Məhkəmə qərarları › İş №2(103)-794/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-794/2022

21.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-794/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "fəaliyyətinə törədilən maneçiliyin aradan qaldırılması" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun Azərbaycan Xalq X3 Təftiş Komissiyasının sədri vəzifəsinin icra etməyinə maneçilik törətməsinin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 1988-ci ildən Azərbaycan Xalq Hərəkatında, 1995- ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında (bundan sonra AXCP) fəaliyyət göstərir. 1993-cü ildə Cəbrayıl rayonu erməni qəsbkarları tərəfindən işğal olunduqdan sonra Bakıya köçmüşlər. Həmin vaxtdan məcburi köçkün kimi qeyd olunan ünvanda ailəsi ilə yaşayır. AXCP-nin ən fəal üzvlərindən biri olaraq partiyada müxtəlif rəhbər vəzifələrdə - AXCP Cəbrayıl rayon şöbəsində Məcilisin katibi, rayon şöbəsi sədrinin müavini, rayon şöbəsinin sədri olmuşdur. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət-Təftiş Komissiyasına (bundan sonra NTK) üzv sonra isə sədr seçilmişdir. Sonradan bilmişdir ki, onun kimi obyektiv, prinsipal bir adamın bu vəzifəyə seçilməsi Cavabdeh ürəyincə olmayıb. Partiyaya daxil olan ianələr və sair pulları ancaq öz nəzarətində saxlayan, özünün, ailəsinin, xaricdə yaşayan oğlunun ərəb şeyxlərinin övladı kimi yaşamasına sərf edən Cavabdeh onun kimi düzgün, əqidəli adam qane etməyib. Otuz illik siyasi fəaliyyətdən sonra başa düşmüşdür ki, o və onun kimi yüzlərlə cəbhəçi Cavabdeh tərəfindən aldadılmışlar. O, onların hər birindən öz şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə apardığını desə də əslində partiyada çox sərt diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb. Cavabdeh bir siyasi dələduz olaraq onları, xalqı illərdir ki, aldadır. Bu gün də gəncləri aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir. Bir çoxları Cavabdeh antidemokratik, qanunsuz, partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdardır. Lakin onu dilə gətirməkdən çəkinirlər. Cavabdeh və onun əlaltıları onu da öz çirkin oyunlarının qurbanına çevirib, ləkələyib partiyadan, siyasi mübarizədən uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Partiya yoldaşları və xalq Cavabdeh iç üzünü tanımalıdır. Onun xalqa qarşı hansı xəyanətlərə yol verdiyindən xəbərdar olmalıdırlar. Cavabdeh elə ilk gündən onun NTK sədri seçilməyinə hər vəchlə mane olmaq istəyib. Lakin, sonda NTK-nın üzvlərinin səs çoxluğu ilə sədr seçilmişdir. Bu da onun xoşuna gəlməyib. Nəzarət-Təftiş Komissiyasına sədr seçildiyi gündən Cavabdeh onun partiyanın stukturlarında öz üzərinə düşən vəzifə səlahiyyətlərini həyata keçirməyə, habelə normal fəaliyyətinə imkan verməyib. Hesab edir ki, o bunu bilərək edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiya yoldaşlarının əksəriyyəti onu sözü düz deyən, haqqı nahaqqa verməyən, obyektiv və ədalətli insan kimi tanıyırlar. AXCP Neftçala rayon şöbəsinin sədr müavini X4 tərəfindən onun partiyadan qeyri-qanuni çıxarılması barədə 05 noyabr 2017-ci il tarixli ərizəsi daxil olmuşdu. Cavabdeh NTK-nın əsasnaməsinin İİİ.4, İİİ.5 və İİİ.6 bəndlərinin tələbini pozaraq həmin ərizənin araşdırılmasını NTK-nın üzvü olan Təzəxan Mirələmliyə həvalə etmişdi. Təzəxan Mirələmlidən həmin ərizə barədə soruşduqda bildirmişdir ki, o, araşdırıb Əli bəyə məlumat verəcək. O, ona bildirmişdir ki, bu ərizəni onlar araşdırmalıdırlar və nəticəsi barədə partiyanın aidiyyətı strukturlarına öz rəylərini bildirməlidirlər. O, demişdir ki, bu barədə Əli bəyə məlumat verəcək. Lakin sonradan bildiyinə görə o heç bir araşdırma aparmayıb. Həmin adamın ərizəsi baxılmamış qalıb. NTK-ya da bu barədə heç bir məlumat verilməmişdir. Həmin əsasnamənin 111.4-cü bəndində qeyd olunur ki, MTK-ya daxil olan məktublar, məlumatlar, şikayət və ərizələr AXCP-nin ümumi şöbəsində qeydiyyatdan keçdikdən sonra qəbul edilir və bir aydan gec olmayaraq komissiyanın iclasında baxılıb müvafiq rəy və təqdimat verilir. NTK-ya daxil olan ərizə və şikayətlər barəsində bir qayda olaraq AXCP-nin müvafiq rayon (şəhər) şöbəsi NTK-nın rəyindən sonra yekun rəy və təqdimat çıxarılır. 111.5-ci bəndinə əsasən AXCP üzvlərinin və seçkili orqanlarının fəaliyyətində aşkara çıxarılan Nizamnaməyə və məramnaməyə zidd hərəkətlər, aparılan yoxlama və təftişin nəticələri komissiyanın iclaslarında müzakirə edilərək müvafiq rəy və təqdimat qəbul edilir və baxılmaq üçün uyğun orqanlara göndərilir. 111.6-ci bəndinə əsasən NTK-nın təqdimat və rəyləri aid orqanlarda bir ay müddətində baxılmalı və qəbul edilmiş qərarlar haqqında NTK-ya məlumat verilməlidir. Əlavə olaraq bildirmək istəyir ki, Milli Şuranın üzvü İbrahim İbrahimli 26 sentyabr 2019-cu il tarixdə öz “facebook” səhifəsində “AXCP tərəfindən gözəl təşəbbüs” adlı paylaşım edib. Həmin paylaşımda o, bilmişdir ki, sosial şəbəkələrdə etik davranış problemi ilə bağlı cəbhəçilərdən olan şikayətlərin araşdırılması AXCP NTK-nın nümayəndəsi Murad Sultanova həvalə olunub. Halbuki, NTKnın sədri kimi nə onun, nə də digər üzvlərin bu təşəbbüsdən xəbərləri olmayıb. Sonradan bilmişdir ki, bu Cavabdeh təşəbbüsüdür. Habelə Cavabdeh göstərişi ilə NTK-ya aid olan bütün məsələlər Murad Sultanova həvalə olunub. Bu da Cavabdeh tərəfindən AXCP NTK haqqında əsasnaməsinin qeyd olunan bəndlərinin kobud pozulmasıdır. AXCP Nizamnaməsinin Vİ.13.1-ci bəndində qeyd olunub ki, Nəzarət-Təftiş Komissiyası AXCP Qurultayında iki il müddətinə seçilir. AXCP Nizamnaməsinin Vİ.13.3-cü. bəndində qeyd olunub ki, Nəzarət-Təftiş Komissiyasının fəaliyyəti “AXCP Nəzarət-Təftiş Komissiyası haqqında” Əsasnamə ilə tənzimlənir. AXCP Nəzarət-Təftiş Komissiyası haqqında əsasnamənin İİ bəndində NTK-nın işinin əsas məzmunu qeyd olunub. İİ.1. AXCP sədrinin, seçkili orqanlarının və AXCP üzvlərinin fəaliyyətinin Nizamnaməyə, Məramnaməyə və qəbul edilmiş Əsasnamələrə uyğun olmasına, AXCP Qurultayı, Ali Məclis və onun Rəyasət Heyətinin qərarlarının, AXCP sədrinin sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. İİ.2. AXCP-nin Respublika, MR və rayon (şəhər) şöbəsi orqanlarında büdcənin İcrasının o cümlədən maliyyə vəsaitlərinin, üzvlük haqlarının toplanmasının, mühasibat işlərinin aparılmasının düzgünlüyünü, habelə partiya əmakı və onun qorunması vəziyyətini təftiş edir. İİ.3. AXCP-nin Respublika, MR və rayon (şəhər) şöbəsi orqanlarından, partiya üzvlərindən daxil olan məlumat, ərizə və şikayətlərə baxır. İİ.4. AXCP-nin Respublika, MR və rayon (şəhər) şöbəsi Nəzarət-Təftiş Komissiyalarına öz işini təşkil etmək üçün metodiki yardım göstərir, məsləhət verir. NTK üzvlərinin hazırlığının artırılması üçün vaxtaşırı müşavirələr keçirir. İİ.5. AXCP-nin büdcəsi, smetası, maliyyə - mühasibat hesabatlarının təsdiqi zamanı onlara rəy verir. Bir daha qeyd edir ki, AXCP-nin sədri Cavabdeh onun AXCP NTK-nın sədri kimi fəaliyyətinə bilərəkdən maneələr törədir. Bunu ona görə edir ki, AXCP-nin sözdə demokratik, əməldə isə diktatura üsulu ilə idarə etməsindən və maliyyə mənbəyinin şəffaf hesabatlığı olmamasından heç kimin xəbəri olmasın.

3. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək NTK-nın sədri kimi AXCP strukturlarında fəaliyyət göstərməyi üçün AXCP sədr Cavabdeh tərəfindən maneçiliyin aradan qaldırılması, Cavabdeh, İradə Nərimanın (İradə Əliyeva), Saqif Qurbanovun, Məhəmməd Məcidlinin və ona qarşı saxtakarlıq etmiş şəxslərin barəsində müvafiq orqanların qanuni tədbirlər görməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh Əmirhüseyin oğluna qarşı 27 sentyabr 2015-ci il tarixdə AXCP Qurultayında Nəzarət-Təftiş Komissiyasının (NTK) üzvü seçilmişdir. AXCP NTK haqqında əsasnamənin 4-cü maddəsinin 5-ci bəndinə əsasən gizli səsvermə ilə NTK üzvləri tərəfindən səs çoxluğu ilə NTK-nın sədri seçilmişdir. O, NTK-nın sədri seçildikdən sonra Partiyanın sədri Cavabdeh partiyanın fəaliyyətində vəzifə səlahiyyətlərini həyata keçirməyə imkan verməyib. O, bunu bilərəkdən edib, onu NTK-nın sədri kimi fəaliyyət göstərməyini istəməmişdir. AXCP NTK haqqında əsasnamənin 3-cü maddəsinin 4-cü bəndinə əsasən NTK-ya daxil olan məktublar, məlumatlar, şikayət və ərizələr AXCP-nin Ümumi şöbəsində qeydiyyatdan keçdikdən sonra qəbul edilir və bir aydan gec olmayaraq komissiyanın iclasında baxılıb müvafiq rəy və təqdimat verilir. AXCP Nefçala rayon şöbəsinin Sədr müavini X5 tərəfindən onun partiyadan qeyri-qanuni çıxarılması barədə 05 noyabr 2017-ci il tarixli ərizəsi daxil olmuşdur. Cavabdeh AXCP NTK haqında əsasnamənin İİİ.4-cü; İİİ.5-ci və İİİ.6-cı bəndlərinin tələbini pozaraq, həmin ərizənin araşdırılmasını NTK-nın üzvü olan Təzəxan Mirələmliyə həvalə etmişdir. T.Mirələmli onunla görüşüb bu barədə fikirini bilmək istəmişdir. O, ona bildirmişdir ki, bu ərizəni onlar NTK-nın komissiya iclasında müzakirə edib, araşdırmalı və nəticəsi barədə partiyanın aidiyyəti strukturuna komissiyanın rəyini bildirməlidirlər. O, isə demişdir ki, “sən fikrini bildir, mən bu barədə Cavabdeh məlumat verəcəm”. Lakin sonradan bildiyinə görə o, heç bir araşdırma aparmayıb, həmin adamın ərizəsi baxılmamış qalmışdır. NTK-ya bu barədə heç bir məlumat verilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, Milli Şuranın üzvü İbrahim İbrahimli 26 sentyabr 2019-cu il tarixdə öz facebook səhifəsində “AXCP tərəfindən gözəl təşəbbüs” adlı paylaşım edib. Həmin paylaşmada o, bilmişdir ki, sosial şəbəkələrdə etik davranış problemi ilə bağlı cəbhəçilərdən olan şikayətlərin araşdırılması AXCP NTK- nın nümayəndəsi Murad Sultanova həvalə olunur, halbuki, NTK-nın sədri kimi nə onun, nə də digər üzvlərin bu təşəbbüsdən xəbəri olmayıb. Sonradan bilmişlər ki, bu Cavabdeh təşəbbüsüdür. Həmçinin digər NTK-ya aid məsələlər Cavabdeh göstərişi ilə Murad Sultanova həvalə olunmuşdur. Bu da AXCP NTK haqqında Əsasnamənin tələblərinin kobud şəkildə pozulması deməkdir. Məhkəmə araşdırılması olduğu dövrdə iclasda iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 09.01.2020-ci il tarixdə AXCP X25 Heyyətinin ümumi yığıncağının protokolundan çıxarışı təqdim etmişdir. Həmin çxarışda yazılmışdır ki, guya o, 10 iyun 2019-cu il tarixdən partiyaya üzvlükdən və NTK-nın sədri vəzifəsindən azad olunmuşdur. Partiya sıralarından xaric edildiyinə görə belə bir iddia tələbi ilə müraciət etməyi əsassızdır. 21.09.2020-ci il tarixdə Axar.az saytında Cavabdeh AXCP X25 heyətinin üzvü İradə Nərimanın (İradə Əliyeva) whatsapp proqramı vasitəsi ilə sonuncuya atdığı səs yazıları və İradə Nərimanın (İradə Əliyeva) ona yazdığı yazılar yayımlanmışdır. Həmin səs yazılarından görünür ki, Cavabdeh İradə Nərimana səs ataraq, göstəriş verir ki, o ona qarşı Nəsimi rayon məhkəməsində iddia qaldırdığına görə onun köhnə tarixə AXCP-nin üzvlüyündən çıxarılmağı barədə AXCP Ali Məclisin X17 yığıncağının protokolundan çıxarış hazırlamağı barədə göstəriş verir. Bundan sonra İradə Nəriman (İradə Əliyeva) ona köhnə tarixə protokol hazırlayacağını yazır. Lakin məzmununu bilmədiyini deyir. Bundan sonra Cavabdeh bu barədə partiya üzvləri Məhəmməd Məcidli və Saqif Qurbanovla məsləhətləşməyi və danışdıqları gün üçün protokoldan çıxarışı hazır etməsini, iclasın katibinin İradə Nəriman (İradə Əliyeva) özü olmasını, bir gün sonra həmin sənədləri vəkili Vəkil1 məhkəməyə təqdim etməsini tələb etmişdir. AXCP Ali Məclisinin sədri Nürəddin Məmmədli isə yığıncağın sədri olmasını bildirmişdir. Bundan sonra həmin protokoldan çıxarışı İradə Nəriman (İrada Əliyeva) tərtib edərək Cavabdeh göndərir. Həmin iclasda adları AXCP X27 Heyətinin üzvi kimi yazılan mərhumə Gözəl Bayramlı və Solmaz Hüseynova iclasda iştirak etməmişlər (bu barədə rəsmi sənədlər vardır). Səs yazısından göründüyü kimi Cavabdeh AXCP-nin sədri kimi vəzifəsindən sui-istifadə edərək, onun partiyadan çxarılmağı barədə köhnə tarixə İradə Nəriman (İradə Əliyeva) saxta AXCP Ali Məclisin X17 yığıncağının protokolundan çıxarış hazırlamağı tapşırmışdır. Bu məsələ ilə bağlı detalları partiyanın digər üzvləri Məhəmməd Məcidli və Saqif Qurbanovla məsləhətləşməyi göstəriş verir. İradə Nəriman (İradə Əliyeva) isə qanunsuz göstərişləri icra edərək, onun partiya üzvü və NTK-nın sədr vəzifəsindən xaric olunmağı barədə AXCP Ali Məclisin X17 yığıncağın protokolundan çıxarış hazırlayaraq cinayət əməlinə yol vermişdir. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunun 12-1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına digər hüquqi aktlara və öz nizamnaməsinə riayət etmək hər bir siyasi partiyanın vəzifəsinə aiddir. Qeyd olunanlara əsasən Cavabdeh nümayəndəsi və vəkili hazırkı mülki iş üzrə Cavabdehlik daşımalı olmadığı, bu məsələlərin ona heç bir aidiyyətinin olmaması barədə gətirdiyi dəlillər əsaslı hesab oluna bilməz. Nəsimi rayon məhkəməsinin icraatında olan İddiaçı, cavabdehlər AXCP və Cavabdeh Əmirhüseyin oğluna qarşı ümumi yığıncağının, qərarının ləğv edilməsi və s. tələbinə dair 2(006)2187/2020 saylı mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək, həmin məhkəmə icraatında olan iddaçı İddiaçı Cavabdeh Əmirhüseyin oğluna qarşı “fəliyyətinə maneçiliyin aradan qaldırılması” tələbinə dair 2(006) 1212/2020 saylı 18.02.2020-ci il tarixli mülki iş üzrə icraatı dayandırılmışdır. Bakı şəhər Nəsimi Rayonu Məhkəməsinin 09 iyun 2020-ci il tarixdə 2(006)- 2187/2020 nömrəli qətnaməsi ilə tələbi təmin edilərək, AXCP X24 heyyəti ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddaçı İddiaçı AXCP üzlüyünə və AXCP NTK-nın sədr vəzifəsinə bərpa olunması qət olunmuşdur. Qətnamədə cavabdehlər Cavabdeh Əmirhüseyin oğlu və AXCP apelyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2187/2020 saylı iş üzrə 09.06.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Əmirhüseyin oğlunun apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)2187/20 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Yenə də cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, ancaq məhkəmə qətnaməsindən kasassiya şikayəti verərək öz işini bitirmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər AXCP və Cavabdeh Əmirhüseyin oğlu birgə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Lakin öz verdikləri kassasiya şikayətini müdafiə etmək üçün məhkəmə prosesində iştirak etməmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6539/2020 saylı mülki iş üzrə 11.02.2021-ci il tarixli qərarlar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(103)-6539/20 saylı qətnaməsindən iş üzrə Cavabdeh Əmirhüseyin oğlunun vəkili Vəkil1 kasasiya şikayəti göndərilməsi barədə vəsatəti təmin olunmamış, qərar çıxarıldığı andan qüvvəyə minmişdir. Nəsimi Rayon İcra şöbəsinin böyük icra məmuru X11 27.01.2021- ci il tarixdə daxil olmuş Nəsimi rayon Məhkəməsinin 2(006)-2187/2020-017 nömrəli tarixli icra sənədlərini nəzərdən keçirərək (icraata başlama haqqında) qərar qəbul etmişdir. Lakin cavabdeh tərəf qərarı yerinə yetirməmiş ona görə Nəsimi rayon icra şöbəsi 25.02.2020-ci il tarixdə (məcburi gətirilmə haqqında) qərar qəbul etmişdir. Bundan sonra AXCP X25 heyəti 04.03.2021-ci il tarixdə Nəsimi rayon icra şöbəsinə AXCP Ali Məclisi X17 yığıncağının protokolundan çıxarışını təqdim etmişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin İddiaçı AXCP üzvlüyünə və AXCP NTK sədrliyinə bərpa olunmasına dair qərarı icra olunsun deyə, o, NTK-nın sədri kimi vəzifə səlahiyyətlərinə başlamaq məqsədi ilə NTK iclasını çağırmaq istəmişdir. 30 mart 2021-ci il tarixdə AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Rəyasət Heyətinin üzvü Solmaz Hüseynova, Rəyasət heyətinin üzvü AXCP Təşkilat şöbəsinin müdiri Saqif Qurbanov, NTK Üzvləri - Murad Sultanov, Təzəxan Mirələmli və Sevda Talıblı ilə telefon ilə əlaqə saxlamışdır. Sonradan NTK üzvləri Murad Sultanov, Təzəxan Mirələmli, Sevda Talıblı və Seyid Mirfeyzulla ilə whatsapp əlaqəsi yaratmışdır. Onlar bu və digər şəkildə NTK-nın iclasında iştirak etməkdən imtina etmişlər. Bu barədə 31 mart 2021-ci il tarixdə Partiyanın sədri Cavabdeh rəsmən müraciət etmiş, Partiya Nizamnaməsinin Vİ.10.2-ci maddəsində göstərildiyi kimi AXCP sədri AXCPnin fəaliyyətinə rəhbərlik edir, AXCP-nin Fəaliyyəti ücün məsuliyyət daşıyır. Nizamnaməyə uyğun olaraq NTK-nin partiya strukturlarında fəaliyyət göstərməsinə şərait yaradılmasını xahiş etmişdir. Lakin indiyə kimi heç bir cavab almamışdır. Yuxarıda yazdıqlarından nəticə çxararaq, onun NTK-nın sədri kimi fəaliyyət göstərməyinə partiyanın sədri Cavabdeh maneçilik törədərək birbaşa rəhbərlik etmişdir. Birincisi, AXCP Nizamnaməsinin və Məramnaməsinin Vİ. 10.2-ci maddəsini, AXCP NTK haqqında əsasnamənin İİİ.4, İİİ.5, İİİ.6cı bəndlərini pozmuş, AXCP sədri kimi vəzifə səlahiyyətlərindən istifadə edərək partiyada NTK nın sədri kimi fəaliyyətinə imkan verməmişdir. İkincisi, 21.09.2020-ci il tarixdə “axar.az” saytında Cavabdeh saxtakarlığını əks etdirən səs yazısı audio, onun partiyada nəinki fəaliyyət göstərməyinə, saxta yollarla uzaqlaşdırmasına göstəriş və təlimatlar verir. Üçüncüsü, Keçirilən məhkəmə proseslərində Cavabdeh Əmirhüseyin oğlunun və AXCP-nin nümayəndəsi konkret olaraq 2(006)-1222/20 saylı mülki işdə 09.01.2020-ci il tarixli iclasda iştirak etmiş 10.06.2019-cu il tarixdə AXCP Ali Məclisi X17 yığıncağının protokolundan çıxarışı məhkəməyə təqdim etmişdir. Ondan sonra məhkəmə prosesində iştirak etməmişdir. Sadəcə məhkəmə qətnaməsindən kassasiya şikayəti etməklə kifayətlənmişdir. 2(006)- 2187/20 saylı mülki iş üzrə Cavabdeh vəkili kimi Bəhruz Bayramov iki dəfə prosesdə iştrak etmişdir. AXCP-nin nümayəndəsi kimi isə heç kim iştirak etməmişdir. Bunu AXCP-nin möhrünün olmaması ilə əlaqələndirmişlər. Lakin 04.03.2021-ci il tarixli AXCP X18 heyətinin ümumi yığıncağının protokolundan çıxarış isə, möhürlə təsdiqlənmiş şəkildə Nəsimi rayon məhkəməsinin icra şöbəsinə təqdim edilmişdir. Dördüncüsü, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli və AXCP-nin X19 Heyətinin üzvünə audio səs yazısından göründüyü kimi onun AXCP-də fəaliyyət göstərməməyi üçün onların danışıqlarında açıq şəkildə görünür. Bunun Cavabdeh göstərişi ilə olduğu bir daha öz təsdiqini tapır. NTK üzvləri Murad Sultanov, Təzəxan Mirələmli, Sevda Talıblı və Seyid Mirfeyzulla ilə 30 mart 2021-ci il tarixdə iclas keçirilməsi barədə razılığa gəlməsinə baxmayaraq sonradan Murad Sultanov, Təzəxan Mirələmli və Sevda Talıblı imtina etmişlər. (Bu barədə whatsapp yazışması vardır). Beşincisi, 31 mart 2021-ci il tarixdə Partiyanın sədri Cavabdeh bu barədə rəsmən müraciət etmişdir, Partiya sədri kimi Nizamnaməyə uyğun olaraq NTK-nın Partiya strukturlarında fəaliyyət göstərməsi üçün şərait yaratmasını xahiş etmişdir. Lakin heç bir cavab almamışdır.

5. İddiaçı yenidən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iddia ərizəsi əsasında baxılan mülki iş üzrə onun Azərbaycan Respublikası Xalq X3-Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərməyinə Cavabdeh tərəfindən olan maneçiliyin aradan qaldırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərməsinə Cavabdeh tərəfindən törədilən maneçiliyin aradan qaldırılması, 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva).

7. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş, həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırlmalıdır. Məhkəmə iş üzrə baxışının prinsipinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmalıdır. Məhkəmə qətnamə qəbul edərkən Mülki-Prosessual Məcəlləsinin göstərilən maddələrinin tələblərini pozmuşdur. Qətnamə yalnız İddiaçı ifadəsinə əsaslanır. İşin obyektiv qiymətləndirlməsinə xidmət edən hallar, o cümlədən iş üzrə mühüm əhmiyyət kəsb edən şəxslərin - AXCP Nəzarət-Təftiş Komissiyasının üzvlərinin iddia ərizəsinə münasibətləri aydınlaşdırlmamışdır. Eləcə də AXCP Ali Məclsinin üzvlərindən, AXCP X22 Heyətinin üzvlərindən heç kim məhkəməyə dəvət edilib iddia ərizəsi üzrə münasibətləri aydınlaşdırlmamış, şahid kimi ifadələri dinlənilməmişdir. İddiaçının AXCP NTK-nin sədri kimi fəaliyyət göstərməsinə AXCP Sədri Cavabdeh tərəfindən törədilən maneəçiliyin nədən ibarət olması məlum deyildir, iddia ərizəsindəki bu maneəçilik faktlara deyil, İddiaçı cavabdehə qərəzli münasibətini ifadə edən ümumi ifadələrə əsaslanır. Məhkəmə də bu ümumi ifadələri qətnaməyə köçürməklə kifayətlənmişdir. İddiaçı 27 sentyabr 2015-ci ildə AXCP X7 Komissiyasının sədri seçilmişdir. Keçən bu müddət ərzində Nəzarət - Təftiş Komissiyasının sədri kimi iddiaçıya cavabdehin maneçiliyi nədən ibarət olmuşdur? Bu məlum deyil, əgər belə bir maneəçilik olmuşdursa, niyə iddiaçı bu müddət ərzində bir dəfə də olsun AXCP Ali Məclisinə, AXCP X19 Heyətinə müraciət etməmişdir. Məhkəmə iclasında səsləndirlən bu suallara iddiaçı cavab verə bilməmişdir. AXCP Nizamnaməsinin 5-Cİ maddəsinə əsasən qurultaylararası müddətdə AXCP Ali orqanı Ali Məclisdir. X23 müstəsna səlahiyyətinə aid olan məsələlərdən başqa AXCP fəaliyyəti ilə bağlı bütün məsələləri müzakirə və həll edir. AXCP Nizamnaməsinə əsasən AXCP X19 X26 sessiyaları arası dövründə partiyanın rəhbər orqanlarıdır və Nizamnamənin 6.9.1 və 6.9.7-ci maddələrində nəzarət tutulanlar istisna olmaqla Ali Məclisin bütün səlahiyyətlərini həyata keçirir. İddiaçının Nəzarət Təftiş Komisiyasının Sədri kimi fəaliyyətinə cavabdeh tərəfindən maneçilik törədilməsi barədə AXCP Ali Məclsinə, AXCP Rəyasət Heyətinin hər hansı müraciət daxil olmamasıdır. Bundan başqa, AXCP Nəzarət Təftiş Komissiyasının üzvlərindən də bu müddət ərzində AXCP Ali Məclisinə, AXCP Rəyasət Heyətinə belə bir müraciət daxil olmamışdır. AXCP X13 kollegiyal orqandır. Qərarlar səsvermə yolu ilə qəbul olunur. İddiaçının Nəzarət Təftiş Komisiyasının sədri kimi fəaliyyətinə cavabdehin maneçilik göstərməsi iddiası tamamilə əsassızdır. İddiaçı Nəzarət Təftiş Komissiyasının sədri kimi özünü bütövlükdə X8 və AXCP yə qarşı qoyur, partiyanın üzvlərinə qarşı sosial şəbəkələrdə çıxışlar edir və beləliklə normal ünsiyyət yarada bilmədiyindən legitimliyini itirmişdir. İddiaçı AXCP və X12 üzvləri ilə normal ünsiyyət yaratmağla səy göstərməlidir. İddiaçının AXCP üzvlərinə qərəzli münasibəti iddia ərizələrinin məzmununda, üslubunda da özünü göstərir. 27 noyabr 2019-cu il tarixidə onun Nəzarət - Təftiş Komisyasının sədri kimi fəaliyyətinə maneələrin aradan qaldırlması iddia ərizəsinə 28 aprel 2021-ci il tarixdə dəqiqləçdrimə təqdim etmiş və dəqiqləşdirmədə o, AXCP üzvləri barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bu da iddiaçının qərəzli münasibətinin ifadəsidir. Məhkəmə iddia tələbini obyektiv araşdrımadan, yalnız iddiaçının mülahizələrini əsas götürməklə qətnamə qəbul etmişdir. Tərəflərin izahatları:

9. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.

10. Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

12. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Xalq Cəbhəsi Partiyası (bundan sonra – AXCP) Neftçala Rayon Şöbəsinin Təşkilati Məsələlər üzrə sədr müavini X10 tərəfindən AXCP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (bundan sonra - NTK) sədri İddiaçı (surəti: AXCP sədri Əli bəy Kərimliyə) ünvanlanmış 05.11.2017-ci il tarixli ərizədən görünür ki, X10 məclisə çağırılmadan AXCP Neftçala Rayon Şöbəsi məclisinin qərarı ilə partiya sıralarından çıxarılmağı məsələsinə obyektiv baxılmasını xahiş etmişdir.

13. Kamil Mehtizadənin sədrliyi, Allahşükür Əlizadənin katibliyi və şöbənin nəzarəttəftiş komissiyasının üzvü Yadigarın iştirakı ilə keçirilmiş AXCP Neftçala Rayon Şöbəsi məclis yığıncağının 21.10.2017-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X4 yol verdiyi nöqsanlara görə AXCP sıralarından xaric edilmişdir.

14. İbrahim İbrahimli 26 sentyabrda “Facebook” sosial şəbəkəsində paylaşım edərək qeyd etmişdir ki, cəbhəçilərin etik davranış qaydalarını pozması ilə bağlı şikayətlərin araşdırılmasına AXCP-nin rəsmi nəzarət-təftiş orqanının nümayəndəsi Murad Sultanov birbaşa məsul şəxsdir.

15. Nurəddin Məmmədlinin sədrliyi, İradə Əliyevanın katibliyi ilə keçirilmiş AXCP X19 Heyətinin (RH) ümumi yığıncağının 10.06.2019-cu il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı partiyanın səlahiyyətli orqanlarının qərarları olmasına baxmayaraq, bu qərarlara bilərək və istəyərək əməl etməməklə AXCP Nizamnaməsinin İİİ.7 maddəsinin tələblərini pozduğu üçün, AXCP Nizamnaməsinin İİİ.9 maddəsinə əsasən, AXCP Nizamnaməsinin İİİ.10 maddəsində göstərilən “uyğun seçkili orqan” olan AXCP Ali Məclisinin, məclislərarası dövrdə səlahiyyətlərini icra edən seçkili orqan olan Rəyasət Heyətinin qərarı ilə partiya sıralarından xaric edilmişdir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək Azərbaycan Xalq Cəbhəsi X14 X17 Yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv olunmuş, İddiaçı AXCP üzvlüyünə və AXCP Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunmuşdur.

17. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)- 2187/2020 saylı xüsusi qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Xalq Cəbhəsi Partiyasına və Cavabdeh qarşı "ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılarkən müəyyən olunmuş cinayətin əlamətlərinə dəlalət edən faktların araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokuroruna xəbər verilmişdir.

18. Qeyd olunan qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi 11.09.2020-ci il tarixli, 2(103)-6539/2020 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6539/2020 saylı, 23.11.2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(103)-6539/2020 saylı qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh və Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən birgə verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Belə ki, kassasiya şikayəti Vəkil1 tərəfindən imzalansa da, şikayəti imzalayan vəkilin nə Cavabdeh, nə də cavabdeh Azərbaycan Xalq Cəbhəsi Partiyasının adından səlahiyyətini təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan qərardaddan kassasiya şikayəti verilməmişdir. S

20. onradan Cavabdeh vəkili Vəkil1 məhkəməyə vəsatətlə müraciət edərək qeyd olunan kassasiya şikayətinin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini xahiş etmiş və vəsatətə Bakı şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş AR-İİ № 109625 saylı 13 avqust 2020- ci il tarixli etibarnamə əlavə etmişdir.

21. Vəsatətə əlavə edilmiş AR-İİ № 109625 saylı 13 avqust 2020-ci il tarixli etibarnamə ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş, eləcə də həmin Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan istifadə edilməsi ilə bağlı, həmçinin şəxsin adından telefon (mobil), digər rabitə və elektron poçt ünvanları vasitəsilə üçüncü şəxslərlə əlaqə saxlaması mahiyyətini etibar etmişdir.

22. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6539/2020 saylı, 11.02.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi 11.09.2020-ci il tarixli, 2(103)-6539/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh vəkili Vəkil1 kassasiya şikayətinin göndərilməsi barədə vəsatətinin təmin olunmaması qərara alınmışdır.

23. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. 2(006)-2187/2020 saylı, 09.06.2020-ci il tarixli icra sənədindən görünür ki, 01.12.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı qətnaməsi icra edilməsi üçün 27.01.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmişdir.

24. Cavabdeh ünvanlanmış 10.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ondan icra sənədinin könüllü təmin edilməsi xahiş olunmuş, əks halda barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı haqqında xəbərdar edilmişdir.

25. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin 25.02.2021-ci il tarixli qərar və məlumatından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2187/2020 saylı, 09.06.2020-ci il tarixli icra sənədi üzrə Cavabdeh məcburi qaydada Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə gətirilməsi haqqında şöbənin böyük icra məmuru Azər Heydərov tərəfindən qərara qəbul edilmiş və qərarın surəti məlumat üçün Cavabdeh göndərilmişdir.

26. “Online” qaydada Nurəddin Məmmədlinin sədrliyi, Bəxtiyar İmanovun katibliyi ilə keçirilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) X19 Heyətinin (RH) ümumi yığıncağının 04.03.2021-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, AXCP X25 Heyətinin İddiaçı AXCP üzvlüyündən və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrliyindən xaric olunmasına dair 10.06.2019-cu il tarixli qərarı ləğv olunmuş, o, partiya üzvlüyünə və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrliyinə bərpa olunmuşdur.

27. Tələbkar İddiaçı iştirakı ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən tərtib edilmiş 16.03.2021-ci il tarixli aktdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2187/2020 saylı, 09.06.2020-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Xalq Cəbhəsi X9 X17 yığıncağının 10.06.2019-cu il tarixli qərarı ləğv olunmalı, İddiaçı AXCP üzvlüyünə və AXCP Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunmalıdır. AXCP X19 Heyətinin 04.03.2021-ci il tarixli protokolundan çıxarışa əsasən icra sənədi icra olunmuşdur. Protokoldan çıxarış tərəfindən tələbkar İddiaçı təqdim olunmuşdur, lakin partiyanın inzibati binası olmadığı üçün tələbkarın məlumatına əsasən vəzifəsinin icrasına AXCP Nəzarət-Təftiş Komissiyasının üzvlərinə məlumat verilməklə hərhansı bir məkanda toplandığı zaman başlayacaqdır.

28. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən qəbul edilmiş 16.03.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2187/2020 saylı, 09.06.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir.

29. İddiaçı AXCP sədri Cavabdeh ünvanlanmış 31.03.2021-ci il tarixli müraciətindən görünür ki, İddiaçı NTK-nın fəaliyyət göstərməsi üçün Cavabdeh şərait yaradılmasını xahiş etmişdir.

30. İddiaçı “Whatsapp” proqramı vasitəsilə NTK-nın üzvləri ilə yazışmalarından görünür ki, NTK-nın üzvləri müxtəlif bəhanələr gətirərək iclasda iştirak etməkdən yayınmışlar.

31. AXCP Nəzarət-Təftiş Komissiyası haqqında əsasnamədən görünür ki, NTK-nın iclasları həftədə bir dəfə keçirilir. Növbədənkənar iclaslar NTK sədrinin, komissiya üzvlərinin üçdə birinin, AXCP sədrinin, AXCP Ali Məclisi və onun Rəyasət Heyətinin təşəbbüsü ilə NTK sədri tərəfindən çağırılır. Komissiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətlidir. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

32. Azərbaycan Xalq Cəbhəsi Partiyasının 01.09.1995-ci il tarixli Nizamnaməsinin Vİ.13.2-ci bəndinə əsasən Nəzarət-Təftiş Komissiyası partiya üzvlərinin və seçkili orqanlarının fəaliyyətinin Nizamnaməyə və Məramnaməyə uyğun olmasına, maliyyə vəsaitlərindən düzgün istifadə olunmasına nəzarət edir, yoxlamalar aparır, aid orqanlara təqdimat və rəylər verir. Həmin təqdimat və rəylər aid orqanlarda bir ay müddətində baxılmalı və qəbul edilmiş qərarlar haqqında NTK-ya məlumat verilməlidir.

33. AXCP Nəzarət-Təftiş Komissiyası haqqında Əsasnamənin İİ bəndinə əsasən NTKnın işinin əsas məzmunu aşağıdakılardan ibarətdir:

34. İİ.1-ci bəndində əsasən AXCP sədrinin, seçkili orqanlarının və AXCP üzvlərinin fəaliyyətinin Nizamnaməyə, Məramnaməyə və qəbul edilmiş Əsasnamələrə uyğun olmasına, AXCP Qurultayı, Ali Məclis və onun Rəyasət Heyətinin qərarlarının, AXCP sədrinin sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir.

35. İİ.2-ci bəndinə əsasən AXCP-nin Respublika, MR və rayon (şəhər) şöbəsi orqanlarında büdcənin icrasının, o cümlədən maliyyə vəsaitlərinin, üzvlük haqlarının toplanmasının, mühasibat işlərinin aparılmasının düzgünlüyünü, habelə partiya əmlakı və onun qorunması vəziyyətini təftiş edir.

36. İİ.3-cü bəndinə əsasən AXCP-nin Respublika, MR və rayon (şəhər) orqanlarından, partiya üzvlərindən daxil olan məlumat, ərizə və şikayətlərə baxır.

37. İİ.5-ci bəndinə əsasən AXCP-nin büdcəsi, smetası, maliyyə-mühasibat hesabatlarının təsdiqi zamanı onlara rəy verir.

38. İİİ.1-ci bəndinə görə növbədənkənar yoxlama və təftiş işləri aşağıdakı hallarda aparılır:

39. - NTK-ya daxil olan məlumat, ərizə və şikayətlər əsasında;

40. - AXCP Ali Məclisinin, X24 Heyətinin, AXCP Sədrinin təklifi ilə;

41. - NTK-nın öz təşəbbüsü ilə.

42. İİİ.2-ci bəndinə görə NTK öz fəaliyyətini həyata keçirərkən, istər aparılan yoxlama və ya təftişlə əlaqədar, istərsə də NTK-da müzakirə olunan məsələ ilə bağlı aidiyyəti olan hər bir partiya üzvündən, müvafiq orqandan istənilən sənədi tələb etmək, arayış və izahat almaq hüququna malikdir.

43. İV.5-ci bəndinə görə Sədr komissiyanın iclaslarına sədrlik edir, komissiya üzvlərinin fəaliyyətini əlaqələndirir, komissiyanın rəy və təqdimatlarını və müvafiq sənədləri imzalayır və onun AXCP-nin müvafiq orqanlarına çatdırılmasını təmin edir, əvvəllər verilmiş rəy və təqdimatların AXCP-nin müvafiq orqanlarında baxılması və qəbul edilmiş qərarlar haqqında məlumat verir, komissiyanı AXCP-nin keçirdiyi bütün tədbirlərdə təmsil edir. Sədr olmadıqda komissiya üzvlərindən biri sədrlik edir.

44. Hüquqi dəyərləndirmə:

45. Kollegiya iş materiallarına, tərəflərin izahatlarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Xalq X3-Təftiş Komissiyasının sədri vəzifəsini icra etməsinə cavabdeh tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsaəsn, İddiaçı AXCP Ali Məclisinin X17 yığıncağının 10.06.2019-cu il tarixli qərarına əsasən partiya sıralarından və bununla da tutduğu vəzifədən xaric edildiyi müəyyən edilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə yenidən müraciət etmiş, həmin məhkəmənin 09.06.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı qətnaməsi ilə AXCP üzvlüyünə və AXCP Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunmuşdur. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı xüsusi qərardadı ilə mülki işə baxılarkən müəyyən olunmuş cinayətin əlamətlərinə dəlalət edən faktların araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroruna məlumat verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuniliyi yoxlanılmış və 01.12.2020-ci il tarixdə qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)- 2187/2020 saylı qətnaməsi icra edilməsi üçün 27.01.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Cavabdeh 10.02.2021-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq ona icra sənədinin könüllü təmin edilməsi təklif olunmuş, əks halda barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı haqqında xəbərdar edilmişdir. Lakin Cavabdeh icra sənədində göstərilən tələbləri yerinə yetirmədiyindən barəsində Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti məlumat üçün Cavabdeh göndərilmişdir.

46. İş materiallarından görünür ki, Nurəddin Məmmədlinin sədrliyi, Bəxtiyar İmanovun katibliyi ilə “online” formada keçirilmiş AXCP Ali Məclisinin X17 yığıncağının 04.03.2021-ci il tarixli qərarına əsasən AXCP X25 Heyətinin İddiaçı AXCP üzvlüyündən və Mərkəzi Nəzarət- Təftiş Komissiyası sədrliyindən xaric olunmasına dair 10.06.2019-cu il tarixli qərarı ləğv olunmuş, o, partiya üzvlüyünə və Nəzarət-Təftiş Komissiyası sədrliyinə bərpa olunmuşdur. İddiaçı 31.03.2021-ci il tarixdə AXCP sədri Cavabdeh müraciət edərək ondan NTK-nın fəaliyyət göstərməsi üçün şəraitin yaradılmasını xahiş etmişdir. Həmçinin İddiaçı komissiyanın sədri olaraq “Whatsapp” proqramı vasitəsilə NTK-nın üzvlərinə iclasın keçirilməsinə zərurət olduğu barədə məlumat vermişdir.

47. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə görə siyasi partiyalar assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər. Siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.

48. Həmin Qanunun 12-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər hüquqi aktlara və öz nizamnaməsinə riayət etmək; bu Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə hesabatını və 21.4-1-ci maddəsində nəzərdə tutulmuş məlumatları və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmək; siyasi partiyanın hüquqi ünvanı və əlaqə telefonları dəyişdikdə, bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etmək; dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməmək siyasi partiyanın vəzifəsidir.

49. Qanunun bu maddələrinin tələblərinə görə, siyasi partiyanın daxili qaydaları təbiətcə demokratik olmalıdır. Belə ki, partiya quruculuğunun “özünüidarə” prinsipinə əsaslanmasına baxmayaraq qərarların qəbul edilməsində sıravi partiya üzvlərinin iştirakı, partiyanın mövcudluğu üçün üzvlərinin fikirlərinin nəzərə alınması təmin olunmalı, təşkilati məsələlərdə daxili tənzimləmə qaydaları mütləq şəkildə nizamnaməyə və müvafiq qanunvericiliyə uyğun həyata keçirilməlidir. Belə ki, “partiyadaxili demokratiya” anlayışı fikir mübadiləsi üçün aktiv şərait yaratmaq, partiyanın müvafiq problemləri haqqında açıq danışmaq, demokratik və qərəzsiz qərarların qəbul edilməsi üçün partiya üzvlərinin hüquq bərarbərliyinə əsaslanmaq kimi institutları ehtiva edir. Siyasi partiyalar öz hüquqi təbiətinə görə qapalı qurum olmasına baxmayaraq bu quruma daxil olan bütün üzvlər partiyada hüquqlarının pozulması iddiası ilə əlaqədar məhkəmə araşdırması hüququna malikdirlər.

50. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

51. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

52. Cavabdeh apellyasiya şikayətində iddiaçıya törədilən maneələrin nədən ibarət olmasının məhkəmə qətnaməsində göstərilməməsi halına istinad etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının partiyanın fəaliyyətində iştirakının və NTK-nın sədri kimi səlahiyyətlərinin icrasının məhdudlaşdırılması ilə bağlı qətnamədə geniş əsaslandırmaya yer vermişdir.

53. Belə ki, iş materiallarına əsasən, iddiaçı AXCP Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə seçilməsinə baxmayaraq X2 partiya sıralarından qanunsuz çıxarılmasına dair şikayətin araşdırılması ona həvalə edilməmiş, bu məsələnin həllinə aid iclas onun iştirakı olmadan keçirilmişdir.

54. Kamil Mehtizadənin sədrliyi, Allahşükür Əlizadənin katibliyi və şöbənin nəzarəttəftiş komissiyasının üzvü Yadigarın (soyadı qeyd edilməmişdir) iştirakı ilə keçirilmiş AXCP Neftçala Rayon Şöbəsi məclis yığıncağının 21.10.2017-ci il tarixli protokolundan göründüyü kimi NTK-nın sədri kimi İddiaçı iştirakı təmin edilməmiş, X1 partiya sıralarından çıxarılmasının qanuni olub-olmamasına dair iddiaçı tərəfindən imzalanmış komissiyanın müvafiq rəyinin mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçının NTK-nın səlahiyyətlərinə aid vacib qərarların qəbul edilməsindən kənarlaşdırılması, həmçinin İbrahim İbrahimlinin “Facebook” sosial şəbəkəsindəki 26 sentyabr 2019-cu il tarixli paylaşımından da görünür. Belə ki, qeyd edilən paylaşıma əsasən, AXCP-nin üzvləri tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı şikayətlərin araşdırılmasının birbaşa AXCP-nin nəzarəttəftiş orqanının nümayəndəsi Murad Sultanova həvalə edildiyi müəyyən edilmişdir.

55. Halbuki AXCP Nəzarət-Təftiş Komissiyası haqqında Əsasnamənin İV.5-ci bəndinə görə sədr komissiyanın iclaslarına sədrlik edir, komissiya üzvlərinin fəaliyyətini əlaqələndirir, komissiyanın rəy və təqdimatlarını və müvafiq sənədləri imzalayır və onun AXCP-nin müvafiq orqanlarına çatdırılmasını təmin edir, əvvəllər verilmiş rəy və təqdimatların AXCPnin müvafiq orqanlarında baxılması və qəbul edilmiş qərarlar haqqında məlumat verir, komissiyanı AXCP-nin keçirdiyi bütün tədbirlərdə təmsil edir.

56. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sadalanan halların təkzib edilməsinə dair sübut etmək yükünü cavabdeh daşıdığından, lakin ona birinci instansiya məhkəməsi tərəfindən müvafiq sənədlərin təqdim edilməsinin təklif olunmasına baxmayaraq belə sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslı hesab edilməsi doğru olmuşdur.

57. Eyni zamanda iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı qətnaməsi ilə İddiaçı partiya sıralarından çıxarılmasına dair AXCP Ali Məclisinin X17 yığıncağının 10.06.2019-cu il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv olunmuşdur. Bu nəticəyə gəlinməsinə əsas kimi məhkəmə tərəfindən mübahisəli qərarın qəbul olunması zamanı Partiyanın Nizamnaməsinin və qüvvədə olan qanunvericiliyin kobud şəkildə pozulması, X20 Rəyasət Heyətinin bu cür qərar vermək səlahiyyətinə malik olmaması, Rəyasət Heyətinin üzvləri ola bilməyən şəxslərin iclasda iştirak edib, səs vermələri, iclasın keçirilməsi və qəbul olunmuş qərar barədə iddiaçıya heç bir məlumatın verilməməsi, iclasda iştirak etmiş və səs vermiş şəxslərdən birinin (S.Hüseynovanın) həmin vaxtı ümumiyyətlə ölkə xaricində olması, Nizamnaməyə görə bu kimi məsələlərin əvvəlcə müvafiq rayon (şəhər) şöbəsinin məclisində və dayaq dəstəsində müzakirə olunmalı halda müzakirə olunmaması kimi hallar nəzərə alınmışdır.

58. Qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş və iş üçün preyudisiya əhəmiyyətinə malik olan bu faktların hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir.

59. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

60. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

61. Göstərilən faktlardan göründüyü kimi, İddiaçı Azərbaycan Xalq Cəbhəsi X9 X17 yığıncağının 10.06.2019-cu il tarixli qərarına əsasən AXCP-nin sıralarından və tutduğu vəzifəsindən xaric edilməklə NTK-nın sədri kimi vəzifəsini icra etməkdən məhrum olmuşdur.

62. Bundan başqa iş materiallarından göründüyü kimi qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı qətnaməsi icraya yönəldilmiş, bununla bağlı icra icraatına başlanılmışdır. Borclu, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması, daha sonra isə icra sənədi müəyyən olunmuş vaxtda tərəfindən icra olunmadığı üçün barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə xəbərdar olunmuş, lakin buna baxmayaraq o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. Məhkəmə aktının icrasını təmin etmək məqsədilə Nəsimi rayon icra şöbəsi tərəfindən Cavabdeh icra vərəqəsinin icrası ilə əlaqədar məcburi gətirilməsi barədə 25.02.2021-il tarixli qərar qəbul edilmişdir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

64. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, icrası Azərbaycan Respublikasının ərazisində bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktının icrasından yayınmaqla Cavabdeh AXCP-nin sədri və partiyanın ümumi fəaliyyəti üçün cavabdehlik daşıyan şəxs olaraq İddiaçı AXCP NTK-nın sədri vəzifəsinə bərpa olunmasına və bununla da vəzifəsini icra etməsinə maneələr törətmişdir.

65. Belə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 01.09.1995-ci il tarixli Nizamnaməsinin Vİ.10.2-ci və Vİ.10.3-cü bəndlərinə əsasən AXCP-nin sədri AXCP-nin fəaliyyətinə rəhbərlik edir və AXCP-nin fəaliyyəti üçün məsuliyyət daşıyır, partiyanı təmsil edir, ictimai-siyasi həyatın aktual məsələləri ilə bağlı müraciət və bəyanatlarla çıxış edir, AXCP adından müqavilələr və sazişlər imzalayır, müvafiq əmr, sərəncam və göstərişlər verir.

66. Qeyd olunmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı qətnaməsinin icra edilməsi məqsədilə Azərbaycan Xalq Cəbhəsi X9 X17 yığıncağı tərəfindən 04.03.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarla AXCP X25 Heyətinin İddiaçı AXCP üzvlüyündən və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrliyindən xaric olunmasına dair 10.06.2019-cu il tarixli qərar ləğv olunmuş, onun partiya üzvlüyünə və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrliyinə bərpa olunması qərara alınmışdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən qəbul edilmiş 16.03.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2187/2020 saylı, 09.06.2020-ci il tarixli icra sənədinə xitam verilməsinə baxmayaraq tələbkar İddiaçı iştirakı ilə icra məmuru Azər Heydərov tərəfindən eyni tarixli akt tərtib edilmişdir. Həmin aktda icra sənədinin icra olunduğu, lakin tələbkarın məlumatına əsasən AXCP Nəzarət-Təftiş Komissiyasının üzvlərinin hər-hansı bir məkanda toplandığı zaman, onlara məlumat verilməklə, tələbkarın vəzifəsinin icrasına başlayacağı barədə qeyd-şərtin edildiyi müəyyən edilmişdir.

67. İş materiallarından göründüyü kimi İddiaçı 31.03.2021-ci il tarixdə AXCP sədri Cavabdeh müraciət edərək ondan NTK-nın fəaliyyət göstərməsi üçün şərait yaradılmasını xahiş etmiş, həmçinin komissiyanın sədri olaraq “Whatsapp” proqramı vasitəsilə NTK-nın üzvlərinə iclasın keçirilməsinə zərurət olduğu barədə məlumat vermişdir. Lakin “Whatsapp” yazışmalarından göründüyü kimi NTK-nın üzvləri müxtəlif bəhanələr gətirərək iclasın keçirilməsindən yayınmış, Cavabdeh adına yönəldilmiş müraciət isə cavabsız qalmışdır.

68. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

70. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il tarixli qərarı).

71. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, qətnamə yalnız İddiaçı ifadəsinə əsaslanır. İşin obyektiv qiymətləndirlməsinə xidmət edən hallar, o cümlədən iş üzrə mühüm əhmiyyət kəsb edən şəxslərin - AXCP Nəzarət-Təftiş Komissiyasının üzvlərinin iddia ərizəsinə münasibətləri aydınlaşdırlmamışdır. Eləcə də AXCP Ali Məclsinin üzvlərindən, AXCP X22 Heyətinin üzvlərindən heç kim məhkəməyə dəvət edilib iddia ərizəsi üzrə münasibətləri aydınlaşdırlmamış, şahid kimi ifadələri dinlənilməmişdir.

72. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə iş materiallarında olan bütün sənədlər üzrə qiymət verilmişdir. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iş materiallarında və birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarında cavabdeh tərəfindən şahidlərin dəvət edilməsi ilə bağlı hər hansı şifahi və ya yazılı vəsatət aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən cavabdeh tərəfindən məhkəməyə araşdırılması üçün hər hansı bir sübut təqdim edilmədiyindən, hazırda cavabdeh təqdim edilməmiş sübutun məhkəmə tərəfindən araşdırılmaması və ya qiymət verilməməsinə dair mövqe irəli sürməkdə haqlı deyildir. Bundan əlavə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, cavabdehə öz sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər şərait yaradılmışdır.

73. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

76. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

78. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

79. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

80. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar