Məhkəmə qərarları › İş №2(103)-7912/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7912/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7912/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qətnaməsidən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətin mümkünlüyünə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “ödənilmiş sığorta məbləğinin geriyə tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəmməsinə müraciət edərək məhkəmədən 13094.52 manat sığorta ödənişi, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı, cəmi 13124.92 manat məbləğində pul məbləğinin Cavabdeh1 və X1 müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 sığorta ödənişi məbləğinin əvəzi kimi 13094.52 manat məbləğində pul və məhkəmə üçün ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 13124 manat məbləğində pulun iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti cavabdehə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək qərardadının ləğv edilməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-385/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikаyət mülki işlə birlikdə bаxılmаsı üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qətnaməsidən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti o zaman apellyasiya instansiyası məhkəməsinə göndərə bilər ki, qərardad dəyişdirilmədən saxlanılsın. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qərardadı ləğv etdiyi halda, qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməsini ümumiyyətlə göstərməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 385/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yenidən baxıb nəticəsindən aslı olaraq (dəyişdiridiyi və ya ləğv etdiyi halda) qanunla şikayət verilmə müddətini gözlədikdən sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qətnaməsidən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Qeyd olunan hallardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələbinə riayət etmədən mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qətnaməsidən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qətnaməsidən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-385/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar