Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7936/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bağırova (Gəncəliyeva) Şəfa Zakir qızına qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.05.2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 38.400 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 36.200 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə həmçinin məhkəmə xərclərinə dair məsələ həll olunub, vəkil xidmətinə görə çəkilmiş xərcin əvəzi kimi 200 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28,28 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun qalan 1,72 manatının iddiaçıya aid edilməsi qət edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid olan hissədə ləğv edilsin və iddia tam rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tələbini onunla əsaslandırıb ki, cavabdeh onun xalası oğlunun həyat yoldaşı olub və banklardan birində işləyib. Cavabdeh ona depozitə pul qoyaraq yüksək faizlə gəlir əldə etməyi təklif edib. O, cavabdehə inanaraq ona pul verib, sonradan məlum olub ki, cavabdeh başqa şəxslərə də ona verdiyi vədlər kimi vəd verərək xeyli miqdarda pul alıb, lakin vədinə əməl etməyib. Zərərçəkənlərdən birinin şikayəti əsasında cavabdeh Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunub. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, iddiaçıya pul borcu olub, lakin həmin borcu tamamilə ödəyib. Ödənişlə bağlı qəbzləri məhkəməyə təqdim edib, lakin məhkəmə onun izahatına və təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməyib. Müəyyən edilib ki, cavabdeh hüquqi əsas olmadan iddiaçıının 44.200 manat (26.000 ABŞ dolları) məbləğində pulunu əldə edib, sonradan 8.000 manat (4.705 ABŞ dolları) məbləğində pulu qaytarıb, 36.200 manat (21.295 ABŞ dolları) məbləğində pul qaytarılmayıb. İşin bu halları birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7936/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7936/2021
08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver