Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-801/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Kərimova Aytən nadir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bovqağa oğlunun Cavabdeh ASC-yə qarşı dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləçdirilməsi ilə əlaqədar kompensasiyanın və delikt nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/17 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Bövgağa oğlundan dövlət ehtiyacları üçün alınmış 0,06 ha torpaq sahəsinin əvəzi olaraq 162000 (yüz altmış iki min) manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı Bövgağa oğluna ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində öz qətnaməsinin hüquqi əsası kimi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına stinad etmişdir. Hesab edir ki, məhkəmə yol verdyi prosessual pozuntuların məntiqi nəticəsi olaraq faktiki düzgün araşdırmamış, sübutlara düzgünqiymət verməmiş, nəticə etibarı ilə iddianın təmin edilməyən hissəsində qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bu və digər əsasları gətirərək, Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsini iddianın təmin olunmayan hissəsində ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi kobud prosessual pozuntularla çıxarılmışdır, məhkəmə qətnamə çıxararkən maddi və hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Qey olunanları nəzərə alıb, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmıdır. Qətnamədən narazı qalan cavabdeh "Cavabdeh" ASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi pul vəsaitinin tutulması hissəsində dəyişdirilmiş, İddiaçı Bövgağa oğlundan dövlət ehtiyacları üçün alınmış 0,06 ha torpaq sahəsinin əvəzi olaraq 162000 (yüz altmış iki min) manat və 32 400 (otuz iki min dörd yüz) manat (20% əlavə) haqq, cəmi 187 200 (yüz səksən yeddi min iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh ASCdən tutularaq İddiaçı Bövgağa oğluna ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh "Cavabdeh" ASC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı Bövgağa oğlu və cavabdeh "Cavabdeh" ASC kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı Bövgağa oğlu və cavabdeh "Cavabdeh" ASC tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı Bövgağa oğlu kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh "Cavabdeh" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi 162000 (yüz altmış iki min) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək, Cavabdeh ASC-dən 132000 (yüz otuz iki min) manattutularaq İddiaçı Bövgağa oğluna ödənilməlidir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşinhallarındagörünür ki,İddiaçı Bövgağa oğlu cavabdeh "Cavabdeh" ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və delikt nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi İddiaçı Bövgağa oğlunun xeyrinə dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinin əvəzinə (bazar qiyməti ilə) Cavabdeh ASC-dən 168.000 manat (0,06 ha torpaq sahəsinin dəyəri) məbləğində pulun tutulması, İddiaçı Bövgağa oğluna məxsus torpaq sahəsinin və onun üzərində olan əmlakın hesablanmış bazar qiymətinin 20 % miqdarında (0,06 ha torpaq sahəsinin dəyəri 168000 manat təşkil edirsə, bu məbləğin 20 % satınalma qiymətinə əlavə haqq) 33600 manat məbləğində haqqın (pulun) Cavabdeh ASC-dən tutulması, İddiaçı Bövgağa oğlunun xeyrinə dəymiş 100000 manat məbləğində mənəvi ziyanın Cavabdeh ASC-dən əlavə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki,işə baxan birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi arqumentləri hərtərəfli araşdırmalı, iddianın dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etməli idi. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.9, 241.2, 1097-ci, Torpaq Məcəlləsinin 66, 67-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1, 7.2, 54.1-ci maddələrini mübahisəli hüquq münasibətinə tətbiq edərək iddiaçının mübahisəli 0,06 torpaq sahəsi üzərində mülkiyyət hüququnun 2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, bu zəbt nəticəsində iddiaçıya zərər vurulması faktının öz təsdiqini tapdığını, cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində su anbarının inşası ilə əlaqədar işlər apardığını, torpaq sahəsinin qaytarılmasının faktiki olaraq mümkün olmadığını müəyyən etmiş və iddiaçının razılığı nəzərə alınmaqla ona torpaq sahəsinin əvəzi olaraq kompensasiya ödənilməli olması qənaətinə gəlmişdir. Kompensasiyanın məbləğinə gəlincə isə apellyasiya instansiyası məhkəməsi həmin məbləği müəyyən edərkən "X3" İB-nin xx.xx.2014-cü il tarixli ƏBİ/İ 03-473 saylı rəyi ilə xx.xx.2014-cü il tarixə müəyyən edilmiş orta bazar qiymətini 162000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı işdə mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyən olunması ilə bağlı hər hansı ekspert, yaxud mütəxəssis rəyi alınmamışdır. İşdən göründüyü kimi, məhkəmənin mübahisəli torpaq sahəsinin bazar qiymətinin 162000 manat olması ilə bağlı gəldiyi nəticəni əsaslandırarkən istinad etdiyi "X3" İB-nin xx.xx.2014-cü il tarixli ƏBİ/İ 03-473 saylı rəyi hazırkı işdə deyil, inzibati-iqtisadi icraat qaydasında baxılan başqa bir işə baxılarkən əldə olunmuşdur və həmin rəyin verilməsindən 5 ildən artıq vaxt keçmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı Bövgağa oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayon Badamdar qəsəbəsi, 3-cü yaşayış masivində yerləşən 0,06 ha torpaq sahəsinin 2019-2020-ci illər üçün hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə mütəxəss rəyinin verilməsi özəl quruma, “xxxxxxx” MMC-nə həvalə edilmişdir. Azərbaycan Respublikası “xxxxxxx” MMC Qiymətləndirmə Şirkətindən xx xxxxxx 2019-cu il tarixli, MB 12/1088 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayon Badamdar qəsəbəsi, 3cü yaşayış masivində yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixinə, real bazar dəyəri 132000 manat təşkil edilir. Kollegiya hesab edir ki, həmin rəy yeni olduğundan mübahsəli torpaq sahəsinin bazar qiymətini daha real əks etdirdiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi 162000 (yüz altmış iki min) manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı Bövgağa oğluna ödənilməsi hissəsində dəyişdirilərək, tutulacaq məbləğ 132000 (yüz otuz iki min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh "Cavabdeh" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Ekspert tədqiqatının dəyəri 200 manat Cavabdeh ASC-nə aid edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin cavabdehdən mənəvi zərərin əvəzinin tutulması hissəsi düzgün olaraq rədd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri yetirilməsi sübut olunmur. Məhkəmə kollegiyası iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirilməsini qəbul edir, lakin iddiaçının ona məxsus torpaq sahəsinin əvəzi olaraq iş materialları ilə sübut edilmiş məbləğdə pulun cavabdehdən tutulub ona ödənilməsi barədə tələb təmin olunduğundan, kollegiya iddiaçının faktiki pozulmuş hüququnun ədalətli kompensasiya ödənilməklə bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh "Cavabdeh" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi 162000 (yüz altmış iki min) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh ASCdən 132000 (yüz otuz iki min) manat tutularaq İddiaçı Bövgağa oğluna ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı Bövgağa oğlutərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatlarıının dəyəri 200 manat Cavabdeh ASC-nə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-801/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-801/2020
13.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver