Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7939/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi’’nə dair ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə (sonradan xahişinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, babası X19 1926-cı ildə, nənəsi X30 xx.xx.1945-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən olunması, Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli N-217/a-x saylı arxiv arayışında qeyd olunan xx.xx.1892-ci il təvəllüdlü “X21”nun və Lenin rayonu VVADQ bürosu (hazırda Sabunçu rayonu Qeydiyyat şöbəsi) tərəfindən verilmiş AZ№023753 nömrəli “Evlənmək haqqında şəhadətnamə”də qeyd olunan “X9”nun atası X10 olması və Bakı şəhər İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı 143600 nömrəli qeydiyyat vəsiqəsində ünvan 1 ünvanındakı fərdi yaşayış evinin “X3”nun adına qeyd olunmuş 2/6 hissəsinin babası X22 məxsus olması və Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli N-217/a-x saylı arxiv arayışında “atası” qrafasında qeyd olunan "X31”nun X32 olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, X24 ata tərəfdən doğma babası, yəni atası X4 atasıdır. Onların ata-oğul olması faktı Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli N-217/a-x saylı arxiv arayışı ilə təsdiq edilir. Həmin arxiv arayışına əsasən müəyyən edilir ki, xx.xx.1892-ci il təvəllüdlü X13 atası X31, anası X36r. Lakin göründüyü kimi atasının doğum qeydində adı "Sarxuş Əli” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli №-38 nömrəli arxiv arayışından görünür ki, onun doğum qeydində təvəllüdü xx.xx.1937-ci il, atası X11, anası X20 qeyd edilmişdir. Bundan başqa, ərizəyə əlavə etdiyi keçmiş Lenin rayonu VVADQ bürosu tərəfindən verilmiş AZ№023753 nömrəli “Evlənmək haqqında şəhadətnamə”də atası X4 adı səhvən “X9” kimi göstərilmişdir. Mərhum nənəsi X30 və atası Sarxuş Nəzərovun sözlərindən bilmişdir ki, babası X32 1926-cı ildə rəhmətə gedərək Balaxanı qəbiristanlığında dəfn edilsə də, sovet hakimiyyəti illərində neft buruqlarının salınması ilə əlaqədər həmin qəbiristanlıq məhv edildiyindən babasının qəbri qalmamışdır. Babasının ölümünün qeydiyyata alınıb-alınmadığını müəyyən etmək üçün Azərbaycan Respublikası Dövlət Arxivinə sorğu ilə müraciət etsə də, xx.xx.2020-ci il tarixli N-14/a-x nömrəli məktubla bildirilmişdir ki, babası X19 ölüm tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Babasının öldüyü məqamda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi mülkiyyətində olmuşdur. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsinin babasının mülkiyyətində olması Bakı şəhər İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı 143600 nömrəli qeydiyyat vəsiqəsi ilə təsdiq edilir. Lakin babası X19 adı həmin qeydiyyat vəsiqəsində “X3” kimi qeyd edilmişdir. X16 xx.xx.1945-ci ildə rəhmətə gedərək, o da Balaxanıda yerləşən digər qəbiristanlıqda dəfn edilmişdir. Nənəsinin ölüm faktının qeydə alınıb-alınmamasını müəyyən etmək üçün həm ərazi üzrə icra nümayəndəliyinə, həm də mərhumun vəfat etdiyi ərazi üzrə Maraqlı şəxsnə müraciət etsə də, hər iki qurumdan nənəsinin ölümünə dair məlumatın aşkar olunmadığı müəyyən edilmişdir. Babası X32 1926-cı ildə Bakı şəhərində, nənəsi X43 xx.xx.1945-ci ildə Bakı şəhərində vəfat etmələrinə və dəfn edilmələrinə baxmayaraq, hər ikisinin ölümünə dair qeydiyyat aparılmadığından, həm X19, həm də X30 ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hazırda mərhum babası X17 qalan miras əmlakın vərəsəlik üzrə qəbul edilməsi ilə bağlı sənədləşdirmə işlərinin aparılması lazım olsa da, həm babası X19 adının atasının doğum qeydində “X31” kimi, Bakı şəhər İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı 143600 nömrəli qeydiyyat vəsiqəsində “X3” kimi göstərilməsi, atası X4 adının onun doğum qeydində “X21” kimi, Lenin rayonu VVADQ bürosu tərəfindən verilmiş AZ№023753 nömrəli “Evlənmək haqqında şəhadətnamə”də “X9” kimi göstərilməsi ilə əlaqədər uyğunsuzluq vardır və həmin uyğunsuzluqlar sənədləşdirmə işlərinin aparılmasında müəyyən çətinliklər yaratdığından, onların məhkəmədən kənar aradan qaldırılmasının həll yolu yoxdur”. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizəsinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edən ərizəçi, şikayətini ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, müəyyən edilmiş faktlarla əlaqədar səhv nəticəyə gəldiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ərizəçinin “babası X19 1926-cı ildə, nənəsi X30 xx.xx.1945-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən olunması” xahişinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq ərizə həmin hissələrdə təmin edilməlidir. Belə ki, işin müəyyən olunan hallarına görə, xx.xx.1937-ci il təvəllüdlü Ərizəçi, nikahları xx.xx.1966-cı il tarixdə rəsmiləşdirilmiş X9 ilə X12 nikahlarından (evliliklərindən) dünyaya gəlmiş, Sərxoş Nəzərov xx xxxx 1976-cı il tarixdə, Xubran Nəzərova xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində vəfat etmişlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivi tərəfindən verilmiş N-217/a.x saylı xx.xx.2019-cu il tarixli arxiv arayışına görə, Dövlət Tarix Arxivi üzrə Balaxanı kənd məscidinin sənədlərində Sarxuş Əli (sənəddə olduğu kimi) Bala Qadaş oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1892, 18 mart, atası: X31, anası: X36r. Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivi tərəfindən verilmiş N-14/a.x saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görə, Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış "Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X19 ölüm tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 258-05/15 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X30 təqdim ediyi sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 244 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X43 (Səkinə-məmə) həqiqətən xx.xx.1945-ci ildə vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn olunmuşdur (Əsas: Balaxanı qəbristanlığında çəkilmiş mərhumun qəbirdaşının foto şəkili və övladlarının ifadəsi). Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1254 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Balaxanı qəsəbəsi, Yeni yaşayış massivi (keçmiş Əlisəfa bağları deyilən ərazi) hal-hazırda Həsən Əliyev küçəsində 1900-cü illərdə yaradılmış qəbiristanlıq 1960-cı illərdə məzarlıqlar məhv olunduğundan ləğv edilmişdir, İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Balaxanı qəsəbəsi, Sarabski küçəsindəki 17 nömrəli fərdi yaşayış evi ümumi birgə payda X6, X1, X2 adlarına xx.xx.1975-ci il tarixdə ilkin qeydiyyatdan keçmiş, sonradan evin 1/6 hissəsi vərəsəlik qaydasında X5, 2/6 hissəsi X7 adına rəsmiləşdirilmiş, sonuncu, öz hissəsini xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsi əsasında X8 bağışlamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X15 ifadəsində göstərmişdir ki, uşaqlıqdan arvadı tərəfindən qohumu olan Ərizəçi ailəsinin yaşadığı məhəlləyə gedib-gəlmiş, nənəsi Səkinə xanım Balaxanı kənd qəbiristanlığında dəfn olunmuşdur. Uşaq olanda nənəsi bu barədə onlara söhbət edərdi. Səkinə xanımın qəbri hələ də Balaxanı qəbiristanlığında yerləşir. Onun məzarı yaxınlarının məzarına yaxın yerləşdiyindən, o, qəbiristanlığa gedərkən ona da baş çəkir. Ərizəçi babasının da qəbri Balaxanı qəbiristanlığında yerləşirdi. Lakin 1970-ci ildə neft buruqları salınanda onun babasının qəbrinin yerləşdiyi köhnə qəbiristanlıq sökülmüşdür. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X14 ifadəsində göstərmişdir ki, Ərizəçi uzaqdan qohumudur, həm də uşaqlıqdan onunla birlikdə böyümüşdür. Ərizəçi nənəsi Səkinə xanım 1945-ci ildə vəfat etmiş, həmin dövrdə onun iki yaşı olmuşdur. Ərizəçinin X50 isə 1926-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. Məhkəmə kollegiyası nəzərə alır ki, ərizəçinin “babası X19 1926-cı ildə, nənəsi X30 xx.xx.1945-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən olunması” xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və həmin faktların müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu ərizədə qeyd olunmaqla, onun lazımi sənədləri almasının mümkün olmadığı təqdim olunan sübutlarla təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçinin həmin xahişlərini təmin etmədiyi zaman onun, heç bir sübut təqdim etmədiyini əsas gətirən birinci instansiya məhkəməsinin gəldiyi qənaət doğru olmamışdır. Çünkü ərizəçi, X19 babası, X30 isə nənəsi olduğunu, onların müvafiq olaraq 1926-cı ildə və xx.xx.1945-ci ildə Bakı şəhərində ölmələri faktını təsdiq edən mümkün sübutlar təqdim etmişdir və birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsinə dair mövqeyi əsaslı deyildir. Bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, işdə mövcud olan sübutların məcmusunun qiymətləndirilməsinə əsasən ərizəçinin babası X19 1926-cı ildə, nənəsi X30 xx.xx.1945-ci ildə Bakı şəhərində ölmələri faktının müəyyən edilməsi hissəsində ərizə təmin olunmalıdır. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin “Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli N-217/ax saylı arxiv arayışında qeyd olunan xx.xx.1892-ci il təvəllüdlü “X21”nun və Lenin rayonu VVADQ bürosu (hazırda Sabunçu rayonu Qeydiyyat şöbəsi) tərəfindən verilmiş AZ№023753 nömrəli “Evlənmək haqqında şəhadətnamə”də qeyd olunan “X9”nun atası X10 olması və Bakı şəhər İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı 143600 nömrəli qeydiyyat vəsiqəsində ünvan 1 ünvanındakı fərdi yaşayış evinin “X3”nun adına qeyd olunmuş 2/6 hissəsinin babası X22 məxsus olması və Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli N-217/a-x saylı arxiv arayışında “atası” qrafasında qeyd olunan "X31”nun X32 olması faktlarının müəyyən olunması” xahişini təmin etmədiyi zaman haqlı olmuşdur. Belə ki, ərizəçinin təqdim etdiyi sübutlar və işin müəyyən olunan halları ilə Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli N-217/a-x saylı arxiv arayışında qeyd olunan xx.xx.1892-ci il təvəllüdlü “X21”nun və Lenin rayonu VVADQ bürosu (hazırda Sabunçu rayonu Qeydiyyat şöbəsi) tərəfindən verilmiş AZ№023753 nömrəli “Evlənmək haqqında şəhadətnamə”də qeyd olunan “X9”nun ərizəçinin atası X10 olması, eləcə də Bakı şəhər İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı 143600 nömrəli qeydiyyat vəsiqəsində “X3”nun adına qeyd olunmuş 2/6 hissənin ərizəçinin babası X22 məxsus olması və Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli N-217/a-x saylı arxiv arayışında “atası” qrafasında qeyd olunan "X31”nun X32 olması təsdiq edilsə də, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarındakı hüquqi mövqelərə görə, həmin halların Mülki Prosessual Məcəllənin 31-ci Fəslinin müddəalarına uyğun olaraq müəyyən edilməsi yolverilməzdir. Çünkü həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. ...Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. İşin hallarından göründüyü kimi, ərizəçi atasına və babasına aid vətəndaşlıq vəziyyəti aktlarında, həmçinin mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsində yol verilən səhvlərin düzəldilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməmiş, beləliklə də hüquqi əhəmiyyətli faktların müəyyən olunması ilə bağlı qanunvericiliyin əsas şərtlərindən biri olan “həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü” təsdiq edilməmişdir. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2889/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixliqətnaməsi ərizəçinin “babası X19 1926-cı ildə, nənəsi X30 xx.xx.1945-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən olunması” xahişinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Ərizə həmin hissələrdə təmin edilsin. Ərizəçi babası X19 1926-cı ildə, nənəsi X30 xx.xx.1945-ci ildə Bakı şəhərində ölmələri faktı müəyyən olunsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7939/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7939/2020
12.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver