Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-800/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Akif qızının etibarnamə əsasında nümayəndəsi və vəkili X3, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Akif qızının etibarnamə əsasında nümayəndəsi və vəkili X6 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Akif qızı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində əsas borc, 45.000 (qırx beş min) manat məbləğində əldən çıxmış fayda, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10.000 (on min) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 155.000 (bir yüz əlli beş min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdehla uzun müddət yaxşı münasibətləri olmuşdur. Cavabdeh ona pula ehtiyacı olduğunu bildirərək ondan pul istəmiş və aralarında olan razılaşmaya əsasən Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində borc vermişdir. Lakin razılaşdıqları müddət keçməsinə baxmayaraq, cavabdeh hər dəfə problemləri olduğunu bildirərək, borcu ödəməkdən yayınmışdır. xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 52 nömrəli notariat kontorunda mövcud borcun etirafı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavbdeh borcu 6 (altı) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməmiş, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur.Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquq məsuliyyətinə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş və ödənilməli 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin geri qaytarılması ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdeh şəxsin ona vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Son iki ildən artıqdır ki, Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi 15% təşkil etmişdir. Hesab edir ki, cavabdeh ona qaytarmalı olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini əsassız olaraq özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya bilərdi. Belə olan halda artıq 3 (üç) ildən artıq müddət ərzində minimum 15% olmaqla həmin məbləğdən 45.000 (qırx beş min) manat məbləğində gəlir əldə edə bilərdi. Cavabdeh ona olan borcunu ödəmədiyindən və onun pulunu qanunsuz olaraq özündə saxladığından əldə edə biləcəyi gəlirdən onu məhrum etmişdir. Cavabdehin öhdəliklərini pozması onun mənəvi iztirablar keçirməyinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, cavabdeh ondan aldığı pul vəsaitini qaytaracağına dəfələrlə söz versə də, hər dəfəsində onu aldatmış və müxtəlif bəhanələrlə borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. O, cavabdehə borc verdikdən sonra cavabdeh ona qarşı etdiyi hərəkətlər, onu müntəzəm olaraq müxtəlif üsul və vasitələrlə aldatması, ona qarşı hörmətsizlik onu alçaltmış özünə etdiyi hərəkətə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdehin ona qarşı etdiyi etinasız hərəkətlər ona vurulmuş maddi ziyanla yanaşı həm də mənəvi ziyan vurmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyan 10.000 (on min) manat məbləğində qiymətləndirilməlidir. Hesab edir ki, qeyd edilən mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq ona ödənilməlidir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X7 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Akif qızına qarşı “ödənilməmiş əsas borcun, əldə çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilmə tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, mənzil 14 ünvanında yerləşən mənzilin qarşılığında ödənilməmiş 350.000 (üç yüz əlli min) manat məbləğində əsas borcun, 70.000 (yetmiş min) manat məbləğində əldən çıxmış faydanın, eyni zamanda vurulmuş mənəvi ziyan müqabilində 10.000 (on min) manat məbləğində vəsaitin, cəmi 430.000 (dörd yüz otuz min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Ziya Bağırov iddia tələbini onunla əsaslandırmışdır ki, onun İddiaçı ilə aralarında dostluq münasibəti olmuş və onlar bərabər bir neçə uğurlu biznes layihələri həyata keçirmişlər. Təxminən 2015-ci ildə ona borc pul lazım olduğundan İddiaçı müraciət etmiş, sonuncu isə pulunun olmadığını, lakin Bakı şəhəri, “Xətai” metrostansiyasının yaxınlığında 24 kv.metr torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satıb pulunu götürə biləcəyini bildirmişdir. O, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslər vasitəsi ilə həmin torpaq sahəsinin alıcısını tapdıqdan sonra İddiaçı sözügedən torpaq sahəsini alıcıya satmışdır. Həmin alqı-satqı nəticəsində o cəmi 40.000 (qırx min) manat məbləğində İddiaçı borca pul almışdır. Lakin İddiaçı bildirmişdir ki, ona 100.000 (bir yüz min) manat məbləğində borc qaytaracaqdır. Borcun qaytarılması vaxtı isə müəyyən edilməmişdir. O, İddiaçı borc məbləğini imkan olduqca hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin 2016-cı il tarixdə İddiaçı borcun rəsmi qaydada sənədləşdirilməsini istəmişdir. O da öz növbəsində buna etiraz etməyərək, xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri 52 nömrəli notariat kontorunda mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışdır. Buna baxmayaraq, İddiaçıda ona qarşı yenidən inamsızlıq yaranmış və 2018-ci il tarixdə borcun müqabilində girov tələb etmişdir. Belə olan halda o, İddiaçı özünün şəxsi mülkiyyətində (xx xxxxxxx 2005-ci il tarixli ilkin müqaviləyə əsasən) olan və hal-hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, mənzil 14 ünvanında yerləşən mənzilini girov verə biləcəyini bildirmiş və aralarında razılaşma belə olmuşdur ki, əgər o, 100.000 (bir yüz min) manat məbləğində borcu qaytara bilməsə, o zaman mənzil 450.000,00 (dörd yüz əlli min) manat qiymətə satılacaqdır, İddiaçı 100.000 (bir yüz min) manat məbləğində borcunu götürdükdən sonra yerdə qalan 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini isə ona qaytaracaqdır. Tərəflər arasında razılaşma əldə edildikdən sonra iddiaçı xx xxxxx 2018-ci il tarixdə nikah tərəfi olan X8 ilə Bakı şəhəri 9 nömrəli notariat kontorunda Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, mənzil 14 ünvanında yerləşən mənzildəki paydan imtina ərizələri təsdiq olunmuşdur. Həmin imtina ərizələri “Yurdum” Mənzil Tikinti Kooperativinə təqdim edildikdən sonra sözügedən mənzil İddiaçı adına müqavilə əsasında qeydiyyata alınmışdır. Sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığı üçün borc müqabilində girov bu formada rəsmiləşdirilmişdir. Göründüyü kimi, o İddiaçı götürdüyü daşınmaz əmlak qarşılığında (Bakı şəhəri, “Xətai” metro stansiyasının yaxınlığında olan 24 kv.metr torpaq sahəsi) digər daşınmaz əmlak verərək Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, mənzil 14 ünvanında yerləşən mənzil) borcunu qaytarmışdır. Ancaq İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, mənzil 14 ünvanında yerləşən mənzilin qarşılığında 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini ona qaytarmamışdır. İddiaçı ona qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia qaldırmış və həmin iddia təmin edilmişdir. Halhazırda həmin mübahisədən onun tərəfindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, İddiaçı 100.000 (bir yüz min) manat məbləğində borcu hal-hazırda həm iddia formasında, həm də həmin borcun müqabilində verilmiş mənzili də tələb edir. Bu hal isə qanunvericilikdə əsassız varlanma kimi qiymətləndirilir. Bundan əlavə, İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o borcu gecikdirməklə ona zərər vurmuşdur. Əslində isə İddiaçı ona zərər vurmuşdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, 14 nömrəli mənzilin qarşılığında 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini ona vaxtında qaytarsaydı, o iki il ərzində bankda depozit hesabı acaraq həmin məbləğə illik 5% olmaqla, cəmi 10% qazanc əldə edə bilərdi. Bu da 70.000 (yetmiş min) manat məbləğində təşkil edir. Həmçinin, İddiaçı dəfələrlə ona hədə-qorxu gələrək bildirmişdir ki, məzili onun əlindən alacaq və özünü də çölə atacaqdır. Bununla da o mənəvi əzab və stres keçirmişdir. Bununla da, Cavabdeh hesab edir ki, ona mənəvi ziyan dəymişdir və dəymiş mənəvi ziyanın məbləği 10.000 (on min) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində borc vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı Akif qızına qarşı “ödənilməmiş əsas borcun, əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X7 və iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X6 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Ziya Bağırov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı həm 100.000,00 (yüz min) manat məbləğində borcu hal-hazırda iddia formasında tələb edir və həmdə həmin borcun müqabilində verilmiş mənzili. Bu hal isə qanunvericilikdə əsassız varlanma kimi qiymətləndirilir. Bundan əlavə İddiaçı iddia ərizəsində qeyd edir ki, guya Cavabdeh borcu gecikdirməklə ona zərər vurmuşdur. Əslində isə cavabdeh İddiaçı Cavabdeh zərər vurmuşdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, mənzil 14 ünvanında yerləşən mənzilin qarşılığında 350.000,00 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini Cavabdeh vaxtında qaytarsaydı o, 2 il ərzində bankda depozit hesabı acaraq həmin məbləğə illik 5% olmaqla, cəmi 10% qazanc əldə edə bilərdi. Buda 70.000,00 (yetmiş min) manat edir. Həmçinin İddiaçı dəfələrlə Cavabdeh hədə-qorxu gələrək bildirmişdir ki, mənzili əlindən alacaq onu və ailəsini çölə atacaq. Bununla da Cavabdeh mənəvi əzab və stres keçirtmişdir. Cavabdeh dəymiş mənəvi ziyan 10.000,00 (on min) manat təşkil edir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məkəmə qarşılıqlı iddia ərizəsini rədd edərkən düzgün hüquqi mövqeyə gəlməmişdir. Çünki qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş Cavabdeh (23.04.20 İK-ci il saat 12:36) və onun nikah tərəfi İradə Orucova (xx.xx.2018-ci ii saat 12:38) tərəfindən 9 saylı notariat kontorunda təsdiq olunmuş Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, mənzil 14 ünvanında yerləşən mənzildəki paydan imtina ərizəsindən aydın görünür ki, Cavabdeh mülkiyyətində olan mənzili İddiaçı girov vermişdir. Lakin, İddiaçı həm mənzili, həm də verdiyi 40.000 manat pulu 100.000 manat kimi geri tələb edir. Mənzilin İddiaçı girovluğuna nə üçün verilməsi araşdırılmamışdır. Əgər İddiaçı sözügedən mənzili almışdırsa o zaman Cavabdeh nə qədər pul vəsaiti ödəmişdir. Bu suallar araşdırılmadan və belə önəmli məsələyə hüquqi qiymət verilmədən ilkin iddiaçının 100.000 manat məbləğin borc tələbi təmin edilmişdir. Bu halın maddi və proressual hüquq pozuntusu olduğunu hesab edirlər. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1215/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qızna qarşı olan iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Elvin Səlimov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı mülki işə baxılarkən məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulduğundan, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasından birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı qarşı münasibətdə iddia tələblərinin təmin edilmədiyi hissədə qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddia tələbləri bütünlükdə təmin olunmalıdır. Məhkəmə qətnaməsi iddia tələblərinin təmin edilmədiyi hissədə düzgün əsaslandırılmamış, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə ücün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Cavabdeh qanunsuz hərəkətləri ilə ona olan borcunu ödəmədiyindən pulunu qanunsuz olaraq özündə saxladığından əldə edə biləcəyi gəlirdən onu məhrum etmişdir. Belə ki, 100.000 (bir yüz min) manat məbləğində əsas borca görə 45.000 (qırx beş min) manat məbləğində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Cavabdehin öhdəliklərini pozması mənəvi iztirablar keçirməyinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, cavabdeh dəfələrlə almış olduğu pulu qaytaracağına söz versə də, hər dəfə onu aldatmış və müxtəlif bəhanələrlə borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. Cavabdeh tərifindən ona vurulmuş mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1215/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddiaçı X1 iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələblərinin bütünlüklə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X7 verdikləri apelyasiya şikayətini müdafiə etdiklərini, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Elvin Səlimov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiklərini bildirərək, qarşılıqlı iddia ərizəsində göstərdiklərinə və verdikləri apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər, verdikləri apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Elvin Səlimovun apelyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X6 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Ziya Bağırov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, ilk iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddiaçı Şarafət Allahverdiyevanın iddia tələblərinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Elvin Səlimovun apelyasiya şikayətinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Akif qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Ziya Bağırov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Elvin Səlimov isə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Elvin Səlimov tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilk iddia tələbinin aşağıdakı şərtləri nəzərə alınmaqla yoxlanılmasını zəruri hesab edir.
1. İddiaçıya maddi və mənəvi ziyan cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi;
2. Dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir; iddiaçı tərəfindən təqdim edilmiş sübutlar tələbinin təmini üçün əsadırmı; Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Elvin Səlimovun apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri 52 nömrəli notariat kontorunun xüsusi notariusu X4 tərəfindən 3M-466 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxxxx 2016-cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin surətindən və məzmunundan görünür ki, borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı 100.000 (bir yüz min) manat məbləğində borcunun olduğunu bəyan və tam etiraf edir. Həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür (1.1-ci bənd). Borclu bu müqavilə ilə etiraf etdiyi borcu 6 (altı) ay müddətinədək bütöv şəkildə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürür (2.1-ci bənd). Borc manat ilə qaytarılacaq. Borcun digər qaydada qaytarılmasına yalnız borc verənin razılığı ilə yol verilə bilər (2.4-cü bənd). Borclu bu müqavilə ilə öhdəliklərini vaxtında icra etmədiyi və ya lazımınca icra etmədiyi halda bunun nəticəsində borc verənə vurduğu maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır (2.7-ci bənd). Borclu tam zəmanət verir ki, bu müqavilənin 1-ci bəndində göstərilmiş borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır. Müqavilənin bu müddəası tərəflər arasında girov və (və ya) ipoteka kimi başa düşülmür (2.8-ci bənd); İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 1965-ci il tarixdə Biləsuvar rayonundan anadan olmuş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi, məhəllə 1934, ev 09/11, mənzil 14 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və X11 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kоllеgiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməməsini qeyd etməklə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Ziya Bağırov apelyasiya şikayətində Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, ünvanında yerləşən 14 saylı mənzili İddiaçı olan 100.000 manat borcunun əvəzinə girov qouduğunu, birinci instansiya məhkəməsi tərəfindən isə mənzilin İddiaçı girovluğuna nə üçün verilməsinin araşdırılmadığını qeyd etsə də, bu halları təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göründüyü kimi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Ziya Bağırov apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, tərəflərin apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Elvin Səlimovun və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Ziya Bağırovun apelyasiya şikayətlərində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Akif qızının etibarnamə əsasında nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov