Məhkəmə qərarları › İş №2(103)-7935/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7935/2021

11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7935/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X3” Publik Hüquqi şəxsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə air mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “X3” Publik Hüquqi şəxsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 törətdiyi inzibati xətaya görə əmlakı olan 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 20045 manat, vəkil xidmət haqqı olaraq ödədiyi 800 manat və “Medi Club” hospitala ödədiyi 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 26066 manat pulun cavabdehlər X3 Publik Hüquqi şəxs və X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 manat, müalicə və konsultasiya xərci olaraq 191 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 manat olmaqla, cəmi 4007,05 manat məbləğində pul vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulub İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bununla belə, apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatət verərək, qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verdiyini bildirmiş və işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhətiylə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təirə salınmasını xahiş etmiş, digər cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Kollegiya işin hallarını və hazırki iclasda iddiaya mahiyyəti üzrə baxılmayacağını nəzərə alaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar