Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-802/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və üçüncü şəxs Maraqlı şəxs vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 5 girişli, 16 mərtəbəli yaşayış evinin 2-ci giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqlı 55 saylı mənzilin cavabdeh MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 329 №-li müqaviləyə əsasən, cavabdeh MMC mübahisəli mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun müqabilində mənzilin sahəsinin hər kv.metrinə görə 1.500 manat olmaqla, ümumilikdə 168.750 manat məbləğində pul vəsaitini cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı mənzilin dəyərini MMC-yə tam ödəmiş və bu barədə MMC tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli “Maliyyə arayışı” verilmişdir. İddiaçı, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi icra etməmiş, mübahisəli mənzili iddiaçıya təhvil verilməmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, mənzildə naməlum şəxslər tərəfindən təmir işləri aparılmışdır. Bu barədə MMC-yə müraciət etdikdə, MMC-nin məhsul şəxsləri problemin qısa müddətdə həll ediləcəyini iddiaçıya bildirsələr də, problem həllini tapmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Cavabdeh MMC-nin nümayəndəsi Rayon Məhkəməsinin iş üzrə keçirtdiyi məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya dair MMC-nin münasibətini Rayon Məhkəməsinə bildirməmişdir. c) üçüncü şəxslərin işə cəlb edilməsi və iddiaya münasibəti barədə məlumat
4. İşə Rayon Məhkəməsində baxılan zaman Maraqlı şəxs və X1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işin baxılmasına cəlb edilmişlər.
5. Üçüncü şəxs Maraqlı şəxs iddiaya tələbinə etiraz edərək göstərmişdir ki, o, Bakı şəhərində ev almaq arzusu ilə 2021-ci ilin son aylarında internetlə axtarış apararkən, makler vasitəsilə X1 ilə tanış olmuş və mübahisəli mənzilin satılması barədə sonuncu ilə razılığa gəlmişdir. Həmin mənzil xx.xx.2018-ci il tarixli, 239 saylı müqavilə əsasında MMC tərəfindən Mərdan İskəndərliyə satılmış, daha sonra Mərdan İskəndərli mənzili ona satmışdır. Ona görə də o, iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş edir.
6. İş üzrə üçüncü şəxs Mərdan İskəndərli Rayon Məhkəməsinin iş üzrə keçirtdiyi məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya dair münasibətini Rayon Məhkəməsinə bildirməmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxs Maraqlı şəxs ilə mənzilə dair müqavilə xx.xx.2022-ci il tarixdə bağlansa da, həmin müqavilənin bağlanmasına əsas olan müqavilə cavabdeh MMC ilə üçüncü şəxs Mərdan İskəndərli arasında xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Maraqlı şəxs ilə bağlanmış müqavilə mənzilə dair bağlanmış birinci müqavilədən irəli gəlir (törənir). Odur ki, mübahisəli mənzil faktiki olaraq üçüncü şəxsə verildiyindən iddia əsassız hesab edilməlidir. Çünki başqa bir alıcıya təhvil verilmiş mənzilin, artıq iddiaçıya təhvil verilməsi praktik olaraq mümkün deyildir. e) apellyasiya şikayəti barədə məlumat
9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə keçirilmiş iclaslarında cavabdeh MMCnin nümayəndəsi iştirak etməmişdir. MMC-nin nümayəndələri iddiaçıya dəfələrlə bildirmişlər ki, mübahisəli mənzil ona məxsusdur və başqa şəxsə satılmayıb. İşin hərtərəfli, tam, obyektiv və ədalətli həlli üçün cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı vacib idi. Lakin Rayon Məhkəməsi MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxmışdır. Bundan başqa, üçüncü şəxs Maraqlı şəxs Rayon Məhkəməsinə təqdim etdiyi sənədlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh MMC ilə üçüncü şəxs Mərdan İskəndərli arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, mübahisəli mənzilin 1 kv.m-nin dəyəri 1.100 manatdan satılmışdır. Halbuki həmin ərazidə mənzillərin dəyəri daha yüksəkdir. Lakin Rayon Məhkəməsi üçüncü şəxs Maraqlı şəxs təqdim etdiyi sənədlərin saxta olub-olmamasını yoxlamaq üçün ekspertiza təyin etməmişdir. Bundan əlavə, iddiaçı mənzili 2019-cu ildə alan zaman mənzilin çöl qapısı yox idi. İddiaçının atası mənzildə müəyyən təmizlik və təmir işləri aparmış və cavabdeh MMC-dən mənzilin çöl qapısının qoyulmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndələri isə yaxın zamanlarda çöl qapısını qoyacaqlarını vəd etmişlər. 2023-cü ildə isə iddiaçının ailə qurması niyyəti ilə iddiaçının atası mənzilə gedib əsaslı təmir işlərinə başlamaq istəyəndə mənzild təir işlərinin aparıldığının şahidi olmuşdur. Lakin Rayon Məhkəməsi iddiaçının mənzilə ilk olaraq sahiblik etməsi xüsusatına da əhəmiyyət verməmişdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
12. İş üzrə cavabdeh MMC-nin nümayəndəsi və üçüncü şəxs Mərdan İskəndərli apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
13. Üçüncü şəxs Maraqlı şəxs vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, "xxxx" olaraq cavabdeh MMC ilə “Sifarişçi” olaraq iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 329 saylı müqavilədən görünür ki, iddiaçı, müqavilədə göstərilmiş məbləği, yəni 168.750 manat pulu MMC-yə ödəməklə, mübahisəli mənzilin tikintisini MMC-yə həvalə etmişdir. MMC isə üzərinə öhdəlik götürmüşdür ki, həmin məbləği iddiaçıdan alıb, mübahisəli mənzilin inşasını başa çatdıraraq mənzili iddiaçıya təhvil verəcək.
16. MMC-nin xx.xx.2019-cu il tarixli "xxxx" görünür ki, iddiaçı, mübahisəli mənzilin dəyərini MMC-yə tam ödəmişdir. İddiaçının MMC-yə borcu yoxdur.
17. "xxxx" olaraq cavabdeh MMC ilə “Sifarişçi” olaraq iş üzrə üçüncü şəxs Mərdan İskəndərli arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 239 saylı müqavilədən görünür ki, Mərdan İskəndərli müqavilədə göstərilmiş məbləği, yəni 123.750 manat pulu MMC-yə ödəməklə, mübahisəli mənzilin tikintisini MMC-yə həvalə etmişdir. MMC isə üzərinə öhdəlik götürmüşdür ki, həmin məbləği iddiaçıdan alıb, mübahisəli mənzilin inşasını başa çatdıraraq mənzili iddiaçıya təhvil verəcək.
18. MMC-nin xx.xx.2018-ci il tarixli "xxxx" görünür ki, Mərdan İskəndərli mübahisəli mənzilin dəyərini MMC-yə tam ödəmişdir və MMC-yə borcu yoxdur.
19. Mərdan İskəndərlinin xx.xx.2022-ci il tarixdə yazdığı və Bakı Şəhəri 12 saylı Notariat Ofisi tərəfindən həmin tarixdə təsdiq edilmiş və **********032 nömrə altında qeydə alınmış ərizəsindən görünür ki, o, yuxarıda qeyd edilən və cavabdeh MMC-dən aldığı mənzilin Maraqlı şəxs adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmir. O, mənzilə dair onunla MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv olunmasına razıdır. Gələcəkdə həmin mənzil ilə əlaqədar MMC-yə və Maraqlı şəxs qarşı heç bir iddia tələbi və ya şikayəti olmayacaq.
20. Mərdan İskəndərlinin arvadı X2 xx.xx.2022-ci il tarixdə yazdığı və Bakı Şəhəri 12 saylı Notariat Ofisi tərəfindən həmin tarixdə təsdiq edilmiş və **********033 nömrə altında qeydə alınmış ərizəsindən görünür ki, o, yuxarıda qeyd edilən və ərinin cavabdeh MMC-dən aldığı mənzilin Maraqlı şəxs adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmir. Gələcəkdə həmin mənzil ilə əlaqədar onun MMC-yə və Maraqlı şəxs qarşı heç bir iddia tələbi və ya şikayəti olmayacaq.
21. "xxxx" olaraq cavabdeh MMC ilə “Sifarişçi” olaraq iş üzrə üçüncü şəxs Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 455 saylı müqavilədən görünür ki, Maraqlı şəxs müqavilədə göstərilmiş məbləği, yəni 123.750 manat pulu MMC-yə ödəməklə, mübahisəli mənzilin tikintisini MMC-yə həvalə etmişdir. MMC isə üzərinə öhdəlik götürmüşdür ki, həmin məbləği iddiaçıdan alıb, mübahisəli mənzili iddiaçıya təhvil verəcək.
22. MMC-nin xx.xx.2018-ci il tarixli "xxxx" görünür ki, Maraqlı şəxs mübahisəli mənzilin dəyərini tam ödəmişdir və borcu yoxdur.
23. Cavabdeh MMC ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 046 №-li müqavilədən görünür ki, MMC mübahisəli mənzilin daxili təmirinə Maraqlı şəxs icazə vermiş, sonuncu isə həmin mənzili sahiblik və istifadəsinə qəbul edərək, müqavilədə göstərilən şərtlər daxilində mənzildə təmir işlərini aparmağı öhdəsinə götürmüşdür.
24. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, mübahisəli mənzilə cavabdeh MMC-nin işçilərinin və üçüncü şəxslərin giriş çıxışı, mənzilə hər hansı digər müdaxilənin və mənzillə bağlı istənilən sənədləşmə işlərinin aparılmasının qadağan edilməsi, mənzildə təmir işlərinin dayandırılması qərara alınmışdır.
25. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh MMC ona məxsus binada yerləşən mübahisəli mənzili xx.xx.2018-ci il tarixli, 239 saylı müqaviləyə əsasən hazırki iş üzrə üçüncü şəxslərdən biri olan Mərdan İskəndərliyə 123.750 manata satılmışdır. MMC rəhbərliyi tərəfindən mübahisəli mənzil daha sonra xx.xx.2019-cu il tarixli, 329 saylı müqavilə ilə 168.750 manata İddiaçı satılmışdır. xx.xx.2022-ci il tarixdə isə Mərdan İskəndərli mənzili üzrə digər üçüncü şəxs olan Maraqlı şəxs satmışdır. Bu alğı-satqı mənzilə dair Mərdan İskəndərlinin olan hüquqların Maraqlı şəxs ötürülməklə və sonuncu ilə MMC arasında mənzilə dair xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmaqla həyata keçirilmişdir. Bundan sonra mənzil Maraqlı şəxs təhvil verilmiş və o, mənzili sahibliyinə qəbul edərək, mənzili öz vəsaiti hesabına təmir etdirməyə başlamışdır. Təmir işləri məhkəmə qərardadı ilə dayandırılmışdır.
26. Hazırda iddiaçı mübahisəli mənzilin ona məxsus olması əsası ilə MMC tərəfindən mənzilin ona təhvil verilməsini tələb edir.
27. İş materiallarından göründüyü kimi, mübahisəli mənzil ayrı-ayrı vaxtlarda iki şəxsə satılmış və mənzildə üçüncü şəxs Maraqlı şəxs tərəfindən təmir işləri aparılmışdır.
28. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (maddə 178.8.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir (maddə 425.1.). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (maddə 752.2.). Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alğı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alğı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (maddə 770-1.4.). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1.).
30. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri baxımından hesab edir ki, Rayon Məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdeh MMC ilə həm iddiaçı, həm də üçüncü şəxslər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Çünki Mülki Məcəllənin xx.xx.2017-ci il tarixdə yeni redaksiyada verilmiş 178.8-ci maddəsində qeyd edilmişdir ki, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir.
31. İddiaçı və üçüncü şəxslərlə bağlanmış hər üç müqavilə cavabdeh MMC ilə xx.xx.2017-ci il tarixdən sonra bağlanmış, həmin müqavilələr mahiyyəti baxımından podrat müqaviləsi hesab olunur.
32. Belə ki, müqavilə bağlanan zaman binanın tikintisinin davam etməsi mübahisə doğurmur. Müqavilənin mahiyyətindən də aydın olduğu kimi podratçı MMC ona məxsus olan torpaq sahəsində yerləşən tikintisi başa çatmayan binanın tərkib hissəsini muzd müqabilində onu əldə etmək istəyən sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür.
33. İddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirib, mənzilin dəyərini MMC-yə ödəsə də, MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməmişdir.
34. Məhkəmə hesab edir ki, MMC həmin mənzili iddiaçıya təhvil verə də bilməzdi, çünki həmin mənzilə dair ilk müqavilə iddiaçı ilə bağlanmış müqavilədən təxminən 10 ay əvvəl iş üzrə üçüncü şəxs olan Mərdan İskəndərli ilə bağlanmışdır və MMC mənzili iddiaçıya deyil, iş üzrə üçüncü şəxsə təhvil verməklə mənzillə bağlı mövqeyini nümayiş etmişdir.
35. İddiaçı apellyasiya şikayətində mənzildə ilkin təmir işlərinin onun atası tərəfindən aparıldığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Mübahisəli mənzilə dair MMC ilə ilk müqaviləni bağlamış Mərdan İskəndərlinin mənzilə dair hüquqlarını iş üzrə digər üçüncü şəxs Maraqlı şəxs ötürməsi və mənzilin təmiri ilə bağlı sonuncu ilə MMC arasında müqavilənin bağlanması nəzərə alındıqda işin mübahisəsiz halı kimi qəbul edilməlidir ki, mənzilin məhz Maraqlı şəxs tərəfindən təmir olunmuşdur. Bu zaman Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı, iddia ərizəsində qeyd etmişdir ki, mənzildə naməlum şəxslər tərəfindən təmir işlərinin aparıldığını gördükdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
37. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, podrat müqaviləsinin mahiyyəti baxımından və tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (podratçı) MMC olması nəzərə alındıqda, hazırki mübahisəyə Mülki Məcəllənin əvvəlki redaksiyasında olan 178.8ci maddəsinin tətbiqi istisna edilir. Belə ki, Mülki Məcəllənin əvvəlki redaksiyasında 178.8ci maddəsində qeyd edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Maddənin məzmunundan göründüyü kimi burada kooperativin verdiyi mənzilə münasibətdə pay haqqı tam ödənildikdə mülkiyyət hüququ əldə edilmiş olur. Bunun məntiqi davamı olaraq o qənaət formalaşır ki, hazırki mübahisədə səlahiyyətsiz şəxsin əşyaya dair sərəncam verməsi halı yoxdur. Necə ki, Mülki Məcəllənin 358-ci maddəsində nəzərdə tutumuşdur ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Qeyd edilənlər nəzərə alınarsa ilkin müqavilə bağlandıqdan sonra bağlanan digər müqaviləyə etibarsız əqd kimi yanaşmaq mülki qanunvericiliyin əqdlərlə və əqdin əsasında yaranan öhdəliklə bağlı formalaşdırdığı hüquqi mahiyyətə uyğun olmaz. Lakin hər bir halda nəzərə alınmalıdır ki, tərəflərin müqavilənin etibarsızlığını tələb etmək hüququ istisna edilmir. Nəzərə alınmalıdır ki, ki, hazırki iddia tələbi iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Müqavilədən” irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Hansı ki, konkret olaraq həmin öhdəliyi icra etmək artıq podratçının səlahiyyəti xaricindədir. Çünki müqavilədə qeyd edilən mənzil (pay) artıq üçüncü şəxsə təhvil verilmiş və həmin müqavilənin etibarlılığı mübahisə predmeti deyildir. Bu səbəbdən də hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 452.1-ci maddəsi təşkil edir.
38. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 452-ci maddəsinin tələbinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir (maddə 452.1.). Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 452.2.).
39. Qeyd edilən maddi hüquq normasının mənasından belə anlam ortaya çıxır ki, əgər borclu, fərdi müəyyən olan eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən kreditora məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Yəni, fərdi-müəyyən əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqi əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur.
40. Qeyd edilən maddi hüquq normasının hazırki mübahisəyə tətbiqi ilə Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə üçüncü şəxs Maraqlı şəxs ilə mənzilə dair müqavilə xx.xx.2022-ci il tarixdə bağlansa da, lakin həmin müqavilənin bağlanmasına əsas olan müqavilə cavabdeh MMC ilə digərə üçüncü şəxs Mərdan İskəndərli arasında xx.xx.2018-ci il tarixdə bağlanmışdır.
41. Belə olan halda, Maraqlı şəxs ilə bağlanmış müqavilə mübahisəli mənzilə dair bağlanamış birinci müqavilədən törəmiş olur.
42. Odur ki, mübahisəli mənzil faktiki olaraq üçüncü şəxsə təhvil verildiyindən iddianın təmin edilməsi istisna olunur. Çünki bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan mümkün deyildir.
43. Hazırki vəziyyətdə isə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi işin düzgün həlli üçün əhəmiyyətlidir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı dəqiq müəyyən edilməlidir.
44. Məhkəmə həmçinin nəzərə alır ki, mübahisəli mənzilə dair MMC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlansa da, mənzilin iddiaçıya təhvil verilməsi işin halları ilə müəyyən edilmir və iddiaçı bu kimi halın mövcud olmasını təsdiq edə biləcək sübutları işə baxmış məhkəmələrə təqdim etməmişdir.
45. Bununla da, belə qənaətə gəlmək olar ki, başqa bir alıcıya təhvil verilmiş mənzilin, artıq iddiaçıya təhvil verilməsi praktik olaraq mümkün deyildir. Odur ki, əsassız olan iddianı təmin etməməklə Rayon Məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
46. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin bildirir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər edilmiş cavabdeh MMC-nin iclasda iştirak edib-etməməsi onun prosessual hüququdur. Cavabdehin məhkəmə iclasında iştirakı məqsədilə məhkəmə tərəfindən məcburiyyət tədbiri tətbiq edilə bilməz.
47. Bundan başqa, üçüncü şəxs Maraqlı şəxs məhkəməyə təqdim etdiyi sənədlərin mötəbər sənədlər olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
48. İddiaçının iş üzrə ekspertiza təyin edilməli olması barədə dəlilinə isə Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qiymət verilərək bu barədə vəsatət əsassız hesab edilərək rədd edilmişdir. Bun görə də Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə təkrar qiymət verilməsinə zərurət görmür. h) apellyasiya baxışının nəticəsi
49. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
51. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
53. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.