Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7911/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiаçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1330/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, məhkəmədən Cavabdeh 8189 manat məbləğində dəymiş ziyan və 30.40 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxxx” ASC-yə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1330/2020 nömrəli qərardadı ilə mülki iş üzrə icraat göndərilmiş sorğulara cavab məhkəməyə daxil olanadək dayandırılmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh məhkəməyə prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1330/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, iddiаçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1330/2020 nömrəli qərardadından şikayət verilməsi müddəti Cavabdeh tərəfindən üzrsüz səbəbdən ötürüldüyündən müddət bərpа edilməmişdir. Cavabdeh şikayət verərək qərardadın ləğv edilərək müddətin bərpa edilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-2327/2017 saylı qərardadına əsasən iddiaçı X1 Cavabdeh qarşı “vurulmuş zərərin tam ödənilməsi tələbinə dair” iddia tələbi üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-2327/2017 saylı qətnaməsi ilə Cavabdeh 4535 manat məbləğində vurulmuş zərərə görə iddiaçının xeyrinə tutulmuş puldan tələbkar X1 həmin tələbindən imtinası məhkəmə tərəfindən qəbul olunmuşdur. Qərardadın surəti cavabdehə rəsmi qaydada təqdim edilməmiş, bu yaxınlarda icra şöbəsində olarkən surəti ona təqdim olunmuşdur. Digər tərəfdən, pandemiya dövrünə təsadüf etməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Odur ki, qanunda nəzərdə tutulan 10 günlük müddəti qeyd olunanlara görə üzrlü səbəblərdən ötürmüşdür. Buna baxmayaraq, məhkəmə bunlara qiymət verməmişdir. Bаkı Şəhəri Suraxanı Rаyоn Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаriхli qərаrdаdı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir (268.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (maddı 130.1, 130.3). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı tərəflərin ünvanlarına göndərilmiş və cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində qeyd edilən qərardadı xx.xx.2020-ci il tarixdə poçt rabitəsi vasitəsi ilə təhvil aldığını etiraf etmişdir. Habelə, cavabdeh həmin ərizədə təsdiqləmişdir ki, müddəti buraxmışdır və bu hal ölkədə tətbiq edilmiş karantin tədbirləri ilə bağlı olmuşdur. Lakin nəzərə alınmalıdır ki, karantin tədbirlərinin tətbiq edildiyi şəraitdə belə müraciətlərin edilə bilməsi üçün dövlət tərəfindən şərait yaradılmışdır. Belə ki, “Azərbaycan Respublikasında Koronovirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarının 3-cü bəndində bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilməsi; Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə sərtləşdirilmiş tədbirlər tətbiq olunsa da, xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduqları yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək imkanı yaradılmışdır. Habelə, həmin dövrdə poçt rabitəsi xidmət göstərmişdir. Həmin imkanlarla icazə verilən vaxt çərçivəsində cavabdeh qərardaddan apelyasiya şikayəti verilməsi üçün lazımi prosessual hərəkətləri yerinə yetirməsi mümkün idi. Kollegiya qeyd edir ki, cavabdeh Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1330/2020 nömrəli qərardadından şikayət vermək üçün prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1330/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7911/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7911/2020
27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver