Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-802/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı və onun vəkili X5 iştirakları ilə İlkin iddi üzrə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi (48 saylı MKİS), Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi və mənəvi zərərin ödənilməsi” barədə ilkin, qaşılıqlı iddia üzər iddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” MMCnin İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4855/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-dən dəymiş maddi ziyana görə 4950 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 6950 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, 9 saylı mənzil 1997-ci ildən xüsusi mülkiyyətindədir. Hazırda qeyd edilən küçədə olan evlər plana əsasən söküntüyə düşmüşdür. Lakin “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfındən abadlıq işələri adı altında mənzillərin eyvanları sökülərək yenisi tikilir. Yeni tikilən eyvanların bəziləri yarımçıq qalmış, bəziləri bir nəfərdən artıq yük götürmür. Hansı standarta uyğun tikilməsi, kimə təhvil verməsi, kimdən təhvil alması bəlli deyil. Bir neçə mənzilin eyvanı isə artıq süni özüllərdən çat vermişdir. Qonşu mənzillərin eyvanlarına baxış keçirilərsə bu fakt təsdiqini tapmış olar. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC ona məxsus mənzilin 12 kvadratlıq eyvanını sökərək yerində bəlli olmayan standartlara uyğun 3 kvadratlıq eyvan tikmək istəyir. Halbuki qeyd edilən eyvan texniki pasporta əsasən özünün mülkiyyətindədir, eyvan statusundan çıxmış, bütöv mənzilin bir hissəsidir, mətbəx və sanitar qovşağ təyinatı var. Buna etiraz etdiyi üçün mülkiyyətində olan mənzilin eyvan hissəsi beş aydır ki, sökülmüş, yararsız hala salınmış, lambrinlə izolyasiya edilmiş hissələri çıxarılmış, eyvanın görünüşü qərəzli olaraq bərbad vəziyyətə salınmışdır. Cavabdehə və mənzildən 50 metr məsafədə yerləşən 48 saylı MKİS-ə dəfələrlə müraciətlər olunsa da, başqa eyvanların söküntüsü və öz standatlarına uyğun abadlaşdırılması davam edir. Eyvanın izolyasiyasının sökülməsi nəticəsində mənzilin isidilməsinə enerji xərcləri artmış, mənzildə soyuq hava dövranı artmış, mətbəxdən sərbəst istifadə məhdudlaşmışdır. Mənzilin eyvan hissəsinin abadlıq adı ilə aylardır sökülərək yararsız hala salınması nəticəsində mənzilin bir hissəsi olan 12 kvadrat metr yaşayış sahəsinə ümumilikdə 4500 manat ziyan dəymişdir. Bundan başqa mənzilin istiliyinin itməsi nəticəsində elektrik enerjisinin istifadəsi artmış, aylıq 80-150 manat arasında elketrik enerjisinə artıq sərfıyyat olmuşdur ki, ümumilikdə beş ay ərzində 450 manat enerji haqqı ödəmək məcburiyyətində qalmışdır. Dövlət büdcəsindən maliyyələşən cavabdehin dövlətin mühafızə olunan ev siyahısında olan xüsusi mülkiyyətə, vətəndaşa bu qədər maddi ziyan vurması, edilən müraciətlərə laqeyd yanaşması, “get nə edirsən bacarırsan et, get ver məhkəməyə” kimi ifadələri ilə vətəndaşı narazı salması bu dövlətin vətəndaşı olaraq iztirab və sarsıntılar keçirməsinə səbəb olmuşdur. “xxxxxxxxxxxxxxxxxxxx” MMC, İddiaçı məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 9 saylı mənzilinə aid qeyriqanuni artırılmış və qəzalı olan balkonun sökülməsi və layihə üzrə yenidən qurulması, İddiaçı və onun ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin mərkəzində MMC tərəfindən aparılan təmir-bərpa işləri yaşayış binalarının fasad hissəsinin təmirolunmasını, qəzalı damların və eyvanların sökülərək yenisi ilə əvəzlənməsini nəzərdə tutur. Eyvanların qəzalı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə mövcud eyvanların alt hissəsi dayaqlara qədər açılır. Dayaqların korroziyaya uğrayıbuğramaması müəyyən olunur və həmin eyvanlara FHN mütəxəssisləri baxış keçirərək müvafıq rəy verir. Eyni qaydada ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan 9 saylı mənzilin eyvanının alt hissəsindəki lambir sökülmüşdür. FHN mütəxəssisləri eyvana baxış keçirərək, onun qəzalı olduğunu müəyyən etmişlər. Müvafıq rəyə əsasən qeyd olunan eyvan sökülərək ilkin layihə vəziyyətinə gətirilməlidir. Mövcüd eyvan binanın əlavə yüklənməsinə səbəbdir. Halhazırda qeyd olunan eyvan təhlükə mənbəyidir. Bundan əlavə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğu nəticəsində cavabdehə məxsus olan açıq eyvanın qeyri-qanuni artırıldığı və tikilərəq bağlandığı məlum olmuşdur. Eyvanın artırılması və bağlanması ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində heç-bir məlumat yoxdur və qeyd olunan artırma qanunvericiliklə nəzərdə tutulan qaydada rəsmiləşdirilməmişdir. ünvan 3 ünvan: Qoqol küçəsi 25) (inv.2948) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 saylı qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi qadağandır. Cavabdeh İddiaçı ona məxsus olan qeyri-qanuni artırılmış, təhlükə mənbəyi olan qəzalı eyvanının sökülərək dövlət standartlarına uyğun şəkildə yenidən qurulmasına mane olur, təmir işlərinin tamamlanmasını ləngidir və bununla kifayətlənməyərək müəssisəyə böhtan ataraq, gəlir əldə etmək istəyir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4855/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq İddiaçı məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 9 saylı mənzilinə aid qeyri-qanuni artırılmış, qəzalı olan balkonun sökülməsi və layihə üzrə yenidən qurulması, İddiaçı və onun ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxx” ̇MMCyə ödənilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manatın İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsininxx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbinin qismən təmin edilməsi, “xxxxxxxxxxxxxxxxxxxx” MMCdən vurulmuş maddi ziyana görə 1903 manat, mənəvi ziyana görə 200 manat olmaqla, cəmi 2103 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissələrdə və “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6794/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin qətnamədən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin verdiyi kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilmişlər. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclası barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə “Bakı Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hazırki iddianı qaldırmaqda sübyektiv hüququnun olmamasına istinad etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, cavabdeh MMC-nin irəli sürdüyü dəlilləri tam araşdırmamış, iş üzrə həqiqətin müəyyən edilməsi üçün bütün zəruri prosessual hərəkətləri icra etməmişdir.İşdən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” MMC qarşılqlı iddia tələbinin əsası kimi müxtəlif qurumlardan ünvanlanmış məktubları məhkəməyə təqdim etmiş, Bakı şəhərinin mərkəzində aparılan abadlıq, təmir-bərpa, yaşayış binalarının fasad hissəsinin təmiri, qəzalı damların və eyvanların sökülərək yenisi ilə əvəzlənməsi işlərinin MMC-yə tapşırıldığını göstərmişdir. İddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi-13 (yeni ünvan: Qoqol-25) (inv. 2948), ünvanda yerləşən bina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mübahisəli tikilinin sökülərək yenidən bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olubolmamasını müəyyən etmək üçün təkcə MMC tərəfindən bu barədə məhkəməyə sübutlar təqdim oluna bilməməsi faktı ilə kifaytələnmiş, lakin Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin həmin məsələnin həllində bilavasitə maraqlı olması, qəbul ediləcək məhkəmə aktının birbaşa onların maraqlarına toxunacağını nəzərə almamış, bu dövlət orqanlarının cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Halbuki göstərilən dövlət qurumlarının işə cəlb olunması "xxxxxxxxxxxxxxxxxxxx" ̇MMC-yə mübahisəli ünvanda yerləşən balkonun əvvəlki vəziyyətinə bərpası üçün səlahiyyət verilibverilməməsi məsələsinin həlli, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası ilkin iddia tələbi və məhkəmə xərcləri ilə bağı qeyd edir ki, həmin hallar qarşılıqlı iddia tələbinin həllindən asılı olduğundan işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ilə bağlı tələb üzrə qəbud edəcək qərara uyğun olaraq bu məsələlərə hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə yenidən baxan zaman iş materiallarına əlavə edilmiş Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətindən cavabdeh MMC-nin vəkilinin sorğusuna verilmiş məktuba da hüquqi qiymət verməlidir. Belə ki, həmin məktubda Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 13-də söküntü, təmir-tikinti və yenidənqurma işlərinin "xxxxxxxxxxxxxxxxxxxx" MMC-yə həvalə edilməsi qeyd olunmuşdur....” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı, 092944 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bak şəhəri, Yasamal rayonu, Mərdanov Qardaşları küçəsi, ev 13 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 431 nömrəli reystr kitabında 62320-ci səhifədə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3-9/628 saylı məktubundan görünür ki, Bakı şəhəri, Qoqol küçəsi 25 (Mərdanov qardaşları 13) saylı ünvanda yerləşən artırma eyvanın və binanın damında mövcud olan tikilinin qanuni olub-olmaması barədə MMC-nin sorğusuna cavab olaraq bildirilmişdir ki, sözügedən eyvanın məxsus olduğu Qoqol küçəsi 13 saylı yaşayış evinin 9 saylı mənzilinin sahibi X2r. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sözügedən mənzil 1 otaq, yaşayış sahəsi 27.0 kv.m., ümumi sahəsi isə 37.0. kv.m-dən ibarətdir. Mənzilə bitişik 15.8 kv.m-lik eyvan və binanın damında uzun müddət əvvəl inşa olunmuş 2.0 kv.m.-lik tikili haqqında rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət X1 ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx/xx-02928 saylı məktubundan görünür ki, iddiaçının təmir işləri zamanı eyvanın sökülməsinə qanunsuz cəhd edilməsi barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı müraciətə Agentlikdə baxılmış, mütəxəssislər tərəfindən keçirilmiş baxış zamanı məlum olmuşdur ki, binanın 9 saylı mənzilinə aid olan eyvanın metal tirləri korroziyaya uğramış, monolit dəmirbeton döşəməsinin beton mühafizə qatı qopmuş, armaturlar açıqda qalaraqkorroziyaya uğramışdır. Balkonun konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlannda çat və digər deformasiyalar müşahidə olunmadı. Balkonun hörülərək otaqlann tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının "xxxxxxxxxxxxxxxxxxxx" ̇MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3-9/628 saylı məktubu, Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun “ünvan 11 ünvanında (keçmiş Mərdanov Qardaşları küçəsi 13) yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” xx.xx.2018-ci il ratixli rəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin "xxxxxxxxxxxxxxxxxxxx" ̇MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 60-01/ZN saylı məktubu və xx.xx.2018-ci il tarixli, 21388 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı Südabə Tamazanovanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 9 saylı mənzilinə aid balkonda yenidənqurma işləri aparılmış, balkonun ölçüləri 7,2x2,2 metrə artıılmış, balkonun konturu üzrə sonradan kərpic divar hörülərək mətbəx və sanitar qovşağı tikilmişdir. Həmin işlərin aparılmasına hər hansı dövlət orqanının razılığı olmamışdır, həmin işlə özbaşına görülmüşdür. Balkonun metal tirləri paslanmış, korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafızə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğramışdır. Balkonun konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlannda çat və digər deformasiyalar müşahidə olunmadı. Balkonun hörülərək otaqlann tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Kollegiya ilk olaraq qarşılıqlı iddia tələbinə qiymət verərək aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə kollegiya əsasən birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni qanuni hesab etmir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxx” MMC qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərkən, İcra Hakimiyyətindən, Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən MMC-yə ünvanlanmış məktubalara istinad etmişdir. Kollegiya qeyd edir ki, həmin məktublar “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə İddiaçı qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vermir. Kollegiya xüsusilə vurğulayır ki, işlərin həyata keçirilməsini rəsmiləşdirmək, yaxüd bundan imtina edilməklə əvvəlki vəziyyətinə bərpa olunmasını tələb etmək, bu tələb vaxtında yerinə yetirilmədikdə isə müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququ qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2, 24.1, 25.1.3-25.1.6, 27.1-27.3-cü maddələrinə və Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli, 272 nömrəli Fərmamının 1.4-cü bəndinə görə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Göründüyü kimi hazırki iddia tələbini qaldırmaqda "xxxxxxxxxxxxxxxxxxxx" ̇MMC-nin subyektiv hüququ müəyyən edilmir. Yuxarıda göstərilən dövlət orqanları tərəfindən MMC-yə ünvanlanan məktublar isə əsaslı sübut hesab edilə bilməz. Belə ki, MMC tərəfindən məhkəməyə mübahisəli mənzilin əvvəlki vəziyyətə bərpa edilməsini tələb etmək hüququ verən aidiyyəti dövlət orqanı tərəfindən həmin MMC-yə verilməsi barədə müvafiq sərəncam, qərarı, yaxud digər aktı və ya müqavilə təqdim olunmamışdır. Kollegiya ilkin iddia tələbini qismən əsaslı hesab edərək həmin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, ilkin iddia üzrə iddiaçının maddi ziyanın ödənilməsi barədə tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 21388 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 1, 9 saylı mənzilin balkonunda sökünti işləri aparılmış, döşəmənin alt hissəsinə vurulmuş təbəqə sökülmüşdür. Lakin həmin təbəqənin hansı materialdan və nədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığında söküntü zamanı balkona dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. İddiaçı qızına məxsus olan ünvan 1, 9 saylı mənzilə dair verilmiş texniki pasportda öz əksini tapmış balkon sahəsində mövcud vəziyyəti üzrə hamam tikilisi və mətbəx otağı inşa olunmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1, 9 saylı mənzilin bağlı eyvanında lambrin və su novlarının sökülməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriiləcək işlərin materiallarla birlikdə hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri təqribən 1903 manat təşkil edir. Kollegiya qeyd edir ki, işin müəyyən olunmuş hallarına əsasən İddiaçı məxsus olan ünvan 1, 9 saylı mənzilin eyvanı “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən qanunsuz olaraq sökülmüş və iddiaçıya ekspert rəyinə əsasən 1903 manat məbləğində ziyan dəymişdir. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, vurulmuş maddi zərərin əvəzi kimi 1903 manat “xxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq, İddiaçı ödənilməli, maddi zərər tələbi qalan hissədə təmin edilməməlidir. Kollegiya ilkin iddia tələbinin mənəvi ziyanın ödəniləsi barədə hissəsinə dair qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X9 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Kollegiya cavabdehdən ona vurulmuş zərərin iddiaçını xeyrinə tutulmasını ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddi üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4855/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. “xxxxxxxxxxxxxxxxxxxx” MMC-dən vurulmuş maddi ziyana görə 1903 (min doqquz yüz üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddianın qaldırılması üçün “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat “xxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İlkin iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,80 manat olmaqla, cəmi 46,20 (qırx altı manat 20 qəpik) manat məbləğində pul “xxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-802/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-802/2020
05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver