Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7914/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-3868/2019 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 40.000 (qırx min) ABŞ dolları, mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat, ödənilmiş dövlət rüsumu hesabına 30 (otuz) manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3868/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 40000 (qırx min) ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla), mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx xxxx 2020-ci il tarixdə adı çəkilən qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Xəzər rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3868/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə adıçəkilən qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx xxxx 2020-ci il tarixdə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3868/2019 saylı, xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-3868/2019saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3868/2019 saylı, xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi ilə bağlı Cavabdeh2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 3868/2019 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 3868/2019saylı qərardadından verdiyi şikayət, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin şikayəti onunla əsaslandırılır ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 2 saylı çəzaçəkmə müəssisəsində cəza çəkir və məhkəməyə çağırış barədə bildiriş qəbul etməmiş, məhkəmədə iştirakı təmin edilməmişdir. Hesab edir ki, onun və ya nümayəndəsinin məhkəmə iştirakının təmin edilməməsi, məhkəmədə dindirilməməsi, özünü müdafiəsinin təşkil edilməməsi, qanunvericilikdə ona verilən hüquqlardan istifadə edə bilməyinə şərait yaradılmaması prosessual pozuntudur. Qeyd edir ki, “xxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında olan mənzil alğı-satqı müqaviləsi ilə 44.000 (qırx dörd min) manata razılaşdırılıb və hər iki tərəf alqı-satqı müqaviləsini imzalayıb. Cavabdeh2 və Cavabdeh1 həbs edilmişlər və cəza çəkirlər. İddiaçı şikayətinə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində baxılıb. İddiaçı 44.000 (qırx dörd min) manat ziyan dəydiyi öz təsdiqini tapıb. Bakı Ağır Cinayətlər Məhkəməsində də İddiaçı 44.000 (qırx dörd min) manat zərər dəydiyi sübuta yetirilib. Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-3868/2019 saylı qətnaməsi 2 saylı X1 Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə təqdim edilib. O, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)- 3868/2019 saylı qətnaməsindən apelyasiya şikayəti yazıb, 2 saylı X1 Şöbəsinin əməkdaşına vermişdir. Hesab edir ki, heç bir müddət ötürməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş Cavabdeh2 cəza çəkdiyi AR ƏN Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə göndərərək, iştirakı olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 3868/2019saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.3-cü və 129.3-cü maddələrinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından göründüyü kimi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (003)- 3868/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq qəbul edilmişdir. Lakin cavabdeh tərəfi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3868/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsini xx xxxxxx 2020ci il tarixdə rəsmi qaydada almasına baxmayaraq, həmin qətnamədən apellyasiya şikayətini xx xxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə rəsmi olaraq məhkəməyə təqdim etmişdir. Beləliklə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüş və həmin müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Kollegiya hesab edir ki, qeyd olunun səbəbdən apellyasiya şikayət düzgün olaraq geri qaytarılmışdır. Məhəkəmə həmçinin cavabdehə Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələblərini izah etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 3868/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassaiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7914/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7914/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver