Məhkəmə qərarları › İş №2(103)-8042/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8042/2021

27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8042/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)-2626/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ilə aralarında bağlanan müqaviləyə əsasən cavabdehdən 800 manat məblğində maddi, 500 manat məbləğində mənəvi ziyana, hüquqi yardıma görə 500 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)-2626/2021 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(011)-2626/2021 saylı qərardadı ilə qaytarılmışdır (dövlət rüsumunun ödənilməməsi əsası ilə). Həmçinin qətnamədən narazı qalan iddiaçı da ondan apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(011)-2626/2021 saylı qərardadı ilə qaytarılmışdır (şikayətə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə edilməməsi əsası ilə). Daha sonra, iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi isə yalnız Cavabdeh2 münasibətdə ərizəyə baxaraq, 21 iyun 2021-ci il tarixli qərardadla prosessual müddəti üzrlü sayaraq bərpa etmiş, lakin iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Eyni zamanda, 21 iyun 2021-ci il tarixli məhkəmə iclas protokolunda iddiaçının 26 may 2021-ci il tarixli qərardadın ləğvi barədə ərizəsinə baxılması qeyd olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin protokolu və qərardadı bir-biri ilə ziddiyyət təşkil edir. MPM-in 133.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.4 və 133.5-ci maddələrinin tələblərinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələ həll olunmadığından (müddətlə bağlı müraciətinə baxılması və s.), hazırki vəziyyətdə cavabdehin apellyasiya şikayətinə baxılması məqsədə müvafiq deyildir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)-2626/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar