Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8028/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4449/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurlorluğuna qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən maddi və mənəvi ziyanın əvəzi olaraq 150 000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4180/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti qaydalarının pozulması əsası ilə geri qaytarılmışdır. İddiaçı 06 oktyabr 2022-ci il tarixli qərardadın göstərişlərinə əməl edərək həmin iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etsə də, Səbail Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə ona aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə yenidən iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4449/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi yenə də ərazi aidiyyəti qaydasının pozulması əsası ilə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş və şikayətində aidiyyət məsələsinin həll olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4449/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş şikayət qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. İşdən göründüyü kimi, iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərardadından yox, 26 oktyabr 2022-ci il tarixli qərardadından şikayət vermişdir. Lakin məhkəmə MPM-in 269-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada 06 oktyabr 2022-ci il tarixli qərardaddan verilmiş şikayətə baxmışdır. Belə bir şikayət isə yoxdur və hazırkı iş üzrə ola bilməz. Belə ki, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edib və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin ərizə geri qaytarılıb. Məhkəmə səhvən 26 oktyabr 2022-ci il tarixli qərardaddan şikayətə yox, 2(005)-4180/2022 saylı iş üzrə 06 oktyabr 2022-ci il tarixli qərardaddan şikayətə baxıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər (267.1.). Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir (267.3.). Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (269). İşin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının 2(005)- 4449/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərardaddan verdiyi şikayətə baxmadan və onun əsaslı olub-olmaması məsələsinə münasibət bildirmədən həmin şikayəti baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət etməmişdir. Yaranmış vəziyyət isə şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də mülki iş 2(005)-4449/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət üzrə MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4449/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsində nəzərdə tutulmuş prosessual qaydaların yerinə yetirilməsi üçün işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8028/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8028/2022
05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver