Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7994/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyat İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(006)-3171/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli e-2(005)- 392/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv olunub iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinin tələblərinə əməl edilmədən apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından görünür ki, iddiaçının vəkili Zaur İbadov tərəfindən verilən apellyasiya şikayətinə etibarnamə əlavə edilməmişdir. Vəkil Zaur İbadovun məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı halhazırda Bakı Apellyasiya Məhkəməsində həbsdə saxlanıldığından, onun adından etibarnamə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir. Buna görə də İddiaçı tərəfindən vəkil Zaur İbadova Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən təsdiq olunmuş etibarnamə verilə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti buna səlahiyyəti olmayan vəkil Zaur İbadov tərəfindən imzalandığına görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(006)- 3171/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7994/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7994/2022
30.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver