Məhkəmə qərarları › İş №2(103)-7955/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7955/2020

27.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7955/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, C142-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş zərərin əvəzi olaraq 30.000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 1889/2020 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan (inzibati məhkəməyə aid olan iddia ərizəsi ümumi məhkəməyə verildiyindən məhkəmədə baxılmalı olmaması əsası ilə) iddianın yolverilməzliyinə görə imtina edilmiş və iddiaçılara müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmənin həmin qərardadından şikayət vermişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 1889/2020 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(009)-1889/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmənin qeyd edilən qərardadından iddiaçılar şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, qanunvericilikdə aidiyyətin iki növü müəyyən edilmişdir: ərazi aidiyyəti və məhkəmə aidiyyəti. Məhkəmə aidiyyəti mülki işlərin ümumi və ya kommersiya məhkəmələrinə aid olmasını müəyyən edir. İş əgər inzibati məhkəməyə aiddirsə bu zaman onun baxılmasına ümumiyyətlə imtina edilir və ya icraata götürülmüşdürsə xitam verilir. Mülki iş ərazi aidiyyəti üzrə və məhkəmə aidiyyəti üzrə düzgün verilməmişdirsə onun baxılmasından imtina olunmur, iddia ərizəsi geri qaytarılır, icraata götürülmüşdürsə aidiyyəti üzrə ərazi məhkəməsinə və ya kommersiya (ümumi) məhkəməyə göndərilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-1889/2020 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan məhz inzibati məhkəməyə aid olan iddia ərizəsi ümumi məhkəməyə verildiyindən, yəni məhkəmə aidiyyəti qaydalarına riayət edilmədiyindən, məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinin tələbinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin predmet və subyekt tərkibinə görə inzibati xarakterli olması səbəbindən ümumi məhkəmədə baxılmalı olmadığından, hazırki iş üzrə ərizənin iddianın yolverilməzliyi əsası ilə qəbul edilməkdən imtina edilməsi barədə qərardaddan verilmiş şikayəti məhkəmələrarası aidiyyətin mübahisələndirilməsi kimi qiymətləndirməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə baxılması üçün, mülki iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar