Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7916/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məmməd qııznın katibliyi ilə, Cavabdeh1 (həmçinin Cavabdeh2 nümayəndəsidir) iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2346/2020 saylı qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335868, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evdən və 0,12319 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hər birinə 15 000 manat cəmi 30 000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evdən və 0,12319 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4 öz əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evin 0,12319 ha torpaq sahəsindən və bu torpaq sahəsi üzərində inşa olunmuş, hüquqmüəyyənedici sənədləri olmayan, özbaşına tikili sayılan 2 mərtəbəli, tikintialtı sahəsi 117,5 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1. Cavabdeh2 öz əşyaları ilə birlikdə çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2346/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işin icraatı Cavabdeh1 İddiaçı qarşı mülkiyyət hüququnun ləğv edilməsi tələbinə dair 2(003)-2023/2020 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Cavabdeh1 məhkəmənin həmin qərardadından şikayət verərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-2346/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadını mübahisələndirilən hissələrdə dəyişdirərək; işin predmetini iddia tələbində olduğu kimi yəni, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh3 evdən və torpaq sahəsindən çıxarılma, Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair mülki iş olaraq göstərməklə və hazırkı iş üzrə iddia tələbinin əsassız hissəsini, yəni Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair hissəsini göstərməməklə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmənin həmin qərardadından şikayət verərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-2346/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadını mübahisələndirilən hissələrdə dəyişdirərək; işin predmetini iddia tələbində olduğu kimi yəni, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh3 evdən və torpaq sahəsindən çıxarılma, Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair mülki iş olaraq göstərməklə və “ qərara aldı: ” hissəsində İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh3 evdən və torpaq sahəsindən çıxarılma, Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair mülki işin mənə aid olan hissəsi üzrə, yəni Cavabdeh2 qarşı torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair hissəsi üzrə işin icraatının davam etdirilməsini göstərməklə yeni qərardad qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh1 şikayətin təmin edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarından görünür ki, Cavabdeh1 İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən 0,12319 ha torpaq sahəsinin bir hissəsinin, 0,06319 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun və texniki pasportun ləğv edilməsi, həmin texniki pasportda planda göstərilmiş ümumi tikintialti sahədən 47 kv metr sahəsi əksik olan “A” tikilisi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmaqla mülki işin məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan digər iş üzrə isə Cavabdeh1 həmçinin sözügedən torpaq sahəsinin bir hissənin mülkiyyət hüququnu mübahisələndirməkə ləğv edilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı qənaətə gəlmişdir ki, Cavabdeh1 İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən 0,12319 ha torpaq sahəsinin bir hissəsinin, 0,06319 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun və texniki pasportun ləğv edilməsi, həmin texniki pasportda planda göstərilmiş ümumi tikintialti sahədən 47 kv metr sahəsi əksik olan “A” tikilisi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki baxılıb həll edilməyincə hazırki mülki işə baxmaq mümkün deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Odur ki, kollegiya şikayətin dəlillərini araşdıraraq hesab edir ki, bu dəlillər əsassız olmaqla birinci instansiya məhkəməsinin qanuni və işin hallarına uyğun olan qərardadının dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsas deyildir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 32, 263-264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2346/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7916/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7916/2020
29.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver