Məhkəmə qərarları › İş №2(103)-793/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-793/2025

12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-793/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: dəymiş maddi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-210/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AMX- 6392/19 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısına dair müqavilədən müəyyən olunur ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Abonent Cavabdeh barəsində Azəriqaz İB tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən, abonent ünvan 1 ünvanında yerləşən istixanada kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Abonent Cavabdeh barəsində Azəriqaz İB tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən, abonent ünvan 1 ünvanında yerləşən istixanada kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Abonent Cavabdeh barəsində Azəriqaz İB tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən, abonent ünvan 1 ünvanında yerləşən istixanada kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Abonent Cavabdeh barəsində Azəriqaz İB tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən, abonent ünvan 1 ünvanında yerləşən istixanada kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında (abonent kodu: **********00880) "Azəriqaz” İB tərəfindən tələb olunan 9923,25 maddi ziyan məbləği doğru hesablanmamışdır. 2018-ci ilin dekabr ayında ümumilikdə 1 dəfə, 2021-ci ilin dekabr ayında 1 dəfə, 2022-ci ilin yanvar, fevral, mart ayında 3 dəfə olmaqla ümumilikdə 5 dəfə olmaqla qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkar edilməsi səbəbindən “Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən aktlar tərtib edilərək müvafiq olaraq 9843.60 manat məbləğlərində dəymiş zərər hesablanmış və istehlakçının abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi “Qazdan istifadə Qaydalan”na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Qeyd: İddiaçı İB tərəfindən tərtib edilmiş təbii X2nın pozulası haqqında aktlarda (nömrə ******* və 0343627) qeyd olunan qaz işlədici cihazın aydın təsviri verilməyib. Cihazın neçə kilovat gücündə olunması qeyd olunmayıb, lakin, aktlardan görsənir ki, qurğunun saatlıq sərfiyyat 10 m3/saat kimi hesablanmışdır. Təsvirdən anlaşılır ki, qurğu standartlara uyğun deyil, belə olan halda abonentin qaz təchizatı dərhal dayandırılmalı idi. Aktda (nömrə 0192035) qeyd olunan qaz işlədici cihazın gücü 6 m3/saat hesablanıb hansı ki, ******* nömrəli aktda 10 m3/saat kimi hesabat aparılmışdır. (eyni qurğu olmasına baxmayaraq) Eyni zaman qurğunun hesabatın qeyd edərkən aktlardan birində 12 saat digərində 24 saat kimi götürülmüşdür. Sözü gedən aktda 2-ci sənaye qaz qurğusu kimi sadəcə istixana yazılmışdır. Bu adda sənaye qaz qurğusu mövcud deyildir. İstixana məkanın təsviridir və orada istənilən gücdə sənayə qaz qurğusu ola bilər. “Azəriqaz" İB Məhkəmə qərar olmadan və nəzarət orqanı ilə razılaşdırma olunmadan yəni ki, hələ təsdiqini tapmamış mübahisəli 9843.60 manat məbləğlərində dəymiş zərər istehlakçının abonent hesabına daxil etmişdir. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, analogiya üzrə "X2”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq sayğacdan kənar qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması aşağıdakı qaydada aparıla bilər: 2018-ci il xx.xx.2018-ci il tarixli ******* №-li akt üzrə: İstilik sobası üçün - 5 m3/saat x 12 saat x 30 gün = 1800 m3 Sənaye qaz qurğusu - 6 m3/saat x 15 saat x 30 gün = 2700 m3 2021 -ci il xx.xx.2021-ci il tarixli ******* №-li akt üzrə: İstilik sobası üçün - 5 m3/saat x 12 saat x 30 gün = 1800 m3 2022-ci il xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə: İstilik sobası üçün - 5 m3/saat x 12 saat x 30 gün = 1800 m3 xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün - 1.2 m3 x 4 saat x 30 gün = 144 m3 QSQ suqızdırıcısı üçün - 2.2 m3 x 8 saat x 30 gün = 528 m3 İstilik sobası üçün -1.4 m3/saat x 2 ədəd x 12 saat x 30 gün = 1008 m3 İran sobası üçün -1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 İstilik sobası üçün - 5 m3/saat x 12 saat x 30 gün = 1800 m3 xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün - 1.2 m3 x 4 saat x 30 gün = 144 m3 QSQ suqızdırıcısı üçün - 2.2 m3 x 8 saat x 30 gün = 528 m3 İstilik sobası üçün -1.4 rrvVsaat x 2 ədəd x 12 saat x 30 gün = 1008 m3 İran sobası üçün -1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 İstilik sobası üçün - 5 m3/saat x 12 saat x 30 gün = 1800 m3 Beləliklə 5 akt üzrə qanunsuz istifadə edilmiş 16140 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200- 2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq dəymiş zərər 2018-ci il ərzində 904 manat, 2021-ci il ərzində 264 manat, 2022-ci il ərzində 2239 manat; ümumilikdə müəyyən edilə bilər. İstehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yetirilərsə, qaz paylayıcısına vurulmuş zərərin məbləği təqdim olunan aktların cəmi üçün 3407 manat müəyyən edilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3/553 №-li ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Cavabdeh məxsus, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yerində müşahidə edilməmiş, Cavabdeh məxsus, ünvan 2 ünvanında olan qaz xəttinin əsas borsunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında (abonent kodu: **********00880) İddiaçı İB tərəfindən tələb olunan 9923,25 maddi ziyan məbləği (itirilmiş qazın dəyəri) düzgün hesablanmamışdır. Cavabdeh ünvan 4 ünvanında (abonent kodu: **********00880) İddiaçı İB-ə qaz sərfiyyatına görə debitor borcu mövcuddur. Borcun məbləği 2019-2024 ci illər üçün 84 manatdır. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, 2018-ci ilin dekabr ayında ümumilikdə 1 dəfə, 2021-ci ilin dekabr ayında 1 dəfə, 2022-ci ilin yanvar, mart ayında 2 dəfə olmaqla ümumilikdə 4 dəfə olmaqla qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkar edilməsi səbəbindən İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən aktlar tərtib edilərək müvafiq olaraq 9843.60 manat məbləğlərində dəymiş zərər hesablanmış və istehlakçının abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi “X2na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, analogiya üzrə “X2”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq sayğacdan kənar qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması aşağıdakı qaydada aparıla bilər: Tarif şurası – xx.xx.2016, 18 nömrəli qərar 2018-ci il xx.xx.2018-ci il tarixli ******* №-li akt üzrə: İstilik sobası üçün - 6 m3/saat x 12 saat x 30 gün = 2160 m3 x 0.20 Sənaye qaz qurğusu - 6 m3/saat x 15 saat x 30 gün = 2700 m3x 0.20 Tarif şurası – xx.xx.2021, 13 nömrəli qərar 2021-ci il xx.xx.2021-ci il tarixli ******* №-li akt üzrə: İstilik sobası üçün - 6 m3/saat x 12 saat x 30 gün = 2160 m3 x 0.22 2022-ci il xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə: İstilik sobası üçün - 6 m3/saat x 12 saat x 30 gün = 2160 m3 x 0.22 xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün - 1.2 m3 x 12 saat x 30 gün = 432 m3x 0.22 QSQ suqızdırıcısı üçün - 2.2 m3 x 12 saat x 30 gün = 792 m3x 0.22 istilik sobası üçün - 2x1.4 m3/saat x 2 ədəd x 12 saat x 30 gün = 1008 m3 x 0.22 iran sobası üçün -1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 x 0.22 istilik sobası üçün - 6 m3/saat x 12 saat x 30 gün = 2160 m3x 0.22 Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yuxarıda qeyd olunan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarlarını nəzərə alaraq dəymiş zərər 2018-ci il ərzində 972 manat, 2021-ci il ərzində 432 manat, 2022-ci il ərzində 1517 manat müəyyən edilə bilər. İstehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yetirilərsə, qaz paylayıcısına vurulmuş zərərin məbləği ümumilikdə təqdim olunan aktların cəmi üçün 2921 manat müəyyən edilə bilər. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, aparılmış hesablamalarda mexaniki səhfə yol verilmişdir. Belə ki, tədqiq olunan aktlar üzrə ziyanın ümumi məbləği aparılmış hesablamalara görə 3007,44 manat olduğu halda mütəxəssis tərəfindən həmin məbləğ 2921 manat olaraq göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlitürbət oğlu tərəfindən İddiaçı İB-yə vurulmuş 9923,25 manat, hüquqi yardım üçün ödənilmiş 400,0 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 119,23 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 10.442,48 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh Əlitürbət oğlu arasında xx.xx.2019-cu il tarixində AMX-6392/19 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh Əlitürbət oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00880 nömrəli abonent kodu verilmişdir. Sözü gedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 28196371 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1646,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 3168,0 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1900,8 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2178,0 manat olmaqla ümumilikdə 9843,6 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin cavabdehin qeyd olunan borc məbləğindən əlavə olaraq "Azəriqaz” İB-nə 79,65 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 9923,25 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, "qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş "İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları"na əsasən müəyyən edilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "X2”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 9923,25 manat pul, pozulmuş hüquqlarının bərpası ilə bağlı 400,0 manat xərc və 119,23 manat dövlət rüsumu olmaqla, cəmi 10.442,48 manat pulun tutulması qət edilmişdir. Cavabdeh məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv olunub, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında həqiqətən 1 dəfə 2022-ci ilin yanvar ayında təbii qazdan qeyri-qanuni istifadə etdiklərini bildirib, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-210/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1030,05 manat pul (950,4 manat sayğacdan kənar qaz xətti, 79,65 təbii qazdan istifadəyə görə yaranmış borc) və 30,0 manat dövlət rüsumu, cəmi 1060,05 manatın (min əlli manat, beş qəpik) tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 119,23 (bir yüz on doqquz manat, iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun qalan hissəsinin İddiaçınə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı 2018-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək sayğacdan kənar qaz xətdindən istifadəyə görə ümumilikdə 5 akt tərtib edilmiş, cavabdehə həmin aktlar əsasında 9843,6 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin akta görə hesablanmış borcun tutulmasını tələb edir. Eyni zamanda cavbdehin 79,65 manat istifadə olunmuş qaz sərfiyyatına görə borcu yaranmışdır. Məhkəmə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1646,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 3168,0 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1900,8 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2178,0 manat olmaqla ümumilikdə 9843,6 manat olan pul tələblərini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950,40 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən akt istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasına iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Cavabdeh aktlar üzrə tələb olunan 8893,2 (9843,6 – 950,4) manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Məhkəmə iddia tələbinin debitor borc hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin faktiki istifadə edilmiş təbii qaza görə ümumilikdə 79,65 manat borcu yaranmışdır. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 400,0 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab etmişdir ki, hüquqi xidmətlə bağlı 400,0 manat məbləğində pul vəsaiti ilə bağlı hər hansı bir müqavilənin bağlanmasını və ya ödəniş qəbzini təsdiq edən sübut təqdim edilmədiyindən, iddia bu hissədə əsassızdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 119,23 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 89,23 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 107, 115.0.5, 115.0.6, 119.1, 121.1, 217-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6cı maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 1.3, 1.4, 2.5, 2.12, 3.1.7, 3.4.1, 3.4.4, 6.5, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-210/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə hesablanmış 10.442,48 manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehdən 1060,05 manat tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Cavabdehə aid olan **********00880 abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçınə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır.“Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Bildirilir ki, iddia tələbinin tamamilə təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilərək Xəzər Rayon Məhkəməsinin e-2(003)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən X2 Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnaməni qismən, iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi ilə yanaşı mübahisələndirilən hissədə də yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçının tələblərindən müəyyən olunur ki, o, cavabdehdən sonuncunun qazdan sayğacdan kənar istifadəyə görə vurduğu maddi ziyanın və müqavilə üzrə istifadə etdiyi qaz sərfiyatına görə yaran borcun (debitor borcun) tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində veridiyi izahatında cavabdehin nümayəndəsi cavabdehin qazdan qanunsuz, yəni sayğacdan kənar istifadə etməsini inkar etməyərək bu halın, yalnız 2022-ci ilin yanvar ayında bir dəfə baş verdiyini göstərmişdir. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1646,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 3168,0 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1900,8 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2178,0 manat olmaqla ümumilikdə 9843,6 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyməsini bildirsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh barəsində tərtib edilməsi qeyd olunan xx.xx.2022-ci il tarixli ******* saylı aktın mövcudluğu barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, apellyasiya şikayətində də bu faktla bağlı hər hansı bir dəlilini qeyd etməmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı ona xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1646,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 3168,0 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2178,0 manat maddi zərərin dəyməsini bildirsə də, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aktların tərtib edildiyi dövrlərdə qüvvədə olan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarları ilə müəyyən olunan qiymətlərlə hesablanan dəymiş zərər 2018-ci il ərzində 972 manat, 2021ci il ərzində 475,2 manat, 2022-ci il ərzində 1560,21 manat olmaqla istehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yetirilərsə, qaz paylayıcısına vurulmuş zərərin məbləği ümumilikdə təqdim olunan aktların cəmi üçün 3007,44 manat təşkil edə bilər. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarına riayət edilməsi yoxlanılarkən eyni zamanda müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən cavabdehdən tutulan vurulmuş ziyanın məbləği müəyyən edilərkən də düzgün nəticəyə gəlinməmişdir. Belə ki, iddiaçı cavabdeh barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın məbləğinin 950,40 manat olmasını qeyd etdiyi halda iş üzrə apellyasiya məhkəməsi icraatında alınan mütəxəsis rəyi ilə həmin akt üzrə (2160 m3x 0,22) vurulmuş ziyanın məbləğinin 475,2 manat olması müəyyən olunmuşdur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya məxsus qaz xəttinə qanunsuz qoşulmasını etiraf edən cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın məbləğinin 3007,44 manat olması araşdırma zamanı müəyyən olunduğundan iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-210/2024 nömrəli qətnaməsi qismən ləğv edilərək, iddiaçının maddi ziyan tələbi üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh iddiaçıya məxsus qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş ziyanla bağlı barəsində tərtib olunan dörd akt üzrə maddi ziyana görə cəmi 3007,44 manat tutulmalı, iddia tələbi maddi ziyanla bağlı qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-210/2024 nömrəli qətnaməsi qismən ləğv edilərək, yeni qətnamə qəbul edilsin. Cavabdeh maddi ziyana görə 3007,44 manat tutulsun. İddia tələbi maddi ziyanla bağlı qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar