Məhkəmə qərarları › İş №2(103)-8029/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8029/2022

01.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8029/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(005)-2844/2022 nömrəli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “mənzilin sökülməsi, boşaldılaraq təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 83a, mənzil 39 sahiblik, istifadə və sərəncam hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(005)- 2844/2022 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı QSC-yə qarşı “mülkiyyət hüququna qəsdə son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil məhkəməyə şikayət ilə müraciət edərək, 29 sentyabr 2022-ci il tarixli, 2(005)-2844/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(005)- 2844/2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki işin materiallarını və apellyasiya şikayətini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından (səh.161) görünür ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci i tarixli iclasının audioyazısına baxılmaqla qərardada düzəliş edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən ərizə ilə bağlı məsələyə qiymət verilmədən şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərildiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə şikayət üzrə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(005)- 2844/2022ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki işin materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar