Məhkəmə qərarları › İş №2(103)-8022/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8022/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8022/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)-3163/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərə görə 28000 manat və mənəvi zərərə görə 5000 manat, habelə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 33030 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum anası X5 ona miras qalmış Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzilini sataraq valideynlərinin vəfatından sonra onların dəfni ilə əlaqədar yaranmış borclarını ödəmək istəmiş, bu məqsədlə həmin mənzili 27 avqust 2019-cu il tarixdə 48000 manata satmışdır. Həmin mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına özünə ev də almaq istəmiş, lakin qaynanası Cavabdeh1 ona təklif etmişdir ki, ailəsi ilə birlikdə onun tək yaşadığı Bakı şəhəri Xocəsən qəsəbəsində yerləşən sənədsiz evə köçsün, satdığı evin pulundan 18000 manatını baldızı Abdullayeva (Əbilova) Şəbinə Yaşar qızına versin, baldızı isə əvəzində həmin evdən imtina etsin. İddiaçı onlara inanıb etibar edərək qaynanasının təklifi ilə razılaşmış və bütün ev əşyalarını yığaraq ailəsi ilə həmin evə köçmüşdür. 23 oktyabr 2019-cu ildə İddiaçı baldızı X2 18000 manat pulu Bakı şəhəri 14 saylı notariat kontorunda həyat yoldaşı X9 vasitəsilə verərək, bununla bağlı orada razılaşma tərtib etdirmişdir. Qalan 10000 manatı isə həmin evin təmirinə xərcləmişdir. Baldızı Cavabdeh2 18000 manat pulu aldıqdan sonra evə olan hüququndan imtina edəcəyinə söz verməsinə baxmayaraq, bunu etməmiş, bir müddətdən sonra ərindən ayrılıb bir uşağı ilə həmin evə qayıdıb orada yaşamağa başlamışdır. Bir müddət sonra həyat yoldaşı Gülər Aslanova övladları Mehribanı da götürərək evdən getmiş, onları xeyli axtarsa da, tapa bilməmişdir. Qaynanası və baldızı onların yerini bilsələr də, ona deməmişlər. Daha sonra arvadı Gülər ondan boşanmaq barədə məhkəməyə ərizə vermişdir. Bundan sonra İddiaçı qaynanası və baldızı tərəfindən aldadıldığını başa düşmüşdür. Buna görə də o, baldızına verdiyi 18000 manat və evin təmirinə xərclədiyi 10000 manat pulun qaytarılmasını tələb etmişdir. Onlar iddiaçıya pul qaytarmayacaqlarını bildirmiş və iddiaçının evdən çıxmağını tələb etmişlər. Hal-hazırda cavabdehlər nə onun pulunu qaytarır, nə də onu və oğlunu evə buraxmırlar. Cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində iddiaçının ailəsi dağılmış, pulu əlindən alınmış və oğlu ilə kirayələrdə qalmağa məcbur olmuşdur. Bundan əlavə valideynlərindən qalmış ev əşyalarını da cavabdehlər iddiaçıya vermirlər. İddiaçıya qarşı dələduzluq etdikləri üçün cavabdehlər barədə iddiaçı Binəqədi Rayon Polis İdarəsinə şikayət etmiş, Binəqədi RPİnin 40-cı Polis Bölməsində araşdırma aparılaraq 19 noyabr 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı cavabdehlər iddiaçıya qarşı heç bir dələduzluq etmədiklərini, pulu mənimsəmədiklərini bildirmiş, 18000 manat pulun iddiaçının razılığı ilə onlara verildiyini, 10000 manatın isə evin təmirinə xərcləndiyini etiraf etmişlər. Həmin qərarla ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya 28000 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)- 3163/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 18000 manat və Cavabdeh1 9000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsini, həmin hissələrdə də iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həmin evin Cavabdeh1 məxsus olması nəticəsinə haradan gəldiyini qətnamədə qeyd etməmişdir. Daşınmaz əmlaka hüquq yalnız dövlət reyestrində qeydə alındıqda mövcud olur. Əgər Cavabdeh1 dövlət reyestrində qeydə alınmış hər hansı hüququ yoxdursa, deməli həmin əmlakın yaxşılaşdırılması Cavabdeh1 varlanması hesab edilə bilməz. Araşdırma zamanı həmin əmlakın iddiaçının vəsaiti hesabına yaxşılaşdırılması sübuta yetirilməmişdir. Cavabdeh1 qanunla müəyyən edilmiş varlanması baş vermədiyindən, onun əsaslı və ya əsassız olmasından söhbət gedə bilməz. Digər tərəfdən, əgər cavabdehin əmlakın yaxşılaşdırılması və sair xərcləri həmin evdə yaşamağa görədirsə, deməli iddiaçı pul tələbi haqqında yox, həmin evdə yaşamağının təmin edilməsi haqqında iddia qaldıra bilərdi. İddiaçı istinad etdiyi, notariat qaydasında təsdiqlənməklə bağlanmış müqavilənin iştirakçısı deyil və buna görə də həmin müqaviləyə istinadən tələb irəli sürməyə subyektiv hüququ yoxdur. X7 iddiaçının istinad etdiyi həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Buna görə də həmin müqaviləyə istinadən ona qarşı tələb irəli sürülməsi əsassızdır. Bundan başqa, iddiaçının sübut kimi istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 noyabr 2020-ci il tarixli qərarın hazırkı iş üçün preyudisial əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında cavabdehlər apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X18 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)- 3163/2021 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nefçilər küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzili 08 may 2019-cu il tarixdə vəfat etmiş X10 məxsus olmuş, sonuncunun vəfatından sonra 20 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil miras əmlak kimi X4 Elçin Kamil oğluna keçmişdir. 27 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı həmin mənzili 48000 manata X1. X18 ilə X19 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli razılaşmaya əsasən X19 Cavabdeh1 miras qalacaq əmlaklardan X9 xeyrinə imtina etməyə razılıq vermiş, əvəzində isə X8 18000 manat pulu notariusun depozit hesabı vasitəsilə qəbul etmişdir. İş materiallarında olan 03 sentyabr 2019-cu il tarixli qəbzin surətinə əsasən X18 tərəfindən Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X11 18000 manat təhvil verilmişdir. İş materiallarında olan 03 sentyabr 2019-cu il tarixli, 463012 nömrəli qəbzin surətinə əsasən X15 tərəfindən 18000 manat məbləğində pul X12 ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş 19 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X18 izahatında İddiaçı hazırkı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Gülər Aslanova izahatında göstərmişdir ki, əri İddiaçı anasından miras qalmış evi 48000 manata sataraq 20000 manatı öz şəxsi borclarına xərcləmiş, qalan 28000 manatın 18000 manatını bacısı Səbinəyə vermiş, 10000 manatını isə evin təmirinə və ev əşyalarının alınmasına sərf etmişdir. Belə ki, evi satdıqdan sonra qalmağa yerləri olmadığı üçün anasının təklifi ilə müvəqqəti olaraq Xocəsən qəsəbəsində olan anasının evinə köçmüşlər. Bacısı Səbinəyə 18000 manat pul ona görə verilmişdir ki, gələcəkdə bu evə dair iddiası olmasın. Elçini buna heç kim məcbur etməmiş, anası evi onlara verdiyi üçün bunu etmişdir. Bir müddət sonra onlar ayrılmışlar. Cavabdeh1 Gülər Aslanovanın izahatına oxşar məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cavabdeh2 isə izahatında bildirmişdir ki, Elçin onun anasının evinə köçəndən sonra özü qərara gəlmişdir ki, həmişəlik onların evində yaşasın, bunun üçün də ona 18000 manat pul vermişdir ki, onun bu evə heç bir iddiası olmasın. Hazırda da onun həmin evə heç bir iddiası yoxdur. Hesab edir ki, Elçin Gülərlə aralarında olan problemi özləri hələ etməlidirlər. O, Elçinin pulunu mənimsəməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçıla Gülər Aslanovanın nikahı pozulmuşdur. Apellyasiya icraatı zamanı “X22 və Ekspertiza Mərkəzi” MMC tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrinə əsasən tərtib olunmuş 22 noyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən sənədsiz evin təmirinə çəkilən xərclərin qiyməti 3588 manat təşkil edir. Mütəxəssis rəyindən görünür ki, cavabdehlər iddiaçının baxış zamanı iştirak etməsinə mane olmuşlar. Bununla yanaşı onlar baxış zamanı etiraf etmişlər ki, həmin evdə 2,7m x 3,1m ölçüdə darvaza, 20m x 2,3 m ölçüdə tək daş hasar, “Sparta” markalı kombi cihazı, 40 ədəd radiator, kombi cihazına qaz və su xətti, evin daxilində 4 ədəd otaq qapısı İddiaçı tərəfindən alınmış və quraşdırılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Cavabdeh1 qaynı X3, İddiaçı qohumu X6, habelə İddiaçıla Gülər Aslanovanın övladı X21 ifadələrində İddiaçı Cavabdeh2 18000 manat pul verməsini, evin təmiri üçün İddiaçı pul xərclədiyini, bir neçə ay ərzində Elçin həmin evdə yaşadıqdan sonra evdən qovulduğunu göstərmişlər. Apellyasiya icraatı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında İddiaçı həmin evin təmirinə müəyyən məbləğdə pul xərclədiyini və mütəxəssis rəyində qeyd olunan təmir işlərini gördüyünü bildirmişlər. Cavabdehlər izahatlarında İddiaçı Cavabdeh2 18000 manat məbləğində pul verməsini etiraf etməsələr də, 40-cı polis bölməsində verdikləri etirafedici izahatla məhkəmədə verdikləri izahatlar arasında uyğunsuzluğun səbəbini izah edə bilməmişlər. Cavabdeh2 bacısı Gülər Aslanova ilə aralarında bağlanmış 3 sentyabr 2019-cu il tarixli razılaşma əsasında 18000 manat məbləğində pul almasının da səbəbini izah edə bilməmiş, izahatında İddiaçı həmin evdə yaşamasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı qaynanası Cavabdeh1 məxsus Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən və mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evi almaq müqabilində baldızı Cavabdeh2 18000 manat pul verməsi və həmin evin təmirinə 3588 manat məbləğində pul xərcləməsi sübuta yetirilmişdir. İddiaçı anasından miras qalmış evi 27 avqust 2019-cu il tarixdə 48000 manata satdıqdan sonra qaynanasına məxsus olan həmin evə köçməsi, orada bir neçə ay yaşaması, evdə təmir işləri aparması işin mübahisəsiz hallarıdır. Gülər Aslanova ilə Səbinə Əbilova arasında imzalanmış 3 sentyabr 2019-cu il tarixli razılaşmada 18000 manat pulun G.Aslanova tərəfindən S.Əbilovaya verilməsi göstərilsə də, işin faktiki halları ondan ibarətdir ki, verilən pul İddiaçı məxsus olmaqla həmin pul 27 avqust 2019-cu il tarixdə anasından miras qalmış evin satışından əldə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 18000 manat məbləğində pulun tutulub İddiaçı xeyrinə ödənilməsi barədə düzgün nəticəyə gəlsə də, digər Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, İddiaçı həmin evin təmirinə 10000 manat məbləğində pul xərclədiyini bildirsə də, mütəxəssis rəyinə əsasən evin təmirinə 3588 manat məbləğində pul xərclənməsi müəyyən olunmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının evin təmirinə sərf etdiyi puldan 1000 manat hissəsini onun bir neçə ay ərzində həmin evdə qalmasının əvəzi kimi təmirə sərf olunan puldan çıxmış, iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Buna görə də kollegiya hesab edir ki, İddiaçı evin təmirinə sərf etdiyi 3288 manat puldan eyni qaydada 1000 manat pul çıxılaraq qalan 2588 manat pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu əsas götürür ki, evin mülkiyyət sənədi olmasa da, tərəflərin izahatlarından və iş materiallarından görünür ki, evin faktiki sahibi Cavabdeh1dır və iddiaçı tərəfindən evin yaxşılaşdırılması nəticəsində məhz Cavabdeh1 varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 qanuni əsas və ya müqavilə əsası olmadan İddiaçı 18000 manat məbləğində pul alaraq əsassız varlanmışdır. Bundan əlavə, Cavabdeh1 özünə məxsus olan sənədsiz evi İddiaçı satacağını vəd etdiyinə görə İddiaçı həmin evdə 3288 manat dəyərində təmir işlər aparmış, sonradan Cavabdeh1 İddiaçı həmin evə buraxmamışdır. Evdə aparılmış yaxşılaşdırmaların müqabilində Cavabdeh1 İddiaçı hesabına əsassız varlanmışdır. Kollegiya hesab edir ki, qətnamənin tam və ya qismən ləğv edilməsinə əsas yoxdur, ancaq qətnamə Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)- 3163/2021 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh1 İddiaçı xeyrinə tutulan pulun məbləği 2588 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar