyası (Sifarişçi) ilə Cavabdeh MMC (İcraçı) arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 15 nömrəli müqaviləyə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Bakı şəhəri H.Cavid prospektində yerləşən AMEAnın Akademiya şəhərciyinin mühafizə xidmətlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. X4 Cavabdeh MMC üzrə xx xxxxxx 2019-cu il tarixli 04 nömrəli əmrə əsasən həmin tarixdən MMC-də mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx xxxx 2019cu il tarixdə idarə etdiyi ** RT *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobillə Milli Elmlər Akademiyasının əsas binasına yaxınlaşarkən MMC-də mühafizəçi vəzifəsində işləyən X2 nəzarətində olan şlaqbaumun qəflətən özbaşına aşağı enməsi nəticəsində avtomobilin ön şüşəsi çatlamış, sağ qapı dirəyi əzilmiş, bununla iddiaçıya maddi zərər yetirilmiş, iddiaçının müraciətinə baxmayaraq cavabdeh mübahisəni məhkəmədənkənar qaydada həll etməmişdir. Bununla da iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Qeyd edilənlərlə müəyyən olundu ki, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya şəhərciyinin mühafizə xidmətlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş Cavabdeh MMC-nin təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi zərər yetirilmişdir. Belə ki, Cavabdeh MMC-yə aid mühafizə postunda quraşdırılmış şlaqbaumun hərəkətə gətirilməsi üçün düyməsi MMC-nin işçisi tərəfindən basılmış, lakin şlaqbaum geriyə doğru hərəkət etməyə, enməyə başlamış, nəticədə mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ** RT *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı avtomobilə dəyərək ona maddi zərər yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məlum olduğu kimi, işdə üçüncü şəxs qismində cəlb edilmiş X4 cavabdeh hüquqi şəxs Cavabdeh MMC-nin işçisidir, maddi zərərlə nəticələnən mülki hüquq pozuntusu (delikt) işçinin vəzifəsinin icrası zamanı baş vermişdir, ona görə həmin hüquqi şəxs bununla bağlı maddi zərərin əvəzini ödəməlidir. Hüquqi şəxsin isə, Mülki Məcəllənin 1114.1-ci maddəsinin tələbləri qaydasında işçisinə qarşı reqress hüququ ilə zərərin əvəzini geriyə tələb etmək hüququ vardır. Həmin maddənin tələbinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə kollegiyası bununla da hesab edir ki, iddiaçının cavabdehdən maddi ziyanın ödənilməsini tələb hüququ vardır, habelə iddiaçıya maddi ziyanın yetirilməsi işin mübahisəsiz halıdır, cavabdeh tərəf də maddi ziyanın yetirilməsini mübahisələndirmir, inkar etmir. Mübahisələndirilən hal yalnız ondan ibarət olmuşdur ki, MMC-nin xidmət apardığı, Milli Elmlər Akademiyasının şəhərciyinə yalnız siyahı əsasında müəyyən olunmuş avtomobillərin daxil olmasına icazə verilməsi, iddiaçının isə belə icazəyə malik olmaması ilə bağlıdır ki, bununla bağlı cavabdehin irəli sürdüyü dəlillərin əsası yoxdur. Belə ki, iddiaçının belə bir icazəsinin olmaması ona maddi zərərin yetirilməsinə əsas vermir, bundan başqa cavabdehin işçisi olan, maddi zərərin yetirmiş şəxsin özü məhkəmə iclasında etiraf etdi ki, şlaqbaumun düyməsini basarkən onda nazaslıq baş vermiş və şlaqbaum geriyə doğru hərəkət edərək iddiaçının avtomobilinə dəymişdir. Göründüyü kimi, cavabdeh tərəfin irəli sürdüyü dəlillərin əsası yoxdur. Maddi ziyanın məbləğinə gəldikdə, qeyd edilməlidir ki, iddiaçı ziyan məbləğinin 798 manat olmasını təsdiq edən sübutunu təqdim etmiş, məhkəmə tədqiqi zamanı araşdırılmış sübutlara və işin faktiki hallarına əsasən məhkəmə, həmin sübutu mötəbər sübut qismində qiymətləndirir və qəbul edir. Xüsusən də nəzərə alınmalıdır ki, hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olmasına dair Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri qaydasında cavabdeh tərəfindən ziyanın məbləği ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, maddi ziyanın məbləği ilə bağlı hissədə də iddia əsaslıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi ziyan dəyməklə yanaşı o, həmin ziyanın məbləğinin hesablanması üçün qiymətləndiriciyə haqq (50 manat) ödəməli olmuşdur, ona görə məhkəmə hesab edir ki, bu məqsədlə ödənilmiş pul məbləğinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı mənəvi zərərlə bağlı iddia tələbinin əsaslılığına, yəni özünə mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, maddi ziyana görə 848 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, artırılması tələb olunan iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 3307/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7906/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7906/2020
05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver