Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8038/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1717/2022 saylı, 27 sentyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsinin həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbdə göstərilir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsi onun – İddiaçı1, eyni ünvanda yerləşən, 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsi qardaşı İddiaçı2 xüsusi mülkiyyətində olan əmlaklar kimi ƏMDK yanında DƏDRX tərəfindən dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq olaraq RX ******* və RX ******* saylı çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun sabiq birinci müavini Rüstəm Usubovun keçmiş Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində (hazırkı İstintaq İdarəsi) fakt üzrə CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılaraq 28 iyun 2019-cu il tarixli qərarla vəsatət və təqdimat təmin edilmiş, xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69C və 69D saylı sahələrdə yerləşən hər biri 0.05 ha torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. İş üzrə istintaq aparmış sabiq müstəntiq Vüqar Nəsibovun vəsatəti və Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun təqdimatının əsaslandırıldığı cinayət işinin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ilin iyun ayında onlara məlum olmayan səbəbdən Baş Prokurorluğa dəvət edilərək müstəntiq Elçin Hüseynsoy tərəfindən şahid qismində dindirilmişlər. Dindirmə zamanı məlum olmuşdur ki, istintaq üçün maraq doğuran əsasən məsələ dayıları, Rusiya Federasiyasında yaşayan iş adamı X1 ilə Baş prokurorun sabiq köməkçisi X4 arasında şərik iş birliyi zəminində yaranmış münaqişə ilə bağlıdır. İstintaqa verdikləri ifadədə dayılarının tapşırığı ilə 23 sentyabr 2016-cı il tarixdə birlikdə Ucar rayonunun Qazıqumlaq kəndinə Namiq Məmmədovun ata evinə getmələri, orada Namiq Məmmədovdan 500.000 ABŞ dollarını almaları, Bakı şəhərinə qayıdaraq «Azadlıq» metrostansiyasının yaxınlığında N.Ocaqverdiyev tərəfindən göndərilmiş tanımadıqları şəxsə həmin pulu çatdırmaqları barədə ətraflı ifadə vermişlər. İstintaqda birinci və axırıncı dəfə verdikləri ifadənin mahiyyəti bundan ibarət olmuş, sonradan bu günə kimi bir daha istintaqa dəvət edilməmişlər, barələrində hər hansı prosessual məcburiyyət tədbirləri tətbiq olunmamış, hazırda da iş üzrə şahid statusunda qalırlar, iş üzrə icraatın gedişatı və nəticəsi barədə heç bir məlumata malik deyillər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin əmlak üzərinə həbs qoyulmasına dair xx.xx.2019-cu il tarixli qərarının təsviri hissəsində CPM-nin 248.1.1-ci maddəsinə istinad edilərək göstərilir ki, əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir. Onlar iş üzrə təqsirləndirilən şəxs deyillər, yuxarıda qeyd etdikləri kimi hazırda da şahid statusunda qalırlar. Hakimin qeyd edilən qərarı ilə də təsdiq olunur ki, iş üzrə nəinki Samir və İddiaçı2lər, hətta 500.000 ABŞ dollarını almaları israr edilən Nəsrəddin Ocaqverdiyev özü belə təqsirləndirilən şəxs qismidə cəlb edilməmişdir. Üzərinə əmlak məsuliyyəti qoyula biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 59-cu fəslində konkret olaraq göstərilmişdir ki, onlar həmin kateqoriyaya aid edilən şəxslərin dairəsinə aid deyillər. Qərarın məzmununa istinadən görünür ki, Nəsrəddin Ocaqverdiyev 500.000 ABŞ dollarını 22 sentyabr 2016-cı il tarixdə əldə etmişdir. Üzərinə həbs qoyulmuş əmlakların hansı tarixlərdə əldə edilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyi və qərarda bu barədə qeyd olunmadığı halda həmin əmlakların cinayət yolu ilə əldə olunmuş vəsait hesabına alınmasına dair qeydlərin əsasının nədən ibarət olması başa düşülən deyildir. Digər tərəfdən cinayət təqibi orqanı və məhkəmə həmin vəsaitin, yəni 500.000 ABŞ dollarının hər hansı hissəsinin Samir və İddiaçı2lər tərəfindən ələ keçirilməsini təsdiq edən hər hansı sübuta malikdirmi ki, həbs qoyulmuş əmlakların həmin vəsait hesabına alınmasında israrlıdır. Qərarda iş üzrə əldə olunmuş sübutların əmlak üzərinə həbs qoyulmasına kifayət qədər əsas verdiyi qeyd olunur. Hakimin qərarında qeyd olunur ki, vəsatət verən müstəntiq və təqdimatla müraciət edən prokuror məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda müstəntiq və prokuror məhkəməyə gəlməyiblərsə, cinayət işinin materialları məhkəməyə təqdim edilməyibsə, məhkəmə hansı toplanmış materiala və sübutlara istinad edə bilərdi, üzünü görmədiyi cinayət işinin materiallarına necə istinad edə bilərdi. Əmlaklarının üzərinə əsassız və qanunsuz olaraq qoyulmuş həbsin götürülməsinə dair Baş Prokurorluğa yazdıqları müraciətlərə formal olaraq rəsmi cavablar verilməklə bu günə kimi xahişləri nəticəsiz qalmış, əmlakların üzərindən həbsin götürülməsi təmin edilməmişdir. Sonuncu müraciətlərinə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun imzası ilə 01 iyun 2022-ci il tarixli, 03/192006029/1879 saylı məktubla cavab verilərək əmlaklarının üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1717/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsi və İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsinin həbsdən azad edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, işin faktiki halları ilə də müəyyən edildiyi kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69C saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69D saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, həmin şəxslər iş üzrə şahid kimi dindirilmələrinə, iş üzrə ümumiyyətlə hazıradək hər hansı bir şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməməsinə və icraatın dayandırılmasına baxmayaraq, qeyd edilən əmlaklar üzərinə həbs qoyulmuşdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Hazırda nəinki iddiaçılar, ümumiyyətlə cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən edilməmiş, iş üzrə icraat dayandırılmış, iddiaçılar isə iş üzrə şahid qismində dindirilməklə onların üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər olması nə iş materialları, nə də ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin üzərinə həbsin qoyulması, onların həmin əmlak üzərində sərəncam hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Sərəncam hüququ mülkiyyət hüququnun 3 tərkib elementindən biridir və həmin elementlərdən hər hansı birinə müdaxilə edilməsi və ya pozulması mülkiyyət hüququnun pozulması deməkdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq iddiaçıların əmlakları üzərinə səhvən həbs qoyulduğu nəticəsinə gəlir və hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsi və İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69 D saylı torpaq sahəsi həbsdən azad edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu apellyasiya protesti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edib protestdə göstərir ki, iddianın iddiaya cavab verməli olan şəxsə qarşı verilməli olmasına dair qanunvericiliyin tələbləri pozulmuşdur. Çünki, cavabdehin bu qətnaməni icra etmək, yəni hazırki mərhələdə əmlakın üzərinə qoyulmuş həbsi götürmək səlahiyyəti və imkanı yoxdur. Konstitusiyai Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli və xx.xx.2009-cu il tarixli qərarlarına əsasən iddiaçılar cinayət mühakimə icraatı qaydasında pozulduğunu iddia etdikləri hüquqlarının bərpası üçün cinayət mühakimə icraatı qaydasında əmlak üzərinə həbs qoyulması barədə qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilməli olmasını müəyyən etsə də qeyd olunan normaların tələbləri pozulmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya protestinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda apellyasiya protestinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya protesti qismən təmin edilməlidir. Belə ki, Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Əvvəla, cinayət mühakimə icraatı qaydasında iddiaçılara məxsus torpaq sahəsinin üzərinə həbs qoyulduğu cinayət işi üzrə bugünədək hansısa şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməməsi işin mübahisəsiz halıdır. Həmin icraatda təkcə iddiaçılara məxsus torpaq sahəsinə deyil, dayıları olduğu bəyan edilən Nəsrəddin Ocaqverdiyev adlı şəxsin əmlakları üzərinə də eyni qərarla həbs qoyulmuşdur. Qeyd olunan cinayət işinə aid olan və hazırki mülki işə əlavə edilmiş sənədlərin, o cümlədən cinayət işinin başlanması barədə qərardan, iddiaçıların şahid qismində dindirmə protokollarından, icraatın dayandırılması barədə qərardan, əmlak üzərinə həbs qoyulmasına dair məhkəmə qərarlarının məzmunundan bəlli olur ki, cinayət işinin başlanmasına əsas olmuş 500 000 ABŞ dollarını Ucar rayonu ərazisində zərəçəkən şəxsdən məhz iddiaçıların alaraq Bakı şəhərinə gətirib dayıları Nəsrəddin Ocaqverdiyevin təyin etdiyi şəxsə veriblər. Hazırki iddianın yaxud icraatın predmeti olmasa da, demək ki, cavabdeh kimi göstərilən orqanının iddiaçılara məxsus torpaq sahəsinin üzərinə həbs qoyulasına dair vəsatət və təqdimatı “səhvən” olmamışdır. Başqa sözlə vəsatət və təqdimat digər əmlaklarla yanaşı iddiaçılara da məxsus torpaq sahələrinin üzərinə cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə kifayət qədər əsas verdiyi, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsinin, həmçinin mülki iddianın, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin hesabına alınmış əmlakların özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmasının zəruriliyi ilə əsaslandırılmışdır. Göründüyü kimi, hazırki iddia tələbinin faktiki halları Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Çünki, iddiaçılar qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs statusunda olmasalar da onlara məxsus torpaq sahələrinin üzərinə səhvən həbs qoyulmamışdır. Yəni, nəinki səhvən, əksinə bilərəkdən, düşünülmüş şəkildə bu cür həbsin qoyulması məqsədilə vəsatət və təqdimat verilmişdir. Düzdü, iddiaçıların Baş prokurorluğun İstintaq idarəsinə torpaq sahəsinin həbsdən azad edilməsi barədə müraciətləri olub, həmin İdarədən onlara cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilib. Lakin Baş prokurorluğun İstintaq idarəsinin bu müraciətin təmin edilməsindən imtina etməsi iddiaçılara torpaq sahələrinin həbsdən azad edilməsini bilavasitə mülki mühakimə icraatı qaydasında tələb etməyə əsas vermirdi. Çünki, iddiaçılar bundan əvvəl də cinayət mühakimə icraatı qaydasında birinci instansiya məhkəməsinin onlara məxsus torpaq sahələrinin də üzərinə həbs qoyulan qərarından apellyasiya şikayətləri vermiş və Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2020-ci il tarixli, 5(103)-18/2020 nömrəli qərarı ilə şikayətləri təmin edilməmişdir. İddiaçıların cinayət mühakimə icraatı qaydasında üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuş torpaq sahələrinin həbsdən azad olunmasına həmin icraat çərçivəsində nail ola bilmədikdən sonra yenidən mülki mühakimə icraatı qaydasında buna nail olmağa cəhd etmələri anlaşılan olsa da başadüşülən deyildir. Çünki, iddiaçıların hazırki iddia tələbində göstərdiyi dəlillərin nə dərəcədə əsaslıəsassız yaxud əhəmiyyətli-əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi ayrıca iddianın yaxud mülki mühakimə icraatının predmeti olmaqdansa, bunlar eyni işdə, yəni cinayət mühakimə icraatında məhkəmə araşdırmasının predmeti olmalıdır. Başqa sözlə eyni məsələlərin qanuniliyi və əsaslılığı müxtəlif məhkəmələr tərəfindən və ya eyni məhkəmənin müxtəlif hakimləri tərəfindən fərqli icraatlarda ayrı-ayrılıqda yoxlanılması ədalət mühakiməsinin məqsədlərinə də cavab vermir. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı birbirini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan görünür ki, o Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə də açıq-aşkar cavab vermir. Çünki, cavabdeh kimi göstərilən Baş prokurorluğa qarşı hər hansı bir tələb yönəlməyib. Bunun yönəlməsi də mümkünsüz sayılır. Çünki, iddiaçılara məxsus torpaq sahələrinin üzərinə Baş prokurorluğun deyil məhkəmənin qərarına əsasən həbs qoyulmuşdur. Məhkəmə qərarından da iddiaçılar cinayət mühakimə icraatı qaydasında verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. Bu cür vəziyyətdə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina üçün həmin Məcəllənin 153.2.1-ci maddəsində nəzərdə tutulan prosessual hüquqi əsasların da olması mübahisəsiz idi. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya protesti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1717/2022 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli; iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməli; iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdiyi məsələyə dair, cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya protesti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1717/2022 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdiyi məsələyə dair cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8038/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8038/2022
19.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver