Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-799/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Elşən oğluna qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Elşən oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4333/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdehin təklifi əsasında otel biznesinə yatırım etmək və birgə qazanc əldə etmək məqsədilə tərəflər arasında şifahi razılaşma olmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ilə İddiaçı3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
3. Həmin qərarın aid olduğu araşdırma zamanı Cavabdeh iddiaçılardan - İddiaçı3 müxtəlif vaxtlarda 25.000 ABŞ dolları, 9.000 ABŞ dolları və 6.000 ABŞ dolları (cəmi 40.000 ABŞ dolları) aldığını, sonradan 2.000 ABŞ dollarının qaytarıldığını, İddiaçı2 isə 2019-cu ilin fevral ayında 10.000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını və həmin pul vəsaitlərini Yeganə Nağıyevaya verdiyini bildirmişdir. Həmçinin, İddiaçı1 pul vəsaiti almadığını, həmin vaxt ona məlum olmayan pulu Yeganənin sürücüsü Nəsimiyə verildiyini, həmin miqdarın ümumilikdə 70.000 ABŞ dollar olmasının ona sonradan məlum olduğunu, İddiaçı1 onun atasına və özünə hədə-qorxu gəldiyinə görə onlar məcbur olub onun Yeganəyə verdiyi 70.000 dolların 38.000 dollarını geri qaytardığını bildirmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-997/2021-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Elşən oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçılar İddiaçı1 41.000 ABŞ dolları, İddiaçı2 27.400 ABŞ dolları və borc olaraq alınmış əlavə 8000 manat, İddiaçı3 38.000 ABŞ dolları və ödənilmiş 479,72 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçılar iddia tələbi onunla əsaslandırılmışlar ki, onlar birlikdə işlədikləri “Baker Hugs Services İnternational LLC” şirkətində iş yoldaşları, həmin şirkətin 3-cü dərəcəli sahə mütəxəssisi vəzifəsində çalışan əməkdaşı, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh, sonuncunun təklifi əsasında özünə məxsus səhayət agentliyi vasitəsi ilə otel biznesinə yatırım etmək üçün ümumilikdə 156.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişlər. Belə ki, İddiaçı3 xx.xx.2019-cu il tarixdə 25.000 dollar, xx.xx.2019-cu il tarixdə 9.000 dollar, xx.xx.2019-cu il tarixdə isə 6.000 dollar pul vəsaiti almışdır. xx.xx.2019-cu ildə 1.000 dollar geri alınıb və həmin ilin oktyabr ayında daha 1.000 dollar geri alınıb. Cavabdeh hal-hazırda İddiaçı3 38.000 ABŞ dolları borcu qalmışdır. İddiaçı1 xx.xx.2019-cu il tarixdə 6.000 dollar, xx.xx.2019-cu ildə 30.000 dollar, xx.xx.2019-cu il tarixdə 30.000 dollar olmaqla, cəmi 66.000 dollar almışdır. Həmin məbləğdən xx.xx.2019-cu ildə 6.000 dollar, 600 manat qaytarmış, xx.xx.2019-cu ildə 3.000 manat, xx.xx.2019-cu ildə 7.000 manat, xx.xx.2019-cu ildə 8.000 dollar, xx.xx.2019-cu ildə 5.200 manat qazanc olaraq geri qaytarmış və bununla da işin batdığını bildirmişdir. Bundan sonra Cavabdeh 52.000 dollar verəcəyi məbləğ qalır. Çox saylı danışıqlardan sonra atası Hüseynov Elşad tərəfindən xx.xx.2019-cu ildə 5.000 dollar, həmçinin 2020-ci ilin yanvar və fevral aylarında cəmi 6.000 dollar məbləğində pul geri qaytarılmışdır. Ümumilikdə Cavabdeh İddiaçı1 41.000 ABŞ dolları borcu qalmışdır. İddiaçı2 xx.xx.2019-cu ildə 20.000 dollar, xx.xx.2019-cu ildə 10.000 dollar, xx.xx.2019-cu ildə 20.000 dollar və ayrı-ayrı vaxtlarda yüksək məbləğlərdə pul vəsaiti almış və qazanc olaraq bir hissəsini qaytarmışdır. Hal-hazırda 27.400 ABŞ dolları və borc olaraq alınmış əlavə 8.000 manat pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı2 ödənilməlidir. Cavabdeh işdən götürdüyü xeyir adı ilə ilk başlar müəyyən məbləğdə vəsaiti geri qaytarsa da, sonradan pulları verə bilmədiyini, işlərin yolunda getmədiyini və onlardan aldığı vəsaiti zamanla geri qaytaracağını vəd etmişdir. Lakin sonradan Cavabdeh əslində pulları tərəflərdən xəbərsiz olaraq "xxxx" MMC-nin direktoru Yeganə Nağıyevaya verdiyini iddia etməyə başladı. Cavabdeh ilk başlarda yalançı vədlər verərək, Bakı şəhərində onun özünə məxsus olan evi sataraq pulları geri qaytaracağını desə də, sonradan pulları geri qaytarmaqdan imtina etmişdir. Göstərilən hallarla bağlı tərəfindən dələduzluq cinayəti barədə polisə müraciət edilmişdir. Ərizə ilə bağlı Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin təhqiqatçısı Elgün Abdurəhmanov tərəfindən araşdırma aparılaraq toplanılmış material xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin rayon istintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Əflatun Səlimova həvalə edilmişdir. Lakin müstəntiq Əflatun Səlimov tərəfindən işə birtərəfli qaydada baxılmış, Cavabdeh verdiyi izahatlarla kifayətlənmiş və işin halları üzrə zəruri olan heç bir məsələ dəqiqləşdirməmişdir. Ona görə də onlar polispolkovnik–leytenantı X2 xx.xx.2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət etmişlər. Binəqədi Rayon Məhkəməsinin 6(001)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayətləri təmin edilmiş, Binəqədi rayon Polis İdarəsinin müstəntiqi, polis polkovnik–leytenantı X2 xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ləğv edilmiş və qərarın surəti yenidən araşdırma aparılması üçün geriyə, Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Belə ki, məhkəmə nəzərə almışdır ki, Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Əflatun Səlimov tərəfindən iş tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Toplanmış ləğv materialının yenidən araşdırılması Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Vüsal Rzayevə həvalə edilmiş və onun tərəfindən xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. Lakin, təəssüf doğuran hal ondan ibarətdir ki, müstəntiq Vüsal Rzayev də qarşı tərəfin yəni Cavabdeh yalançı izahatlarına əsaslanmış və verilən ifadələri araşdırmağa lüzum bilməmişdir. Bununla da yenidən hərəkətsizlik göstərilmiş və xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Tərəflərindən məhkəmə nəzarəti qaydasında Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və Binəqədi Rayon Məhkəməsinin 6(001)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə müstəntiq Vüsal Rzayevin xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, araşdırılmanın davam etdirilməsi müstəntiq X7 həvalə edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rəşad Cəfərov özünə bütün zəruri məlumatların verilməsinə baxmayaraq, istintaq müddətində istintaqa məlum olmayan şəxslərin şəxsiyyətlərinin və olduqları yerin müəyyən edilərək istintaqa gətirilmələri və izahatlarının alınmasının mümkün olmaması səbəbi ilə əsassız olaraq xx.xx.2013-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir.
7. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, iddia tələblərini qəbul etmir və bildirir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı pul tələbləri açıq aşkar əsassızdır və qanunsuzdur. Belə ki, iddiaçılar ona deyil, pulları şəxsən özləri "xxxx" MMCnin direktoru Yeganə Nağıyevanın sürücüsü Nəsimi adlı şəxs vasitəsi ilə Yeganə Nağıyevanın özünə vermişdilər. İddiaçılardan İddiaçı2 verdiyi pulu Yeganə Nağıyevadan artıqlaması ilə almış, əlavə olaraq 15.000 manat pul almışdır. Digər iddiaçılar verdikləri pulları Yeganə Nağıyevadan tələb etməlidirlər. Yeganə Nağıyeva barəsində bu işlə əlaqədar cinayət işi açılmış, hazırki iddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışlar. Yeganə Nağıyevaya cəza verilmiş, hal-hazırda cəzəçəkmə müəssisəsində cəza çəkir. İddiaçılar tərəfindən onun barəsində dəfələrlə polis orqanlarına şikayət edilsə də, onun təqsiri olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4333/2023 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 38.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 370 manatının İddiaçı3 xeyrinə tutulması, Cavabdeh 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı2 xeyrinə tutulması, Cavabdeh 38.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı1 xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçıların hesabına pul vəsaiti əldə edərək, əsassız olaraq varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanmaya dair münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir.
10. Cavabdehdən iddiaçıların xeyrinə qaytarılmalı pul vəsaitlərinin məbləğinə gəldikdə isə məhkəmənin qənaəti belə olmuşdur ki, qaytarılmalı pul vəsaitlərinin məbləği müəyyən edilən zaman Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının aid olduğu araşdırma zamanı vermiş olduğu izahatı əsas götürülməli, bununla belə onun iddiaçılardan aldığı pul vəsaitlərinin Yeganəyə verməsinə və iddiaçılara geri qaytarılmasına dair mötəbər sübutlar təqdim etməməsi nəzərdən qaçırılmamalıdır.
11. Bu mənada məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı2 xeyrinə 10.000 ABŞ dolları, digər İddiaçı3 isə iddia ərizəsində verdiyi pul məbləğindən 2.000 ABŞ dolları vəsaitinin ona geri qaytarıldığını göstərməsi (etiraf etməsi) əsas götürülməklə adı çəkilən iddiaçının xeyrinə 38.000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır.
12. İddiaçı1 xeyrinə tutulmalı pul vəsaiti ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında İddiaçı1 pul vəsaiti almadığını, həmin vaxt ona məlum olmayan pulu Yeganənin sürücüsü Nəsimiyə verildiyini, həmin miqdarın ümumilikdə 70.000 ABŞ dollar olmasının ona sonradan məlum olduğunu, İddiaçı1 onun atasına və özünə hədə qorxu gəldiyinə görə onlar məcbur olub onun Yeganəyə verdiyi 70.000 dolların 38.000 dollarını geri qaytardığını bildirmişdir. Məhkəmə İddiaçı1 pulu Yeganə adlı şəxsə deyil, iddiaçıya verməsini və cavabdehin isə iddiaçıya 38.000 ABŞ dolları vəsait qaytarması bildirməsini əsas götürərək hesab edir ki, cavabdehin almadığını (pulu iddiaçıya qaytarmaq öhdəliyinin olmadığını) irəli sürdüyü halda, bu cür böyük məbləğdə pul məbləğini iddiaçıya qaytarması ağlabatan deyildir. Bu mənada onun adı çəkilən iddiaçıya münasibətdə hər bir halda qeyd edilən məbləğdə pul öhdəliyinin yaranmış olduğu qəbul edilməli və qaytardığını bildirdiyi həmin vəsaiti İddiaçı1 verməsi halını sübut edə bilməməsi nəzərə alınaraq, Cavabdeh İddiaçı1 xeyrinə 38.000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır.
13. Cavabdehin “iddiaçıların pulu ona deyil, Yeganəyə verməsi, bu əməlləri səbəbindən Yeganə Nağıyeva barəsində cinayət işinin başlanması, iddiaçıların həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmaları, Yeganə Nağıyevaya cəza verilməsi, hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi ilə” bağlı dəlillərinə münasibətdə məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıların pul vəsaitini Yeganə Nağıyevaya verməsini sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmənin sorğusu əsasında əldə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)- 997/2021 saylı hökmü nəzərdən keçirilərkən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri ilə və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış olduqları müəyyən edilməmişdir. Cavabdehin qeyd edilən arqumentlərinin əsassız olduğu qənaətinə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında atası Elşad Hüseynovun da Yeganə Nağıyevaya və əri Ədalət Nağıyevə 900.000 ABŞ dolları verdiyini, onların atası da aldatdıqlarını göstərmiş olsa da, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-997/2021 saylı hökmünün aid olduğu işə onun atasının da zərərçəkmiş şəxs statusunda cəlb edildiyi müəyyən edilməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1091, 1092.1-ci maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarını və maddi hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını tam nəzərə almamışdır. Belə ki, o, iddia ərizəsinə yazılı olarq etiraz edərək bildirmişdir ki, iddiaçılar X8, İddiaçı2 və İddiaçı3 ona qarşı pul tələbləri açıq-aşkar əsassızdır və qanunsuzdur. İddiaçılar ona deyil, pulları şəxsən özləri "xxxx" MMC-nin direktoru Yeganə Nağıyevanın sürücüsü Nəsimi adlı şəxs vasitəsi ilə Yeganə Nağıyevanın özünə vermişdilər. İddiaçılardan İddiaçı2 verdiyi pulu Yeganə Nağıyevadan artıqlaması ilə almış, əlavə olaraq 15.000 manat pul almışdır. Digər iddiaçılar verdikləri pulları Yeganə Nağıyevadan tələb etməlidirlər. Yeganə Nağıyeva barəsində bu işlə əlaqədar cinayət işi açılmış hazırkı iddiaçılar həmin cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışlar. Yeganə Nağıyevaya cəza verilmiş, hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçılar tərəfindən onun barəsində dəfələrlə polis orqanına şikayət edilsə də, onun təqsiri olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, Yeganə Nağıyevanın sürücüsü Nəsimi adlı şəxs məhkəmə prosesinə çağırılıb dindirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, onları ölümlə hədələdikləri üçün 38.000 ABŞ dollar pulu vermişlər. İddiaçıların cavabdehə pulun verilməsinə dair heç bir sübutları yoxdur.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçılar ayrı-ayrı vaxtlarda cavabdehə müxtəlif məbləğlərdə pullar vermişlər. Cavabdeh isə onları aldadaraq, pulları əldə etmişdir. İlk vaxtlarda onlar arasında telefon danışıqlarında və söhbətlərdə Yeganə adlı xanımın adı keçməmişdir. Cavabdeh İddiaçı2 pulun müəyyən məbləğini qaytarmış, digər iddiaçılara puldan kiçik bir hissəsini qaytardıqdan sonra işin batdığını bildirmişdir. Yeganə adlı şəxsə və onun sürücüsünə hər hansı formada pul verilməmişdir, pullar birbaşa cavabdehə verilmişdir. Yalnız bir dəfə cavabdeh İddiaçı3 Binəqədi rayonu ərazisində bir nəfər gələcəyini, həmin şəxsin onun tanışı olduğunu və pulu ona verməsini bildirib. Həmin şəxsin kim olmasını bilmirlər.
Tətbiq edilən hüquq
20. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
25. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında olan münasibətlərə düzgün hüquqi qiymət verməmiş, bunun nəticəsi olaraq maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır.
26. İşdən müəyyən olunur ki, cavabdehin təklifi əsasında otel biznesinə yatırım etmək və birgə qazanc əldə etmək məqsədilə tərəflər arasında şifahi razılaşma olmuş, lakin cavabdeh həmin razılaşma üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş, nəticədə iddiaçılara ziyan vurmuşdur.
27. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində araşdırma zamanı verdiyi izahatında İddiaçı3 cəmi 40.000 ABŞ dolları aldığını, həmin məbləğdən 2.000 ABŞ dollarının qaytarıldığını, digər cavabdeh İddiaçı2 isə 2019-cu ilin fevral ayında 10.000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını etiraf etmiş, lakin həmin məbləğlərin Yeganə Nağıyevaya verildiyini bildirmişdir.
28. Cavabdeh həmin məbləğlərin iddiaçılara qaytarılması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə həmin məbləğdə vəsaitlərin iddiaçılara qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür.
29. İddiaçı1 xeyrinə tutulmalı pul vəsaiti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin polis orqanında verdiyi izahatda bildirdiklərinə görə o, həmin iddiaçıdan pul almadığı halda ona 38.000 ABŞ dolları pul qaytarmışdır. Halbuki, belə yüksək məbləğdə pulun alınmadığı təqdirdə qaytarılması ağlabatan və inandırıcı deyil. Cavabdeh həmçinin İddiaçı1 həmin vəsaiti qaytardığına, sonuncunun cavabdehə hədə-qorxu gəldiyinə dair məhkəməyə sübutlarını təqdim edə bilməmişdir.
30. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-997/2021 saylı hökmündən müəyyən edilir ki, iddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar. Cavabdeh tərəfindən iddiaçıların ona deyil, Yeganə Nağıyevaya pullarının verildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
31. Bundan əlavə, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Nəsimi adlı şəxsin soyadı, ata adı və yaşadığı yer göstərilməklə şahid qismində dəvət edilməsi barədə vəsatət də verilməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4333/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh Elşən oğlundan 38.000 ABŞ dolları məbləğində vəsait (iddia ərizəsində verdiyi pul məbləğindən 2.000 ABŞ dolları vəsaitinin ona geri qaytarıldığını göstərməsi əsas götürülməklə) İddiaçı3 xeyrinə, 10.000 ABŞ dolları məbləğində vəsait İddiaçı2 xeyrinə, 38.000 ABŞ dolları məbləğində vəsait İddiaçı1 xeyrinə tutulmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Elşən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4333/2023 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) 38.000 (otuz səkkiz min) ABŞ dolları məbləğində vəsait və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 370 (üç yüz yetmiş) manatı İddiaçı3 xeyrinə, 10.000 (on min) ABŞ dolları məbləğində vəsait İddiaçı2 xeyrinə, 38.000 (otuz səkkiz min) ABŞ dolları məbləğində vəsait İddiaçı1 xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: