Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7970/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına izah verilməsinə dair ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı MMC şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı öhdəliyin məcburi icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh öz növbəsində Relt House MMC-yə qarşı xx.xx.2016-cı il tarixli razılaşma protokolunun ləğv edilməsinə, dəymiş maddi zərərə görə 2 652 900 manat, mənəvi zərərə görə 1 000 000 manat olmaqla cəmi 3 652 930 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(001)- 193/2021 saylı qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(001)- 193/2021 saylı icra vərəqəsinə izah verilməsi barədə 30 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən ərizə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-193/2021 saylı qərardadına Relt House MMC tərəfindən Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 193/2021 saylı qərardadı ilə təsdiq olunan barışıq sazişinə əsasən, təhvil verilən qeyriyaşayış sahələrində quraşdırılması tələb olunan su, işıq, qaz sayğaclarının sayı, faktiki olaraq təhvil verilmiş sahənin, görülmüş işlərin sazişə uyğun icra edilib-edilməməsi icra sənədini icra edən icra məmuru tərəfindən həmin sahələr üzrə xüsusi biliyə malik mütəxəssislər dəvət edilməklə müəyyən edilməsi məzmununda izah verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı MMC şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(001)- 193/2021 saylı qərardadı ilə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyrimümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7970/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7970/2022
30.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver