Məhkəmə qərarları › İş №2(103)-792/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-792/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-792/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6513/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 4896,30 manat sığorta ödənişinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4926,30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə PAX**********1 №-li şəhadətnamə ilə "xxxx" sığorta şirkəti tərəfindən sığortalanmış “BMW 320” minik markalı, 10OT039 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən M0270/17 №-li şəhadətnamə ilə “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” üzrə sığortalanmış “Kia Picanto” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 19.10.2019-cu il tarixində toqquşmuşdur. Bakı şəhəri DYPİ-nin 19.10.2018-ci il tarixli, İXP ******* saylı İnzibati Xəta haqqında Protokola, 19.10.2018-ci il tarixli TP ******* №-li Qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 046-44316 №-li 23.10.2018-ci il tarixli Arayışa əsasən “BMW 320” minik markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh baş vermiş yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Picanto” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. “Kia Motors” tərəfindən verilmiş 23.10.2018-ci il tarixli Qüsur aktına əsasən dəymiş maddi zərərin ümumi məbləği 10396,30 (on min üç yüz doxsan altı manat otuz qəpik) manat dəyərində müəyyənləşdirilmişdir. 14.11.2018-ci il tarixli **********8 saylı sığorta ödəniş tapşırığı aktına əsasən, 500 (beş yüz) manat azadolma məbləği çıxılmaqla 9896,30 (doqquz min səkkiz yüz doxsan altı otuz qəpik) manat məbləğində sığorta ödənişi zədələnmiş “Kia Picanto” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən idarə edilən “BMW 320” minik markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" sığorta şirkətində icbari sığortalı olduğuna görə “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə uyğun olaraq ödənilmiş sığorta məbləğinin 5000 (beş min) manat "xxxx" sığorta şirkəti tərəfindən ödəniləcək və buna görə də, ümumi borc məbləğindən çıxılır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, 04 sentyabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 4.896,30 (dörd min səkkiz yüz doxsan altı manat otuz qəpik) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Kia Motors” tərəfindən 23.10.2018-ci il tarixli qüsur aktına əsasən hesablanmış məbləğ həddindən artıq şişirdilmişdir, məhkəmə şişirdilmiş məbləğə fikir verməmiş, iş üzrə məhkəmə ekspertizası təyin edilmədən, iş hərtərəfli araşdırılmadan iddia təmin edilmişdir. Sonradan "xxxx" Sığorta şirkətindən qəza barədə foto şəkillərin alınması və avtomobilin qiymətləndirildiyi qüsur aktının təqdim edilməsi xahiş edilmiş, müraciətinə əsasən "xxxx" MMC-nin qüsur aktı və hadisə barədə foto şəkillər ona təqdim edilmişdir. Həmin akta əsasən ümumilikdə avtomobilə 6.872,50 manat dəymiş ziyan müəyyən edilmişdir. Göründüyü kimi iki sığorta şirkətinin verdiyi qüsur aktları arasında 5.264 manat endirimsiz, 3.524 manat isə endirimli fərq var və yaranmış fərqə görə ziddiyətlər yaranır, lakin iş tam araşdırılmamış, ekspertiza təyin edilməmişdir. Sonra “Kia Motors”a sorğu göndərərək, Kia Picanto markalı **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Kia Motors”da təmir edilməsi barədə məlumat verilməsi xahiş edilmiş, “Kia Motors” **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmir üçün “Kia Motors”a məxsus servislərə müraciət etməsi qeydə alınmadığı bildirilmişdir. Halbuki 23.10.2019-cu il tarixli “Kia Motors” tərəfindən verilmiş qüsur aktında qeyd edilir: “Avtomobilə servisdə baxış keçirilmiş və nasaz hissələrin siyahısı tərtib edilmişdir. Bu siyahıya əsasən avtomobildə görülməli olan işlərin aktı tərtib edilmişdir. Göstərilən qiymətlər avtomobilin təmiri üçün qabaqcadan razılaşdırılmış qiymətlərdir”. Göründüyü kimi “Kia Motors” tərəfindən verilmiş akta əsasən belə qənaətə gəlmək olar ki, "xxxx" ilə “Kia Motors” birgə saxta qüsur aktı tərtib etmişlər. Bu baxımdan da, Xüsusi Qərar elan edərək işin araşdırılması üçün istintaqa yönəldilməsini xahiş edir. Qətnamə qəbul edilərkən Azərbaycan Respublikasının MPM-nin tələbləri pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3431/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən Cavabdeh kassasiya şikayəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4852/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı ilə təmin edilmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)-3431/2021 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “tərəflər arasında fikir ayrılığı əslində Zeynəb Əhmədovanın idarə etdiyi sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği ilə bağlıdır və həmin nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği "xxxx" MMC tərəfindən tərtib edilmiş 23 oktyabr 2018-ci il tarixli qüsur aktına əsasən müəyyən edilib. Halbuki, həmin qüsur aktı tərtib edilərkən və sözügedən nəqliyyat vasitəsinə ilkin baxış keçirilərkən cavabdehin ümumiyyətlə iştirakı təmin edilməyib və sonuncu zərərin məbləği ilə razılaşmır. Digər tərəfdən işə əlavə edilmiş "xxxx" MMC 14 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, qeyd olunan nəqliyyat vasitəsinin təmiri üçün Cəmiyyətə müraciət edilməsi qeydə alınmayıb. Bundan başqa sığortalanmış nəqliyyat vasitəsinə dəymiş maddi zərərin qiymətləndirilməsində iştirak etmək üçün 25 oktyabr 2018-ci il tarixdə "xxxx" Sığorta Şirkəti ilə yanaşı cavabdehə də bildiriş göndərilsə də, işdə, cavabdehin həmin bildirişi almasına dair heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, işə sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş 23 oktyabr 2018-ci il tarixli qüsur aktı ilə yanaşı, "xxxx" MMC 26 oktyabr 2018-ci il tarixli qüsur aktı da əlavə edilib və hər iki qüsur aktında sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği biri-birindən kəskin şəkildə fərqlənir. Belə ki, sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında 10.396 manat müəyyən edildiyi halda, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında 6.872,50 manat müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi, sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği ilə bağlı sözügedən qüsur aktlarında göstərilən qiymətlər arasındakı kəskin fərqə aydınlıq gətirmədən, zərurət yarandığı halda qeyd olunan nəqliyyat vasitəsinin hansı servis mərkəzdə, avtomobillərin təmiri sexində təmir olunduğunu aydınlaşdırmadan, təmirə çəkilmiş xərcləri özündə ehtiva edən sənədləri məhkəməyə təqdim etməyi iddiaçıya təklif etmədən, xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib əsaslandırılmış rəy almadan, cavabdehin bu barədə apellyasiya şikayətinin dəlilləri və iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla bağlı irəli sürdüyü arqumentlər barədə kifayət qədər araşdırma aparmadan, mübahisəli məsələyə dair işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq etmədən, yalnız sübroqasiya qaydasında tələb hüququnun iddiaçıya keçməsini əsas tutub birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır”. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6pellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli olması müəyyən edilmişdir, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Picanto” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir, “Kia Motors” tərəfindən verilmiş qüsur aktına əsasən də dəymiş ziyan hesablanıb, ödənilmişdir. Hesab edir ki, apellyasiya şikayətinin təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh və "xxxx" SŞ ASC-yə ünvanlanmış 18/576 saylı 25.10.2018-ci il tarixli məktubunun surətindən görünür ki, "xxxx" ASC-də sığortalanmış avtomobilə maddi ziyan dəymişdir. Maddi ziyan qiymətləndirilməsində iştirak etmək üçün nümayəndəsinin 3 iş günü ərzində Nizami rayonu, M.Əliyev 24/08 ünvanında yerləşən "xxxx" MMC-nin təmir servisinə göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış 19/398 saylı 27.06.2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 4896,30 manat məbləğində pulun geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 14.11.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 9896,30 manat məbləğində pul vəsaitini X5 ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “BMW 320” minik markalı, 10OT039 dövlət qeydiyyat nişanlı avtomobilının sahibi Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “Kia Picanto” minik markalı, 90PL164 dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi "xxxx" MMC-dir İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 12.11.2018-ci il tarixli sığorta ödənişi aktının surətindən görünür ki, 19.10.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı "xxxx" MMC məxsus və X7 tərəfindən idarə olunan “Kia Picanto” minik markalı, 90PL164 dövlət qeydiyyat nişanlı avtomobil ilə öz yolunda hərəkət edərkən sağından manevr qaydasını pozaraq yoluna çıxan “BMW 320” minik markalı, 10OT039 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələnmişdir. “Kia Picanto” minik markalı, 90PL164 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi zədələnmişdir. “Kia Motors” servis mərkəzinin 23.10.2018-ci il tarixli qüsur aktına əsasən zərər 10396,30 manat təşkil edir, müqavilə şərtinə əsasən 500 manat şərtsiz azadolma çıxılmışdır. İş materiallarında olan “Kia Motors” servis mərkəzinin 23.10.2018-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Kia Picanto” minik markalı, 90PL164 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinə 10396,30 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan 19.10.2018-ci il tarixli sazışın surətindən görünür ki, "xxxx" ASC ilə siğortalı "xxxx" MMC arasında sığorta müqaviləsi bağlanılmışdır. İş materiallarında olan M0270/17 saylı Avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus “Kia Picanto” minik markalı, 90PL164 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi 19.12.2017-ci il saat 24.00-dan 19.12.2018-ci il saat 24.00-dək müddətində baş verən daşların dəyməsi və ya əşyaların düşməsi, avtonəqliyyat vasitəsinin hissələrinin oğurlanması, ön və arxa şüşələrin və pencərələrin sınması və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətləri, avtonəqliyyat vasitəsinin oğurlanma, qaçırılma zamanı avtonəqliyyat vasitəsinə ziyan vurulması, təbii fəlakətlər, yanğın, öz-özünə alışma, yolnəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə) kimi sığorta risklərindən sığortaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan İnzibati xəta haqqında İXP ******* saylı 19.10.2018-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 19.10.2018-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* saylı 19.10.2018ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh 19.10.2018-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. D.Ələkbər hadisənin onun təqsiri nəticəsində baş verməsini, eləcə də inzibati xəta haqqında qərarı mübahisələndirməmiş, qeyd olunan halları nəzərə alan birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla belə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ziyan məbləğinin müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəəyə müraciət edərək, tərəfindən ödənilmiş 4.896,30 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 4.926,30 manat məbləğində pulun Cavabdeh tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi “Kia Picanto” minik markalı, 90PL164 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinə dəymiş maddi zərərin məbləği "xxxx" MMC tərəfindən tərtib edilmiş 23 oktyabr 2018-ci il tarixli qüsur aktına əsasən müəyyən etmişdir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, həmin qüsur aktı tərtib edilərkən və sözügedən nəqliyyat vasitəsinə ilkin baxış keçirilərkən cavabdehin ümumiyyətlə iştirakı təmin edilməmişdir. Cavabdeh isə “Kia Motors” tərəfindən verilmiş qüsur aktında Zeynəb Əhmədovaya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin həddən artıq şişirdildiyini, həmin qüsur aktının saxta olmaqla nəqliyyat vasitəsinə dəymiş real zərəri özündə əks etdirmədiyini, zərərin məbləğinin iş üzrə müvafiq ekspertiza keçirilmədən müəyyən edildiyini, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında isə nəqliyyat vasitəsinə bütövlükdə 6.872,50 manat maddi zərərin dəydiyini göstərib, iddiaya etiraz etmişdir. Göründüyü kimi işə sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş 23 oktyabr 2018-ci il tarixli qüsur aktı ilə yanaşı, "xxxx" MMC 26 oktyabr 2018-ci il tarixli qüsur aktı da əlavə edilib və hər iki qüsur aktında sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği biri-birindən kəskin şəkildə fərqlənir. Belə ki, sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında 10.396 manat müəyyən edildiyi halda, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında 6.872,50 manat müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı işi yeni apellyasiya baxışa göndərərkən kassasiya instansiyası məhkəməsinin mövqeyini də nəzərə alınmaqla cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi, eləcə də hazırki mübahisənin obyektiv həlli üçün təkrar apellyasiya baxışı zamanı iş üzrə avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında “Kia Picanto” minik markalı, 90PL164 dövlət qeydiyyat nişanlı minik avtomobilinə 19.10.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün təmir bərpa işlərinin (köhnəlmə faizi nəzərə alınmaqla) dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli, 9/312 nömrəli eksert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Kia Motors” şirkətinin 23.10.2018-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Picanto” minik markalı, 90PL164 dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9018 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Belə olan halda iş materiallarında müxtəlif məbləğlərin müəyyən edildiyi iki müxtəlif qüsur aktının olmasını, qeyd edilən ekspert rəyinin şübhə altına alan hər hansı əsasın müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə avtomobilə dəyən ziyanın məbləği 9018 manat müəyyən edilməlidir. Bununla yanaşı Cavabdeh tərəfindən idarə edilən “BMW 320” minik markalı, 10OT039 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" sığorta şirkətində icbari sığortalı olduğuna görə 5000 manat məbləğində pul vəsaitinin "xxxx" sığorta şirkəti tərəfindən ödənilməsi, eləcə də tərəflər arasında olan müqavilə şərtinə əsasən 500 manat şərtsiz azadolma məbləği də nəzərə alınmalı və həmin məbləğlər ekspertin müəyyən etdiyi məbləğdən çıxılmaqla (9018- 500=8518; 8518-5000=3518) cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 3518 manat müəyyən edilməlidir. Göründüyü kimi cavabdehin dəlilləri qismən əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ziyan məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Cavabdeh 3518 manat pul vəsaiti "xxxx" ASC-yə ödənilməli və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri tərəflərdən bərabər qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın təmin edilən hissədə qiyməti 3518 manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, 04 sentyabr 2019cu il tarixli qətnaməsi – ziyan məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 3518 (üç min beş yüz on səkkiz) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50%-i, yəni 50 (əlli) iddiaçı "xxxx" ASC-dən, qalan 50%-i isə, yəni 50 (əlli) manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar