Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8011/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2554/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 1571,23 (bir min beş yüz yetmiş bir manat, iyirmi üç qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, X4 məxsus və Cavabdeh tərəfindən idarə olunan “Mazda CX-9” markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixində, “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AC *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avto nəqliyyat vasitəsinə, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx xxxxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında qərar tərtib olunmuşdur. “X8” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** AC *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6 724,84 (altı min yeddi yüz iyirmi dörd manat, səksən dörd qəpik) manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 571,23 (altı min beş yüz yetmiş bir manat, iyirmi üç qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün “X8” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000,00 (beş min)-manat məbləğində sığorta ödənişi əvəz edilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 1 571,23 (bir min beş yüz yetmiş bir manat, iyirmi üç qəpik) manat məbləğində vəsaitin “xxxx” ASCnin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2554/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 571,23 (beş yüz yetmiş bir manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələbini pozmuş, həmçinin, işin mühüm əhəmiyyət kəsb edən halını araşdırıb müəyyən etməmişdir. Məhkəmə prosesində cavabdehin iştirakı təmin edilmədiyi və məhkəmə baxışı haqqında heç bir məlumat almadığı üçün etirazını əsaslandıran sənədləri və avtomobilə dəymiş ziyanın şişirdilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Cavabdeh qeyd etmişdir ki, avtomobilə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmədən həmin şişirdilmiş məbləğlərin ondan tutulması qanunsuz və əsassızdır. Xahiş edir ki, iş üzrə ekspertiza təyin edərək avtomobilə dəyən ziyanın dəqiq müəyyən edilməsi təmin edilsin və avtomobil tədqiqata təqdim edilsin. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2554/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli, PPA********** saylı icbari süğorta müqaviləsindən görünür ki, X1 olan “Mazda CX-9” minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək xxxx” ASC-də əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. xx.xx.2018-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarın məzmunundan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə, saat 14-55-də idarə etdiyi ** HU *** dövlət qeydiyyat nişanlı, “Mazda CX-9” minik markalı avtonəqliyyat vasitəsi ilə yol hərəkəti haqqında qaydaları pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı-Quba yolunun 26-cı km-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Nissan Sunny” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə 6724,84 manat zərər dəymişdir. 001XOH********** saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən dəymiş zərər olaraq 6724,84 manat ödənilmişdir. Pretenziya məktubundan görünür ki, Cavabdeh 15 gün ərzində vurulmuş ziyanı ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2018-ci il tarixdə, saat 14:55-də idarə etdiyi ** HU *** dövlət qeydiyyat nişanlı “Mazda CX-9” minik avtonəqliyyat vasitəsi ilə yol hərəkəti haqqında qaydaları pozaraq ** AC *** qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuş, buna görə də o, vurulmuş zərəri subroqasiya qaydasında “xxxx” ASC-yə ödəməlidir. “Nissan Sunny” markalı avtomaşına dəymiş 6724,84 manat zərər iddiaçı tərəfindən ödənilmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən “Nissan Sunny” markalı avtomaşına dəymiş 6724,84 manat zərərin 5000 manatı cavabdehin icbari sığortasına görə çıxılmaqla, qalan 1571,23 manat zərərin cavabdehdən tələb edilməsində iddiaçı haqlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1108.1, 1114.1, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad edərək, iddianın təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə tərəfindən mülki iş materiallarında olan AR DİN MAPS şöbəsi tərəfindən verilmiş arayışda qeyd olunmuş ünvan üzrə bildirişlər göndərilmişdir. Kollegiya apellyatorun zərərin şişirdilməsi, buna görə də, ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator hazırki məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da, məhkəməyə zərərin məbləğini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Buna görə də, onun qeyd etdiyi dəlil formal mülahizəyə əsaslanmaqla, işin baxılmasının uzadılmasına yönəldilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2554/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8011/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8011/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver