Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-791/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 ASC-yə qarşı (X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə4, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 ASC-yə qarşı (X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “Hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4553/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı cəmi 72.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutulub iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə ödənilməli, tutma İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılaraq tələb edilən borcun ödənilməli, İddiaçı məxsus olan bu mənzilin ilkin satış qiyməti 143.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc tələbinə yönəldikdən sonra, qalan məbləğin ipoteka qoyana qaytarılmalı, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra X5 və İddiaçı həmin mənzildən çıxarılaraq mənzilin boşaldılmalı və hərracı udan şəxsə təhvil verilməlidir.
2. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Cavabdeh2 MMC-yə ünvanladığı “Hərracın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini hərracın təşkili və keçirilməsi üçün Cavabdeh2 MMC-yə göndərilərək, borclular İddiaçı və X4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzil barədə hərracın keçirilməsi xahiş olunmuşdur.
3. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, borclular X4, İddiaçı və tələbkar Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1333/23 saylı “X9 dair” bildirişə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilin ilkin satış qiyməti 143 000 manat olmaqla açıq hərraca çıxarıldığı bildirilmiş və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 (X14 ilə üzbəüz) ünvanında ilkin açıq hərracın keçiriləcəyi barədə məlumat verilmişdir.
4. Cavabdeh2 MMC-nin sənədlərin göndərilməsi barədə xx.xx.2023-cü il tarixli Reyestrinə əsasən xx.xx.2023-cü il tarixli, 1333/23 saylı X9 dair bildiriş X4 və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanı üzrə göndərilmişdir. Həmin bildirişin göndərilməsini təsdiq edən zərf üzərində aparılmış qeydlərə əsasən İddiaçı “ünvanın tam olmaması” səbəbindən, X4 isə “Köçməsi” səbəbindən bildirişin təqdim edilməsi mümkün olmamışdır.
5. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası qaydasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 119476/34 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilə dair xx.xx.2023-cü il tarixdə, saat 10:00-a ilkin açıq hərrac keçiriləcəkdir. Əmlakın ilkin satış qiyməti 143.000 manat məbləğində müəyyən edilmişdir.
6. Cavabdeh2 MMC-nin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində İddiaçı ünvanları Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 ünvana göndərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının ünvan tam deyil, qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından İddiaçı digər ünvanları və ya digər əlaqə vasitələri barədə onlara müvafiq məlumatların verilməsinin təmin edilməsi xahiş olunmuşdur.
7. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoluna əsasən xx.xx.2023-cü il tarixdə, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
8. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası qaydasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 119476/34 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilə dair xx.xx.2023-cü il tarixdə, saat 10:00-a təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir.
9. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, borclular X4, İddiaçı və tələbkar Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1603/23 saylı “X6 dair” bildirişə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzil satış qiyməti 121.550 manat olmaqla ilkin açıq hərracın baş tutmaması səbəbindən təkrar hərraca çıxarıldığı bildirilmiş və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 (X14 ilə üzbəüz) ünvanında təkrar açıq hərracın keçiriləcəyi barədə məlumat verilmişdir.
10. Cavabdeh2 MMC-nin sənədlərin göndərilməsi barədə xx.xx.2023-cü il tarixli Reyestrinə əsasən xx.xx.2023-cü il tarixli, 1603/23 saylı “X6 dair” bildiriş X4 və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanı, həmçinin İddiaçı Naxçıvan şəhəri, V.Qasımov küçəsi ünvanı üzrə göndərilmişdir. Həmin bildirişin göndərilməsini təsdiq edən zərf üzərində aparılmış qeydlərə əsasən bu şəxslərə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanı üzrə “köçmələri” səbəbindən, həmçinin İddiaçı ünvan 6ünvanın tam olmaması” səbəbindən bildirişin təqdim edilməsi mümkün olmamışdır.
11. Cavabdeh2 MMC-nin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində İddiaçı ünvanı ünvan 8ərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının ünvan tam deyil qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından İddiaçı digər ünvanları və ya digər əlaqə vasitələri barədə onlara müvafiq məlumatların verilməsinin təmin edilməsi xahiş olunmuşdur.
12. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanına əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzillə bağlı satış qiyməti 121.550 manat olmaqla xx.xx.2023-cü il tarixdə, saat 10:00-da təkrar hərrac keçiriləcəkdir.
13. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli “Hərracın baş tutmamasına dair” Protokoluna əsasən xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş təkrar hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş təkrar hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
14. xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası qaydasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilmiş 119476/34 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilə dair xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş təkrar açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir.
15. Cavabdeh2 MMC-nin ipoteka saxlayan Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin əldə edilməsi barədə” təklifə əsasən Cavabdeh1 ASC-yə borclu İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilin təkrar hərracdakı satış qiymətindən (121 550 manat) 25 faiz az olmayan qiymətə (91.162,50 manat) əldə edilməsi təklif edilmiş, eyni zamanda, ipoteka saxlayanın təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verildiyi bildirilmişdir.
16. Cavabdeh1 ASC-nin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilin 91.162,50 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmiş və qısa müddət ərzində yuxarıda göstərilən mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması xahiş edilmişdir.
17. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” X16 barədə xx.xx.2023-cü il tarixli, 190/23 saylı protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası qaydasında borclu İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzil keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (121550 manat) 25 faiz az olmayan qiymətə 91.162,50 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC-yə satılmışdır.
18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş elektron çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 ASC-nin mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
19. Cavabdeh1 ASC ilə X15 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ serialı, ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ASC mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən mənzili 100.000 manata X2.
Birinci instansiya məhkəməsindəki icraat
20. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 49 ünvanında yerləşən 3 otaqlı 40 saylı mənzilin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Cavabdeh2 MMC-nin X16 barədə xx.xx.2023-cü il tarixli, 190/23 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 49 ünvanında yerləşən 3 otaqlı, 40 saylı mənzil Cavabdeh2 MMC tərəfindən hərraca çıxarılaraq, xx.xx.2023-cü il tarixli, 190/23 saylı Protokola əsasən Cavabdeh1 ASC-yə 91.162,50 manata satılmışdır. Hərracın keçirilməsi ilə bağlı onun məlumatı olmamış, bununla bağlı o, rəsmi qaydada hər hansı bildiriş almamışdır. Hərracın keçirilməsinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 119476/34 saylı sifariş məktubu əsas olmuşdur. Hərracın keçirilməsi barədə ona qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmişdir. Əlavə olaraq, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanın qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edilməsinə səbəb olmuşdur. Nəticə etibarı ilə hərrac bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri pozularaq, onun xəbəri və iştirakı olmadan keçirilmişdir. Bu səbəbdən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 49 ünvanında yerləşən 3 otaqlı 40 saylı mənzilin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair X16 barədə xx.xx.2023-cü il tarixli, 190/23 saylı protokol etibarsız hesab edilməlidir.
22. Cavabdeh2 MMC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırki iddia ərizəsində göstərilən ünvanına (yəni Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 9irişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Bu səbəbdən, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir.
23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4553/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X12)
24. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh1 ASC-yə satılmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” qanunların və Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsi ilə özgəninkiləşdirilmişdir. Hərracın keçirilməsi zamanı da hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırki iddia ərizəsində göstərilən ünvanına (yəni Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 10yni zamanda Naxçıvan şəhəri, V.Qasımov küçəsinə) müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Bununla belə, hazırkı mübahisə üzrə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 190/23 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilmədiyindən məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü, 415-ci, 416-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 119.1-ci, 217.4-cü, 218.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci, 42-ci, 43-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53cü, 62-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
26. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə məhz hərracla bağlı proseslərin keçirilmə tarixini əsas götürməklə həmin dövrdə qüvvədə olan maddi hüquq normasını, yəni yuxarıda istinad edilən normanın yeni redaksiyasını tətbiq etməklə nəzərə almamışdır ki, hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranması daha əvvəl olmuşdur, yəni iddiaçı ilə cavabdeh bank arasında mübahisəli hüquq münasibəti 2008-ci il tarixdən etibarən yaranmışdır. Belə ki, hərracın keçirilməsi məhz tərəflər arasında olmuş mübahisəli hüquq münasibətindən irəli gəlmiş məhkəmə mübahisəsinin nəticəsidir. Bu səbəbdən, iş üzrə hərracla bağlı proseslərin həyata keçirildiyi dövrdə qüvvədə olan maddi hüquq norması deyil, məhzi onunla cavabdeh bank arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq norması, yəni “İpoteka haqqında” Qanunun əvvəlki redaksiyada olmuş 42.1-ci maddəsi tətbiq edilməlidir. Bu səbəbdən həmin Qanunun yuxarıda istinad edilən əvvəlki redaksiyada olmuş norması tətbiq edilməlidir. Hərracın təşkilatçısı olan Cavabdeh2 MMC hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməklə yanaşı, həmçinin ona verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməli idi. Lakin iş materialları ilə həmin bildirişin ipoteka qoyana verilməsinin təsdiq edildiyi sübut olunmur, çünki belə bir bildirişin mövcudluğundan o, məlumatlı olmamış, həmin bildiriş ona çatdırılmamışdır və bu halı təsdiq edə biləcək yeganə sübut bildirişin çatdırılmasına dair sənəddir ki, həmin sənəd də mövcud olmadığı üçün cavabdeh hərrac təşkilatçısı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərlə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasının tətbiq edilmədiyi təsdiq edilir. Hazırkı işdə sübutların düzgün qiymətləndirilməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh hərrac təşkilatçısı tərəfindən ipoteka qoyana verilməli olan bildirişin ona çatdırılmasına dair sənəd cavabdeh hərrac təşkilatçısı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı işdə birinci instansiya məhkəməsi cavabdeh hərrac təşkilatçısı tərəfindən iddiaçıya göndərilməli olan hərrac bildirişinin iddiaçıya çatdırılmasını təsdiq edən mötəbər sübutun olmadığına əhəmiyyət verməmişdir. Məhkəmə “İpoteka haqqında” Qanunun yeni redaksiyada olan 42.1-ci maddəsinə istinad etməklə cavabdeh hərrac təşkilatçısının həmin normada nəzərdə tutulmuş tələbləri yerinə yetirdiyi nəticəsinə gəlsə də, bu, işin hallarına uyğun olmamışdır. Belə ki, işin həqiqi halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh bank arasında mübahisəli hüquq münasibətindən irəli gəlmiş məhkəmə mübahisəsi olmuş və məhkəmə qətnaməsi ilə mənzilin ilkin satış qiyməti müəyyən edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
30. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini qəbul etməmiş və iddiaçı tərəfindən mübahisələndirilən hərracın həmin sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
31. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının təşəbbüsü ilə X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Lakin üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin bu barədə ərizəsini də nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
34. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
36. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir.
37. Məhkəmə kollegiyası F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarılması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 49, ünvanında yerləşən 40 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və bununla bağlı onların arasında məhkəmə mübahisəsi yaranmışdır. Həmin mübahisənin nəticəsi olaraq, məhkəmə qaydasında iddiaçıdan Cavabdeh1 ASC-nin xeyrinə kredit borcu tutulmuş və tutma ipoteka predmetinə yönəldilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədinin icrası qaydasında müvafiq icra şöbəsi tərəfindən verilmiş sifariş üzrə Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac (ilkin və təkrar) baş tutmamış və bunun nəticəsi olaraq, həmin əmlak sonuncunun təklifinə əsasən Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. Bununla bağlı onların arasında xx.xx.2023-cü il tarixdə “X16 barədə” protokol imzalanmış və əmlak Cavabdeh1 ASC-nin mülkiyyətinə keçmişdir. xx.xx.2023-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən isə sonuncu həmin mənzili X15 adlı şəxsə satmışdır. Bu səbəbdən həmin şəxs məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
43. Hazırda iddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar olunmadığını, hərracın təşkilatçısında onun xəbərdar edilməsi ilə bağlı heç bir bu mötəbər sübutun olmadığını iddia edir və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi yeri və vaxtı barədə xəbərdar olunmaması və bunun nəticəsi olaraq hərracda iştirak etməməsi səbəbindən “X16 barədə” xx.xx.2023-cü il tarixli protokolun etibarsız hesab edilməsini tələb edir.
44. Məhkəmə kollegiyası iddiaçının mövqeyinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə, habelə media və internet saytda elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Başqa sözlə, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi internet saytlardan çıxarıları ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir.
46. Belə ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət və imkan verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif üsullarının (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən ipoteka qoyan üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır. Müəyyən edilmiş məlumatlandırma üsullarına uyğun olaraq da hərrac təşkilatı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən məlumatlandırmanın həyata keçirilməsi bu əsasla hərracın etibarsız hesab edilməsini istisna edir.
47. Hazırki iş üzrə də qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməklə hərrac təşkilatı (cavabdeh) tərəfindən həm xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin, həm də xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar hərrac barədə iddiaçıya müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) ilkin və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar dərc etdirilmişdir. Həmçinin, ilkin hərracla bağlı bildirişin olduğu zərf “ünvan tam deyil” qeydi ilə iddiaçıya təqdim edilmədən geri qaytarıldıqdan sonra hərrac təşkilatı yenidən icra şöbəsinə müraciət edərək, iddiaçının məlum olan digər ünvanı barədə məlumatın təqdim edilməsini xahiş etmiş və bundan sonra təkrar hərracın keçirilməsi barədə məlumatın ilkin ünvanla yanaşı, həmçinin, iddiaçının Naxçıvan Muxtar Respublikası üzrə mövcud olan ünvanına da göndərmişdir (icra sənədində bu ünvanların hər ikisi göstərilmişdir). Lakin bu halda da zərf “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır (zərflər üzərində olan qeydlər də bildirişin həqiqətən də göndərilməsini təsdiq edir). Bundan başqa, ilkin və təkrar hərracın baş tutmaması barədə protokollar tərtib edilmiş və bu barədə də “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) elanlar dərc edilmişdir.
48. Bununla belə, Cavabdeh2 MMC hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, qanunvericiliklə müəyyən edilmiş üsullara uyğun olaraq məlumatlandırmanı həyata keçirmişdir. Göndərilən bildirişlərdə əks olunmuş məlumatlar tamlığı baxımından da qanunvericiliyin tələblərinə tam uyğundur. Belə olan halda, həmin bildirişlərin hər hansı səbəbdən iddiaçı tərəfindən qəbul edilməsinin mümkün olmaması, habelə onun “Birjanews” internet informasiya ehtiyatı barədə məlumatlı olmaması və ya orada yerləşdirilmiş məlumatları izləməməsi apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasına dəlalət etmir və iddiaçının istinad etdiyi əsaslarla hərracın etibarsız hesab edilməsini birmənalı şəkildə istisna edir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə istinadən onu da qeyd edir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin əvvəlki redaksiyası (Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.) belə, hazırki iddianın əsaslı hesab edilməsinə və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə heç bir əsas vermir. Belə ki, həmin redaksiyada istifadə edilmiş “ipoteka saxlayana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir” ifadəsi də hərracın keçirilməsi ilə bağlı məlumatların real olaraq göndərilməsinin təmin edilməsi üçün bu halı təsdiq edən sübutların mövcudluğunu özündə ehtiva edir və hərrac təşkilatının üzərinə ipoteka qoyanı şəxsən tapıb onun özünə bildiriş təqdim etmək anlamını daşımır. Başqa sözlə, məhkəmə kollegiyasının 45-46-cı bəndələrində nümayiş etdirilmiş mövqey qeyd edilən maddənin köhnə redaksiyasına da aiddir. Qeyd edilənlər öz növbəsində bu dəlilin də əsassız olduğunu təsdiq edir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4553/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.