Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8065/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3274/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X12 Təchizatı və X7 X5 Satış Sahəsinin nəzarətçi mühəndisi vəzifəsində işləmişdir. İddiaçı "xxxx" ASC-nin sədri B.H.Rzayevin k/18-03869 saylı, xx xxxx 2018-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın təmin edilməsi, X12 Təchizatı və X7 X5 Satış Sahəsinin nəzarətçi mühəndisi işləmiş kimi cavabdehlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsinə dair “xxxx” ASC-nin sədri B.H.Rzayevin k/18-03869 saylı, xx xxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi, X12 Təchizatı və X7 X5 Satış Sahəsinin nəzarətçi mühəndisi iş yerinə (vəzifəsinə) bərpa edilməyi və məcburi işburaxma müddəti üçün işə bərpa olunduğu günə qədər müvafiq əmək haqqının ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3438/2019 saylı mülki iş üzrə xx xxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin icrasından yayınmış, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru cənab Rövşən Əhmədov inzibati xəta haqqında protokol tərtib etməyə məcbur olmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-2470/2019 saylı iş üzrə xx xxxxxx 2019- ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Yalnız bundan sonra Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin icrası təmin edilmiş, bundan sonra cavabdeh təşkilatın rəhbər vəzifəli şəxsləri iddiaçını qisas alacaqları ilə hədələdiyindən məcbur olub işdən azad edilməyinə dair ərizə vermiş, işdən azad olunmuşdur. Göründüyü kimi cavabdeh iddiaçının hüquqlarını pozan, onu işsiz qalmağını təmin edən qanunsuz əmr vermiş, əmrin qanunsuzluğu məhkəmə aktı ilə təsdiq ediləndən sonra da məhkəmə aktının icrasını təmin etməmiş, bir ildən artıq müddətdə yayınmış, iddiaçını illərlə işlədiyi ixtisasına uyğun vəzifədən çıxmağa vadar etmişdir. İddiaçı bir il yarım davam edən məhkəmə proseslərinə gedib-gəlmək üçün 1000 manat pul xərcləmişdir. İddiaçı vəkillərə hüquq məsləhətinin alınması üçün 1000 manat vəsait xərcləmişdir. İddiaçı işsiz qaldığı müddətdə keçirdiyi ruhi sarsıntı nəticəsində şəkərli diabet xəstəliyinə tutulmuşdur. İddiaçının işdən qanunsuz çıxarılmağına dair əmr verilməzdən əvvəl də cavabdeh təşkilatın rəhbər vəzifəli şəxsləri tərəfindən mütəmadi qısnama və təhdid, eləcə də iş yerinin qanunsuz dəyişdirilmələri şəkərli diabet xəstəliyinə tutulmağında əsas rol oynamışdır. İddiaçı bu əsasla onun səhhətinə cavabdehin vurduğu ziyanı 10.000 manat məbləğində dəyərləndirir. İddiaçının işsiz qalmağı, illərlə işlədiyi əmək kollektivindən ayrı düşməyi nəticəsində mənəvi iztirab çəkmiş və həmin əsasla cavabdehdən 50000 manat məbləğində təzminat tələb edir. Göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə 12.000 manat maddi ziyanın və 50.000 manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun alınmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3274/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı iddia ərizəsində göstərdiyi kimi “xxxx" Açıq Səhmdar Cəmiyyətinin X12 Təhcizatı va X8 X4 Satış Sahəsinin nəzarətçi mühəndisi vəzifəsində işləmişdir. “xxxx" ASC-nin sədri B.H.Rzayevin k/18-03869 saylı, xx xxxx 2018-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair " iddiası rədd edilmişdir. Məhkəmə iddianı maddi ziyan tələbinə dair hissədə rədd edərkən, Avropa Məhkəməsinin “X2rşı" xx xxxx 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı" xx xxxx 2008-ci il tarixli qərarlarında vurğulanan hüquqi mövqeyə və Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, maddi ziyan çəkməyinə dair sübutları mahkəməyə taqdim edə bilməmişdir. İddiaçı qeyd edir ki, məhkəmənin gəldiyi mövqe düzgün sayıla bilməz. Belə ki, iddia ərizəsinə əlavə etdiyi, mötəbərliyi heç bir şübhə doğurmayan, "şübhədənkənar sübut" kimi qəbul edilə bilan, preyudisial əhəmiyyətli məhkəmə aktlarından da göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində üç məhkəmə instansiyasında iştirak etməyə, sonuncu - Ali Məhkəmə instansiyasında isə vəkillə iştirak etməyə məcbur olmuşdur. Məhkəmə bildirişlərindən də göründüyü kimi, o, Zərdab rayonunda yaşayır, həmin rayon isə məhkəmə iclaslarının keçirildiyi Bakı şəhərindən 266 km məsafədə yerləşir. Məhkəmə aktlarından da göründüyü kimi, hər üç məhkəmə instansiyasında icraat zamanı məhkəmə iclaslarında iştirak etmişdir. Bu, cavabdehin mübahisələndirə bilməyəcəyi bir xüsusatdır, məhkəmənin ən azından bu xüsusatı nəzarə alaraq, iddianı heç olmazsa, minimum məbləğdə təmin etməməsi, həm də bu hissədə iddianı rədd edərkan “sübut təqdim edilməməsinə” istinad etməsi qanuni və ədalətli hesab edilə bilməz. Mənəvi zərər tələbi ilə iddianı rədd edərkən məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı qərarının 8-ci bəndinə istinad edarək, hansı mənəvi sarsıntı keçirməyi və bunu necə qiymətləndirməyi aydınlaşdırmadığını əsas tutması ədalətli və qanuni sayıla bilməz. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində bütün gənclik illərini keçirdiyi kollektivdən ayrı salınmağı, nəhayət, cavabdehin qanunsuz harəkətləri nəticəsində artıq kollektivdə qalıb işləyə bilməməyi, ərizə yazaraq işdən çıxmağa məcbur olmağı, həm də bu təqiblər nəticəsində “şəkərli diabet” xəstəliyinin kəskinləşməsi o dərəcədə aydın fakt idi ki, bu sahədə əlavə sübutlar olmadan da, məhkəmə mənəvi ziyan barədə iddianı təmin etməya borclu idi. Sonda iddiaçı qeyd edir ki, qanunsuz və ədalətsiz məhkəmə aktı nəticasində mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3274/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-3438/2019 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi”nə dair iddia ərizəsinin rədd edilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiasının təmin edilməsi, X12 Təchizatı və X9 X5 Satış Sahəsinin nəzarətçi mühəndisi işləmiş İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsinə dair “xxxx” ASC-nin sədri B.H.Rzayevin k/18- 03869 saylı, xx xxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı X13 Təchizatı və X9 X5 Satış Sahəsinin nəzarətçi mühəndisi iş yerinə (vəzifəsinə) bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər müvafiq əmək haqqının ödənilməsi qət edilmiş, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Zərdab rayon X10 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Zərdab rayon Təzəkənd kənd sakini İddiaçı həqiqətən xx.xx.2017-ci ildən “şəkərli diabet 2 tip, orta ağır forma” diaqnozu ilə Zərdab rayon X1 Poliklinika şöbəsində dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 3274/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8065/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8065/2020
11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver