Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7908/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmamverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı, onun vəkili X4 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2021 saylı mülki iş üzrə qəbul etdiyi 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus **-ZO-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilə Cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 33290 (otuz üç min iki yüz doxsan) manat, mənəvi zərərə görə 50 000 (əlli min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 mart 2020-ci il tarixində Nəsimi rayonu Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində X1 etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus Mitsubishi Pajero markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdeh etibarnamə əsasında idarə etdiyi X2 məxsus BMW X-6 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi Mitsubishi Pajero markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil arxası üstə yerə aşmış, sürücü isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Hadisə nəticəsində avtomobilə 33290 manat məbləğində maddi ziyan vurulmuş və avtomobil tamamilə yararsız hala düşmüşdür. Nəticədə sözü gedən AZ İO ZO 062 dövlət nömrə nişanlı avtomobil 20 iyun 2020-ci il tarixdə dövlət qeydiyyatından çıxdaş edilmişdir. Araşdırma nəticəsində Nəsimi Rayon Polis İdarəsinin 30.03.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Cavabdeh AR İXM-in 327.2- ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilmişdir. Onların tərəfindən dəfələrlə müraciətlər olsa da, Cavabdeh dəymiş zərərin ödənilməsindən boynun qaçırmaqda davam etdirir. Hadisəyə qədər heç bir zərər görməmiş, üzərində heç bir təmir işi (boya, cila və s.) aparılmamış avtomobilin bu vəziyyətə düşməsi İddiaçı daimi olaraq əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(002)-190/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçıya məxsus olan “Mitsubishi Pajero” markalı 10-ZO062 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 10600 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, 22.03.2020 ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus olan “Mitsubishi Pajero” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə vurulmuş tam zərərin miqdarı sığorta müqaviləsi üzrə faydalanan şəxs X6 ilə razılaşdırılmış və sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Faydalanan şəxs X6 isə dəymiş zərərin miqdarı ilə razılaşmış və bunu öz imzası ilə təsdiq etmişdir. Bu günə qədər isə sığorta hadisəsinin qiymətləndirilməsi barədə akta qarşı heç bir etirazını bildirməmişdir. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(002)-190/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı, onun vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(002)-190/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, X1 etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus Mitsubishi Pajero markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdeh etibarnamə əsasında idarə etdiyi X2 məxsus BMW X-6 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla əlaqədar 22.04.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, 22.04.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla cCavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus olan “Mitsubishi Pajero markalı” **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kollegiya qeyd edir ki, hazırkı işdə qeyd olunan əsaslar müəyyən edilir. Çünki baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi, həmin hadisə baş verərkən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilməsi işin mübahisəsiz hallarıdır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda həmin zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuşdur. Bu səbəbdən vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun müəyyən olunmalıdır. Belə ki, həmin maddəyə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərə görə məsuliyyəti yüksək təhlükə mənbəyinin sahibi olan Cavabdeh daşıyır. Ona görə də, iddiaçılara dəymiş zərərin məbləği Cavabdeh tərəfindən ödənilməlidir. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş 16.11.2020-ci il tarixli arayışın məzmunundan görünür ki, 22.03.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağl faydalanan şəxs X5 bank hesabına 4800 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sığorta ödənişinin verilməsi 08.10.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur. Mitsubishi Pajero markalı 10ZO062 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 4800 manat məbləğində olması ilə bağlı 11.08.2020-ci il tarixli razılaşma sənədinə imza edərək, avtomobilə dəymiş zərər ilə razı olmuşdur. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, 2007-ci il buraxılışlı “Mitsubishi Pajero markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab edilmir və zərəçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla, təxminən 15400 manat müəyyən edilir. Belə olan halda iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanın məbləği müvafiq ekspert rəyi əsas götürülməklə (vurulmuş ziyanın məbləği 15400 manat), habelə ödənilmiş sığorta ödənişi (4800 manat) nəzərə alınmaqla, 10600 məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq zərərin məbləğini 10600 manat məbləğində müəyyən etmişdir. İddia tələbinin mənəvi zərərin ödənilməsi bağlı hissəsi ilə əlaqədar kollegiya aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulması mübahisəsizdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın tutulması mənəvi zərərin kompensasiyası kimi qəbul edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1 və 121.1-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ekspertiza xərcinin dəyərini təşkil edən 100 manat məbləğində pulun cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmasını müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətindəki dəlilləri isə əsassızdır. Belə ki, Y.R.Qəflanov apellyasiya şikayətinin dəlili kimi qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyan sığorta şirkənin mütəxəssisləri təfindən qiymətləndirilmiş, faydalanan şəxs həmin məbləğlə razılaşmış və bu məbləğ tam həmcdə faydalanan şəxs X6 ilə razılaşdırılmış ödənilmiş və bunu öz imzası ilə təstiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta şirkəti tərəfindən ödənilən 4800 manat sığorta ödənişi zərərin məbləğinin müəyyən hissəsi kimi birinci instansiya məhkməsi tərəfindən nəzərə alınmışdır. İddiaçıya sığorta şirkəti tərəfindən vurulmuş zərərin müəyyən hissəsinin ödənilməsi zərər çəkmiş şəxsi zərərin tam ödənilməsini tələb etmək hüququndan məhrum edə bilməz. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2021 saylı mülki iş üzrə qəbul etdiyi 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-7908/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7908/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver