Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7988/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı “borcun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin Cavabdeh1 ASC-yə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5220/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı “borcun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin Cavabdeh1 ASC-yə həvalə edilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun üzərindəki borc öhdəliyinin silinməsi və borca xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq onun ləğv prosesində olan Cavabdeh1 ASCdə borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin Cavabdeh1 ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5220/2019 saylı, xx xxxxxxx 2019- cu il tarixli qətnaməsiilə iddia təmin edilmiş, İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-də borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsi ləğv prosesində olan Cavabdeh1 ASC-yə həvalə edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir və ödəniş etməməsinin səbəbi kimi bildirmişdir ki guya onun xəbəri və icazəsi olmadan kredit onun adına rəsmləşdirilmişdir. 2016-ci ildə təsadüfən bundan xəbəri olmuş və Bakı Ağır cinayətlər məhkəməsinə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılmış və ekspertizaya təqdim olunmuş xx.xx.2011 ci tarixli tarixli xəzinə məxaric orederində və alanın imzası yerində qrafasındakı və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində “İddiaçı” qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Lakin İddiaçı borc öhdəliyinin onun üzərindən götürülməsi barədə xx xxxxxx 2016-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd aparılmamışdır. İddiaçını növbəti müraciətinə xx xxxx 2018-ci il tarixdə cavab olaraq Cavabdeh1 ASC ilə aralarındakı müqaviləyə əsasən üzərində olan borc öhədliyinin götürülməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə qətnamə qəbul edərkən cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasını iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığını iddiaçının pozulmuş hüquqları və qanunla qorunan mənafələrinin real bərpasının təmin olunması baxımından iddia tələbini əsaslı hesab edərək təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1024/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi kassasiya şikayəti vermişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2646/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“...xx xxxxxxx 2011-ci il tarixdə Cavabdeh1 ASC tərəfindən İddiaçı 5.000 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə həmin müqavilə üzrə xx xxxxxxx 2011-ci il tarixli xəzinə məxaric orderində alanın imzası qrafasındakı və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindəki imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. İddiaçı hazırda həmin hökmə əsaslanaraq göstərilən müqavilə üzrə borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad edərək, iddianın təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh qarşısında hər hansı borc öhdəliyinin olmaması faktı iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, həmin borc iddiaçının adına qalmaqda davam etdiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin nümayəndəsi həmin qətnamədən veridyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsindən məlumatı olmamasını bildirsə də, sonuncuya 2011-ci ildən hökm çıxarılana qədər olan müddət ərzində dəfələrlə müqavilə öhdəliklərinin yerinə yetirməsi ilə bağlı yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin o öhdəliklərinin icrasından yayınmışdır. Apellyasiya şikayətini təmin etməməklə qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsini imzalanmaması və bankdan kredit almaması qanuni qüvvəyə minmiş hökmlə təsdiqləndiyindən birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, düzgün olaraq, iddiaçının ləğv prosesində olan Cavabdeh1 ASC-də borcunun olmaması. barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin ləğv prosesində olan "Cavabdeh1" ASC-yə həvalə edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı borcunun olmaması barədə məlumatın müvafiq quruma verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbini onunla əsaslandırır ki, onun adından, lakin onun xəbəri və icazəsi olmadan xx xxxxxxx 2011-ci il tarixdə krediti müqaviləsi bağlanmışdır və həmin müqavilə üzrə ödəniş cədvəlinin, eyni zamanda xəzinə məxaric orderinin onun tərəfindən imzalanmaması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddiaçının qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verir, eyni zamanda iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.” Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyini nəzərə alıb, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanan xx xxxxxxxx 2017-ci il tarixli, №2331 saylı məktubu ilə vətəndaş İddiaçı müraciəti ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. İddiaçı müraciətində 2011-ci ildə Cavabdeh1 ASC-də onun adına xəbəri və icazəsi olmadan 5000 manat məbləğində kredit rəsmiləşdirildiyini, 2016-cı ildə bununla bağlı məhkəməyə müraciət etdiyini və nəticədə kredit məbləğinin silinməsi barədə məhkəmə qərarı olduğunu bildirmişdir. Müraciətlə bağlı bildirilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünün 74-cü vərəqində qeyd olunur: "Ekspertizaya təqdim olunmuş xx.xx.2011 -ci il tarixli xəzinə məxaric orderində alanın imzası qrafasındakı və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində İddiaçı qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.” Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Xəzər filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş Adıgözəlov Natiq Əli oğlu barəsində 6 il müddətində azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 3 il müddətinə sınaq müddəti, həmin filialda kassir vəzifəsində işləmiş X2 barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il müddətinə sınaq müddəti və X1 barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il sınaq müddətinin müəyyən edilməsi hökm edilmişdir. Lakin İddiaçı borc öhdəliyinin onun üzərindən götürülməsi barədə xx xxxxxx 2016-cı il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd aparılmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(101)-98/2016 saylı hökmü ilə ekspertizaya təqdim edilmiş xx xxxxxxx 2011-ci il tarixli xəzinə məxaric orderində alanın imzası qrafasındakı və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Hökmə əsasən Adıgözəlov Natiq Əli oğlu barəsində 6 il müddətində azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 3 il müddətinə sınaq müddəti, həmin filialda kassir vəzifəsində işləmiş X2 barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il müddətinə sınaq müddəti və X1 barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il sınaq müddətinin müəyyən edilmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən İddiaçı ünvanlanan xx xxxx 2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı "Cavabdeh1” ASC ilə aralarındakı müqaviləyə əsasən üzərində olan borc öhdəliyinin götürülməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddiaçının qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verir, eyni zamanda iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. Göründüyü kimi hazırkı mübahisə üzrə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi qeyd edilən normada nəzərdə tutulmuş məqsədləri əhatə etmir. Belə ki, Mülki və mülki prosessual qanunvericilikdə iddia icraatı qaydasında baxılması mümkün olan tələblər müəyyən edilmişdir və həmin tələblər xarakter etibarı ilə konkret və dəqiq olmalıdır. Borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələb müstəqil tələb olmamaqla yanaşı, konkretlik və dəqiqlik şərtlərinə cavab vermir, həm də mülki qanunvericilikdə nəzərdə tutulan heç bir növ iddia tələblərinə aid deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Bununla belə iddiaçıya izah olunmalıdır ki, o müstəqil iddia tələbi ilə məhəkəməyə müraciət edərək, xx xxxxxxx 2011-ci il tarixli kredit müqaviləsini mübahisələndirə (müqavilənin etibarsız hesab edilməsini tələb edə) bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5220/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı “borcun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin Cavabdeh1 ASC-yə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7988/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7988/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver