Məhkəmə qərarları › İş №2(103)-7999/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7999/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7999/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı“xxxxxxxxx” ASCtərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “KİA Rio” markalı, **-TF-*** nömrə nişanlı avtobusa vurulmuş ziyana görə ödənilmiş 230 manat sığorta ödənişi və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 4684/2020 nömrəli qərardadı ilə iddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmış, iddiaçı “xxxxxxxxx” ASC-yə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı “xxxxxxxxx” ASC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-4684/2020 nömrəli qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər arasında “xxxxxxxxx” ASC-nin İdarə Heyətinin S-01/20 nömrəli, xx xxxxxx 2020ci il tarixli sərəncamı əlavə edilmişdir ki, həmin sənəddə “xxxxxxxxx” ASC-nin Hüquq və Sığorta xidmətinin hüquqşünası X1 digər səlahiyyətlərlə bərabər iddia ərizələrinin imzalanması səlahiyyətləri də həvalə edilmişdir. Göründüyü kimi, iddia ərizəsini imzalamaq səlahiyyəti X1 “xxxxxxxxx” ASC-nin rəhbəri tərəfindən verilmişdir. Məhkəmə isə həmin sərəncamın adının etibarnamə olmamasına görə bu sənədi qəbul etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilərək baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi X2 adlı şəxs tərəfindən imzalanmış, lakin iddia ərizəsinə ona belə bir səlahiyyətin verilməsini təsdiq edən və müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə əlavə edilməmişdir. Bu şəxsə iddia ərizələrini imzalamaq səlahiyyətini verən xx.xx.2020-ci il tarixli sərəncam isə etibarnamə kimi qiymətləndirilə bilməz. Kollegiya şikayətin dəlillərini əsas götürərək, qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş “xxxxxxxxx” ASC-nin İdarə Heyətinin S-01/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli sərəncamından görünür ki, “xxxxxxxxx” ASC-nin Hüquq və Sığorta xidmətinin hüquqşünası X1 digər səlahiyyətlərlə bərabər iddia ərizələrinin imzalanması səlahiyyətləri də həvalə edilmişdir. Göründüyü kimi, iddia ərizəsini imzalamaq səlahiyyəti X1 “xxxxxxxxx” ASC-nin rəhbəri tərəfindən verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsini imzalamış şəxsə müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə verilməməsi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilərək baxılması üçün, mülki iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar