Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8017/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-376/2020 saylı iş üzrə qəbul etdiyi 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 30 mənzil 28-ə su axıdılması nəticəsində dəymiş maddi zərərə görə 1800 manat, mənəvi zərərin əvəzi olaraq isə 500 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2330 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 30, mənzil 26 saylı evin sahibidir. Bir müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov Küçəsi, ev 30, mənzil 28-də yaşayan Cavabdeh tərəfindən dəfələrlə su axıdılması nəticəsində onun yaşadığı mənzilə dəfələrlə su axınına məruz qalmışdır. Belə ki, 86 saylı MİS tərəfindən tərtib edilmiş akta əsasən cavabdehin mənzilindən su axıdılması nəticəsində onun yaşadığı mənzilin ayaq yoluna, hamam otağına, dəhlizinə və mətbəxinə su axıntısı olmuşdur. Mənzilə suyun sızması nəticəsində ona ziyan dəymişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən heç bir nəticə çıxarılmamışdır. Nəticədə mənzilin təmirinə ciddi ziyan dəymiş, ev daimi nəmişliyə məruz qalmışdır. Beləliklə cavabdeh tərəfindən mənzilində olan su borularının vəziyyətinə nəzarət etməməsi, onun mənzilə suyun axıdılması, digər zəruri tədbirlər görməməsi nəticəsində ona 1800 manat maddi zərər dəymişdir. Eyni zamanda cavabdehin bu hərəkətləri nəticəsində o və onun ailəsi böyük fiziki və mənəvi əzəblar çəkmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-376/2020 saylı iş üzrə qəbul etdiyi 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyanın əvəzi olaraq 930 (doqquz yüz otuz altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı ödənilməsi və Cavabdeh ekpert rəyi üzrə 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclasında cavabdeh tərəf olaraq onun iştirakını təmin etməmiş, digər tərəfdən baxan onun baş verən hadisədə təqsirli olub-olmadığımı müəyyən etmədən, iddia tələbini qismən təmin etmiş və bununla da iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə yanaşı bildirmişdir ki, iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədən, həmin suyun haradan və kimin təqsirli hərəkəti ucbatından baş verməsini sübut etmədən ona qarşı əsasız iddia irəli sürülmüşdür. Həmçinin 4 ay müddət olarki ona məxsus mənzildə heç kim yaşamır. Apellyasiya baxışı zamanı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən aydın olur ki, onun iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 10.08.1997-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanından yerləşən 26 saylı mənzil İddiaçı Nadiq qızına məxsusdur. İş materiallarında olan 18.04.2018-ci il tarixli aktdan görünür ki, Sabunçu rayon 86 saylı MKİS-nin mühəndisləri M.Əmirov küçəsi 30 saylı evin 26 saylı mənzilinin sahibi İddiaçı Firudin qızının şikayət ərizəsinə əsasən onların yaşadığı mənzilə baxış keçirilmiş və mənzilə baxış zamanı məlum olmuşdur ki, 28 saylı mənzildən 26 saylı mənzilin ayaq yoluna, hamam otağına, dəhlizinə və mətbəxtinə su axıntısı olmuşdur. İş materiallarında olan 86 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş 15.05.2010-cu il tarixli, 442 saylı arayışın surətindən görünr ki, X1 ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 28.02.2020-ci il tarixli, 20025 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanına su sızma nəticəsində dəymiz ziyanın aradan qaldırılması üçün təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətinə uyğun olaraq 930 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi məhz yuxarıda qeyd olunanları əsas götürərək və Mülki Məcəllənin 1096-ci, 1097-ci, 1115-ci və 23-cü maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atэlmasэ və ya dьşməsi, yaxud axэdэlmasэ nəticəsində vurulmuşdursa, məsuliyyəti mьvafiq otaрэ tutan юəxs daюэyэr, amma zərərin qarюэsэalэnmaz qьvvənin təsiri və ya zərərçəkənin təqsiri ьzьndən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə tikinti-texnikiəmtəəşünaslıq ekspertizası təyin edilmiş və təqdim edilmiş ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsindəki 30 saylı evin 26cı mənzilinin tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qusürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 26 saylı mənzilin üst mərtəbəsində 28 saylı mənzilin yerləşdiyini və akt-ın göstəriciləri nəzərə alınaraq 26 saylı mənzilə 28 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Lakin 28 saylı mənzilin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi düzgündür və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatora aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-376/2020 saylı iş üzrə qəbul etdiyi 20 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8017/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8017/2021
22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver